Şamanizmşamanın ruh dünyası hesab edilən dünyanı anlamaq, onunla əlaqə qurmaq və həmin transendental enerjiləri bu dünyaya ötürmək üçün fərqli şüur halına keçməsini özündə ehtiva edən spiritual tətbiqat.[1]

Valentin Haqdaev, Olxon adasının əsas şamanı

"Şamanik" olaraq təsnifləndirilən inanc və təcrübələr antropoloqlar, arxeoloqlar, tarixçilər, dinşünas alimlər, filosoflarpsixoloqlar daxil olmaqla, müxtəlif sahələrdən olan alimlərin marağına səbəb olub. Bu mövzuda yüzlərlə kitab və akademik məqalələr yazılıb, şamanizmin öyrənilməsi üçün mütəxəssislər tərəfindən nəzarət edilən elmi jurnal təsis olunub. 20-ci əsrdə submədəniyyətin nümayəndələri olan bir çox qərbli dünyanın müxtəlif yerlərindəki yerli dinlərin ideyalarından təsirlənərək neoşamanizm və ya neoşamanik hərəkat adlandırılan müasir magik-dini tətbiqatlar yaratdı.[2] Bu, bir çox neopaqan tətbiqatların inkişafına təsir göstərdi, amma mənsub olmadıqları mədəniyyətləri təmsil etməyə çalışan bir sıra kənar müşahidəçilərə görə, başqa mədəniyyətin ünsürləri məsimsəməkdə ittiham olundu,[3] istismara məruz qaldı və təhrifə uğradı.[4]

Şamanizm termini yerli spiritual tətbiqatları təsvir etmək üçün istifadə olunsa da, bəziləri bunu müxtəlif yerli xalqlar və qəbilələrə xas olan fərqli və qarmaşıq spiritual tətbiqatların ümumiləşdirici söz kimi qiymətləndirib. Terminin bu cür istifadəsi müxtəlif və mürəkkəb xarakter daşıyan yerli mədəniyyətləri bəsitləşdirə, irqçi fikirləri qüvvətləndirə və "digərləri" anlayışına müstəmləkəçi bir baxış bucağı gətirə bilər.[3][5][6]

Terminologiya

redaktə

Etimologiya

redaktə
 
Sibir şamanının Hollandiyalı Nikoles Uitsen tərəfindən çəkilmiş, məlum olan ən erkən təsviri, 17-ci əsr. Uitsen onu "şeytanın keşişi" adlandırıb və şeytani keyfiyyətlərinə görə ayaqları caynaqlı çəkib.[8]

Şamanizm sözünün tunqus-mancur dilində "bilici" mənasını verən šaman sözündən, şaman sözünün isə evenki dilindəki šamán sözündən, çox güman ki, Sim evenki xalqlarının danışdığı cənub-qərb dialektindən yarandığı ehtimal olunur. Tunqus termini sonralar Sibirdəki yerli xalqlarla qarşılıqlı əlaqədə olan ruslar tərəfindən qəbul edildi. Bu, sürgün edilmiş rus din xadimi Avvakumun xatirələrində tapılmışdır.

Nikoles Uitsen adlı holland bir səyyah 17-ci əsrin sonlarında bu sözü Qərbi Avropaya gətirdi. O, "Noord en Oost Tataryen" (1692) adlı kitabında tunqus və samodi dillərində danışan yerli Sibir xalqları və bu ərazilərdə qalması haqqında yazdı. Lübekdən olan Adam Brend adlı tacir 1698-ci ildə nəşr olunan kitabında ingilisləri şaman sözü ilə tanış etdi.

Evenki sözünün etimologiyası bəzən tunqus dilində "bilmək" mənasını verən ša söz kökü ilə əlaqələndirilir. Bu fikir linqvsitik baxımdan araşdırılıb: "Bu ehtimal tam inkar oluna bilmədiyi kimi, birmənalı şəkildə qəbul da oluna bilməz, çünki bu dillərin sözdüzəldicilik xüsusiyyətləri fonoloi baxımdan nizamsız xarakter daşıyır (xüsusilə sait sayını nəzərə aldıqda)." Digər alimlər iddia edir ki, sözün birbaşa mancur dilindən gəlir və bu dildən alınan yeganə sözdür ki, ingilis dilində geniş istifadə olunur.

Mirça Eliadi isə sanskrit dilində "sərgəndən gəzən müqəddəs şəxs" mənasına gələn śramaṇa sözü Buddizm ilə birlikdə bir çox Mərkəzi Asiya dillərinə yayıldığını və tunqus dilindəki bu sözün əsas mənbəyi ola biləcəyini qeyd etdi. Bu təklif 1917-ci ildən bəri hərtərəfli tənqid edilib. Etnolinqvist Juha Janhunen bunu "anaxronizm" kimi qiymətləndirir və "doğruluq ehtimalı olmayan etimologiyadan" başqa bir şey hesab etmir.

21-ci əsr antropoloqu və arxeoloqu Silvia Tomaskova bir çox avropalının 1600-cü illərin ortalarına qədər ərəb sözü olan şeytan (ərəbcə: شياطين) terminini Ural dağlarının arxasında yaşayan, xristian olmayan yerli xalqların tətbiqatlarına və inanclarına aid etdiyini söyləyir. O təklif edir ki, şaman sözü bu terminin təhrif olunmuş forması kimi müxtəlif tunqus dialektlərinə keçmiş ola bilər və sonralar bu xalqların əsrlər boyunca yaxın təmasda olduğu xristian missionerlərinə, tədqiqatçılara, əsgərlərə və müstəmləkə rəhbərlərinə xəbər deyilib.

Qadın şaman bəzən şamanka adlanır. Bu termin əsl tunqus sözü deyil, sadəcə şaman sözünə rus dilində qadın cinsini bildirən -ka şəkilçisi artırmaqla düzəlir.

Tərifləri

redaktə
 
Xakas olduğu ehtimal olunan qadın şaman, Rusiya imperiyası, 1908-ci il.

Şamanizm termininin antropoloqlar tərəfindən qəbul olunan vahid bir tərifi yoxdur. İngilis tarixçisi Ronald Hutton qeyd edir ki, 21-ci əsrin əvvəlinə qədər bu terminin istifadə olunan dörd ayrı tərifi var. Bunlardan birincisi "fərqli şüur halında olarkən ruh dünyası ilə əlaqə quran şəxs"ə istinad edir. İkinci tərif bu termini başqalarının istəyi ilə fərqli şüur halına keçib ruh dünyası ilə əlaqə quran şəxslərə aid edərək onu məhdudlaşdırır. Üçüncü tərif şamanların başqaları tərəfindən işlədilməyən xüsusi bir texnikadan istifadə etdiklərini iddia edərək, onları "medium", "cadugər həkim", "ruhi təbib" və ya "peyğəmbər" kimi tanınan, ruh dünyası ilə əlaqə qurduqları deyilən digər şəxslərdən ayırmağa çalışır. Hutton tərəfindən müəyyən edilən dördüncü tərifinə görə isə şamanizm terminindən istifadə edərkən Sibirin və qonşuluqdakı ərazilərin yerli dinlərinə istinad edilir.

İngilis dilinin Oksford lüğətinə əsasən, şaman yaxşı və pis ruhların dünyasına daxil olan, ona təsir göstərən, ritual zamanı trans vəziyyətinə girən, kəhanət söyləyən və şəfa verən şəxsdir. Çox güman ki, şaman sözü Şimali Asiyanın Tunqus dil ailəsinə aid olan evenki dilindən yaranıb. Etnolinqvist Juha Janhunenin dediyinə görə, bu söz Tunqus dil ailəsinin bütün ləhcələrində (Negidal dili, Even dili, Udegey dili/Oroçi dili, Nanay dili, Orok dili, Mancur diliUlçi dili) göstərilir; belə görünür ki, şaman sözünün mənasının da Tunqus dillərindən gəlməsini inkar edən heç bir fərziyyə yoxdur və ola bilsin ki, onun kökləri ən azı iki min il əvvələ dayanır. Qərb bu terminlə Rusiya qüvvələrinin 1552-ci ildə şamanist Qazan xanlığını zəbt etməsindən tanış oldu.

Əvvəlcə qərb antropoloqları düşünürdü ki, şamanizm termini türklərinmonqolların, eləcə də, qonşuluqda yaşayan, tunqus və samodi dillərində danışan xalqların qədim dinini mənimsəyənlərə aid edilir. Dünyadakı digər dini ənənələri müşahidə etdikdən sonra isə bəzi qərb antropoloqları bu termindən çox geniş mənada istifadə etməyə başladılar. Termin Asiya, AfrikaAvstraliyanın digər bölgələrində şamanizmə dəxli olmayan etnik dinləri, hətta Amerikanın şamanizmlə tamamilə əlaqəsi olmayan hissələrindəki bir sıra magik-dini tətbiqatları təsvir etmək üçün istifadə edildi, çünki onların bir-birlərinə oxşadığı düşünülürdü. Termin bu mədəniyyətə yad olan insanlar tərəfindən səhvən bir çox yerli spiritual tətbiqatlara aid edilsə də, şamanşamanizm sözləri yerli spirituallığın müxtəlifliyini və mürəkkəbliyi tam şəkildə ifadə etmir. Hər bir millətin və qəbilənin özünəməxsus həyat tərzi var və öz dillərində fərqli terminlərdən istifadə edirlər.

Mirça Eliadi yazır: "Bu mürəkkəb fenomenin birinci və ən təhlükəsiz tərifi belədir: şamanizm dini ekstaz texnikasıdır". Şamanizm şamanların insan dünyası ilə ruh dünyaları arasındakı vasitəçi və ya elçi olduğu düşüncəsini özündə ehtiva edir. Şamanların ruhu düzəltməklə xəstəlikləri müalicə etdiyi deyilir. Ruha təsir edən travmaların yüngülləşdirilməsinin insanın bədəninin tarazlığını və bütövlüyünü bərpa etdiyinə inanılır. Şamanlar həm də cəmiyyəti narahat edən problemləri həll etmək üçün fövqəltəbii aləmlərə və ya ölçülərə girdiklərini, yanlış yolda olan ruhlara istiqamət vermək və xarici ünsürlərin insan ruhunda yaratdığı xəstəlikləri yaxşılaşdırmaq üçün başqa dünyalara daxil olduqlarını iddia edirlər. Şamanlar başlıca olaraq insan dünyasına təsir etdiyinə inandıqları spiritual dünyanı idarə edirlər. Balansın bərpasının xəstəliyin aradan qalxması ilə nəticələnəcəyi deyilir.

Şamanizm dini tətbiqat sistemidir. Tarixən, o, tez-tez yerli və qəbilə cəmiyyətləri ilə əlaqələndirilir. Bura digər dünyayla bağlantısı olan şamanların xəstələri yaxşılaşdırmaq, ruhlarla əlaqə qurmaq və ölülərin ruhunu axirət dünyasına apara biləcək gücə sahib olduğu inancı daxildir. Asiyalı və qərbli ziyarətçilərin əsrlər boyu qeyd etdiklərinə əsasən, şamanizm Şimali Asiyada Sibir köklü xalqları ilə xüsusilə bağlıdır. Bu, əvvəllər Avropa, Asiya, Tibet, Afrikada, ŞimaliCənubi Amerika geniş tətbiq olunan bir ideologiyadır. Bu, tanrıların, şeytanların və ruhların əcdadlarının dünyası kimi fövqəltəbii fenomenə olan inam üzərində qurulmuşdur.

Müstəmləkəçilik və imperializmin struktur təsirlərinə baxmayaraq, yerli xalqların ənənəvi mənəvi təcrübələri tətbiq etmək qabiliyyətini məhdudlaşdıran,

Yerli xalqların ənənəvi spiritual tətbiqatlarını məhdudlaşdıran müstəmləkəçilik və imperializmin struktural çətinliklər törətməsinə baxmayaraq, bir çox icma öz müqəddəratını təyin etmək və dinamik ənənələrini bərpa etməklə yenidən güclənir. Köçəri Tuvan kimi digər qruplar (araşdırmalara görə, bu qəbilənin əhalisindən təxminən 3000 nəfər sağ qalıb) təcrid olunduqlarına görə, bu struktur çətinliklərin bəzilərinin qarşısını ala biliblər. Tuva Rusiyadakı ən təcrid edilmiş qəbilələrdən biridir. Təcrid olunmuş şəkildə yaşadıqlarına görə, onlarda şamanizm ənənələri bu günə qədər qorunub saxlanılmış və digər dinlərin təsirinə məruz qalmamışdır.

İnisiasiya və öyrənmə

redaktə

Şamanlar tez-tez yuxular və ya işarələr vasitəsilə çağırıldıqlarını iddia edirlər. Ancaq bəziləri bu güclərin onlara miras qaldığını deyirlər. Ənənəvi cəmiyyətlərdə şaman təlimləri uzunluğuna görə fərqlənir, amma bu, adətən illər tələb edir.

Törner və həmkarları, "şamanist inisiasiya böhranı" adlanan bir fenomenin adını çəkirlər. Bu, özündə fiziki xəstəlik və ya psixoloji böhranı ehtiva edən, şaman olmağa keçid mərasimidir. Şaman çağırılan zaman bu xəstəliklərin rolunun əhəmiyyətli olması şimal-şərqi Çində Tunqus xalqları arasında sonuncu usta şaman olan Çuonnasuanın tarixçəsində özünü göstərir.

Yaralı şəfaçı arxetipi şamanlara da aiddir. Bu proses gənc şamanlar üçün önəmlidir. Keçirdikləri xəstəlik onları ölümün astanasına gətirir. Bunun iki səbəbə görə baş verdiyi deyilir:

  • Şaman yeraltı dünyadan keçir, beləcə, xəstə olan şəxs və qəbilə üçün həyati əhəmiyyətli məlumatları əldə etmək üçün onun dərinliklərinə enir.
  • Şaman xəstəliyi anlamaq üçün özü də xəstə olmalıdır. Şaman öz xəstəliyinə qalib gəlirsə, bütün əzab çəkənləri sağaldacağına inanılır.

İstinadlar

redaktə
  1. Singh, Manvir. "The cultural evolution of shamanism". Behavioral and Brain Sciences. 41. 2018: e66: 1–61. doi:10.1017/S0140525X17001893. ISSN 0140-525X. PMID 28679454.
  2. Gredig, Florian. Finding New Cosmologies. Berlin: Lit Verlag Dr. W. Hopf. 2009.
  3. 1 2 Kehoe, Alice Beck. Shamans and religion : an anthropological exploration in critical thinking. Prospect Heights, Ill.: Waveland Press. 2000. ISBN 978-1-57766-162-7.
  4. G. Hobson, "The Rise of the White Shaman as a New Version of Cultural Imperialism." in: Hobson, Gary, ed. The Remembered Earth. Albuquerque, NM: Red Earth Press; 1978: 100–08.
  5. Belcourt, Billy-Ray. "Fatal Naming Rituals". Hazlitt. 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2020.
  6. Kollmar-Paulenz, Karenina. "The Invention of "Shamanism" in 18th Century Mongolian Elite Discourse". Rocznik Orientalistyczny. LXV (1). 2012: 90–106.
  NODES
os 5