Cəfər Sadiq

(İmam Sadiq səhifəsindən yönləndirilmişdir)

Cəfər Sadiq (ərəb. أَبُوعَبْدِاللَّهِ جَعْفَرُ بْنُ مُحَمَّدٍ الصَّادِقُ‎; 20 aprel 702[1], Mədinə, Hicaz, Əməvilər xilafəti16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqirin məzarı kənarındadır.

Cəfər ibn Məhəmməd Baqir
جعفر بن محمد الصادق‎
743 – 774
ƏvvəlkiBaqir
SonrakıKazım (İmamiyyəyə görə)
İsmail (İsmaililərə görə)
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mədinə
Vəfat tarixi
Vəfat yeri Mədinə, (Bəqi qəbiristanlığında dəfn olunub)
Dəfn yeri
Fəaliyyəti üləma, fəqih, imam
Atası Məhəmməd ibn Əli
Anası Ümmü Hərvə
Həyat yoldaşı Həmidə
Uşaqları oğulları: Musa, İsmail
Dini İslam
Elmi fəaliyyəti
Elm sahəsi fiqh
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli BeytinəŞiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü[2]. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı[3].

İmamın Elmi Mübahisələri

redaktə

Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..."[4]

Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə səcdə etməyi əmr etdi?" İmam Sadiq buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi"[5].

İmamın şəhid edilməsi

redaktə

Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı[6]. Öldürücü bir zəhər hazırlatmış ve valisi vasitəsiylə İmam'a içirtmişdi. İmam Cəfər Sadiq onu içəndə, bağırsaqları parçalanmış, dözülməz ağrılar çəkməyə başlamışdı. İmam Cəfər Sadiq'in şəhid edilməsi, o dövrdə İslam aləminin başına gələn ən böyük fəlakətlərdən biriydi. Bu hadisənin dəhşəti qarşısında İslam aləminin dörd bir tərəfi sarsıldı. Haşimilərin ve digər insanların evlərindən fəryadlar yüksəldi.[7]

İstinadlar

redaktə
  1. Ja'far al-Sadiq // SNAC (ing.). 2010.
  2. Hidayet Önderleri İmam Cafer Sadık(a.s),səh.22
  3. Hidayet Önderleri İmam Cafer Sadık(a.s),səh.23
  4. Əllamə Təbərsi, əl-İhticac (azərbaycanca)səh.548
  5. Əllamə Təbərsi, əl-İhticac (azərbaycanca)səh.570
  6. Nuru'l-Əbsar, səh.133; əl-İthaf bi-Hubbi'l-Əşraf, səh.54; Səbaiku'z-Zəhəb, səh.72
  7. Hidayet Önderleri İmam Cafer Sadık(a.s),səh.273

Xarici keçidlər

redaktə
  • İmam Cafer Sadık (a.s)
  • Mehdi Pişvayi. "İmam Sadiq (ə) kimdir? (I hissə)" (az.)). islamazeri.com. 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-07.
  • Mehdi Pişvayi. "İmam Sadiq (ə) kimdir? (II hissə)" (az.)). islamazeri.com. 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-07.
  • Mehdi Pişvayi. "İmam Sadiq (ə) kimdir? (III hissə)" (az.)). islamazeri.com. 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-07.
  • Ələddin Məlikov. "Cəfər ibn Məhəmməd" (az.)). İlahiyyatçı qəzeti (Aİİ). 2024-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-27.
  NODES
os 1