İxracat

(İxrac səhifəsindən yönləndirilmişdir)

İxrac – informasiyanın bir sistemdən və ya proqramdan başqasına ötürülməsi; idxal (IMPORT) əməlinin əksidir. Verilənlərin, xüsusən görüntüləri olan sənədlərin ixracı, informasiyanı qəbul edən proqram və ya sistem tərəfindən bu və ya başqa formada dəstəklənməlidir. Bəzi tətbiqi proqramlarda başqa proqramların istifadə etdiyi fayl formatlarının dəstəklənməsi nəzərdə tutulub ki, onların arasında verilənləri asanca ötürmək mümkün olsun. Başqa imkanlar olmadıqda sırf mətn fayllarını özgə proqrama ASCII formatında (adi mətn, yəni formatlanmamış) ixrac etmək olar.

İxracat və ya Eksport[1] (ing. export) — əmtəələrin xarici bazarda realizə edilməsi üçün xaricə aparılması; idxalatın əksi.[2] iqtisadiyyatda məhsulun ölkənin sərhəddindən kənara göndərilməsi, xarici bazarda satışı üçün nəzərdə tutulması.[1][3]

Ədəbiyyat

redaktə
  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı

İstinadlar

redaktə
  1. 1 2 Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
  2. İxracat (termin)[ölü keçid]
  3. "Malların ixracının rəsmiləşdirilməsi qaydası". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-16.
  NODES