İqor Kşnyakin
Bu məqalə son vaxtlarda ölən insan haqqındadır. |
İqor İvanoviç Kşnyakin (rus. Игорь Иванович Кшнякин; 19 may 1962, Bakı – 25 dekabr 2024, Aktau) — təyyarə kapitanı, Azərbaycanın Milli Qəhrəmanı.[1] 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus Embraer 190 təyyarəsinin kapitanı kimi tanınır.[2][3]
İqor Kşnyakin | |
---|---|
Doğum tarixi | 19 may 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 25 dekabr 2024 (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | təyyarə qəzası[d] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | təyyarə kapitanı[d], pilot |
Fəaliyyət illəri | 1982–2024 |
Mükafatları |
Həyatı və karyerası
redaktəİqor İvanoviç Kşnyakin 1962-ci ildə mayın 19-da Bakı şəhərində anadan olub. Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Ryazan vilayətində Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib.
1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb.[4]
1984-cü il yanvarın 6-dan Zabrat Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu, 1990-cı ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Yak-40 Hava Gəmisinin 2-ci pilotu vəzifələrində çalışıb. 1994-cü ildə Yak-40 Hava Gəmisinin komandiri, 1997-ci ildə "Azal" Milli Aviasiya Şirkətinin Yak-40 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 1998-ci ildə Tu-134 Hava Gəmisinin 2-ci pilotu vəzifəsinə təyin olunur. 2005-ci ildə An-140 Hava Gəmisinin kapitanı, 2008-ci ildən etibarən ATR-42/72 Hava Gəmisinin kapitanı vəzifəsinə yüksəldilir.
2013-cü iyunun 3-dən etibarən, Embraer-170/190 Hava Gəmisi üzrə yenidən təlim kursunu bitirdikdən sonra həmin hava gəmisinin stajçı-pilotu vəzifəsinə keçirilib. 2013-cü dekabrın 11-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində Embraer-170/190 hava gəmisinin kapitanı vəzifəsinə təyin edilib.[4]
Kşnyakinin 15,159 saatlıq uçuş təcrübəsi var idi ki, bunun 11,180 saatı kapitan kimi həyata keçmişdi.[5][6]
Ölümü
redaktə2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus Pantsir-S1 zenit raket kompleksi ilə vurulub. İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov təyyarənin idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirmişlər. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılmışdır. Təyyarənin göyərtəsində 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Qəza nəticəsində 29 nəfər sağ qalmışdır.
İqor Kşnyakin, təyyarənin ikinci pilotu və bir ekipaj üzvü, habelə 35 sərnişin qəza zamanı həyatını itirmişdir.[9] Ekspertlər onun və komandası haqqında "tarixə qəhrəmanlar kimi düşüblər" ifadəsini işlətmişdir.[10][11][12] 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunmuşdur.[13]
Təltifləri
redaktəAzərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Kşnyakin İqor İvanoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[14]
- (29 dekabr 2024) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
İstinadlar
redaktə- ↑ "Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib". Report İnformasiya Agentliyi (az.). Report.az. 29 dekabr 2024.
- ↑ "Təyyarə qəzasında həyatını itirən kapitan pilot İqor Kşnyakinin xatirəsi yad edilir" (az.). 27 dekabr 2024.
- ↑ "Pilotun qohumu: Kşnyakin İqorun xatirəsi ailəsinin və dostlarının qəlbində daim yaşayacaq" (az.). 27 dekabr 2024.
- ↑ 1 2 "Milli Qəhrəman İqor Kşnyakin kimdir? - DOSYE". Pravda.az. İstifadə tarixi: 2024-12-29.
- ↑ "Qəzaya uğrayan təyyarə son yoxlamadan nə vaxt keçmişdi? - RƏSMİ AÇIQLAMA". Oxu.az (az.). İstifadə tarixi: 2024-12-29.
- ↑ "İqor Kşnyakin kimdir? – Özünü sərnişinlərə fəda edən QƏHRƏMAN". Lent.az (az.). İstifadə tarixi: 2024-12-29.
- ↑ "Qəhrəman pilotun hər iki qızı milli komandamızın üzvüdür". Oxu.az (az.). İstifadə tarixi: 2024-12-29.
- ↑ "Сын Игоря Кшнякина делится воспоминаниями об отце: Папа передал мне свой опыт". media.az (rus). İstifadə tarixi: 2024-12-30.
- ↑ ru.euronews.com https://ru.euronews.com/2024/12/26/experts-crew-of-crushed-airline-are-heroes (#bare_url_missing_title). İstifadə tarixi: 2024-12-29.
- ↑ "Kapitan İqor Kşnyakinə hörmət - Azərbaycan Gimnastika Federasiyasından başsağlığı" (az.). 27 dekabr 2024.
- ↑ "Bakı-Qroznı reysindəki təyyarə qəzasında Azərbaycan millisinin üzvlərinin atası həlak olub" (az.). 27 dekabr 2024.
- ↑ "Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - Fotolent" (az.). 27 dekabr 2024.
- ↑ "Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin cənazələri II Fəxri xiyabanda dəfn edilib". Oxu.az (az.). 29.12.2024. İstifadə tarixi: 29.12.2024.
- ↑ ""Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 29.12.2024. 2024-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2024.