Ana səhifə

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 201.013 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Nəsrlə yazılmış Milad nəğməsiÇarlz Dikkens tərəfindən yazılmış povest-nağıl. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin ruhu, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir. Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər. O, uşaqlığında yaşadığı bayram təcrübəsi, o cümlədən Vaşinqton İrvinq və Duqlas Cerrold kimi digər sənətkarların Milad nağıllarından ilhamlanmışdır. Povesti yazmazdan əvvəl Dikkens üç Milad hekayəsi yazmış, həmçinin Londonda nəzarətsiz uşaqlar üçün fəaliyyət göstərən məktəblərdən biri olan Fild-leyni ziyarətdən ilhamlanmışdır. Kasıblara qarşı münasibət, eqoist insanın səhvlərini düzəldərək daha hissiyyatlı fərdə çevrilməsi povestin əsas mövzusudur. Mövzunun tamamilə dünyəvi xarakter daşıması, yoxsa xristian alleqoriyası olması haqqında elm xadimləri arasında müzakirələr vardır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Yeni iqtisadi coğrafiya — iqtisadi təhlilin növü. Bunun məqsədi qeyri-kamil bazarlarda artan gəlirlərin baş verdiyi modellər yaratmaqla iqtisadiyyatın məkan strukturunu izah etməkdir. YİC-in inkişafı iqtisadçılar arasında iqtisadi məkanın təşkili məsələlərinə marağın artmasının nəticəsi idi. İqtisadiyyat elmində yeni bir istiqamətin yaranması adətən Pol Kruqmanın "Artan qayıdışlar və iqtisadi coğrafiya" adlı əsərinin "Journal of Political Economy" jurnalında dərc olunması ilə əlaqələndirilir. Yeni iqtisadi coğrafiyanın yaranması iqtisadiyyat elmində inqilabın dördüncü dalğasını hesab edilir. Onun mahiyyəti resurslardan istifadədən gəlirləri artırmağa imkan verən rəqabət modellərini yaratmaqdır. Hesab edilir ki, dönüş nöqtəsi 1970-ci illərdə, sənaye bazarları nəzəriyyəsi çərçivəsində ilk belə modellərin yaradıldığı zaman baş tutmuşdur. Sonrakı tədqiqatlara Avinaş Diksit və Cozef Stiqlitsin 1977-ci ildə "The American Economic Review" jurnalında dərc olunmuş "İnhisarçı rəqabət və optimal məhsul müxtəlifliyi" əsəri böyük təsir göstərmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
ABŞ-nin birinci xanımlarının siyahısı — ABŞ-nin birinci xanımı Ağ Evin sahibəsi hesab olunur. Vəzifəni ənənəvi olaraq ABŞ Prezidentinin həyat yoldaşı tutur, lakin müxtəlif vaxtlarda bu titulu subay olan, dul olan, və ya həyat yoldaşı olmayan, yaxud da həyat yoldaşı bu vəzifəni yerinə yetirə bilmədiyi hallarda prezidentin həyat yoldaşı olmayan qadınlar da daşımışdır. Bu vəzifə seçilmiş bir vəzifə deyil, heç bir rəsmiyyət daşımır və buna görə maaş verilmir. Bununla yanaşı, o, prezidentlə birlikdə, yaxud onu təmsil edərək bir çox rəsmi mərasimlərə qatıla və dövlət işləri ilə maraqlana bilər. Ənənəvi olaraq, birinci xanım vəzifədə olduğu vaxt ərzində kənar işlərdə işləmir, baxmayaraq ki, Eleonora Ruzvelt yazı yazaraq və mühazirə oxuyaraq pul qazanıb və bu pulun çoxunu xeyriyyə işlərinə sərf edib, həmçinin Cill Bayden də bu müddət ərzində pedaqoq kimi işinə davam edib. Birinci xanımın Ağ Evin sosial katibi, aparat rəhbəri, mətbuat katibi, baş çiçək dizayneri və baş aşpazı daxil olmaqla öz şəxsi heyəti var. Birinci xanımın ofisi Ağ Evin bütün ictimai işləri və təntənəli tədbirlərindən məsuldur və ABŞ Prezidentinin İcra Aparatının bir qoludur.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli

Dil
  NODES