Çennai
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub.
Çennai | |
---|---|
சென்னை | |
13°04′57″ şm. e. 80°16′30″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Muthuvel Karunanidhi Stalin |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1639 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 6 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 44 |
Poçt indeksi | 600... |
Digər | |
chennaicorporation.gov.in | |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimika
redaktəŞəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam. மதறாச) qoymağa gərar alırlar. 1996-cı ildə Bharata canata parti-nin yönətməsi ilə Hindistanda hakim millətçi partiya üzvləri, Mədrəs sözünün portuqal köklü olduğunu bəyan edərək, şəhərin adını dəyişib Çennai qoyurlar.
Tarix
redaktəÇennainin ətrafları I əsrdə Pallava, Çola, Pandya, Vicayanaqar tamil krallıqlarına məxsus olmuşdu. esab edilir ki, müqəddəs apostol Foma b.ə. 52-70-ci illərdə burada missionerlik etmişdir. XVI əsdə buraya yelkən alan portuqallar burada San Tome portu tikmişlər. Sonralar bu bölqə hollandlılara keçmiş. Nəhayət, 1639-cu ildə, britan Ost-İnd kompaniyası Sent Corc (Saint George) fortunun əsasını qoymuşlar. Bu fort sonradan Çennainin özəyini təşkil edir. 1746-cı ildə şəhər Bertrant François de Bourdonnais-nin başçılığı ilə işğal edilmiş, 1749-cu ildə isə Aachen müqaviləsinə əsasən yenidən İngiltərəyə qaytarılmışdır.
Çennai britaniyanın hakimiyyəti altında böyük bir şəhərə və hərbi bazaya çevrilir. XIX əsrdə şəhər dəmiryolu ilə Kəlkütə və Bombeylə birləşir. irinci dünya müharibəsi dövründə şəhər Emden alman kreyseri ilə atlilleriya atəşinə məruz qalır. Hindistan öz suverenliyini qazandıqdan sonra, Çennai Tamilnad ştatının mərkəzinə çevrilir. 1965-1967-ci illərdə Çennaidə hindi dilinin güclə tətbiqinə protest olaraq üsyan təşkil edilmişdi.
1989-cu ildə Çennai, Azad Tamil-İlamın Pələngləri (ATİP) adlı terroristlərin hədəfinə keçmiş, onların şəhər Aeroportunda 1984-cü ildə törətdikləri partlayış nəticəsində Hindistanın Baş Naziri, Raciv Gandi öldürülmüşdü. Şəhər, 2004-cü ildə baş verən sunami nəticəsində ciddi zərər almışdı.
İqlimi
redaktəYanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | İllik | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Orta hesabla Müsbət temperatur (°C) |
29,5 | 31.5 | 33.8 | 35.8 | 38.1 | 37.3 | 35.5 | 34.8 | 34.2 | 32.2 | 29.9 | 29.0 | 33.5 |
Orta hesabla Mənfi temperatur (°C) |
20.9 | 21.8 | 23.7 | 26.2 | 27.6 | 27.2 | 26.2 | 24,5 | 25.3 | 24.5 | 23.0 | 21.6 | 24.5 |
Orta hesabla Yağıntı (mm) |
25.0 | 26.4 | 28.5 | 30.7 | 32.5 | 32.1 | 30.6 | 30.0 | 29.6 | 28.2 | 26.4 | 25.1 | 28.8 |
Orta hesabla Yağışlı gün |
30 | 5 | 11 | 19 | 34 | 80 | 108 | 135 | 153 | 296 | 382 | 173 | 1427 |
Əhali
redaktəBütün Hindistanda kimi, Çennaidə də qeyri-təbii əhali artımı nəzərə çarpır (948 qadının 1000 kişiyə). Savadlılıq 80% (59% orta Hindistan göstəricisi). Şəhər əhalisinin 25% gecəqondularda məskunlaşıb. Əhal əsasən tamillərdən ibarətdir. Tamil dilindən başqa ingils dilidə geniş yayılmışdır.
|
|
Şəkilləri
redaktə-
Müqəddəs Mariya kilsəsi, 1905-ci il.
-
Malipurda(Çennai) köhnə bir məbəd.
Qardaşlaşmış şəhərlər
redaktəSister cities
redaktəŞəhər | Ölkə | Bölgə/Region | İldən etibarən | İstinad |
---|---|---|---|---|
Volqoqrad | Rusiya | Volqoqrad vilayəti | 1966 | [4] |
Denver | ABŞ | Kolorado | 1984 | [5] |
San-Antonio | ABŞ | Texas | 2008 | [6] |
Kuala Lumpur | Malayziya | Federal ərazi | 2010 | [7] |
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://www.census2011.co.in/census/city/463-chennai.html.
- ↑ WMO: World Weather Information Service Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine
- ↑ "Volgograd: 80 Kilometers of Industry and War Heroes". The Moscow Times. 24 October 2011. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
- ↑ "Overview of Chennai, India: Denver Sister Cities International". Denversistercities.org. 2008-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
- ↑ "What is it?". Official Website of the City of San Antonio. 2018-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
- ↑ "Chennai, Kuala Lumpur sign sister city pact". The Hindu. 26 November 2010. 2010-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.