Şahbanu (fars. شهبانو‬‎) — Səfəvi, Əfşar, QacarPəhləvi İmperiyalarında şahın əsas (baş) xanımına verilən titul. Səfəvi İmperiyasının tarixində Orta Əsrlər dünyasına ilk dəfə Şahbanuluq sistemi gətirildi və onun təsisçisi Aləmşah bəyim, son üzvü isə Şəhribanu Bayramxatın bəyim Səfəvi olmuşdur.[1] Amma Səfəvi İmperiyasının çökməyindən sonra da, digər böyük imperiyalarda və bəzi başqa İslam və Türk sülalələrində Şahbanu ənənəsi yaşadı və günümüzdə belə mövcuddur. Səfəvi sülaləsi tarixində 22 Şahbanu olmuşdur, onların əksəriyyəti başqa millətlərin, dinlərin nümayəndələri olmuş, lakin sonradan yerli İslam adını və dinini qəbul etmişdirlər. Onlar təkcə Səfəvi imperiyası daxilində (Ərəb yarımadası, Hind torpaqları, Anadolu yurdu, bütün QafqazTürküstan eli) deyil, eləcə də, bütün dünyada tanınır və ən ali Məşhidcahani Şabhanuye-Mübarəkqədəm olaraq qəbul olunurdular.[2]

Şahbanu
Şahənşahi Səltənətül-Dərüssalam
İran şahbanusunun imperiya gerbi
İran şahbanusunun imperiya gerbi

Vəzifədə sonuncu
Fərəh Pəhləvi
Müraciət forması Möhtərəm Şahbanu Aliləri
Səlahiyyət müddəti 1501–1979
Maaşı Şahbanu xəzinəsi
Vəzifədə sonuncu Fərəh Pəhləvi
Vəzifənin ləğv tarixi 11 fevral 1979
Rəsmi saytı farahpahlavi.org

Ümumi Məlumat

redaktə
 
İmperator I Süleyman şah Səfəvinin həyat yoldaşı Türktazı xanımın şərəfinə tikdirdiyi Haşt-Bəhəşt sarayı

Şahın bir və ya bir-neçə həyat yoldaşı ola bilərdi, lakin onlardan hansı siyasi baxımdan həm ailədə, həm sülalə, həm də imperiyada böyük gücə, nüfuza, hörmətə malik olsaydı, ailə tərəfindən ona Şahbanu ünvanı verilər, tac taxılardı.[3] Şahın neçənci xanımı olması, ən sevimli yoldaşı olmağı kimi məsələlərin Şahbanuluq adının əldə edilməsinə heç-bir aidiyyətı yoxdur.[4] Tarix bunu göstərmişdir ki, ailədə olan ən ağıllı, uzaqgörən xanımlar bu ünvanı əldə etmiş və həm imperiyanın, həm də öz avtoritetlərinin güclənməyinə öz töhfələrini vermişdirlər.[5] Şahın xanımlarından yalnız biri bu statusa sahib ola bilərdi, əgər o vəfat edərsə, bu zaman şahın başqa xanımı adı əldə edə bilərdi.[6]

Qeyd etmək lazımdır ki, tarixə nəzər salsaq görərik ki, Şahbanuların Şahlara olan təsir imkanları çox güclü olmuşdur və tarixin bəzi dövrlərində elə Şahbanular tərəfindən imperiya idarə edilmişdir.[4] Ümumiyyətlə isə, şahların bütün xanımları, fərqi yoxdur ki, övladı olub yoxsa yox, Bəyim adlanırdı.[7]

 
I Abbas anası Xeyrənnisə bəyimin məsləhətiylə İslam aləminin ən iri məscidi olan Şeyx Lütfullahı tikdirdi

Səfəvi İmperiyasının başçısı olmuş xanımlar da Şahbanu ünvanını əldə edirdilər.[8]

Azərbaycan başda olmaqla, İslam və türk xalqları tarixində Şahbanu anlayışı dəbdə deyildi. İlk dəfə bu anlayış qədim imperiyamız olan Midiya dövründə qurulmuş, həmçinin, elə Şahbanu sözü meydana gətirilmiş və ondan sonrakı dövlətlər dövründə (Massagetlər, Atropatena, Əhəmənilər, Parfiya, Sasani, Şirvanşahlar, Naxçıvanşahlıq və s.), bir-çox uzaq İslam dövlətlərində saxlanılmışdır, lakin orta əsrlər dövründə bu anlayış köhnəlmiş və unudulmuşdu. Bilirsiniz ki, Ağqoyunlu Federasiyasının süqutu nəticəsində Səfəvi İmperiyası meydana gəldi.[9] Ağqoyunlular adətən, özlərinin qəbul etdiyi idarəedici, istiqamətverici xanımlara (nəzərə alsaq ki, qədim dövlətlərimizdə qadın azadlığı güclü inkişaf etmişdi), belə şəxslərə Xatun deyə müraciət edilirdi.[10] Səfəvilər isə bu stereoptipi alt-üst etdi və uzun əsrlərdən sonra Şahbanu sistemi və terminini yenidən dirçəltdi. Nə üçün Xatunu Şahbanuya dəyişdirdikləri barəsində bir-çox alimlər, araşdırmaçılar öz mülahizələrini desələr də, dəqiq bir qərara gəlinməyib, amma ən məntiqəuyğun nümunə budur ki, ola bilsin ki, Səfəvi İmperiyasında ali rəhbərə Şah deyildiyinə görə Şahbanu da bu sıraya daxil edilmişdir.[11] Şah I İsmayılın təkidi ilə onun anası Aləmşah bəyim ilk dəfə olaraq Səfəvi İmperiyası və bütün cahanın (dünyanın) adil və tək Şahbanusu olaraq qəbul olundu. Elə Səfəvi tarixində ilk və sonuncu dəfə şah anasının Şahbanu olmağı görüldü, buna səbəb isə o dövrdə Şah İsmayılın yeniyetmə olmağı və ailəli olmamağı əsas gətirilir.[12] Hər-bir şahbanunun öz xədimi vardı.

Sonrakı imperiyaların dövründə

redaktə
 
İmperator I Təhmasibin həyat yoldaşı Sultan Ağa xanıma hədiyyə etdiyi dünyanın məşhur Gülüstan Sarayının girişindəki mülk

1773-cü ildə Səfəvi İmperiyası orderi tam olaraq, həm de-fakto, həm də de-yure ləğv edildi. Səfəvinin varisi olan Əfşarlar İmperiyası hələ XVIII əsrin ortalarında yarandığı zaman bu ənənədi qorudu və burada Raziyə xanımın əməyinin müstəsna olması tarix elminə məlumdur. Əfşarlar soyunun hakimiyyətinə digər böyük sülaləmiz olan Qacarlar son qoydu, amma Şahbanu nizamında yox! Dünyada məşhur olan bir-neçə Qacar Şahbanusu belə vardır, lakin Əfşarlardan fərqli olaraq, Qacarlarda Şahbanuluq adətləri, məvzi-ixtiyarları fərqli idi, dəyişdirilmişdi, amma buna baxmayaraq, əvvəlki dövrlərdəki kimi yenə də güclü bir post olaraq qalırdı. Səfəvi padşahları taxta çıxdığı vaxt, həyat yoldaşları Şahbanu adını alardılar və böyük bir siyasi güc əldə edirdilər.

Tacqoyma Mərasimi Səfəviyyədə

redaktə

Tac (lat. corona — çələng) — Monarx hakimiyyətinin rəmzi. Əsasən qiymətli metallardan: qızılgümüşdən, daş-qaşlardan, (almaz, yaqut, firuzə, sapfir və s.) papaq, çələng, çalma, baş örtüyü formasında hazırlanır. Tac odur ki, qızılgümüşdən padşahlar üçün hazırlanır. Qədim türklərdə belə idi ki, bir nəfəri ağalıq və başçılığa təyin edəndə onun bənövşəyi rəngdə əmmamə qoyurdular. Adəti üzrə, imperiyanın Şahbanusu adını qazanan hər-bir qadın mütləq sürətdə təntənəli şəkildə Tacqoyma (tacgördü) edirdilər. Səfəvi İmperiyasından əvvəlki dövrlərdə bu proses əsasən ailə daxilində kiçik bir tədbir şəklində olurdusa, sonradan bu adət ölkə səviyyəsində rəsmi şənliklərlə qeyd edilməyə başlanıldı və sadə insanların da bundan xəbəri var idi. Tacqoyma mərasimi Şah Sarayında keçirilirdi, lakin tacqoyma prosesi məsciddə həyat keçirilirdi. Əvvəlcə Ali Dini Rəhbər olan şəxs ayələr, dualar edir, sonra əvvəlki şahbanu və başqa vəzifəli şəxslər öz xeyir-dualarını bildirir və şah tərəfindən tac xanımının başına taxılırdı. Sonra faytonlarla onlar saraya gəlir və ziyafət burada təşkil olunurdu. Burada həm xeyli sayda hökumət adamı, səfirlər və xaricdən gələn qonaqlar iştirak edə bilirdilər və qədim yazılara arxalanaraq deyə bilərik ki, belə tədbirlərə çoxlu pul xərclənirdi və tədbir çox rəngarəng keçirdi, hətta bəzən bir-neçə gün belə davam edə bilirdi. Həmçinin, gələcək şahbanunun andiçmə mərasimi də elə məsciddə keçirilirdi. Qısası, hazırkı dövrdə Böyük Britaniyada, Bruneydə, YaponiyadaƏrəb ölkələrində keçirilən tərzə uyğun idi. Səfəvi tarixində ən yaddaqalan tacqoyma mərasimi I Səfinin həyat yoldaşı Şahbanu Anna xanımın adıyla bağlıdır. Döyüşə gedən şahbanuların başında çoxrəngli parçalardan olan daş-qaşsız papaqlar rast gəlinirdi.

Sonrakı dövrlərdə şahbanular etdiyi yaxşı əməllərdən dolayı Cəng tacı kimi qiymətli taclar və medallarla təltif edilirdilər. Ən çox tacı olan şahbanu Süleyman Şahın həyat yoldaşı Türktazı xanım olmuşdur ki, ona hətta Moğol imperiyası, Çin, Osmanlı, Norveç krallığı, Mrauk-Arakan dövləti, münaqişəni dayandırdığı üçün Buxara əmirliyiVenesiyadan taclarordenlər hədiyyə olunmuşdur. Elə onun dövründə Səfəvi İmperiyasıda başqa ölkələrin başçılarına hörmət əlməti olaraq medal, əntiq zinyət əşyaları və s. hədiyyə etmişdir. Bizə məlum olan ən bahalı tac isə Şahənşahi-Şahbanu Raziya xanıma aiddir və bunu ona Nadir şah Əfşar Hindistandan, Trabzondan gətirilmiş daşlardan düzəltdirib hədiyyə etmişdir. Hal-hazırda dəyəri milyonlarla ölçülür və İraq Milli Muzeyində saxlanılır. Bəzənsə elə Səfəvilərdə də tacqoyma mərasimi müəyyən səbəblərdən (çox vaxt ailə yasda olanla) təmtəraqla keçirilmirdi, ailə daxilində sadə şəkildə yığıncaq olurdu. Nə qədər dəqiq olduğu bilinməsə də, ümumiyyətlə tacqoyma mərasimi olmayan ilk və yeganə şah xanımı XXII Şahbanu İsmətcahan xanım olmuşdur. Başqa maraqlı bir fakt da budur ki, Cənubi Azərbaycanın Təbriz şəhərində Tacqoydu Məscidi belə mövcuddur.

Tac üslubu

redaktə

Ümumən götürsək, şahbanu tacından bir ədəd idi və Aləmşah bəyimdən başlayaraq ondan sonrakı şahbanulara ötürülmüşdür tac, lakin hər-bir şahbanu ömründə bir dəfədə olsa sırf öz adına, öz zövqünə uyğun olan bir tac hazırlatdırırdı. Taclar əsasən Urmiya, BakıTəbrizdəki nəqqaşlar, zərgərlər tərəfindən hazırlanırdı. Tacdan əlavə, şahbanuların orderləri, onların adına hazırlanan və verilən medallar, özlərinin şəxsi kolleksiyalarında bəzəkli yumurtalar, düymələr, lentlər, yelpinclər, dəyəri milyonlarla abbası olan yaxalıqlar və s. mövcud idi.[13] İmperial Tac Zərgərliklərində (Fars: جواهرات ملی ایران, Jawahrat-e millī-ye) klonlar, çoxsaylı zinyət əşyalar, bir-çox bənövşəyi qılınc və qalxan, bir-sıra qiymətli daşlar, XVI əsrdən (Səfəvi sülaləsi monarxiyası) başlayan qiymətli metallar və qiymətli daşlar, digər yemək əşyaları və bir sıra digər qeyri-adi əşyalar (zümrüdlərdən ibarət okean daşları) mövcuddur. Bu tac uzunsovdur, üstü yüzlərlə kiçik brilyantdan, üç sapfir daşından, lələkdən ibarətdir və Avropa xanımlarının taclarını xatırladır.[4] Tacın ən üst hissəsində iri bənövşəyi bir daş olurdu ki, dünyada bu rəng gücün rəmzi hesab edilir.[14] Narıncı rəngli xətlər isə məhsuldarlığı ifadə edir. Uzunluğu təxminən 20–25 santimetr, çəkisi 3 kiloqram idi (300 karat). Mənbələrdə "Ləli-Böyrək" adlandırılan başqa bir daş çox qiymətli bir ləl idi. Qazı Əhməd bu daşı "Ləl-i Böğrək", Əbdi Bəy Şirazi isə "Dəvə gözü" adlandırır. Ləlin boyunbağı, üzük, yoxsa sırğa olduğu məlum deyildir. Bəzi araşdırmaçılar bunun "cüt küpə" (sırğa) olduğunu iddia edirlər. Şah İsmayıl Taclı bəyimlə evləndiyində toy hədiyyəsi olaraq bu qiymətli daşı ona hədiyyə etmişdir.[15]

Geyim tərzi

redaktə
 
1568-ci ildə İngiltərədə çəkilmiş Şahbanu geyimi təsviri

Şahbanular əsasən, qədim adətlərə uyğun olaraq, uzun paltarlar geyinməyə üstünlük verərdilər. Nəzərə alsaq ki, bəzi şahbanular hərəmxanadan gəlmişdi, hərəmxanada belə qızlar həmişə açıq-saçıq geyimlə gəzmirdilər, əksinə hicabdan, niqabdan istifadə edirdilər. Şahbanuların geyimlərinin boğaz və sinə hissələri adətən daş-qaşla bəzədilmiş, paltarlar yun parçalardan hazırlanırdı. Bu paltarlarsa Təbrizdə, İrəvanda, Bağdadda toxunurdu. Onların geyimlərində həm İslam, həm də Qərb sintetikası açıq şəkildə sezilirdi. Hal-hazırda İran, İraq, Böyük BritaniyaABŞ-də bəzi şahbanuların geyimləri muzeylərdə qorunur.

İqamətgahı

redaktə

Şahbanuların sarayları əsasən iki ədəd olurdu — Qəbul sarayıYay bağı. Hər-bir şahbanunun özünün sarayı olardı, lakin saray dəyişdirmək adəti şahbanularda yox idi.[16] Saraylar paytaxtların dəyişdirilməyi nəticəsində dəyişildi çünki şahbanunun imarəti mütləq paytaxt və ya paytaxtətrafı ərazidə yerləşməli idi. Onların hər-birinin öz yay dincəlgahları vardı və vəfat etdikdən yada şahbanuluq vəzifəsi əllərindən çıxdıqdan sonra öz övladlarına (şah olan yaxud olmayan və ya qızlarına cehiz kimi) pay verirdilər. Bu saraylar heç-vaxt satıla, nəyəsə görə girov qoyula bilməzdi, lakin şahlardan fərqli olaraq, şahbanuların hamiliyində ikidən çox sarayı ola bilməzdi. Bu sarayların bəziləri Səfəvi dövründə tikilib, amma bəzilərinin tarixi hətta eramızdan əvvələ qədər gedib-çıxır və sonradan Səfəvi sülaləsi o yerləri ixtiyarlarına keçirib. Burada şahbanular xarici qonaqları qəbul edir, yerli saray əyanları, vilayət başçıları və s. hökumət nümayəndələriylə görüşlər keçirirdilər. Tipik olaraq, bu saraylarda adətən, lüks kitabxana, tikişxana, gözəllik evi, muzey, qalereya (rəsmxana), fontanlı fəvvarələr, hovuz, bağça, qışlaq, tövlə, hamamxana köşkü, elçilik sarayı, təcrübə zalı, dəftərxana və ibadətxana mövcud idi.[17]

Görünüş Paytaxt Dövr Saray Bağ imarətləri
  Təbriz 1501
1555
Əhyaqapı Nəsriyyəh (Təbriz), Öndərdi (Təbriz), Əlcaraz (Urmiya), Avestan (Kərkük)
  Qəzvin 1555
1598
İşrətmülk Şahgölü (Təbriz), Firdovsi (Aqra), Gülüstan (Tehran), Ərrəşid (Bağdad), Cahanabad (Xankəndi), Yeddidam (İsfahan), Nurgərək (Mərv)
  İsfahan 1598
1736
Çəhəl Sütun İsaqxan (Şiraz), Həşt-Behişt (İsfahan), Fərəhabad (Mazandaran), Qəsri-Bukrzeyd (Kabul), Rəmzar bəy (Van), Çəhərbağ (Bəsrə), Şapur (Tehran), Köşk Bulağı (Axaltsixe), Qalayurd (Qars), Nəşat (Dərbənd), Hürizağa (Dubay)
  Gürgan 1736
1797
Üzümbaxça Çığatayı (Düşənbə), Bəylərbəyi (Behşəhr), Təzəsaray (Gürgan)

Şahbanu türbələri

redaktə

Türbə – görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, əmirlərin, vəzir və hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikili. Tanınmış İslam mütəffəkirlərinin üstü açıq olan məzarlarına da onlara hörmət əlaməti olaraq türbə deyilir. Türbələr camaat tərəfindən ziyarətgaha çevrilir. Səfəvi sülaləsinin adətlərinə görə, mütləq şəkildə xanım öz həyat yoldaşının yanında dəfn edilməlidir və nəticə etibarilə, şahların türbələri elə şahbanuların türbələri kimi qəbul edilməlidir, lakin bir istisnada vardır ki, əgər şahbanu şahdan əvvəl vəfat edibsə, onun özünün vəsiyyət etdiyi yerdə dəfn edilə bilər. Adətən öz valideynlərinin yanında dəfn olunurdular. Qülləvari türbələr Səfəvi İmperiyasında dəbdə idi. İlk türbə olan Şeyx Səfi məqbərəsi (آرامگاه شیخ صفی‌الدین اردبیلی) XVI–XVII əsrlərdə Azərbaycanda tikilmiş ən görkəmli memarlıq abidələrindəndir. Kompleks bir-birinə bağlı həyət ətrafında düzülmüş binalardan ibarətdir. Bu kompleksə Şeyx Səfi türbəsindən başqa bir neçə türbə, o cümlədən Şah İsmayıl türbəsi, Çinixana deyilən bina, məscid, bulaq, zəvvarlar üçün otaqlar və s. daxildir. Şahbanular tərəfindən çoxlu sayda bulaqlar tikdirilmiş, böyük yaşayış məntəqələrinə kanallarla su çəkdirilmişdir.

Xəzinə

redaktə

Bu xəzinə, indiki dövrün büdcəsini xatırladır və demək olar ki, indiki sistemlə eynilik təşkil edirdi. Xəzinədarları özləri təyin edirdilər, xəzinədar bəzən qadın, bəzən kişi cinsin nümayəndəsi ola bilirdi.[18] Həyat yoldaşının icazəsi olmadan, Şahbanu heç vaxt istədiyi şəkildə dövlətin xəzinəsindən istədiyi qədər pulu götürüb istənilən yerlərə xərcləyə bilməzdi. Bəs onların xəzinəsi necə dolurdu? Adətən Şahbanular ailə quran zaman ataları tərəfindən indiki dövrdə olduğu kimi cehizlər verilirdi və adətən bu cehizlər böyük sərvət hesab edilirdi, maddi dəyərləri həddsiz çox idi. Ailə qurduqdan sonra da, məsələn, saraylar, bağlar, əkin sahələri və s. onların tabeliyində idilər. Şahbanu buradan gəlir əldə edə bilirdi. Eləcə də, xarici başçılar, səfirlər, eləcə də, öz ailə üzvləri tərəfindən hədiyyə edilmiş hər-şey buraya daxil idi. Şahbanu bircə mümüh dövlət binalarının tikintisi zamanı dövlət büdcəsindən pul götürə bilirdi (qaytarmamaq şərtilə), amma çox vaxt pul qaytarılırdı. Çox az hallar olubdur ki, Şahbanular istədiyi kimi puldan istifadə edə, tam haqq sahibinə çevrilə bilirdilər. Eləysə, pullar hara xərclənirdi? Şahbanular bu gəlirləri tez-tez xəstəxanalar, komplekslər, məscidlərmədrəsələr qurmaq üçün istifadə edirlər, çox vaxt kasıblara yemək vermək, sünnət və ya toy etmək kimi yaxşı işlər görürdülər. Şahbanular tərəfindən çoxlu sayda bulaqlar tikdirilmiş, böyük yaşayış məntəqələrinə kanallarla su çəkdirilmişdir. Vəfatından sonra bu xəzinə Şah Sarayı Vərəsət Məclisi tərəfindən ya ailə üzvlərindən birini vərəsə təyin edərək onun ixtiyarı-sahibliyinə keçirir, ya da dövlət büdcəsinə əlavə edirdi.[19]

Siyahı

redaktə
  • Burada azərbaycanlılar türk xalqlarının bir qolu kimi başa düşülməlidir və onların bəzi soyları mörtərizə daxilində göstərilir.
  • Həyat yoldaşıyla birgə dəfn edildiyi məqbərə/türbə "Həyatı" hissəsinə ən üstdə M. olaraq göstərilmişdir
  • Adının qarşısında * olan xanımlar Şahbanu vəzifəsini yerinə yetirən zaman vəfat etmiş şah xanımlarıdır. Yəni, vəfat etməsəydilər, şahbanu olaraq hələ uzun illər var olacaqdılar. Onların sayı dörddür.[20]
Şəkli Şahbanu Qızlıq ad&soyadı Əsli Həyatı Səltənət illəri Övlad sayı Həyat yoldaşı
1 Aləmşah bəyim Aləmşah Həsən qızı Bayandur azərbaycanlı
(Anadolu oğuzu)
d.1460
ö.1522
M.Meşkinşəhr
1501
1504
3 Şeyx Heydər
2 Şahbəyi Taclı Bəyim Şahbigə Mehmed bəy qızı azərbaycanlı
(Mosul türkmanı)
1488
1540
Ərdəbil
1504
1524
5 Şah I İsmayıl Xətai
3   *Soltanzadə Xatun Marqarita Giovanni de Lorenzo italyan 1505
1548
Qəzvin
1524
1548
7 I Təhmasib
4   Xanpərvər Nina çərkəz 1515
1592
Təbriz
1548
1550
1 I Təhmasib
5   Sultan Ağa xanım Sultanağa Mahmudbəy qızı Qədəmli ləzgi 1524
1596
Ərdəbil
1550
1576
2 I Təhmasib
6   Peykər Sultan Pəri Peykər Mir Seyid Baqi qızı Səfəvi azərbaycanlı (qaşqay) 1537
1598
Qəzvin
1576
1577
2 II İsmayıl
7   *Pərixan xanım Pərixan Şah Təhmasib qızı Səfəvi azərbaycanlı 1548
1578
Qəzvin
1577
1578
0 Sultan Bədiüzzaman mirzə Səfəvi
8 *Xeyrənnisə bəyim Xeyrannisə Abdullaxan qızı Məhdi azərbaycanlı
(aymaq)
1549
1579
Sultaniyyə
1578
1579
5 Məhəmməd Xudabəndə
9   Yaxşən Yaxşən Xanəhməd Xan qızı fars 1570
1660
Kaşan
1587 17 Şah I Böyük Abbas
10   Dilarəm xanım Marta Baqrationi abxaz 1573
1647
Kaşan
1587
1629
1 Şah I Böyük Abbas
11 Anna Banu Anna Tlebzu çərkəz 1612
1647
Qum
1629
1642
2 I Səfi
12 *Nəqihət Natalya Çauşe çeçen 1630
1655
Urus-Martan
1648
1655
3 II Abbas
13 Nurnisə Anuş Qaplan qızı Orbeliani gürcü 1634
1695
Qum
1655
1666
1 II Abbas
14   Oğulabad Yelena rus 1647
1710
Ərak
1666
1671
3 Süleyman Şah
15   Türktazı Türktazı Dəniyal qızı Mirzə moğol
(Hindistan)
1650
1736
Ərak
1671
1694
9 Süleyman Şah
16   *Fərdagərək Fərdagərək Keyxosrov qızı Kartli gürcü 1663
1710
Tiflis
1694
1710
5 Şah Sultan Hüseyn
17 Həliməxan Həliməxan Cahan qızı Osmanlı türkü 1677
1756
Meysan
1710
1726
7 Şah Sultan Hüseyn
18   Gülcamal Şahpuri Haykanuş Aves qızı Kürdi erməni 1705
1756
Səbzivar
1726
1732
2 II Təhmasib
19 Şahhiran Raziya Raziyə Hüseyn qızı Səfəvi azərbaycanlı 1700
1775
Kərbəla
1732
1749
3 Nadir şah Əfşar
20   Xanağa bəyim Səfəvi Xangəldi Xocaqulu Bəy qızı türkmən 1703
1802
Herat
1749
1750
2 II Süleyman
21   İsmətcahan İsmətcahan Rəşidnəbi qızı Nuri tacik 1733
1837
Abadan
1750
1793
11 III İsmayıl
22 Bayramxatın Səfəvi Şəhribanu əl Moulayel-Həsən ərəb 1774
1902
Kəşmir
1793
1797
5 Şah II Məhəmməd

Şahbanusuzluq dövrü

redaktə
 
1570-ci illərdə Məhəmməd Xudabəndənin xanımı Xeyrənnisə bəyimin şəxsi büdcəsiylə tikilən dünyanın ən böyük sarayı olmuş Yeddidam

Səfəvi İmperiyasının bəzi dövrlərində imperiya Şahbanusuz qalmışdır və bunun da öz obyektiv səbəbləri mövcuddur. Məsələn, Səfəvinin beşinci imperatoru Şah Məhəmməd Xudabəndənin iki xanımı olmuş, onlardan biri hakimiyyətə gəlməmişdən əvvəl, digəri isə hakimiyyətdə olanda vəfat etmişdir (Xeyrannisə). Şah bundan sonra ailə qurmamış və ölkəyə Şahbanu təyin etməmişdir. Beləcə, 1579–1587-ci illərdə Şahbanu adını daşıyan şəxs mövcud deyildi.[21]

Şah II Abbas hakimiyyətə gələn zaman 10 yaşında idi və onun əvəzindən imperiyanı əmisi Mirzəqulu Səfəvi idarə edirdi. O, 17 yaşında olan zaman, miladi təqvimlə 1648-ci ildə Natalya Çauşe adlı Çeçen əsilli hərəmxana rəqqasəsiylə (sonradan o Nəqihət adını qəbul etdi və Xristianlıqdan İslama keçdi) ailə qurur və onu müəyyən müddətdən sonra Şahbanu təyin edir və əmisi bu qərara etiraz etmir. Beləcə, 1642–1648-ci illərdə Şahbanu mövcud deyildi.

Şahəvəzi şahbanular

redaktə

Şahbanuəvəzi — Şah olmayıb və ya sonradan Şah adını qazanıb, həm Şahbanuluq həm də Şahlıq səlahiyyətlərini əldə etmiş şəxslərə deyilir. Sistematik olaraq, onların idarəçiliyi elədə uzunmüddətli olmamışdır.[22] Bu sistem də üç hissəyə ayrılır.

  • Şah kimi xanımlar — Birinci hissədəki qadınlar Səfəvi İmperiyasının şahı olmuş xanımlardır ki, onların hər-ikisi də şah qızları idi — Səfəvi İmperiyasının IV Şahı, VII Şahbanusu və Səfəvilər sülaləsinin XI rəhbəri Pərixan xanım (1577–1578) ilə Səfəvi İmperiyasının XIII Şahı, XIX Şahbanusu və Səfəvilər sülaləsinin XX rəhbəri olan Şahhiran Raziya (1732–1749). Onlar Şahbanu vəzifəsini layiqincə yerinə yetirmişdirlər və dünyada böyük hörmətə malik idilər.[23]
  • Şahın həyat yoldaşı olmayan Şahbanular — İkinci hissəyə isə azyaşlı və ya ölkəni idarə etmək iqtidarında olmayan (xəstəlik, yaşlılıq, üsyan, hakimiyyət davası və başqa səbəblərdən) şahın əvəzindən ölkəni idarə etmiş Şahbanulara deyilir. Burada biz yenidən Şahhiran Raziya xanımın adını görə bilərik, çünki o həm şahın qızı olaraq, həm də III Abbasın nümayəndəsi kimi dövləti idarə etmişdir. Son imperator Şah II Məhəmmədin vəfatından sonra çox az bir müddətə onun xanımı son Səfəvi Şahbanusu olan Şəhribanu Bayramxatın idarəçiliyin başına keçsə də, uğurlu ola bilməmiş və ölkəni qoruya bilməmiş, təxminən 1 aya yaxın rəhbər olmuşdur, amma hökumət tərəfindən o rəsmi olaraq Şah, yəni ölkə başçısı kimi qəbul edilmədi. Azərbaycan tarixində də çox nadir hallardan biri də budur ki, ölkədə rəsmi idarəçi şəxs olmasın. Şah I İsmayılın təkidi ilə onun anası Aləmşah bəyim ilk dəfə olaraq Səfəvi İmperiyası və bütün cahanın adil və tək Şahbanusu olaraq qəbul olundu. Elə Səfəvi tarixində ilk və sonuncu dəfə şah anasının Şahbanu olmağı görüldü, buna səbəb isə o dövrdə Şah İsmayılın yeniyetmə olmağı və ailəli olmamağı əsas gətirilir. Eyni hadisəni biz III Şah İsmayılın xanımı İsmətcahanda da görə bilərik. Aydındır ki, həm öz həyat yoldaşının dövründə, həm də oğulluğa götürüb himayəsinə aldığı Şah II Məhəmmədin dövründə Şahbanu o idi çünki burada da şahın hələ yaşı çox az idi. Sonra o öz yerini yeniyetmə şahın əsl xanımına verdi.
  • Şah olmayan müddətdə şahlıq edən Şahbanular — Qədim tarixi mənbələrə nəzər salsaq görərik ki, Şah İsmayılın ömrünün son illərində səhhətiylə əlaqədar olaraq, Şahbəyi Taclı Bəyim ölkənin əsas söz sahibi idi, Şah İsmayıl dövlət işlərinə uzun müddət baş qoşmurdu deyə tam idarəetmə xanımının əlində idi və onun xeyir-duası, məsləhət-məşvərəti olmasa, heç-bir iş qətiyyən həyata keçə bilməzdi. Qısası, Şah adı İsmayılın olsa da, dadını ancaq Şahbanu görürdü. O, imperiyada ən güclü xanım idi və regionda da böyük əzəməti vardı. XVIII əsrin əvvəllərində Şah Sultan Hüseyn ömrünün çox hissəsini səfərlərdə, döyüşlərdə keçirir və Səfəvi İmperiyası genişlənirdi. Buna görə də, o, paytaxtdakı sarayında çox ola bilmirdi və buna görə də, Həliməxan xanım Şahbanu olaraq ölkənin iplərini tam əlinə keçirtmişdi, lakin bu o demək deyil ki, Şah Sultan Hüseyn ölkə işlərindən xəbərdar deyildi, amma siyasətə bir o qədərdə meyilli deyildi. Onun vəfatından sonrakı müddətdə başqaları çox cəhd göstərsələr də, qərarları müəyyən edən və son sözü deyən Həliməxan xanım olmuşdur.[24]

Hərb sistemində

redaktə

Səfəvi şahbanularının tabeliyində şəxsi orduları mövcud idi. Bu əsgərlərin çoxu türk əsilli deyildi və hətta Avropadan gələn zabitlər belə aralarında vardı. Onların əsas işi şahbanunu və onun saraylarını mühafizə etmək, şahbanunun əmriylə döyüşə və ya kimisə həbs etməyə getmək idi. Səfəvi tarixində bir-çox şah xanımları və qızları döyüşdə iştirak etmişdirlər.[25] Buna misal olaraq Raziya xanımı, Taclı bəyimi, Aləmşah xanımı, Yaxşən xanımı və s. göstərə bilərik. Əsgərlərin sayı adətən 1000–2000 arası olurdu, onların yaşayış şəraitindən tutmuş qidalanmalarına qədər bütün xərclər şahbanunun büdcəsindən çıxırdı. Bu döyüşlərin paytaxt ətrafında qəsri və onun daxilində yataqxanası, meydanı, məscidi, cəngxanası və başqa lazımi obyektlər var idi.[26] Eləcə də, şahbanuya vacib olan xüsusi təlim keçmiş kəşfiyyatçılar da burada xüsusi yetişdirilirdi, hətta onları yaşayış yerlərindən uzaq, dağlıq ərazilərdə tikilmiş qəsrlərə aparırdılar, amma Səfəvi ordusunda döyüşçü qadınların olduğu məlumdur. Sarmat əsilli "amazonlara" oxşadılan bu qadınlar əxiliyin qadınlar təşkilatı olan "Bacıyani-Rum"a (Anadolu bacıları) bağlı idilər.[27] Qoşunların lazım olan vaxtda və təyin edilimiş yerdə cəmləşdirilməsi asan iş deyildi.[28] Yalnız yığma qoşunlar deyil, habelə qorçilərin qvardiya dəstəsi də yenə həmin qızılbaş tayfa əyanlarının gənclərindən ibarət olurdu. Ordu əsasən süvari hissələrindən ibarət olduğundan, piyadanın rolu əhəmiyyətsiz idi.[29] Qoşun özünün böyük mütəhərrikliyi, manevr qabiliyyəti ilə fərqlənirdi. Ordunun silahlanmasına gəldikdə isə Qalxan, qılınc, odlu silahlar (muşketlər) var idi. Odlu silahların lülələrinin uzunluğu 6 qarış (qarış 9 düymədir) idi və onlar çəkisi 3 unsidən (unsi – 28 qramdır) bir qədər az olan qumbaralar atırdılar. Yay, top, nizə, qılınc, xəncər, döyüş baltaları və qalxanla silahlanmış qorçilər tayfa süvari qoşununu təşkil edirdilər.[30] Yüzlük, minlik qüvvələrin də əvəzsiz rolu danılmazdır.

 
Şahbanu hökumətinin və onun ordusunun rəsmi bayrağı. Səfəvi tarixində üzərində damğanın olmadığı yeganə bayraq

Bayraqda iki dəfə qırmızı, göy rəngləri, ən aşağı hissədə sarı xətt görünür. Burada ümumi xətlərin sayı yeddidir və bu İslam aləmində müqəddəs bir rəqəmdir. Sonradan Əfşarlar İmperiyasında da bu bayraqdan istifadə edildi. Bayrağın Azərbaycan-Səfəvi Türkcəsində adı belə gedir "Bayraq-e Darbar-e Şahənşahi Şahbanuye Səfəviyyə"[31]

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2017-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  2. "Rzaəddin ibn Fəxrəddin: Məşhur Xatunlar". 2018-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  3. ""Səfəvi və Osmanlı sultanlarının xanımları nə barədə yazışırdı?"". 2019-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  4. 1 2 3 Jan Şardenin "İrana və digər şərq ölkələrinə səyahət" əsəri
  5. Abbasqulu ağa Bakıxanov. "Gülüstani-İrəm"
  6. "Səfəvilərin BİRİNCİ XANIMI". 2019-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  7. Azərbaycan ədəbiyyatı tarixi. c. 1, Bakı: Azərbaycan SSRİ Elmlər Akademiyası nəşriyyatı, 1960, 590 s
  8. Azərbaycan tarixi üzrə qaynaqlar. Professor S. S. Əliyarlı və dosent Y. M. Mahmudovun redaktəsi ilə, Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1989, 328 s
  9. "Azərbaycan tarixi üzrə qaynaqlar" (PDF). 2017-12-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-06-06.
  10. "CƏMİL HƏSƏNLİDƏN SƏFƏVİLƏR DÖVLƏTİ İLƏ BAĞLI MARAQLI MÖVQE". 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  11. "Səfəvilər dövlətində ədəbi-bədii yaradıcılıqda türk dilinin nüfuzu". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  12. "Səfəvi dövlətində din və üləmanın rolu". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  13. "Arxivlənmiş surət". 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  14. [1] [ölü keçid]
  15. "Arxivlənmiş surət". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  16. Сургуладзе Н. И. Из истории государственного строя Сефевидского Ирана (чиновники финансового ведом-ство). Автореферат канд.дис., Тбилиси, 1979.
  17. "Çehəl Sütun Sarayı (İsfahan)_Səfəvi rəsmləri_II hissə". 2017-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  18. Roger M. S. The office of khalifat al-khulafa under the safavides// Journal of the American Oriental Society. Vol.85., n.4, Baltimore, 1965, s. 497–502
  19. "Arxivlənmiş surət" (PDF). 2017-12-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-06-06.
  20. a. Шахмалиев Э. М. Об англо-русских торговых противо-речиях на Переднем Востоке второй половине XVI века // "Ученые записки", АГУ им. С. М. Кирова, 1958, № 5, с. 103–112
  21. Şah İsmayıl Səfəvi tarixi diplomatik sənədlər toplusu
  22. [2]
  23. "Səfəvi İmperiyasının İdarə Olunmasında Türk-Qızılbaş Əyanların Rolu" (PDF). 2017-12-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-06-06.
  24. Estat de la Perse en 1660 par le P. Raphael du Mans, Superieur de la mission des capucins d'ispanan. Paris: Publie Avec Notes et Appendice Par CH Scheffer, 1890, 464 s.
  25. Tarix-i elç-i Nizamşah, səh.77
  26. MEA M. Füzuli adına Ədəbiyyat İnstitutunun arxivi, inv. № M209/35839
  27. "Arxivlənmiş surət". 2018-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  28. Baxşəliyev A. B. Səfəvi dövlətinin sosial-iqtisadi həyatı və beynəlxalq əlaqələri. Bakı: ADPU-nun mətbəəsi, 2009, 274 s.
  29. G. B. Vechietti, A Report, p.38
  30. "Səfəvilər dövlətində türklərin və farsların mövqeyi". 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  31. Venetsiyalıların səyahətləri, səh.111

Həmçinin bax

redaktə

Azərbaycan sülalələri
 

  NODES
Note 1
os 10