Ana səhifə

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 201.138 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Türkofobiyatürkdilli xalqlara, onların mədəniyyətinə və tarixi irsinə qarşı düşmənlik, nifrət, ayrı-seçkilik və ya qərəz hisslərini və ifadələrini təsvir etmək üçün istifadə edilən termin, etnofobiyanın istiqaməti. Bunun əksi türkpərəstlikdir. Türkofobiya həmişə türkdilli xalqlara yox, Balkan yarımadasında yaşayan müsəlmanlara, xüsusən də boşnaklar, albanlar, pomaklartobeşlərə, eləcə də türk diasporuna istiqamətləndirilir. Həmçinin, indiki dövrdə türkdilli xalqların nümayəndələri Yunanıstan, Almaniya, Belçika, Bolqarıstan, Çin, Polşa, Ermənistan, ABŞ, İsveç, Danimarka, Fransa, Avstriya, İranRusiya kimi ölkələrdə irqçi hücumlara məruz qalırlar. Türkofobiya islamofobiya ilə yaxından əlaqəlidir. Əslində, müasir türkofobiyanın özü islamofobiyaya əsaslanır. İslamofobların türkləri hədəfləməsinin başqa bir səbəbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın islamçı siyasətidir.

(Davamı...)


Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Əhməd CəlayırCəlairilər sultanlığının hökmdarı, şair. 1382–1410-cu illərdə fasilələrlə hakimiyyətdə olmuşdur. Cəlairi taxtına 1382-ci ildə qardaşı sultan Hüseyn Cəlaləddini devirərək çıxmışdır. İk dövrlərində daxili üsyanlarla məşğul olmuş və ilk növbədə qardaşı Şeyx Əlini, daha sonra isə digər qardaşı Bəyazidi və onun müttəfiqi Əmir Adili məğlub edərək İraqdaAzərbaycanda tam hakimiyyət qurmuşdur. Sultan Əhmədin hakimiyyət dövründə Yaxın ŞərqdəQafqazda siyasi vəziyyət stabil deyildi. XIV əsrin 80-ci illərindən etibarən Cəlairi hakimiyyətini qorumaq üçün Teymurilərlə mübarizə aparmışdır. Əmir Teymur tərəfindən Cəlairilər 1786-cı ildə Azərbaycan, 1393-cü ildən sonra isə İraqdan çıxarıldılar. Daha sonra Əhməd Cəlayır qısa müddətlik Bağdad ətrafında hakimiyyətini bərpa etsə də, 1399-cu ildə yenidən İraqı tərk etdi.

(Davamı...)


Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlərin siyahısıİlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də 76,84%, ikinci dəfə 15 oktyabr 2008-ci ildə 88,73%, üçüncü dəfə 9 oktyabr 2013-cü ildə 84,54%, dördüncü dəfə 11 aprel 2018-ci ildə 86,02% və beşinci dəfə 7 fevral 2024-cü ildə 92,12% səs toplayaraq Azərbaycan Prezidenti seçilmişdir. Prezident 2003-cü il oktyabr ayının 31-dən 2009-cu ilin iyun ayının 20-dək dünyanın 40 ölkəsinə 114 dəfə səfərə getmişdir. Bu səfərlərin 44-ü dövlət və rəsmi, 70-i isə işgüzar səfərlər olmuşdu. Səfərlərin 75 faizi Avropa ölkələrinin payına düşür. Belə ki, Prezident İlham Əliyev bu dövrdə Rusiya Federasiyasında 19, Türkiyədə 10, Gürcüstanda 6, İran İslam Respublikasında 3 dəfə səfərdə olmuşdur.

(Davamı...)


Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Dil
  NODES
Done 1