Ana səhifə

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 200.643 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Qarabağ xanlığı — 1748–1822-ci illərdə mövcud olmuş xanlıq. Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, TatevSisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, CavadŞamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Uduq — qədim Mesopotamiya mifologiyasından bəzən xeyir, bəzən də şər qüvvə hesab edilən qeyri-müəyyən demonlar sinfi. Ekzorsizm mətnlərində bəzən "xeyir uduğu" "şər uduğu"na qarşı çağırılır. Bu ümumiyyətlə qeyri-müəyyən bir sözdür və bəzən müəyyən bir cin növünə deyil, bütövlükdə cinlərə xitab etmək üçün istifadə olunur. Uduğun heç bir vizual təsviri hələ müəyyən edilməmişdir, lakin adətən onun digər qədim Mesopotamiya cinlərində olduğu kimi qaranlıq kölgədən ibarət olması, onu əhatə edən işığın olmaması, zəhər və karedici səsə sahib olduğu bildirilir. Salamat qalmış qədim Mesopotamiya mətnlərində şər uduqlarını qovmaq üçün "Uduq-hul" mətnləri kimi tanınır. Bu mətnlərdə şər uduğun xəstəlik törətməkdə oynadığını rolu və xəstəliyin sağalmasında şeytan çıxaranın əhəmiyyəti vurğulanır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısıAzərbaycanın ən ali dövlət təltifi. Orden Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilmişdir. 2005-ci ildən bu yana 26 nəfər bu ordenlə təltif edilmişdir. "Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər. Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban ƏliyevaZeynəb Xanlarova. "Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli

Dil
  NODES
mac 1
os 7