İtaliya kralı (it. Re d'Italia; lat. Rex Italiae) — Qərbi Roma İmperiyasının süqutundan sonra İtaliya krallığının hökmdarına verilən titul. Bu titulun ilk sahibi V əsrin sonlarında yaşamış barbar hərbi lider Odoakr, ardınca V əsrin ortalarına qədər Ostroqot kralları oldu. VIII əsrdə Frankların İtaliyanı zəbt etməsi ilə Karolinqlər bu titulu özlərinə götürdülər. Bu titul orta əsrlər boyu sonrakı Müqəddəs Roma İmperatorları tərəfindən qorunub saxlanılmışdır. Bu titula iddia edən sonuncu imperator XVI əsrdə V Karl olub. Bu dövrdə titulun sahibləri Lombardiyanın Dəmir Tacı ilə taclanırdılar.

İtaliya kralı
Re d'Italia

Vəzifədə sonuncu
II Umberto
Müraciət forması Kral Əlahəzrətləri
Səlahiyyət müddəti ömürlük
Vəzifənin təsis tarixi 4 sentyabr 476
Vəzifənin bərpa tarixi 17 mart 1805
Vəzifədə birinci Odoakr
Vəzifədə sonuncu II Umberto
Vəzifənin ləğv tarixi 12 iyun 1946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İtaliya krallığı 1805–1814-cü illərdə yenidən bərpa edildi və Napoleon yeganə kralı oldu. Yalnız 1860-cı illərdə İtaliyanın birləşməsindən sonra bütün İtaliya yarımadasını əhatə edən müstəqil İtaliya Krallığı bərpa olundu. Savoyya sülaləsi tərəfindən 1861-ci ildən 1946-cı ildə sonuncu kral II Umbertonun sürgününə və İtaliyanın respublikaya çevrildiyi günə qədər bu titul istifadə edildi.

  NODES
os 1