İsveç Avroviziya Mahnı Müsabiqəsində

İsveç Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1958-ci ildə qoşulmuş və ümumilikdə 59 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qatıldığı ildən etibarən ölkə yalnız üç dəfə 1964, 19701976-cı illərdə müsabiqədə iştirak etməmişdir. İsveç Avroviziyanın ən çox uğur qazanan ölkələrdən biridir. Ölkə iştirak etdiyi illər ərzində altı dəfə Avroviziyada qələbə qazanmışdır. 21-ci əsr üçün isə İsveç müsabiqənin ən güclü ölkəsidir. Belə ki, ölkə 2000-ci ildən bəri iki dəfə müsabiqədə birinci yerdə və on dəfə isə beşlikdə yer almışdır. Ümumilikdə isə İsveç 24 dəfə Avroviziyada beşlikdə yer almışdır. Müsabiqəni ölkədə yeganə yayımlamaq hüququ olan SVT telekanalı İsveçin Avroviziya təmsilçilərini telekanalın təşkil etdiyi və ölkənin ən böyük musiqi hadisəsi hesab olunan Melodifestivalen mahnı festivalı vasitəsi ilə seçir. İsveç Avroviziyada SMS səsverməsindən istifadə edən ilk ölkələrdən biri olmuşdur.

İsveç ilk dəfə Avroviziyada 1974-cü ildə ABBA qrupunun ifa etdiyi "Waterloo" mahnısı ilə qələbə qazanmışdır. Bu qələbənin ardınca ABBA qrupu dünyada şöhrət qazanmış və bütün zamanların ən böyük pop qrupu adına layiq görülmüşdür. On il sonra İsveç 1984-cü ildə Herreys qrupunun səsləndirdiyi "Diggi-Loo Diggi-Ley" mahnısı ilə Avroviziya qalibi olmuşdur. 1991-ci ildə isə Karolanın ifa etdiyi "Fångad av en stormvind" mahnısı ilə İsveç üçüncü dəfə müsabiqədə qələbə qazanmışdır. Ölkə 1999-cu ildə Şarlotta Nilsenin "Take Me to Your Heaven" mahnısı ilə dördüncü qalibiyyətini əldə etmişdir. 21-ci əsrdə isə İsveçə ilk qələbə sevincini 2012-ci ildə əslən Mərakeşli olan ifaçı Lorin "Euphoria" mahnısı ilə qazandırmışdır. Çox keçmədən 2015-ci ildə İsveç Mons Selmerlövün ifa etdiyi "Heroes" mahnısı ilə altıncı Avroviziya qalibiyyətini əldə etmişdir.

2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra İsveç yalnız bir dəfə 2010-cu ildə finala yüksələ bilməmişdir. Ölkə iştirak etdiyi illər ərzində altı dəfə müsabiqəyə ev sahibliyi etmişdir; üç dəfə paytaxt Stokholmda (1975, 2000, 2016), iki dəfə Malmödə (1992, 2013) və bir dəfə Göteborq (1985) şəhərində keçirilmişdir.

Təmsilçilər

redaktə
  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1958 İsveçcə Alis Babs "Lilla stjärna" 4 10
Yarımfinal olmayıb
1959 İsveçcə Brita Borq "Augustin" 9 4
1960 İsveçcə Siv Malmkvist "Alla andra får varann" 10 4
1961 İsveçcə Lill-Babs "April, April" 14 2
1962 İsveçcə İnqer Berqren "Sol och vår" 7 4
1963 İsveçcə Monika Zetterlund "En gång i Stockholm" 13 0
1965 İngiliscə İnqvar Viksell "Absent Friend" 10 6
1966 İsveçcə Lill Lindfors və Svante Turesson "Nygammal vals" 2 16
1967 İsveçcə Östen Varnerbrinq "Som en dröm" 8 7
1968 İsveçcə Klaes-Göran Hederström "Det börjar verka kärlek, banne mig" 5 15
1969 İsveçcə Tommi Körberq "Judy, min vän" 9 8
1971 İsveçcə Family Four "Vita vidder" 6 85
1972 İsveçcə Family Four "Härliga sommardag" 13 75
1973 İngiliscə The Nova "You're Summer" 5 94
1974 İngiliscə ABBA "Waterloo" 1 24
1975 İngiliscə Lars Berqhaqen və The Dolls "Jennie, Jennie" 8 72
1977 İsveçcə Forbes "Beatles" 18 2
1978 İsveçcə Byörn Skifs "Det blir alltid värre framåt natten" 14 26
1979 İsveçcə Ted Qerdestad "Satellit" 17 8
1980 İsveçcə Tomas Ledin "Just nu!" 10 47
1981 İsveçcə Byörn Skifs "Fångad i en dröm" 10 50
1982 İsveçcə Chips "Dag efter dag" 8 67
1983 İsveçcə Karola "Främling" 3 126
1984 İsveçcə Herreys "Diggi-Loo Diggi-Ley" 1 145
1985 İsveçcə Kikki Danielsson "Bra vibrationer" 3 103
1986 İsveçcə Monika Törnell və Lasse Holm "E' de' det här du kallar kärlek?" 5 78
1987 İsveçcə Lotta Enqberq "Boogaloo" 12 50
1988 İsveçcə Tommi Körberq "Stad i ljus" 12 52
1989 İsveçcə Tommi Nilsson "En dag" 4 110
1990 İsveçcə Edin-Ådahl "Som en vind" 16 24
1991 İsveçcə Karola "Fångad av en stormvind" 1 146
1992 İsveçcə Krister Byörkman "I morgon är en annan dag" 22 9
1993 İsveçcə Arvingarna "Eloise" 7 89
1994 İsveçcə Mari Berqman və Rocer Pontare "Stjärnorna" 13 48
1995 İsveçcə Yan Yohansen "Se på mig" 3 100
1996 İsveçcə One More Time "Den vilda" 3 100 1 227
1997 İsveçcə Blond "Bara hon älskar mig" 14 36
Yarımfinal olmayıb
1998 İsveçcə Cill Conson "Kärleken är" 10 53
1999 İngiliscə Şarlotta Nilsen "Take Me to Your Heaven" 1 163
2000 İngiliscə Rocer Pontare "When Spirits Are Calling My Name" 7 88
2001 İngiliscə Friends "Listen To Your Heartbeat" 5 100
2002 İngiliscə Afro-dite "Never Let It Go" 8 72
2003 İngiliscə Fame "Give Me Your Love" 5 107
2004 İngiliscə Lena Filipsson "It Hurts" 5 170
Birbaşa finalçı
2005 İngiliscə Martin Stenmark "Las Vegas" 19 30
2006 İngiliscə Karola "Invincible" 5 170 4 214
2007 İngiliscə The Ark "The Worrying Kind" 18 51
Birbaşa finalçı
2008 İngiliscə Şarlotta Perelli "Hero" 18 47 12a 54
2009 Fransızca, İngiliscə Malena Ernman "La voix" 21 33 4 105
2010 İngiliscə Anna Berqendal "This Is My Life"
Finala keçməyib
11 62
2011 İngiliscə Erik Saade "Popular" 3 185 1 155
2012 İngiliscə Lorin "Euphoria" 1 372 1 181
2013 İngiliscə Robin Şernberq "You" 14 62
Ev sahibi-ölkə
2014 İngiliscə Sanna Nilsen "Undo" 3 218 2 131
2015 İngiliscə Mons Selmerlöv "Heroes" 1 365 1 217
2016 İngiliscə Frans "If I Were Sorry" 5 261
Ev sahibi-ölkə
2017 İngiliscə Robin Benqtsson "I Can't Go On" 5 344 3 227
2018 İngiliscə Benyamin İnqrosso "Dance You Off" 7 274 2 254
2019 İngiliscə Con Lundvik "Too Late for Love" 5 334 3 238
QEYD:
a.   2008-ci ildə yarımfinalda 12-ci yeri tutmasına baxmayaraq İsveç münsiflər heyətinin dəstəyi ilə finala vəsiqə qazana bilmişdir.

Səsvermə tarixi

redaktə
İsveçin ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1   İrlandiya 227
2   Norveç 210
3   Danimarka 207
4   Böyük Britaniya 168
5   Almaniya 150
İsveçin ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1   Norveç 343
2   Danimarka 327
3   Finlandiya 264
4   Böyük Britaniya 209
5   İslandiya 200

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi

redaktə
İl Şəhər Ev sahibi Aparıcılar
1975 Stokholm Stockholmsmässan Karin Falk
1985 Göteborq Scandinavium Lill Lindfors
1992 Malmö Malmömässan Lidiya Kappoliçio və Harald Trütiqer
2000 Stokholm Ericsson Globe Kattis Olström və Anders Lundin
2013 Malmö Malmö Arena Petra Mede
2016 Stokholm Ericsson Globe Petra Mede and Mons Selmerlöv

Qalereya

redaktə

Həmçinin bax

redaktə
  NODES
os 2