İstifadəçi müzakirəsi:Cekli829/2010-Yanvar
2009 | Fevral | — | — | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2010 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2011 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2012 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2013 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2014 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2015 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2016 | Yanvar | Fevral | Mart | Aprel | May | — | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2017 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2018 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr |
Görünən kəndə bələdçi nəyə lazım?!
redaktəSalam Cekli829!
Sizə AzVikidə gördüyünüz işlərə görə təşəkkür etməklə yanaşı, yeni-yeni uğurlar diləyirəm! İdarəçi seçimindəki etimadı doğruldacağınıza şübhəm yoxdur!
Nəinki AzVikidə, ümumiyyətlə həyatda müvəffəqiyyətlər daim Sizinlə olsun!
Hörmətlə, Vago 11:16, 3 yanvar 2010 (UTC)
AzVikinin idarəçisi
redaktəSalam. Azərbaycandilli Vikipediyanın idarəçisi seçilmən münasibətilə səni təbrik edirəm. Bu məsuliyyətli, çətin, eyni zamanda şərəfli vəzifənin öhtəsidən layiqincə gələcəyinə inanıram. Sənə gələcək fəaliyyətində uğurlar arzulayıram. Hörmətlə:--Sortilegus 20:58, 3 yanvar 2010 (UTC)
Salam. Mən də idarəçi seçilməyin münasibətilə təbrik edirəm. Gələcək fəaliyyətində uğurlar arzulayıram!--Eмϊn >> 21:12, 3 yanvar 2010 (UTC)
Mən də təbriklərə qoşuluram. Ümidvaram ki, Vikipediyamız üçün sənin idarəçi seçilməyinin böyük xeyri olacaq. Gələcək fəaliyyətində uğurlar diləyirəm. Wertuose 21:19, 3 yanvar 2010 (UTC)
Təbrik edirəm! Bir az da yerlibazlıq edim..... Axır ki, Sumqayıtlı bir idarəçimiz oldu :)) Uğur olsun!
--Vüsal Ağayev 10:11, 4 yanvar 2010 (UTC)
Təşəkkür
redaktəTəbriklərə görə hər birinizə təşəkkür edirəm. Yeni ildə yeni statusla fəaliyyətə başlamağı ötən ilin uğurlu nəticəsi kimi dəyərləndirirəm. 2010-da AzVikinin ilk 30-luğa (2010—20+10=30) düşməsini hədəfləyirəm. İnanıram ki, birlikdə bu işin öhdəsindən gələ bilərik! Hörmətlə: Cekli829 10:13, 05 yanvar 2010 (Cek vaxtı ilə)
Ə, bu nədi, ə!..
redaktəSalam, Cekli829. İngilis vikipediyasında bir dəyişiklik elədim, son dəyişikliklər siyahısına düşmədi, təəccübləndim, növbəti dəyişiklikdən dərhal sonra baxdım ki, mənimlə eyni dəqiqədə təqribən 50-60 adam redaktə işləri aparıb. "Dərviş Parisi Partladır" filmindəki epizod yadıma düşdü. Sağ əlləri bizim başımıza...--Vago 13:39, 11 yanvar 2010 (UTC)
O hadisə mənim də başıma gəlib. Bu tək ingilis deyil, 100.000-lik məqalələrə malik olan bütün vikipediyalara xas xüsusiyyətdir. Vaxt gələcək ki, bizdə də elə olacaq! -- Cekli829 17:51, 11 yanvar 2010 (Cek vaxtı ilə)
Çinar da ağlayarmış
redaktəSalam Cekli829, ağlayan çinarla yaman düşmüsən ha! :)))))
Məncə, şeirləri Vikimənbəyə körürsək yaxşı olar. Kişinin də ürəyi soyuyar. :) İstədim köçürəm, və ağsaqqala məlumat verəm, amma Vikipediyadan Vikimənbəyə istiqamətlənməni bilmədiyim üçün toxunmadım. Bəlkə sabah-sabah bir xeyir işə imza atasan! --Vago 06:48, 14 yanvar 2010 (UTC)
Baş üstə! Mən köçürərəm. Amma hazırda Vikipediya ilə bağlı elmi məqalə üzrərində çalışdığım üçün vaxtım bir qədər məhduddur. Onu bitirən kimi Çinarı güldürəcəyəm!-- Cekli829 11:05, 14 yanvar 2010 (Cek vaxtı ilə)
- Vikimənbədə "Çinar da ağlayarmış" məqaləsini yaratdım. --Vago 10:30, 14 yanvar 2010 (UTC)
Diqqət, diqqət
redaktəCekli829, istifadəçi səhifəndə yaşıl fonda istinadlar (göy gəngdə) yaxşı oxunmur. Başınız məqalələrə o qədər qarışıb, Lütfən, özünüzə də diqqət yetirin. :))
Bir də "salamlama"larda artıq "istifadəçisidir" yerinə "idarəçisidir" düzəldilsə yaxşı olar. — Bu imzasız yazı Vago (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Yaxın vaxtlarda imkan tapan kimi istifadəçi səhifəmi tamamilə yeniləndirməyi planlaşdırıram. Hörmətlə: Cekli829 14:46, 18 yanvar 2010 (Cek vaxtı ilə)
Baha başa gələn orden
redaktəCek, salam. Ordenə görə təşəkkürlər. Amma bu orden bildiyin kimi mənə baha başa gəldi :). Uğurlar.
P.S. Səhifəmdəki o yazını sildim (anonimi deyirəm). Yazan elə bilir ki, məndən ağıllıdır (deyəsən təvəzökarlıqdan uzaq oldu). --Ira 13:14, 18 yanvar 2010 (UTC)
Salam virtual dost.Çalışaram məsləhətlərinə əməl edim və memar kimi yaradım.İşlərinizdə (sənin və balaca Ceklinin) uğurlar.--Sefer azeri 13:13, 20 yanvar 2010 (UTC)
Ani
redaktəSalam.Ani məqaləsində etdiyiniz dəyişikliyin səbəbi nədir?--Sefer azeri 10:31, 21 yanvar 2010 (UTC)
Bunu:
- Ani - Ermənistan (indiki Türkiyə Cümhuriyyəti) ərazisində tarixi şəhər-qala.
Bununla:
- Ani — tarixi şəhər-qala.
- əvəz etdim. Ani haqqında heç bir məlumatım yoxdur. Amma dəqiq bilirəm ki, erməni tarixi qondarma tarixdir. Tarixdəki Ərməniyyəni indiki separatçı Ermənistana aid etmək qətiyyən doğru deyil. Hörmətlə: Cekli829 11:24, 21 yanvar 2010 (Cek vaxtı ilə)
Sizinlə tam razıyam ki, tarixdəki erməni dövlətlərini və Ermənistan ərazisini indiki Ermənistan Respublikası ilə eyniləşdirmək doğru deyil. Ermənilərin Ermənistan Respublikası ərazisinə nə vaxt,kim tərəfindən və haradan köçürülməsi də hamımıza yaxşı bəllidir. Ona görə öz əzəli torpaqlarımız Ermənistan demək doğru deyil. Amma bir şey də həqiqətdir ki, tarixi Ermənistan ərazisi indiki Türkiyə ərazisində - Şərqi Anadolu vilayətlərinin bir neçəsini əhatə edən ərazidir və həmin ərazi ermənilərin vətəni, erməni mədəniyyətinin formalaşdığı yerdir.Əgər maraqlansanız sizə bu mövzuyla bağlı istənilən qədər kitab adı qeyd verə bilərəm.Qədim Ani şəhəri də Baqratuni erməni xanədanı başda olmaqla bir neçə erməni naharar sülaləsinin siyasi inzibati mərkəzi olub.Ona görə də Ani - Ermənistan (indiki Türkiyə Cümhuriyyəti) ərazisində tarixi şəhər-qala. şəklində göstərmək daha doğrudur.--Sefer azeri 11:41, 21 yanvar 2010 (UTC)
Orada Ermənistan əvəzinə Ərməniyyə yazmaq daha yaxşı olmazdımı? Hörmətlə: Cekli829 11:46, 21 yanvar 2010 (Cek vaxtı ilə)
Olar,amma elə bir fərqi yoxdu.Ərməniyyə Ermənistan adının ərəb dilinə uyğunlaşdırılmış formasıdır sadəcə.Amma məncə Ermənistan yazmağımız daha yaxşıdır.Tarixi Ermənistan ərazisinin Azərbaycan ərazisində - indiki Ermənistan Respublikası ərazisində olmadığını nəzərə çarpdırmaq üçün.--Sefer azeri 11:54, 21 yanvar 2010 (UTC)
Ərməniyyə türk sözüdür. Mənası "Ər (igid) mənəm" deməkdir. Nə Qafqazda, nə də Anadoluda tarixi Ermənistan ərazisi olmayıb. Onlar bu coğrafiyada Çar Rusiyası və bəzi Qərb ölkələri (məsələn: Fransa) tərəfindən sonradan qondarılmış məhsullardır. Hörmətlə: Cekli829 12:04, 21 yanvar 2010 (Cek vaxtı ilə)
Ümumilikdə erməni adının türk mənşəli olması doğrudur. Hətta Firudin Cəlilovun erməniləri (indiki hayların yox) türk mənşəli olması və Azərbaycan türklərinin əcdadlarından biri olması ilə bağlı araşdırmaları da var. Amma bu hələ təsdiqlənmiş fikir deyil. Amma erməni adının türk mənşəli olmasını bir çox nüfuzlu erməni alimləri də etirf ediblər (N.Açaryan, X.Abovyan və s). Lakin gəlin özümüzü aldadmayaq ermənilərin (fərqi yoxdu bu indiki haylardır ya qədim türk etnoslarından biri) Şərqi Anadoluda qədim tarixi var və bunu müzakirə etmək ən azı gülüncdür.Ermənilərə olan nifrətin tam anlaşılandır amma gəl realist olaq milləti qondarıb çıxarmaq olmaz axı.Bunların hələ ermızdan əvvəl Şərqi Anadoluda 4 kiçik çarlıqları olub.Bir neçə neytral mənbədən araşdıra bilərsiniz.Onda düz dediyimi görərsiniz.Elə öz torpaqlarımıza Ermənistan deyib durmaqla deyil ki,Ermənistan Türkiyədədir.Qoy gedib problemlərini Türkiyə ilə əldə etsinlər.Başa düşürəm ey onlar da bizim qardaşımızdı,amma əvvəlcə evin içi , sonra çölü.--Sefer azeri 12:16, 21 yanvar 2010 (UTC)