Ömər Bəşir

(Ömər əl-Bəşir səhifəsindən yönləndirilmişdir)

Ömər əl-Bəşir (tam adı: Ömər Həsən Əhməd əl-Bəşir, ərəb. عمر حسن أحمد البشير‎; 1 yanvar 1944[1], Hoş Bonnaqa[d], Nil vilayəti[d]) — Sudan dövlət və siyasi xadimi, 30 iyun 1989-cu ildən 11 aprelin 2019-cu ilədək Sudanın VII Prezidenti, 1996-cı ildən etibarən aparıcı "Milli Konqres" partiyasının sədri. 2019-cu ilin aprel ayında hərbi çevriliş nəticəsində hakimiyyətdən endirilmişdir.

Ömər Bəşir
ərəb. عمر البشير
Doğum tarixi 1 yanvar 1944(1944-01-01)[1] (80 yaş)
Doğum yeri
Təhsili
  • Sudan Hərbi Kolleci[d],
  • Misir Hərbi Akademiyası[d]
Fəaliyyəti siyasətçi
Fəaliyyət illəri 1960–2019
albashir.sd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Ömər Əl-Bəşir 1944-cü ildə kəndli ailəsində dünyaya gəlib. Sudan Britaniya və Misir müstəmləkəçiliyindən azad olanda, o yeniyetmə idi. 16 yaşlı Ömər ordu sıralarına yazıldı, Xartum və Qahirədə təhsil aldı. 1973-cü ildə Misir ordusunun tərəfində İsrailə qarşı döyüşdü.

Bundan sonra, əl-Bəşir ölkənin cənubunda ordu komandanı oldu, burada üsyançı qüvvələrlə mübarizəyə rəhbərlik etdi. Dünya Ömər əl-Bəşirin adını ilk dəfə 1989-cu il Sudan Nicat İnqilabı zamanı eşitdi.

Bu inqilabın əsas simalarından biri Həsən əl-Turabi idi. Dörd il sonra əl-Bəşir özünü prezident elan etdi. Əl-Turabi həbs edildi. Sonradan o azad olundu, amma artıq əvvəlki nüfuza malik deyildi.

Sudan hökuməti əsasən müsəlmanlardan ibarət şimalxristianların üstünlük təşkil etdiyi cənub arasında sülhə nail oldu. Cənubun Sudandan ayrılmasına dair referendum 2011-ci ildə keçirilməlidir.

Ömər əl-Bəşir özünü siyasi deyil, hərbi lider kimi nümayiş etdirməyi sevir. Prezident öz mövqeyini Sudandakı mübahisələri ya həll etmək, ya da onlara nəzarət etməklə möhkəmlədib.

Onun şəxsi həyatı haqqında çox az şey məlumdur. Onun iki arvadı olsa da, özünün övladı yoxdur.[2] 1967-ci ildə Sudan Hərbi Akademiyasının məzunu olan Bəşir 1981-ci ildə isə Komandanlıq və Baş Qərargahlıq fakültəsinin Siyasət elmləri ixtisası üzrə magistr dərəcəsini alır. 1983-cü ildə Ömər Malayziya universitetinin Hərb elmləri fakültəsinin magistr ixtisası üzrə məzunu olur. 1987-ci ildə Sudan İdarəetmə Akademiyasının üzvü seçilən Bəşir 1973-cü il əl-Ubur müharibəsində iştirak edir. Daha sonra bir müddət BƏƏ-də işləyir. 1967–69-cu illərdə Sudan ordusunun Qərb komandanlığında çalışan Bəşir 1969–87-ci illər arasında isə Sudan HHQ-də işləyir. 1987-ci ildə Səkkizinci Müstəqil Piyada Batalyonuna komandir təyin edilən Bəşir bu vəzifədə 1989-cu ilə qədər qalır.

1989-cu il iyun ayının 30-da Bəşir Demokrat Partiyası hökumətini devirməklə hakimiyyətə gəlir və 30 iyun 1989 və 16 oktyabr 1993-cü il tarixləri arasında Milli Xilasetmə İnqilabı Komandanlıq Şurasının sədri olur. 1993-cü ildə isə konstitusiyanın "Respublika prezidenti eyni zamanda ölkənin Baş naziridir" bəndinə uyğun olaraq Sudan respublikasının prezidenti seçilir.

Ömər Bəşir hərbçi olmaqla yanaşı, Quran hafizi və dindardır. Bəşir birinci həyat yoldaşı təyyarə qəzasında həlak olduqdan sonra ikinci dəfə evlənir. Oğlan övladı yoxdur, bunun üçün Sudanın cənubundan iki oğlan uşağını oğulluğa götürüb. Onun hakimiyyəti Sudan tarixində ən uzun hakimiyyətdir. Milli Konfrans Partiyasının sədri olan Bəşir Afrika qitəsinin ən uzun müddətli müharibəsi olan Cənub müharibəsindən güclü iqtisadiyyat sayəsində çıxa bilib.

2019-cu ildə Sudan ordusu ölkədə aylarla davam edən xalq etirazlarından sonra aprelin 11-də çevriliş həyata keçirərək Əl-Bəşiri hakimiyyətdən uzaqlaşdırıb. Onu və bütün yaxın ətrafını həbs ediblər. Aprelin 20-də xəbər verilib ki, əl-Bəşirin evində axtarış zamanı 113 milyon dollara ekvivalent olan nağd pul tapılıb. Keçmiş prezident xarici valyutanı qanunsuz yığıb saxlamaqda və korrupsiyada, bahalı hədiyyələr qəbul etməkdə ittiham olunur.[3]

Beynəlxalq Cinayət Məhkəməsi

redaktə

Beynəlxalq Cinayət Məhkəməsi, Sudanın Dövlət başçısı Ömər Əl Bəşirin Darfur bölgəsində hərbi günahı və bəşəriyyətə qarşı cinayət işləmək kimi günahlarina ğörə tutulması qərarını verib. Beynəlxalq Haaqa Tribunalı Ömər əl-Bəşirin həbsi ilə bağlı 2009-cu ilin martında qərar çıxarıb[4]. Dünya ölkələri Məhkəmənin qərarına reaksiya göstərib. Ömər Bəşir Beynəlxalq cinayət məhkəməsinin yarandığı 2002-ci ildən indiyədək, tutulması haqda qərar verilən ən yüksək seviyyəli dövlət rəsmisidir. Məhkəmə Əl Bəşiri 2003-cü ildən Darfur bölgəsində qırğın, işgəncə, etnik təmizləmə barədə göstəriş verməklə ittiham edir. Sudanın dövlət başçısı Əl Bəşir, Məhkəmənin qərarının, yeni müstəmləkəçi planların bir parçası olduğunu bildirib. Sudan hökuməti də bu qərarı pisləyib. Sudan xarici işlər naziri isə, Məhkəmənin qərarına baxmayaraq, Əl Bəşirin bu ay Qatarda keçiriləcək Ərəb Birliyi zirvəsində iştirak edəcəyini deyib. Digər tərəfdən Sudan qərara reaksiyasını göstərtmək üçün ölkədəki beynəlxalq təşkilatlardan 10-nun işçilərinin çıxarılması haqqında qərar verib. Paytaxt Hartumda da minlərlə insan qərara etiraz edib. ABŞ Məhkəmənin qərarına dəstək verib, Rusiya isə bunun təhlükəli addım olduğunu billdirib. Çin, BMT Təhlükəsizlik Şurasını qərarın həyata keçirilməsinə mane olmağa çağırıb. Afrika Birliyi də qərarın Afrika qitəsi ndə sülhə zərbə vuracağını qeyd edib.[5]

İstinadlar

redaktə
  1. 1 2 Omar Hassan Ahmad al- Bashir // Munzinger Personen (alm.).
  2. http://www.bbc.co.uk/azeri/news/story/2009/03/090305_albashir.shtml
  3. "Bəşir həmin Bəşirdi, kefi də yerində..." 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
  4. "Sudan prezidenti Türkiyəyə gəlməkdən qorxdu". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-09.
  5. "Arxivlənmiş surət". 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-06.

Xarici keçidlər

redaktə
  NODES