Şimali Passat cərəyanı

Şimali Passat cərəyanı və ya Şimali Ekvatorial cərəyanıSakit, Hind və Atlantik okeanları ərazisindən keçən isti dəniz cərəyanı.

Ekvatorial əkscərəyanı
Ümumi məlumatlar
Akvatoriya Dünya okeanı
Tip İsti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sakit okeanda cərəyan Kaliforniya cərəyanı yaxınlığından başlayır və şimal yarımkürəsinin 10° və 20° arası ilə qərbə istiqamətlənir. Filippin sahillərində Kurosio cərəyanı onun qarşısını alır.

Atlantik okeanda Kanar cərəyanı yaxınlığından başlayır və 10° - 30° şimal enlikləri ilə şimal-qərbə yönəlir. Qolfstrim cərəyanının əsas qidalandırıcılarından biri hesab edilir.

Hind okeanında Şimali Passat cərəyanının istiqaməti mövsümdən asılıdır. Qışda şimal-şərqə, yayda isə cənub-qərbə yönəlir. Burada Somali cərəyanını güçləndirir.

Mənbə

redaktə
  NODES