Vikiuşaq:Bitkilər

Bitki — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çöxhüceyrəli orqanizmlərin əsas qruplarından biridir. Bəzi mütəxəssilər yosunları bütünlüklə, bəziləri isə onların bir qismini bitkilər qrupuna aid edirlər.

Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır.

Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 5·3·1010 t biokütlə sintez edilir.

Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat tsikli başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.

Yaşıl bitkilər torpaqdakı mineralların parçalanmasında və yeniləri ilə əvəz edilməsində mühüm rol oynayır. Həmçinin bitkilər su-hava və təbiətdəki istilik rejiminin formalaşmasında iştirak edir.

Bütün bitkilərin kökü olur. Kök otları, kolları, ağacları çox möhkəm şəkildə torpaqda saxlayır. Həmçinin kök bitkilərə torpaqdan lazımı qidalı maddələri çıxarmağa kömək edir. Torpaq sürüşməsi olan yeürlərdə torpağı möhkəm etmək üçün çox zaman ağaçlar əkirlər.

Bitkilərin təsnifatı

redaktə

Ağaclar

Kollar

Otlar

Həmçinin bax

redaktə

Vikianbarda Bitkilər ilə əlaqəli mediafayllar var.

Vikinövlərdə Bitkilər ilə əlaqəli məlumatlar var.

 
[[b:{{{b}}}|   ]]

Vikipediyada Bitkilər ilə əlaqəli məqalə var.

  NODES