İmam Hüseyn türbəsi

İmam Hüseyn türbəsi (ərəb. مقام الامام الحسين‎‎) — Şiəlikdə III imam olaraq qəbul edilən Hüseyn ibn Əlinin məzarının yerləşdiyi türbə kompleksi. İslam peyğəmbəri Məhəmmədin nəvəsi olan İmam Hüseyn Kərbəla yaxınlığında baş vermiş Kərbəla döyüşündə şəhid olduqdan sonra həmin şəhərdə yaradılan türbədə dəfn edilmişdir. Miladi təqvim ilə 680-cı ilin 10 oktyabr[1][2] tarixində baş vermiş Kərbəla döyüşü şiəlikdə mühüm önəmə sahibdir. Əməvilər sülaləsindən olan ikinci ərəb xəlifəsi I Yezid qoşunu tərəfindən qətlə yetirilən Hüseyn ibn Əli və tərəfdarlarının xatirəsi hər il ənənvi şəkildə qeyd edilən Aşura günlərində xatırlanır.

İmam Hüseyn türbəsi
Xəritə
32°36′59″ şm. e. 44°01′57″ ş. u.HGYO
Ölkə İraq İraq
Şəhər Kərbəla
Yerləşir Kərbəla
Üslubu Səfəvi memarlığı
İmam Hüseyn türbəsi (İraq)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İslamın Şiə məzhəbindən olan milyonlarla şəxs hər il şəhərə həcc ziyarətləri təşkil etməkdədir. Həcc ziyarətləri adətən Aşura günlərində və Hüseyn ibn Əlinin ölüm günündə təşkil edilir.[3] 2014-cü ildə şəhər 3.000.000 şiə müsəlmanı tərəfindən ziyarət edilmişdir. Türbənin yerləşdiyi Kərbəla şəhəri MəkkəMədinə şəhərlərindən sonra İslam dünyasında ən müqəddəs şəhərlərdən hesab olunur. ƏməvilərAbbasilərin xilafəti dönəmində şəhərə və türbəyə ziyarət həyəta keçirmək qadağan edilmişdir.[4]

Türbə kompleksi Abbasi xəlifəsi Əl-Mütəvəkkil tərəfindən (850-851) dağıdılmış və şiələrin şəhərə həcc ziyarəti həyata keçirlmələri növbəti dəfə qadağan edilmişdir. İmam Hüseyn türbəsi yalnız 980-cı ildə Buveyhilər sülaləsindən olan Əbdul-Əl-Davla tərəfindən restavrasiya edilmişdir.[5] Hüseyn ibn Əlinin məzarı türbə daxilində yerləşən məscidin içərisində, qızıl suyuna çəkilmiş məzarda yerləşir. Şiəlik üçün digər bir mühüm şəxs olan Abbas ibn Əlinin türbəsidə İmam Hüseyn türbəsinin yaxınlığındadır.

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. Shimoni & Levine, 1974, p. 160.
  2. Aghaie, 2004, pp. 10-11.
  3. Interactive Maps: Sunni & Shia: The Worlds of Islam Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine, PBS, accessed 9 June 2007.
  4. al Musawi, 2006, p. 51.
  5. Litvak, 1998, p. 16.
  NODES
mac 1