İspaniya

Cənubi Avropada ölkə

İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa BirliyiNATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir.

İspaniya
isp. Reino de España[1]
bask Espainiako Erresuma
kat. Regne d'Espanya
qalis. Reino de España
Bayraq Gerb
Bayraq Gerb
Plus Ultra
Rəsmi dilləri
Paytaxt Madrid[2][3]
 • Əhali
  • 48.592.909 nəf. (1 yanvar 2024)[4]
Valyuta avro[5]
İnternet domeni .es
ISO kodu ES
BOK kodu ESP
Telefon kodu +34
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
İspaniya

Ümumi məlumat

redaktə

İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda SeutaMərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir.

İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.

 
Madrid, İspaniyanın paytaxtı
 
Valensiya
 
Sevilya
 
Saraqosa
 
Malaqa
 
Mursiya
 
Palma de Malyorka
 
Las Palmas de Qran Kanariya
 
Bilbao
 
Alikante
 
Córdoba
 
Valladolid
 
Viqo
 
Gijon
 
L'Hospitalet de Llobregat
 
A koruna
 
Vitoria-Qasteiz
 
Qranada
 
Elçe
 
Santa Kruz de Tenerife
  Əsas məqalə: İspaniya tarixi

Təhsil

redaktə

İspaniyada universitetləri Centro adlandırırlar. İspaniya qanununa görə ancaq bu məktəblər ali təhsil verə bilər. Bu mənada İspaniya mühafizəkar ölkə kimi qeyd olunur. İspan universitetləri 3 kateqoriyaya bölünür: dövlət (43-dən çox), özəl (3) və bütün dünya üçün bir dənə nadir ali məktəb növü və ya kilsə himayəsində olan – dini (ruhani) ali məktəb.

İspan ali məktəbləri ənənəvi tarix və coğrafiya, latın dili, fəlsəfə, fizika tədrisində əsas sayılırlar. Yeni tanınmış istiqamətlərdən biomexanika, informasiya texnologiyaları, ekologiya istifadə edilir. İspan təhsilinin əsas cəhətlərindən biri – mədəniyyətin öyrənilməsidir.

Universitetlər inzibati 4 tip tədris şöbəsinə bölünür:

— universitet fakültələri (facultades universitarias) – texniki fənlərdən başqa bütün fənləri tədqiq edən ali məktəblərdir. Orada hər üç ali dərəcə üzrə təhsil almaq olar (bakalvr, magistr, elmlər doktoru).

— ali texniki məktəblər (escuelas tecnicas superiores) isə əksinə, texniki yönümlüdür və hər üç təhsil dövrünü özündə birləşdirir.

— universitet məktəbləri (escuelas universitarias) müəyyən peşə istiqamətinə malikdir və tələbəni ancaq birinci pillə olan – bakalavra kimi aparır.

Universitetlərdə xüsusilə nüfuzu olan fakültələr də var ki, bu da ali mühəndis məktəbləridir. Bu məktəblər memar, mühəndis və texnoloq hazırlayır. Burada proqram daha məzmunludur və ali mühəndis məktəbləri universitet ənənələrinə və müasir peşəkar hazırlama reallağına uyğunlaşır. Bu məktəblərə qəbul olanlar ən ciddi seçimdən keçirlər. Statistikaya görə mühəndislik məktəbində təhsil alan birinci kursların üçdə bir hissəsi ikinci ilə qalır və yalnız bütün daxil olanların dörddə bir hissəsi diplom alır.

İspan universitetlərində akademik il 2 semestrə ayrılır. Birinci semestr sentyabrın ortalarından dekabrın 20-nə kimi davam edir. İkinci semestr isə 9–16 fevralda başlayır və 22–29 mayda bitir. Bütün universitetlərdə təhsil 5–6 il davam edir. Təhsil ispan dilindədir. Təhsil proqramları Bakalavr dərəcəsi. İspaniyada təhsilin birinci pilləsini bitirən universitet tələbələrinin yiyələndiyi bakalavr dərəcəsi 3 əsas dərəcəyə bərabərdir:

— "Arguitecto Tecnico" – dərəcəsi, yalnız memarlıq sahəsində təhsil alan tələblərə verilir — "Ingeniero Tecnico" – dərəcəsi, texniki ixtisaslı tələbələrə verilir — "Diplomado" – dərəcəsi, digər bütün istiqamətlərdə təhsil alan tələbələrə verilir.

Magistr dərəcəsi. İspaniyada təhsilin ikinci dövrünü bitirərkən ixtisasa uyğun magistr dərəcəsi verilir. Təhsilin istiqamətindən asılı olaraq aşağıdakılar ola bilər: — Memar ("Arcuitechto") — Mühəndis ("Ingeniero Superior") — Lisenziyaçı ("Licenciado") — Magistr – tədqiqatçı – İspaniyada adətən ona müəyyən ixtisas – "Master", "Diplomado", "Experto" və s. uyğun gəlir. O hazırkı kursu təşkil edən universitet tərəfindən təyin olunur və təhsilin üçüncü dövrünü bitirəndən sonra verirlir.

Doktor dərəcəsi. İspaniyada o, əksəriyyət inkişaf etmiş ölkələrdə olduğu kimi – doktor dərəcəsi ("Doktor") adlanır. Onu ali təhsilin üçüncü pilləsinə qalxandan sonra almaq olar.

İspaniyanın ali məktəblərinə daxil olarkən ümumi tələblər — təhsil almaq üçün əsas lazımi şərtlərdən biri dil bilməkdir. — D.E.L.E. ispan dili üzrə imtahan vermək. İmtahanlar mayda və dekabrda keçirilir. — seçilmiş ixtisas üzrə əsas sualları bilmək. — dil hazırlığı keçmək üçün texniki ixtisaslara daxil olan namizədlər ispan dilinin superior D.S.E. səviyyəsini bilməlidirlər. — maarifləndirici sənədlərin qanuniləşdirilməsi prosesindən keçmək. Bakalavrlar üçün orta təhsil haqqında attestat və 9, 10, 11-ci siniflərdə keçirilmiş saatlar və qiymətlər haqqında çıxarışın (xülasə) verilməsi lazımdır. Magistrlər üçün ali təhsil haqında diplom, doktorlar üçün isə magistr diplomu və ali təhsil haqqında diplomun verilməsi vacibdir.

Əhalisi

redaktə

İspaniyanın toplam əhalisi təxminən 47 milyondur. İspanlar müxtəlif tarixi vilayətlərin və etnik qrupların əsasında formalaşmış vahid dövlətdir. İspaniyada əhalinin 74,5%-i ispanlar, 18%-i katalonlar, 6% qalisiyalılar, 1,5%-i basklardırlar. Burada yaşayan xalqların əksəriyyəti Hind-Avropa dil ailəsinin Roman qrupuna aiddirlər. İspaniyada milli problem katalonlar, qalisiyalılar və baskların bəzi inzibati, maliyyə və hüquqi üstünlüklərdən məhrum edilərək zorla Madriddədki mərkəzi hökumətə tabe etdirilməsi ilə başlanmışdır. Diktator Frankonun 40 illik hakimiyyəti ərzində onların az da olas milli hislərini göstərməkləri qadağan idi. KatalonBask bayraqlarını asmaq, milli dildə danışmaq, hətta milli rəqsləri ifa etmək qadağan idi. Lakin Frankonun rejimindən sonra İspaniyada bu problemin həlli üçün mühüm addımlar atılmışdır. 1978-ci ildə ölkənin yeni konstitusiyası qəbul edilmişdir ki, burada milli məsələlərə böyük diqqət verilmişdir. Bu Konstitusiyada region və millətlərin muxtariyyət hüququ tanınırdı. Nəticədə 1983-cü ildə İspaniyada 17 muxtar rayon yaradılmışdır ki, onların da içərisində Kataloniya, Basklar ölkəsi, Qalisiya da vardır. Bu bir çox cəhətdən milli münasibətlərdəki gərginliyi azaltmışdır. Lakin Kataloniya və Basklar ölkəsində gərginlik hələ də qalır. Kataloniya İspaniyanın iqtisadi cəhətdən ən inkişaf etmiş hissəsidir, əhali öz milli dilini saxlamışdır, bəzi partiyaları geniş muxtariyyətə razı olsalar da, digərləri İspaniyadan tam ayrılmaq istəyirlər. Lakin İspaniyanın milli cəhətdən əsas ağrılı hissəsi 2.5 mln nəfər əhaliyə, 17.5 min km2 əraziyə malik olan Basklar Ölkəsidir. Bu ərazi XIX əsrin sonlarına qədər müstəqil olmuşdur. Burada da bir çox partiyalar daha geniş müxtariyyət tələb edirlər, ayrılmaq istəyənlər isə bunu parlament mübarizəsi metodu ilə istəyirlər. Lakin kəskin millətçi və separatistlər Euskadi adında (basklar özlərini euskad adlandırırlar) öz dövlətlərinin yaratmaq istəyirlər. Bu dövlətə isə nəinki İspaniyanın şimal əyalətlərindəki əraziləri, hətta Fransa ilə sərhəddəki əraziləri də qatmaq istəyirlər ki, həmin ərazilər hələ orta əsrlərdə Basklar Ölkəsindən ayrılmışdır. Bask seperatçılarının əsas silahlı qüvvələri ETA adlı (Euskadi və azadlıq) təşkilat çıxış edir. Bu təşkilat hələ Frankonun hakimiyyəti vaxtında yaranmışdır və Basklar Ölkəsinin ən radikal milli partiyasının hərbiləşdirilmiş qoludur. Bu təşkilat terrorist mübarizəsi aparır və dəfələrlə belə mübarizəni dayandırmağı elan etsə də, sonralar onu həyata keçirmək üçün bəhanə tapmışdır. Nəticədə Basklar Ölkəsi bütün Qərbi Avropanın ən "qaynar nöqtə"lərindəndir

İri şəhərlərdə əhali

# Şəhər Vilayət 2009
1 Madrid Madrid(vilayət) 3,255,944
2 Barselona Kataloniya 1,621,537
3 Valensiya Valensiya 814,208
4 Sevilya Andalusiya 703,206
5 Saraqosa Araqon 674,317
6 Malaqa Andalusiya 568,305
7 Mursiya Mursiya(vilayət) 436,870
8 Palma de Malyorka Balearik adaları 401,270
9 Las Palmas de Qran Kanariya Kanar adaları 381,847
10 Bilbao Bask ölkəsi 354,860
11 Alikante Valensiya(vilayət) 334,757
12 Kordoba Andalusiya 328,428
13 Valladolid Kastile və Leon 317,864
14 Santiyaqo-de-Kompostela Qalisiya 297,332
15 Gijon Asturiya 277,554
16 L'Hospitalet de Llobregat Kataloniya 257,038
17 A Coruna Qalisiya 246,056
18 Vitoriya-Qasteys Bask ölkəsi 235,661
19 Granada Andalusiya 234,325
20 Elche Valensiya 230,112
21 Oviedo Asturiya 224,005
22 Santa Kruz de Tenerife Kanar adaları 222,417
23 Badalona Kataloniya 219,547
24 Cartaxena Mursiya 211,996
25 Terrassa Kataloniya 210,941
26 Jerez de la Frontera Andalusiya 207,532
27 Sabadell Kataloniya 206,493
28 Mostoles Madrid(vilayət) 206,478
29 Alkala de Henares Madrid(vilayət) 204,574
30 Pamplona Navarre 198,491
31 Fuenlabrada Madrid(vilayət) 197,836
32 Almeriya Andalusiya 188,810
33 Leqanes Madrid(vilayət 186,066
34 Donostia-San Sebastiyan Bask ölkəsi 186,066
35 Santander Kantabriya 182,700
36 Kastellon de la Plana Valensiya 180,005
37 Burqos Kastile və Leon 178,966
38 Albaçete Kastile-La Mança 169,716
39 Alkorkon Madrid 167,967
40 Getafe Madrid 167,164
41 Salamanka Kastile və Leon 155,619
42 Logrono La Rioja 152,107
43 San Cristóbal de La Laguna Kanar adaları 150,661
44 Huelva Andalusiya 148,806
45 Badajoz Extremadura 148,334
46 Tarragona Kataloniya 140,323
47 Lleida Kataloniya 135,919
48 Marbella Andalusiya 134,623
49 León Castile and León 134,305
50 Kadis Andalusiya 126,766

Dövlət dili

redaktə

İspaniyanın rəsmi dili ispan dilidir lakin bəzi regionlarda yerli dillər də rəsmi dil sayılır. Bunların arasında kataloniya, bask (euskera), valensiya və qalliya dilləri var.

İqtisadiyyatı

redaktə

2012-ci ilin əvvəlində rəsmi statistikaya İspaniya əhalisinin dörddə biri işsizdir. Söhbət təxminən 5,3 milyon insandan gedir. İşsizliyin səbəbləri kimi dünya maliyyə böhranı və hökumətin büdcə sferasında apardığı islahatlar göstərilir. İspaniyada işsizliyin səviyyəsi orta hesabla avrozonaya daxil olan digər ölkələrdəki rəqəmdən iki dəfə çoxdur.[7]

Pul vahidi

redaktə

İspaniyada pul vahidi avrodur. Ölkəyə valyuta gətirilməsi məhdud deyildir. 10000 ABŞ dollarından çox valyuta gətirdikdə onu gömrük deklarasiyasına daxil etməlisiniz. Valyuta ixracı – max. 3,5 min $. Kredit kartları, avroçeklər, turistik və poçt çekləri demək olar ki, hər yerdə qəbul olunur. Banklar müştərilərə adi günlərdə saat 08:15–14:00 kimi, şənbə günündə 13:00 kimi xidmət göstərirlər. Bazar günü isə istirahət günüdür. Xarici valyutanı bank şöbələrində və mübadilə məntəqələrində, həmçinin aeroportda dəyişdirmək olar ( bank komissiyası nisbətən yüksəkdir)

Bayram və istirahət günləri

redaktə

İspaniyada rəsmi turist mövsümü mayın 2-də açılır. 1 yanvar – yeni il 6 yanvar – Müqəddəs Yepifaniya günü 19 mart- Müqəddəs İosif günü 1 may- Əmək günü ( zəhmətkeşlərin həmrəyliyi günü) 25 iyul- apostol İakov günü 15 avqust – Uspeniye günü 12 oktyabr- ispan sivilizasiyası günü, Amerikanın kəşf edilməsi günü, Kolumb günü 1 noyabr- bütün müqəddəslərin günü 6 dekabr- konstitusiya günü 25 dekabr- milad

İspaniyada turizm

redaktə

Kosta Blanka

redaktə

Kosta Blankonun ispan dilindən hərfi mənası "ağ sahil" deməkdir. Bu İspaniyanın ən əsas kurortlarından biridir. Bütün dünya turistləri arasında Kosta Blankonun populyarlığı hər şeydən əvvəl əlverişli iqlim şəraiti ilə izah olunur; statistikaya görə, Kosta Blankoda ilin 305 günü günəşli olur. İlin ən soyuq ayı olan yanvarda temoperatur demək olar ki, heç vaxt +10 C-dən aşağı düşmür. Eyni zamanda buranın yayı isti amma qızmar deyil. Turistik mövsümün ən qızğın çağında havanın temperaturu +26 °C, suyun temperaturu isə +24 c-ə qədər yüksəlir. Kosta Blanko hər şeydən əvvəl öz ultra müasir otelləri ilə fərqlənir. Burada dünyanın ən hündür 40 binasının siyahısına daxil olan məşhur Gran Hotel Bali oteli yerləşir. Bu gün Kosta Blanko İspaniyanın şərq hissəsindəki rəngbərəng mozaikanın bir daşıdır.

Kosta Brava

redaktə

Kosta Bravo və ya "çılpaq sahil" İspaniyanın Aralıq dənizinin şimal hissəsində yerləşir. Buna görə də burada çimərlik mövsümü digər kurortlara nisbətən qısadır – iyunun əvvəlindən oktyabra qədər. Kosta Bravonun sahil xəttini mənəzərəli buxtalar və qumlu çimərliklər təşkil edir. Çimərliklər bir qayda olaraq qızılı qumla örtülmüşdür. Kosta Bravoda su idman növləri, xüsusilə də dayvinq geniş yayılmışdır. Sualtı mağaraların çoxluğu dayvinq həvəskarlarını bura cəlb edir. Gecə həyatını və şən istirahəti sevənlərə isə, Kosta Bravonun inzibati və turistik mərkəzi olan Lyoret De Mar şəhərciyində məskunlaşmağı mələhət görürük. Kosta zövqə uyğun kurortlar deməkdir.

Kosta Dorada

redaktə

Kosta Dorada – "qızıl sahil" öz adını təsadüfi qazanmamışdır; sonsuz çimərliklərin narın qumu Aralıq dənizi sularında qızıl mədənləri kimi parlayır. Amma həqiqətən də Kosta Doradanı turistlər qızıla çeviriblər. Xəritəyə baxın; Aralıq dənizi sahili şimaldan və qərbdən əvvəlcə Pireney dağları ilə sonra katalon dağları ilə külək və siklonlardan qorunur. Bu dağlar həm landşafta gözəllik verir, həm də gözəl sabit iqlim yaradırlar. Burada martdan oktyabra kimi hava yaxşı olur, ilboyu bura istirahəti sevənlər gəlirlər və məhz bna görə də Qızıl sahilə dollar, peset, frank,marka, manat yağışı yağır. Kosta Doradada ən populyar kurort Saloudur (Barselonadan 100 km cənubda). Rayonun coğrafi yeri, gözəl peyzaj və əla iqlimi hələ ötən əsrin əvvəllərindən bura turistləri cəlb edirdi. Bu gün şəhər böyüyür və çiçəklənir; Çimərliklərin ətrafında nəhəng palmalar və şam ağaclar bitir, Mirimar və Xayme prospektlərinin kəsişdiyi yerdə yerləşən işıq-musiqi fontanı isə gözəlliyi ilə turistləri heyran edir. Turistlərə serfinq, su xizəyi kimi idman növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır.

Mayorka

redaktə

Balear arxipelaqına daxil olan Mayorka adası hər şeydən əvvəl ispan kralı və onun ailəsinin ənənəvi istirahət yeridir. Hər ilin avqust ayında kral ailəsi burada istirahət edir – bu, da zənnimizcə ən yaxşı rəydir. Ona görə də Mayorkanın gözəlliklərini və üstünlüklərini saymaqdan vaz keçirik. Kralın Mayorkaya səfəri münasibətilə keçirilən tədbirlərdən ən əhəmiyyətlisi Kral Kuboku uğrunda yelkənli reqata yarışlarıdır. Yerli sakinlər xüsusi mayorka dialketində danışırlar ki, bu da kastil ( ispan) və katalon dillərinin qarışığıdır. Bununla bərabər xidmət personalının əksəriyyəti avropa dillərində – ingilis , fransız və ya alman dillərində kifayət qədər yaxşı danışır. Burada böyük akvaparklar, marinelend, rıtsar turniri, kazino, diskotekalar yerləşir. Bu gün Mayorka ekoloji cəhətdən Aralıq dənizinin ən təmiz kurortlarından biridir. Adanın 40-dan çox təbii zonası dövlət tərəfindən mühafizə olunur. " Gec qocalma üçün əla yer" – Unamuno adada olmuş və onu belə xarakterizə etmişdir .Doğrudan da Mayorka sakinlərinin həyat uzunömürlülüyü İspaniyada ən yüksəkdir.

Tenerife

redaktə

Tenerife – Kanar arxipelaqının ən böyük və ən məşhur adasıdır. Bu ada sakinlərdən çox romantik və cəlbedici ad almışdır – əbədi bahar adası. Amma qeyd edək ki ,Tenerife əbədi bahar adasındansa, daha çox əbədi yay adasında bənzəyir. Adanın şimalında ilboyu hava isti və rütubətlidir, cənubda isə – quru və günəşlidir. Qəribədir ki, İspaniyanın ən hündür nöqtəsi məhz bu adada yerləşir. Bu Teyde sönmüş vulkanıdır, onun hündürlüyü 3718 m çatır. Adada turistik mövsüm il boyu davam edir.

Aventura portu

redaktə

Aventura portu – bütün Avropada yeganə özünəməxsus tematik parkdır. O kosta Daurada sahillərindəki isti çimərliklər yaxınlığında yerləşir . Sizin qarşınızda 5 əfsanəvi dünya açılır. Siz ötən əsrdən qalmış Aralıq dənizi torpağının füsunkarlığını, müstəmləkə Meksika və dağılmış Mayanın ətir və rənglərini, Polineziya ekzotikasını, sirrli çin imperiyası və Vəhşi Qərbi kəşf etmiş olacaqsınız. Çin conkasının bortuna, polineziya katamaranına və ya Aralıq dənizi şxununa minib 5 ölkənin sahillərini yuyan böyük göldə səyahətə çıxa bilərsiniz.

Benidorm

redaktə

Benidorm Kosta Blanko sahillərinin ən iri turistik mərkəzi, İspaniyanın məşhur kurortlarından biridir. Şəhər Valensiya avtonom dairəsinin Alikante əyalətində, Benidorm körfəzi sahilində yerləşir. Öz əlverişli iqlim şəraitinə görə Benidormda il boyu istirahət etmək olar. Yayın isti vaxtında inkişaf etmiş infrastruktura malik bu dəniz kurortu Avropanın müxtəlif hissələrindən gələn gənclər üçün daha cazibədardır. Benidormun gecə həyatına gəldikdə isə, əminliklə demək olar ki, İspaniyanın heç bir başqa şəhərində o belə gözəl və firavan deyil. Gecə Benidormu – arası kəsilməyən musiqi, əyləncə və valehedici şənlik deməkdir.

Qədim katalon şəhəri və Kosta del Qarraf sahillərinin ən məşhur kurortu olan Sitsec Barselonadan cənubda yerləşir. Barselonanın və İspaniyanın digər şəıhərlərindən olan bir çox varlı katalonlar və ispanlar öz yay villaları və iqamətgahları üçün məhz Sitseci seçmişlər. Sitsec muzeylər şəhəri kimi də tanınır. Bunlardan ən məşhurları modernlə tarix arasındakı nöqtədə dayanan Maricel, Santyaqo Rusinyol və El Qreko kimi məşhur rəssamların və onların kolleksiyalarının görüş yeri olan Cau Ferrat muzeyini göstərmək olar. Bundan başqa buranın mədəni tədbirlər və festivallar təqvimi də çox zəngindir. Şəhərdə hər il geniş tamaşaçı kütləsi toplayan səs-küylü karnavallar, köhnə avtomobillərin rallisi, güllərin küçə sərgiləri, həmçinin fantastik və qorxulu filmlərin beynəlxalq festivalı keçirilir.

Barselonadan cənubda, Tarraqon şəhəri yaxınlığında Kosta Daurada sahillərinin turistik mərkəzi olan Salou kurortu yerləşir. Sahil xətti boyunca uzanan kurort rayonları şimalda La Pined coğrafi burunu ilə, cənubda – Cambrils kəndi ilə qurtarır. Əla çimərliklərdən ibarət geniş zolaqlar və sahilyanı ərazilərdə yerləşən çoxlu sayda barlar, restoran, kafe və mağazalar diqqəti cəlb edir. Salou regionun ən yaxşı qastronomiya və ticarət mərkəzlərindən biri hesab olunur. Şəhərdə həm ispan, həm də xarici istehsalçıların təklif etdikləri mallar satılan geniş mağazalar şəbəkəsi vardır. Saloudan bir neçə km aralıda məşhur ispan Disneylendi – Port Aventura yerləşir.

İstinadlar

redaktə
  1. https://www.abc.es/historia/abci-desde-cuando-existe-espana-y-nacion-espanola-201610122317_noticia.html.
  2. Constitución española de 1978, Constitució espanyola, Constitución española, Konstituzioa Espainiako, Constitució espanyola, Constitució espanyola (isp.). // Boletín oficial del Estado Agencia Estatal Boletín Oficial del Estado, 1978. ISSN 0212-033X
  3. Brockhauz Ensiklopediyası (alm.).
  4. https://ine.es/dyngs/INEbase/es/operacion.htm?c=Estadistica_C&cid=1254736177095&menu=ultiDatos&idp=1254735572981.
  5. https://www.ecb.europa.eu/euro/html/index.en.html.
  6. https://www.boe.es/legislacion/codigos/codigo.php?id=20&modo=2&nota=0&tab=2.
  7. "İspaniyada işsizlik 25%-ə çatıb". 2012-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-30.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES
dada 4
dada 4
Done 1
see 2