Öd daşı xəstəliyi

Öd daşı xəstəliyi[2] (lat. Cholecystolithiasisyun. χολή lat. chole “öd” və yun. λίθος lat. líthos “daş”) bütün dünyada və eyni zamanda Azərbaycanda çox geniş yayılmışdır. Demək olar ki, bir çox adamlarda öd daşlarının əmələ gəlməsi və xəstəliyin inkişafı üçün şərait vardır. Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.

Öd daşı xəstəliyi
Öd kisəsindən çıxarılmış öd daşları.
Öd kisəsindən çıxarılmış öd daşları.
XBT-10 K80.
XBT-9 574
XBT-9-KM 574.5[1]
OMIM 600803
DiseasesDB 2533
MedlinePlus 000273
eMedicine emerg/97 
MeSH D042882
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Öd kristalları bütün öd yollarında əmələ gələ bilər (qaraciyər daxili öd yolları, ümumi öd axarı və s.).[3]

Yaranma səbəbləri

redaktə

Xolesterin, qara və qəhvəyi öd daşlarının yaranma səbəbləri fərqlidir.

Xolesterin daşları

redaktə
  • Şişmanlıq - əsas risk amilidir və qaraciyərdə xolesterinin artıq dərəcədə hasil olunmasıyla bağdaşdır.
  • Hamiləlik. Xoresterin daşları çox hamiləlik keçirmiş qadınlarda daha sıx rast gəlinir. Əsas təkanverici amilin hamiləlik zamanı yüksək progesteronun olması düşünülür. Progesteron öd kisənin yığılmasını azaldır, ödün kisədə uzunsürən ləngiməsi və qatılaşmasına gətirib çıxarır.
  • Ödün durğunluğu
  • Dərmanlar - estrogenlər, fibratlar, somatostatin analoqları
  • İrsi meyillilik

Qara və qəhvəyi piqmentli öd daşları

redaktə

Qara öd daşları aşırı dərəcədə hemolizlə (qırmızı qan hüceyrələrinin parçalanması) ilə müşahidə olunan xəstəliklərdə rast gəlinir: oraq hüceyrəli anemiya, irsi sferositoz, beta-talassemiya.

Həmçinin bax

redaktə

Mənbə

redaktə
  1. Disease Ontology (ing.). 2016.
  2. N. Y. Bayramov. Cərrahiyyə Seminarları: Öd Yollarının Cərrahi Xəstəlikləri. Ankara. 2004. 320. ISBN 975-92103-0-4.
  3. eMedicine. Douglas M Heuman. Cholelithiasis. Arxivləşdirilib 2010-11-20 at the Wayback Machine
  NODES