ÇigilXəzər dənizində, Bakı arxipelaqında[1] Azərbaycana məxsus ada. Məskunlaşmamış adadır. Palçıq vulkanı mənşəlidir. Ərazisi 0,4 km² təşkil edir. Sahilləri hündür və yalnız cənub-şərq tərəfdən ensiz sahil zolağı ilə əhatə olunmuşdur. Cənub-Şərq hissədə bir necə palcıq vulkanı var. Adanın uzunluğu 585 m, eni 425 m-dir. Sahildən 16,9 km məsafə ayırır. Maksimal hündürlük 5 m təşkil edir. Bəndovan burnundan cənubda yerləşir. Sonuncu püskürmə tarixi haqqında məlumat yoxdur. Güman edilir ki, bu püskürmə 1932-ci ildə baş vermişdir. Palcıq vulkanları burada neft-qaz olması ilə əlaqədardır. Vulkanlar daim səthə yeni palcıq dalğaları püsgürür.

Çigil
Ümumi məlumatlar
Sahəsi 0,4 km²
Uzunluğu 0,585 km
Eni 0,425 km
Hündür nöqtəsi 5 m
Əhalisi 0 nəfər (2013-cü il)
Yerləşməsi
39°38′24″ şm. e. 49°26′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Arxipelaq
Akvatoriya
Çigil xəritədə
Çigil
Çigil
Çigil (Azərbaycan)
Çigil
link=:Fayl:
Çigil
Bakı arxipelaqı

Etimalogiyası

redaktə

Adanın adı qarluq türklərinin çigil boyundan gəlir[mənbə göstərin]. Ruslar Oblivnoy adı vermişlər. Bu isə burada daim palcıq dalğalarının püsgürməsi və ya dəniz sularıla yuyulması ehtimalıyla verilə bilər.

Ekologiyası

redaktə

Ada gilli suxurlardan təşil olunub.Buranın flora-faunası çox kasıbdır. Sahil hissələrində dəniz yosunları, Xəzər suitisi, Nərəkimilər fəsiləsinə aid balıq növləri mövcuddür. Xəzər suitisi emdemik növ olmaqla ancaq Xəzər dənizində yaşayır. Bu canlı Azərbaycan Respublikasının 'Qırmızı kitabına' daxil edilmişdir və qorunur. Adada Xəzər qağayısı, Maygülükimilər fəsiləsinə aid quşlar (Flaminqo) məskun olur[2].

Mənbə

redaktə
  • Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2007, səh.59.

İstinadlar

redaktə
  1. "General information". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.
  2. "Caspian Sea Biodiversity Project". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.
  NODES
Project 1