Çeçenistan

(Çeçenistan Respublikası səhifəsindən yönləndirilmişdir)

Çeçenistan (çeç. Нохчийн Республика; rus. Чече́нская Респу́блика) — Rusiya Federasiyası sərhədləri içində Şimali Qafqazda yerləşən respublika. "İçkeriya" adı ilə də tanınır.

Çeçenistan
Нохчийчоь
Çeçenistan himni

43°24′ şm. e. 45°43′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Qroznı
Dövlət Başçısı Ramzan Kadırov
Parlament Sədri Məhəmməd Davudov
Tarixi və coğrafiyası
Yaradılıb 9 yanvar 1993
Sahəsi
  • 16.165 km²[2]
Saat qurşağı
  • Moskva vaxtı[d]
Əhalisi
Əhalisi
  • 1.492.992 nəf. (2021)[3]
Rəsmi dili ÇeçenRus dilləri
Rəqəmsal identifikatorlar
ISO kodu RU-CE
Telefon kodu 871
Avtomobil nömrəsi 20, 95
Rəsmi sayt
Çeçenistan xəritədə
Çeçenistan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Çeçenistanda Kazenoy gölü

Coğrafiya

redaktə

Respublikanın ərazisi 15.3 min kvadrat kilometrdir . Çeçenistanın paytaxtı Qroznıdır, şimal-qərbində Stavropol, şərqdə və cənubda Dağıstan ilə Gürcüstan, qərbdə İnquşetiya yerləşir.

Rusiya işğalı

redaktə

1783-cü ildə imzalanan Georgiyevsk traktatı əsasında Gürcüstan könüllü şəkildə Rusiya imperiyasına daxil olmağa razılıq verir. Gürcüstanda və digər Qafqaz ölkələrində öz hökmranlğını təmin etmək istəyən ruslar bundan istifadə edərək Gürcüstan ətrafındakı digər əraziləri də işğal etməyə başlayırlar. Rusiyanın işğalçılıq müharibəsinə ilk müqavimət göstərən çeçen lideri Şeyx Mənsur olmuşdur. Onun başçılığı altında çeçenlər 6 il (1785–1791) işğala qarşı mübarizə aparsa da sayca çox olan Rusiya ordusu Çeçenistanı işğal edə bildi. Çeçenlər ikinci dəfə Rusiyaya qarşı milliyyətcə avar olan İmam Şamilin başçılığı altında qalxmışdır. Bu mübarizə daha uzunmüddətli olsa da (1834–1859) bu dəfə də uğursuzluğa düçar olmuşdur, lakin 20-ci əsrin əvvəlində Rusiya imperiyasının zəifləməsi və dağılması ilə bərabər çeçen xalqı yenidən müstəqillik uğrunda mübarizəyə qalxır.

Müstəqillik uğrunda mübarizə

redaktə

1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfındən tanınmadı. Bununla belə çeçenlər 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. O vaxtkı Rusiya prezidenti Boris Yeltsin hərbi müdaxilə yoluyla Çeçenistanı mərkəzi hakimiyyətə tabe etdirə bildi. 1992-ci ildə Çeçen-İnquş parlamenti latın əlifbasını rəsmi əlifba kimi qəbul etdi (burada 1927-ci ildə latın əlifbası ərəb əlifbasını əvəz etmiş, 1938-ci ildə isə kiril əlifbasına dəyişdirilmişdi). Bununla bərabər çeçenlər mərkəzi Rusiya hakimiyyətinin təkliflərini rədd etdilər.

1996-cı ildə müharibəyə son qoymaq məqsədiylə Zəlimxan Yandarbiyev ruslarla sülh müqaviləsi imzaladı. Həmin il Aslan Məshədov Çeçenistanın müvəqqəti baş naziri oldu. A. Məshədov 1997-ci ildə keçirilən prezident seçkilərində rəqibi Şamil Basayevi üstələyərək Çeçenistan Respublikasının II prezidenti seçildi. Sülhmeyilli bir siyasətçi olmasına baxmayaraq, o, 2005-ci ildə ruslar tərəfindən qətlə yetirilmişdir. Bundan sonra Argunlu Əbdülxəlil Sadullayev prezident seçilmiş, lakin onun da barışığa və sülhə olan meyillərinə Rusiya 17 iyun 2006-cı ildə Ə. Sədullayevi qətlə yetirməklə cavab vermişdir. Bu hadisədən sonra Avropa Putini çox sərt şəkildə qınamış, Çeçenistanı düzgün idarə etmədiyini bildirmişdir. Çeçenistanın indiki prezidenti Ramazan Kadırovdur.

İçkeriya Çeçen Respublikası (Chechen Republic of İchkeria) 1996-cı ildə yaradılmışdır. Öz hüquqlarını və müstəqilliyini tarix boyu bərpa etməyə çalışan çeçen xalqı bu arzusuna ancaq 1996-cı ildə çatmışdır. İçkeriyanın ilk prezidendi mərhum Cövhər Dudayev olmuşdur. O öz arzusuna çatmamış ruslar tərəfindən atılmış mərmi ilə öldürülmüşdür. İçkeriyanın 2-ci prezidenti Aslan Məşədov olmuşdur. Onun hakimiyyəti illərində çeçen xalqı öz istəyi əsasında Şəriət qanunları ilə idarə olunmuşdur. Çeçen xalqının müstəqil dövləti olan İçkeriyanı tanıyan ölkə Gürcüstan, ŞKTR və Əfqanıstan olmuşdur. 1999-cu ildə rusların ölkəyə 2-ci dəfə yürüşü olmuşdur ki, bu dəfə də onlar ölkəni ələ keçirməyə cəhd etməyə çalışırdılar. Şamil Basayev 2006-cı ildə ruslar tərəfindən öldürülmüşdür. Bundan savayı Salman Raduyev həbs olunub ömürlük həbs cəzası alsa da 3 aydan sonra həbsdə öldürülmüş, Zəlimxan Yandarbiyev Qatar dövlətində olarkən rus casusunun maşına qoyduğu bombanın işə düşməsi nəticəsində öldürülmüşdür.

Əhalinin siyahıya alınmaları üzrə Çeçenistan Respublikasının əhalisinin etnik dinamikası.

Milliyyət 1979[4] il % 1989[5] il % 2002[6] % 2010[7] il %
Çeçenlər 602 223 60,1 715 306 66,0 1 031 647 93,47 % 1 206 551 95,08 %
Ruslar 309 079 30,8 269 130 24,8 40 664 3,68 % 24 382 1,92 %
Qumuqlar 7808 0,8 9591 0,9 8883 0,80 % 12 221 0,96 %
Avarlar 4793 0,5 6035 0,6 4133 0,37 % 4864 0,38 %
Noqaylar 6079 0,6 6885 0,6 3572 0,32 % 3444 0,27 %
Tabasaranlar 128 0,01 % 1656 0,13 %
Türklər 1662 0,15 % 1484 0,12 %
Tatarlar 2134 0,19 % 1466 0,12 %
İnquşlar 20 855 2,1 25 136 2,3 2914 0,26 % 1296 0,10 %
Ləzgilər 196 0,02 % 1261 0,10 %
Qazaxlar 470 0,04 % 926 0,07 %
Darginlər 696 0,06 % 701 0,06 %
Azərbaycanlılar 226 0,02 % 696 0,05 %
Osetinlər 230 0,02 % 585 0,05 %
Kabardinlər 133 0,01 % 534 0,04 %
Ermənilər 14 438 1,4 14 666 1,4 424 0,04 % 514 0,04 %
Ukraynalılar 11 334 1,1 11 884 1,1 829 0,1 % 415 0,04 %
Kistinlər 136 0,01 %
başqaları 25 621 2,56 25 800 2,38 4795 0,43 % 3757 0,30 %
milliyəti göstərmədi 779 0,07 % 2515 0,20 %
cəmi 1 002 230 100 1 084 433 100 1 103 686 100,00 % 1 268 989 100,00 %

Şəhərlər

redaktə
  • Qroznı – 210.720 nəfər (2002-ci il siyahıya almasına əsasən)[8]

Rayonlar

redaktə

Xarici keçidlər

redaktə

istinadlar

redaktə
  1. 1 2 Шахрай С. М., Алексеев С. С., Собчак А. А., Конституционное совещание Российской Федерации, phaile Конституция Российской Федерации (rus.). // Российская газета Россия: 1993. Т. 102. С. 102. ISSN 1606-5484; 1560-0823
  2. http://parlamentchr.ru/republic/o-respublike.
  3. https://www.gks.ru/storage/mediabank/PrPopul2021.xls.
  4. [(1979-cu ilin) (Çeçenistan Respublikasının rayonları) http://www.ethno-kavkaz.narod.ru/rnchechenia.html Arxivləşdirilib 2019-10-13 at the Wayback Machine ÇEÇEN-İNQUŞ ASSR-ı]
  5. [(1989-cu ilin) (Çeçenistan Respublikasının rayonları) http://www.ethno-kavkaz.narod.ru/rnchechenia.html Arxivləşdirilib 2019-10-13 at the Wayback Machine ÇEÇEN-İNQUŞ ASSR-ı]
  6. "id=17 Ümumrusiya əhalinin siyahıya alınması 2002 qoda<! -- Başlıq botla əlavə edilmişdir -->". 2019-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28. (#missing_pipe)
  7. Ümumrusiya əhalinin siyahıya alınması 2010-cu il. Əhalinin milli tərkibi üzrə (görə) və regionlar üzrə (görə) genişləndirilmiş siyahılarla rəsmi nəticələr. Arxivləşdirilib 2021-12-09 at the Wayback Machine: baxmaq Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine
  8. "RussiaOutdoors – Путешествия по России". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
  NODES
mac 4
os 4