Çarlz Bebbic (ing. Charles Babbage, 26 dekabr 1791[1][2][…]18 oktyabr 1871[3][4][…], Marlibon[d], Böyük London[2][7]) — ingilis riyaziyyatçısı, filosofumaşınqayırma mühəndisi. İlk hesablayıcı maşının ixtiraçısı. İngiltərə Kral Cəmiyyətinin üzvü olmuşdur.

Çarlz Bebbic
Charles Babbage
Doğum tarixi 26 dekabr 1791(1791-12-26)[1][2][…]
Vəfat tarixi 18 oktyabr 1871(1871-10-18)[3][4][…] (79 yaşında)
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Dəfn yeri
  • Kensal-Qrin qəbiristanlığı[d][8]
Uşaqları 8[5]
Elm sahələri riyaziyyat, analitik fəlsəfə, informatika
Elmi dərəcələri
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Knight of the Royal Guelphic Order
Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Çarlz Bebbic 26 dekabr 1791-ci il İngiltərənin cənub-qərbində yerləşən Totnes şəhərində, varlı bank işçisinin ailəsində dünyaya göz açmışdır. O hələ 1820–1860-cı illərdə ilk dəfə olaraq proqram idarəetməsinə malik olan hesablama maşının yaradılması ilə məşğul olmuşdur. Bebbicin "Mexaniki Kompüter"i üçün proqramları dahi ingilis şairi Corc Bayronun yeganə qızı, dərin riyazi biliklərə malik olan Ada Avqusta Lavleys hazırlayırdı.

İlk analitik maşının kəşfi

redaktə
 
On the economy of machinery and manufactures, 1835

Çarlz Bebbic müasir kompüterin prototipi olan universal rəqəm hesablama maşınının layihəsini hazırlamışdır. Hesablama maşınları sahəsinin mütəxəssisi olan Bebbic hərtərəfli insan idi. Dahi alimin ixtiralarının siyahısına spidometr, oftalmoskop, seysmoqraf da daxildir. O, XIX əsr tarixində özündən sonra böyük iz qoymuş və tək riyaziyyat və hesablama texnikası deyil, elmin bütün sahələrində çevrilişlər etmişdir.

1830-cu ildə Çarlz Bebbic proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşınını yaratmağa cəhd göstərdi. Maşına proqramın perfokartlar vasitəsi ilə daxil edilməsi verilənlərinnəticələrin isə yaddaşda saxlanması nəzərdə tutulurdu. Çarlz Bebbicin kəşfi sonradan kompyuterin yaranmasının əsasını qoydu.[9]

Bebbicin işlərinin bir hissəsi London Elmi Muzeyində saxlanılır.[10]

İstinadlar

redaktə
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Баббидж, Чарльз (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1891. Т. IIa. С. 592.
  3. 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  4. 1 2 Charles Babbage // Encyclopædia Britannica (ing.).
  5. NNDB (ing.). 2002.
  6. 1 2 3 4 5 6 7 8 http://venn.lib.cam.ac.uk/cgi-bin/search-2016.pl?sur=&suro=w&fir=&firo=c&cit=&cito=c&c=all&z=all&tex=BBG810C&sye=&eye=&col=all&maxcount=50.
  7. 1 2 www.accademiadellescienze.it (it.).
  8. Find a Grave (ing.). 1996.
  9. Kərimov S.Q., Həbibullayev S.B. İbrahimzadə T.İ. "İNFORMATİKA", 2002, Bakı
  10. "Çarlz Bebbic (1791-1871)". 2013-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-05.

Mənbə

redaktə
  • Вокруг Света. Jurnal. dekabr 2004
  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
  NODES