Ana səhifə
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycanca Vikipediyada 201.138 məqalə mövcuddur.
Həftənin seçilmiş məqaləsi
Türkofobiya — türkdilli xalqlara, onların mədəniyyətinə və tarixi irsinə qarşı düşmənlik, nifrət, ayrı-seçkilik və ya qərəz hisslərini və ifadələrini təsvir etmək üçün istifadə edilən termin, etnofobiyanın istiqaməti. Bunun əksi türkpərəstlikdir. Türkofobiya həmişə türkdilli xalqlara yox, Balkan yarımadasında yaşayan müsəlmanlara, xüsusən də boşnaklar, albanlar, pomaklar və tobeşlərə, eləcə də türk diasporuna istiqamətləndirilir. Həmçinin, indiki dövrdə türkdilli xalqların nümayəndələri Yunanıstan, Almaniya, Belçika, Bolqarıstan, Çin, Polşa, Ermənistan, ABŞ, İsveç, Danimarka, Fransa, Avstriya, İran və Rusiya kimi ölkələrdə irqçi hücumlara məruz qalırlar. Türkofobiya islamofobiya ilə yaxından əlaqəlidir. Əslində, müasir türkofobiyanın özü islamofobiyaya əsaslanır. İslamofobların türkləri hədəfləməsinin başqa bir səbəbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın islamçı siyasətidir. |
Həftənin yaxşı məqaləsi
Əhməd Cəlayır — Cəlairilər sultanlığının hökmdarı, şair. 1382–1410-cu illərdə fasilələrlə hakimiyyətdə olmuşdur. Cəlairi taxtına 1382-ci ildə qardaşı sultan Hüseyn Cəlaləddini devirərək çıxmışdır. İk dövrlərində daxili üsyanlarla məşğul olmuş və ilk növbədə qardaşı Şeyx Əlini, daha sonra isə digər qardaşı Bəyazidi və onun müttəfiqi Əmir Adili məğlub edərək İraqda və Azərbaycanda tam hakimiyyət qurmuşdur. Sultan Əhmədin hakimiyyət dövründə Yaxın Şərqdə və Qafqazda siyasi vəziyyət stabil deyildi. XIV əsrin 80-ci illərindən etibarən Cəlairi hakimiyyətini qorumaq üçün Teymurilərlə mübarizə aparmışdır. Əmir Teymur tərəfindən Cəlairilər 1786-cı ildə Azərbaycan, 1393-cü ildən sonra isə İraqdan çıxarıldılar. Daha sonra Əhməd Cəlayır qısa müddətlik Bağdad ətrafında hakimiyyətini bərpa etsə də, 1399-cu ildə yenidən İraqı tərk etdi. |
Həftənin seçilmiş siyahısı
İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlərin siyahısı — İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də 76,84%, ikinci dəfə 15 oktyabr 2008-ci ildə 88,73%, üçüncü dəfə 9 oktyabr 2013-cü ildə 84,54%, dördüncü dəfə 11 aprel 2018-ci ildə 86,02% və beşinci dəfə 7 fevral 2024-cü ildə 92,12% səs toplayaraq Azərbaycan Prezidenti seçilmişdir. Prezident 2003-cü il oktyabr ayının 31-dən 2009-cu ilin iyun ayının 20-dək dünyanın 40 ölkəsinə 114 dəfə səfərə getmişdir. Bu səfərlərin 44-ü dövlət və rəsmi, 70-i isə işgüzar səfərlər olmuşdu. Səfərlərin 75 faizi Avropa ölkələrinin payına düşür. Belə ki, Prezident İlham Əliyev bu dövrdə Rusiya Federasiyasında 19, Türkiyədə 10, Gürcüstanda 6, İran İslam Respublikasında 3 dəfə səfərdə olmuşdur. |
Xəbərlər
- Keçmiş ABŞ Prezidenti Cimmi Karter (şəkildə) 100 yaşında vəfat edib.
- Cənubi Koreyanın "Jeju Air" aviaşirkətinə məxsus "Boeing 737-800" təyyarəsi Muan Beynəlxalq Hava Limanında qəzaya uğrayıb, hadisə nəticəsində 179 nəfər həlak olub.
- Azərbaycan Hava Yollarına məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.
Aktual hadisələr: Suriyada vətəndaş müharibəsi • HƏMAS–İsrail müharibəsi • İsrail–Hizbullah münaqişəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Son ölümlər: Azər Baxşəliyev, Nikoloz Lekişvili, Ferdi Tayfur, Aqneş Keleti, Bəhram Əliyev, Camal Məmmədxanov
Bilirsinizmi?
- "Palicourea elata" (şəkildə) bitkisi özünün aydın formalı, dodağa bənzər qırmızı diş telləri ilə diqqəti cəlb etdiyi üçün əsasən "isti dodaqlar" və "sevgili öpüşü" adları ilə tanınır.
- Meksikanın San-Pedro-Uamelula şəhərinin sakinləri şəhər merinin bir kayman ilə "nikah"ının uğur gətirəcəyinə inanırlar.
- ABŞ Strateji Komandanlığı tərəfindən hazırlanmış CONOP 8888 planı mülki şəxsləri və hakimiyyət orqanlarını zombilərdən qorumaq üçün nəzərdə tutulub.
- 2003-cü il İraq müharibəsi zamanı çoxlu sayda internet istifadəçisi yanlışlıqla Avstraliyanın Baqdad qəsəbəsinin rəsmi saytına müraciətlər ünvanlayırdı.
- Kainatdakı yadplanetli sivilizasiyaların qorxduqları üçün özlərini gizli saxladıqlarını iddia edən Qaranlıq meşə fərziyyəsinin adı 2008-ci ildə nəşr olunmuş eyniadlı romandan götürülmüşdür.
Tarixdə bu gün
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikidata Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi