Gadir
Qoşulma tarixi: 31 iyul 2017
Ən son rəy:1 gün öncə, Gadir tərəfindən "188.253.217.68" mövzusunda
188.253.217.68
redaktəSalam bu IP-nin 3 günlük bloklanmasına səbəb nədir? Ortada o müddətlik blok üçün spam qədər ciddi bir səbəb yoxdur. Turkmen müzakirə 05:25, 26 dekabr 2024 (UTC)
- Salam. Səbəbi qeyd etmişəm. Dünəndən eyni fəaliyyətlə məşğuldur, ona görə 3 gün təyin etmişəm. Hörmətlə, Qədir (müzakirə) 05:35, 26 dekabr 2024 (UTC)
- Vandalizm etməsi 3 günlük blok üçün əsas deyil. 3 günlük o vaxt olardı ki, bundan əvvəl də bloklanardı. Üstəgəl baxıram bloklama qeydlərində çox sayda 3 günlük bloklar tətbiq etmisiniz IP-lərə. Məsələn bu IP cəmi 1 redaktəsinə görə 3 günlük bloklanıb. Bu doğru deyil. Turkmen müzakirə 05:43, 26 dekabr 2024 (UTC)
- Çünki təhqir yazıb. Bəli, blok müddəti ilə bağlı konkret tələblər yoxdur, bloku tətbiq edən inzibatçının təşəbbüsünə baxır, elə də uzun bloklar tətbiq etmirəm, vəziyyətə görə təşəbbüs göstərirəm. Zəhmət olmasa, digər inzibatçıların da fəaliyyətlərinə baxın, oxşarlıqları görəcəksiniz. Mən artıq davamlı bu iradları təqib kimi hiss edirəm, xahiş edirəm, məndən bu qədər şikayətçisinizsə, fəaliyyətimdə bu qədər səhv var deyirsinizsə, müzakirə açın və icma fikrini bildirsin, belə davam etmək istəmirəm və həqiqətən də xoş deyil. Məsələn, belə bir şeyə fikir bildirməyib mənə irad tutursunuz, inanın anlamaqda çətinlik çəkirəm. "Doğru deyil" sizin şəxsi fikrinizdir, harda yazılıb ki, bu? Mən bloklamağa meyilli deyiləm, hardasa çox vaxt redaktələri geri qaytarmaqla kifayətlənirəm, davam edəndə blok tətbiq edirəm. Bir də siz mənim fəaliyyətimdəki hər inzibati addıma belə fikir bildirəcəksinizsə, işimiz var. Hansı ki, səhv nəsə də yoxdu ortada. Demək olar digər inzibatçılarla eyni çizgidədir gördüyüm əməliyyatlar. Demək olar ancaq siz bu barədə irad bildirirsiniz, özü də təkcə mənə. Müddət ölçüyə və vəziyyətə baxır, yəni deyirsiniz ki, birbaşa hamısına 2 saatlıq bloklar tətbiq edək, amma 1 günlük, 3 günlük, 1 həftəlik blok tətbiq edən inzibatçı yoxdur? Hətta istifadəçiyə xəbərdarlıqsız blok tətbiq edilən hallar da olub, ki, mən həmişə dəfələrlə əvvəlcədən xəbərdarlıq etmişəm, bloku da son çarə kimi görmüşəm. Yəni deyəcəklərim bu qədər, artıq nə deyim bilmirəm. Hörmətlə, Qədir (müzakirə) 05:51, 26 dekabr 2024 (UTC)
- Vandalizm etməsi 3 günlük blok üçün əsas deyil. 3 günlük o vaxt olardı ki, bundan əvvəl də bloklanardı. Üstəgəl baxıram bloklama qeydlərində çox sayda 3 günlük bloklar tətbiq etmisiniz IP-lərə. Məsələn bu IP cəmi 1 redaktəsinə görə 3 günlük bloklanıb. Bu doğru deyil. Turkmen müzakirə 05:43, 26 dekabr 2024 (UTC)