İqta(ərəbcə إقطاع) — feodalizm dövründə əsasən müsəlman ölkələrində yayılmış şərti torpaq mülkiyəti. İqta mülkdən fərqli olaraq, irsən keçmirdi, ancaq xidmət müddətinə verilirdi. Bu xidmət həm hərbi həm də mülki ola bilərdi. İqta kimi bir çox başqa torpaq mülkiyəti formaları da mövcud idi.

Yaranması

redaktə

9 əsrin ortalarında Xəlifənin qərargahı Samirrəyə bitişik olan ərazilər katayi kimi, müxtəlif milliyətlərin nümayəndələrinə türklərə, xorasanlılara, məğriblilərə verilirdi. Belə mülkiyətin peşəkar hərbçilər tərəfindən alınması, şübhəsiz, iqta sisteminin mərkəzi müsəlman torpaqlarında yayılmasına səbəb olurdu, halbu ki, onun köklərini, xüsusi ilə İraqda, ilk ərəb işğallarından əvvəl də sezmək olar. Əgər əvvəl iqta məhdud müddətə verilirdisə və təltif olunana muqta, yəni özünün xəracı yığması, hüququ verilmirdisə, indi isə doğrudan da tam hüququlu mülkiyətlər yaranırdı, dövlət nümayəndələrinin müdaxiləsindən tamamilə müdafiə olunmuş. Onlardan ancaq mərkəzi hakimiyətə ödənilirdi. Belə növ iqta 10-cu əsr ərzində Xilafətin mərkəzi əyalətlərində adi hala çevrildi, sonralar muqta sinfinin güclənməsi,Avropa kommendasiyalarına oxşar, güclülərin zəiflərə himayəsi kimi(lakin bu klassik anlamda feodal nərdivanı deyildi) təlciyəhimayə yarandı. Öz Samirrə ətrafındaki nüvəsindən və İraq Savadından türklərin iqtası bütün Qərbi İraqa və Qərbi İrana yayıldı, belə ki 11-ci əsrdə artıq buraların emal olunana torpaqlarının böyük hissəsi, mərkəzi hakimiyətdən özgələşdirilən iqtalar təşkil edirdi, hərçənd ki, xüsusi torpaqlar -mülk də vardı.

İqta sonrakı dövrlərdə

redaktə

Böyük Səlcuqluların türkmən yığma qoşununa əlavə olaraq təşkil etdikləri çoxmillətli nizami ordu ödəniş problemi yaratdı. Belə böyük coğrafi ərazidə mərkəzdənqaçmanı təhrik edən çox güclər vardı, buna görə Tahirilər, Samanilər, Qəznəlilər və hətta əhəmiyətli dərəcədə Buveyhilər dövründə yayılmış orduya nağd ödəniş sistemini (rəzakəti) saxlamaq çətin idi. Buna görə Buveyhilər dövründə, hər İki İraqda mövcud olan iqta sisteminin genişlənməsinə meyl Səlcuqlular dövründə daha da gücləndi. Bir birini tez-tez əvəzləyən və qarışıq olaraq çətinlik törədən müxtəlif iqta tiplərinin fərqləndirilməsi, bu sahənin Kl. Kaen və A.K.S.Lembton kimi mütəxəsislərinin araşdırma obyekti olmuşdur. Onların fikrinə görə iqtanın Səlcüq dövründəki təkamülündə, bir neçə istiqaməti seçmək gərəkdir:ilk dövrlərdə inzibati məqsədlərlə icarəyə verilən, iqta ət-təmlik dən, hərbi məqsədlərlə əmirlərin və başqa vəzifələrin ödənişi kimi verilən itqa əl-istiqlal qədər iqtanın assimilyasiyasını. 12 əsrdə süquta uğramaqda olan işləri öz əllərinə alan Səlcüqilər dövründə, hərbi iqtanın ilkin irsi meyli güclənməyə başladı ki, bu əmirlərin maliyə bazasının möhkəmlənməsinə, sonralar isə əyalət atabəyləri sülalərinin yaranmasına gətirdi. Coğrafi olaraq iqta o dövrdə qərbdən şərqə, Xorasana, və ola bilər sonra, Buveyhilərin dövründə başlanan və Səlcuqlular dövründə davam edən ümumi militarizasiya əsnasında daha da şərqə doğru yayılmağa başladı. İqta sistemi ilə Qəznəlilər də tanış idi; iqta sistemi Qəznə ətrafında Alptiginin Qəznəyə gəlişini müşayət edən türk-qulamlarının burada yerləşməsi dövründən başlayır. Lakin ilk qəznəlilər dövründə bu torpaq mülkiyət forması vardısa da, onların yayılması və müddətinə ciddi nəzarət olunurdu. Bu iqta yox daha çox tu'mas idi. XII əsrdə əsl iqtanın Qəznəlilərin nəzarəti altında olan ərazilərə yayılması əlamətləri sezilməyə başladı. Qəznəlilərdən iqta qurilərə keçdi, onların vasitəsi ilə isə Dehli sultanlarının dövründə Şimali Hindistanda bərqərar oldu.

Mənbə

redaktə
  • Мусульманский мир 950-1050 Издательство "Наука" Главная редакция восточной литературы Москва 1981 səh 26-32

Həmçin bax

redaktə
  NODES