Şuşa

Azərbaycanda şəhər

ŞuşaAzərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı.[1] Şuşa rayonunun inzibati mərkəzi.[2]

Şəhər
Şuşa
39°45′36″ şm. e. 46°45′01″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Rayon Şuşa
İcra başçısı Bayram Səfərov
Xüsusi nümayəndə Aydın Kərimov
Tarixi və coğrafiyası
Əvvəlki adı Pənahabad
Şəhər statuslu 1840-cı ildən
Sahəsi
  • 5,5 km²
Saat qurşağı UTC+04:00
Əhalisi
Əhali sayı
  • 4.446 nəf. (2015)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 58
Rəsmi saytı shusha-ih.gov.az
Xəritədə yeri
Şuşa xəritədə
Şuşa
Şuşa
xəritədə
Şuşa
Şuşa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar.[3][4] Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, MerdinliTəzə məhəllə. Hər məhəllədə hamam, məscidbulaq vardı.[3]

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi.[4] Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.[4]

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa şəhərini "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək, Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə, xanəndə və sazəndələr ustad-şagird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq, peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.[5]

1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçüncü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.[6]

1991-ci ilin 7 fevral tarixində Şuşa rayonunun Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilmişdir.[7] 1991-ci ilin 26 noyabr tarixində isə Şuşa şəhəri respublika tabeli şəhərlərin sırasına daxil edilib.[8]

Şuşa şəhəri 1992-ci ilin 8 may tarixində erməni birləşmələri tərəfindən işğal edilmişdir.[3] Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfər əlil olmuş, 552 körpə valideyinlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.[9]

Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini; mədəni-maarif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi olan bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.[9]

Şuşa şəhəri və Daşaltı kəndi 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı işğaldan azad edilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 2023-cü ilin 19 sentyabr tarixində aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində bu ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir.

Etimologiya

redaktə

Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar.[10]

Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci "ş" səsi sonrakı "s" səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa" deyimi alınmışdır. Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər. Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344–334) Makedoniyalı İsgəndərlə vuruşan şəxsin tikdirdiyi "Su" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur.[10]

Şuşa şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Xəzər vilayətinin gerbindəki təsvirlərin eynisi idi: 1-ci hissədə pələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdu. Gerbin yarıdan aşağı hissəsindəki yaşıl sahədə yəhərli qızılı rəngli at təsvir olunmuşdu ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi.[11]

XVII–XIX əsrlər

redaktə
 
Şuşa şəhərində qala divarları

Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməmişdilər.[12]

Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır.1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir, lakin Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara aldı. Yeni qala ilk illərdə öz banisinin adı ilə "Pənahabad", sonralar isə "Şuşa" adlandırılmağa başlandı.[13][14][15] Şuşa qalasının təməli Pənahəli xan tərəfindən qoyulmuşdur.[13] 1747-ci ildə İran hökmdarı Nadir şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır.[13][16]

Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721–1806) dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən olmuşdur. Onun hakimiyyəti illərində xanlıq daha da güclənmiş və inkişaf etmişdir.[17] Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqif 1750-ci ildə bura köçüb saray şairi və İbrahimxəlil xanın baş vəziri oldu. Vaqif 1795–1797-ci illərdə İranla apanlan müharibənin sonunda öldürülmüşdür. İran şahı Ağa Məhəmməd şah Qacar da bu müharibə zamanı Şuşada qətlə yetirilmişdi. 1805-ci ilin mayında İbrahimxəlil xan Rusiya ilə kapitulyasiyanın şərtləri barədə danışıqlara başladı. O, öz hakimiyyətini saxladı, lakin digər dövlətlərlə münasibətlərə son qoymağı və hər il Rusiyaya səkkiz min qızıl sikkə xərac verməyi öhdəsinə götürdü. 1813 və 1828-ci illərdə bağlanmış GülüstanTürkmənçay sülh müqavilələri Rusiyanın Qarabağ xanlığı üzərindəki nəzarətini gücləndirdi. Sonuncu xan — Mehdiqulu xan Cavanşir 1822-ci ildə İrana qaçmağa məcbur oldu.[6]

Şuşada 17 məhəllə vardı. Hər məhəllədə hamam, məscidbulaq vardı.[3] Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan 8 məhəllə isə yuxarı məhəllələr sayılırdı.[17]

 
Merdinli məhəlləsində Sadıqcanın evi
 
Şuşada azərbaycanlı[şərh 1] qəbiristanlığında daş at heykəli[19]

Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala.[17]

İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763–1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə "Yuxarı məhəllə" adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan "Aşağı məhəllənin" yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan "Yuxarı məhəllə"də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.[17]

XIX əsrdə Şuşa ölçüsü və sərvətinə görə Bakıİrəvandan öndə gedən, Qafqazın ən iri şəhərlərindən biri idi. Çoxlu karvan yollarının kəsişdiyi bu yerdə on karvansara var idi. Şuşa öz ipəyi, döşənmiş küçələri, iri daş evləri, parlaq naxışlı xalıları və cins atları ilə tanınırdı.[6] 1824-cü ildə Hindistandan İngiltərəyə qayıdan Albemarl qrafı Corc Keppel yolüstü İrandan bura gəlmiş, və Şuşa onda böyük təəssürat yaratmışdı:

  Şəhər hündür qayalı dağların yamacında tikilib. Yamac o qədər dikdir ki, sanki evlər oradan quş qəfəsləri kimi asılıb. Mən zirvəyə çatana kimi iki saat yuxarı qalxmışam.[20]
Corc Keppel
 

Keppelə görə, şəhərdə iki min ev var idi. Şəhər əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini ermənilər təşkil edirmiş:

  Dilləri türk dilinin dialektidir, lakin ermənilərdən başqa, yerli sakinlər əsasən fars dilində oxuyub yazırlar. Ticarətlə əsasən ermənilər məşğul olurlar, onlar Şəki, Naxçıvan, Xoy və Təbriz şəhərləri ilə ticarət edirlər.[20]
Corc Keppel
 

XIX əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazidə salınmış "Qazançalı" adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Adıgözəl bəy bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.[17]

Şuşa Rusiya imperatoru I Nikolay tərəfindən 10 aprel 1840-cı ildə təsdiq olunmuş inzibati islahat haqqında "Zaqafqaziya ölkəsinin idarəçiliyi üçün təsisat" adlı qanun əsasında yaradılan Kaspi vilayətinin tərkibinə daxil olmuşdur.[11] XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının "Şəhər əsasnaməsi"nın (1785) 28–29 maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur.[17]

1887-ci ildə Şuşada tikilmiş Qazançı kilsəsi dünyada ən böyük erməni kilsələrindən biri idi və erməni burjuaziyasının Şuşada çiçəklənməsinin rəmzi idi.[6]

XX əsr

redaktə

Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905–1906-cı illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı təcavüzü Daşnaksütun partiyasının Tiflis, Bakı şəhərlərindən sonra güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.[12]

1905-ci il avqustun 16-da isə ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı böyük vəhşiliklər törətdilər.[12] Ruslar ermənilərə böyük kömək göstərirdilər, lakin Şuşalıların qəhrəmanlıqları nəticəsində onlar törətdikləri vəhşiliklərə baxmayaraq öz istəklərinə tam çata bilmədilər. Şəhər özünü qoruya bildi. Avqust ayının 17-də "Difai" partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.[12]

Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır. 1905-ci il sentyabr ayının 10-dək Şuşada atəş səsləri kəsilmədi. Rusiya hərbi xadimi İllarion Vorontsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu.[12]

 
Qafqaz İslam Ordusunun əsgərləri Şuşada. 1918-ci il.

1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdı. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçünü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.[6]

İtaliyalı jurnalist və yazıçı Luici Villari bu savaşın bitməsini belə təsvir edir:

  "(Sentyabrın) 2-də müsəlman sərkərdələri ermənilərə qasid göndərdilər və rus pravoslav kilsəsində sülh danışıqları axır ki, baş tutdu. Tatarlar və ermənilər xalq qarşısında bir-birini qucaqladılar və əbədi dostluğa – gələn dəfəyə qədər – and içdilər. Müharibə aparan sivil xalqlara xas olaraq, əsirlər dəyişdirildi. Ölən və yaralananlarm sayı 300 nəfərə çatırdı, ermənilər yaxşı silahlandığından və əlverişli strateji mövqedə olduqlarından, bunların üçdə ikisi tatarlar idi. Ziyan 4-5 milyon rubl dəyərində qiymətləşdirilmişdi. 350 nəfərdən ibarət (rus) qoşunları dava zamanı demək olar ki, heç nə etməmişdilər, lakin barışıq mərasimində hərbi orkestr çalırdı.[21]
Luici Villari
 

1918–20-ci illərdə də ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri ermənilərə təhvil vermədilər. Şəhərin müdafiəsində Şuşanın Axundu Hacı Hacı Molla Şükür Məhərrəmzadənin böyük xidmətləri olmuşdur.[12] 1918-ci il sentyabrın 26-da Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olub. Əhali xilaskar ordunu böyük təntənə ilə qarşılayıb.[22]

1920-ci ildə iqtisadi böhranın və vətəndaş müharibəsinin başlanmasından sonra ruslar şəhəri tərk etdilər, bunun ardınca Şuşada dəhşətli basqınlar baş verdi. Bu vaxt Azərbaycan qoşunları şəhərin ermənilərin yaşadığı yuxarı məhəllələrində bütün küçələri yandırıb, yüzlərlə ermənini öldürmüşdülər. Şuşanın erməni məhəlləsinin xarabalıqları qırx ildən çox bir müddət ərzində kabus kimi toxunulmaz qalmışdı. 1930-cu ildə şair Osip Mandelştam şəhərə gəlib, onun boş sakit küçələrindən dəhşətə gəlmişdi. Şerlərinin birində o, onu basan "qırx min sakit pəncərənin" vahiməsindən yazır. 1961-ci ildə Bakıdakı kommunist rəhbərliyi bu xarabalıqların dağıdılmasına sərəncam verdi, baxmayaraq ki, bir çox köhnə binaları bərpa etmək mümkün idi.[6]

Buna baxmayaraq, 1920–1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Həyat keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu.[12]

Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. RK(b)P MK Qafqaz Bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi, lakin 1923-cü il iyulun 7-də vilayətinin mərkəzi Xankəndi seçildi. Şuşa şəhəri isə AK(b)P MK Rəyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.[23]

Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.[12]

1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi.[24]

Şuşanın işğalı

redaktə

13 fevral 1988-ci ildə ermənilər Xankəndiyə ilk hücumlarından birini edəndə azərbaycanlıların çoxu Şuşaya pənah gətirdi. 28 martda Azərbaycan qüvvələri Xankəndiyə hücum etmək üçün hazırlaşdı və Kərkicahandan yuxarıda yerləşən düşmən mövqelərinə Canqasan kəndindən hücum etməyə başladı. Növbəti gün günorta çağı Azərbaycan birlikləri şəhərə yaxın mövqelərə yerləşdilər, lakin ermənilər tərəfindən püskürdüldülər.[25]

Xocalının tutulmasından sonrakı aylarda regionun sonuncu Şuşa bürcündə təslim olmayan azərbaycanlı komandirlər GRAD raket buraxılış qurğularından istifadə edərək Xankəndiyə qarşı genişmiqyaslı artilleriya bombardmanı başlatdılar. Aprelə qədər davam edən bombardman Xankəndidə yaşayan 50.000 nəfər əhalinin böyük hissəsinin bunker və zirzəmilərdə qalmasına məcbur etdi.[26] Şəhərin ucqar nöqtələrinin yaxınlığında torpaq basqınçıları ilə üzləşən Dağlıq Qarabağdakı hərbi liderlər şəhəri tutmaq üçün hücum təşkil etdilər.

8 mayda yüzlərlə erməni əsgəri tanklarla və vertolyotlarla Şuşa istehkamına hücum etdi. Şəhərin küçələrində şiddətli döyüşlər baş verdi və hər iki tərəfdən yüzlərlə adam öldü. Sayca üstün olmalarına və daha yaxşı silahlanmalarına baxmayaraq, ermənilər ancaq 9 mayda şəhəri tutmağa və azərbaycanlıları geri çəkilməyə məcbur etməyə nail oldular.[27]

Şuşanın işğalı qonşu Türkiyədə böyük səs-küyə səbəb oldu. Ermənistan SSRİ-dən müstəqilliyini elan etdikdən sonra Türkiyə ilə münasibətləri yaxşılaşmışdı, lakin Dağlıq Qarabağ regionunu işğal etdikdən sonra pisləşdi. Türkiyənin baş naziri Süleyman Dəmirəl araya girmək və Azərbaycana kömək etməklə bağlı təzyiq altında olduğunu dedi. Buna baxmayaraq, Dəmirəl müharibəyə müdaxilə etməyə qarşı olduğunu, Türkiyənin müharibəyə daxil olmasının daha böyük xristian-müsəlman münaqişəsinə səbəb ola biləcəyini bildirdi.[28]

 
1992-ci ildə Şuşa şəhəri

Türkiyə qüvvələrini Azərbaycana göndərmədi, lakin əhəmiyyətli hərbi köməklər etdi. 1992-ci ilin mayında MDB qüvvələrinin hərbi komandiri marşal Yevgeni Şapoşnikov Qərb dövlətlərinə, xüsusilə ABŞ-yə Qafqazdakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq etdi. Şapoşnikov "bu yerin Üçüncü dünya müharibəsinin başlanğıcı ola biləcəyini" bildirdi.[29]

Şamil Basayevin başçılıq etdiyi çeçen qüvvələri müharibədə iştirak edən birliklərdən biri idi. Azərbaycan polkovniki Azər Rüstəmova görə 1992-ci ildə Şamil Basayev və Salman Raduyevin başçılığı altında yüzlərlə çeçen döyüşlərdə azərbaycanlılara əhəmiyyətli kömək göstərmişdi.[30] Deyilənlərə görə Basayev Şuşanı tərk edən sonuncu döyüşçülərdən biri idi. Rusiya xəbərlərinə görə Basayev o və batalyonunun bir dəfə itdiyini və Qarabağda Daşnaq batalyonuna qarşı döyüşərkən məğlub olduqlarını deyib.[30] Basayev daha sonra dedi ki, müharibə dini yox, daha çox milliyyətçi xarakter daşıdığından qüvvələrini geri çəkib.[30] Basayev Abxaziya müharibəsi (1992–1993) zamanı Rusiya Baş Kəşfiyyat İdarəsindən hərbi təlim almışdı, çünki Abxaziya Rusiya tərəfindən dəstəklənirdi. Digər çeçenlər də BKİ tərəfindən hərbi təlim almışdı. Abxaziyada Rusiya üçün Gürcüstana qarşı döyüşən bu çeçenlərin çoxu Qarabağ müharibəsində Azərbaycan üçün ermənilərə qarşı döyüşmüşdü.[31]

Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.[9]

1993-cü ildən başlayaraq hər il mayın 9-da ermənilər Şuşanın işğalı gününü Şuşada "Qələbə bayramı" kimi qeyd edirlər.[32][33] Qarabağ müharibəsindən sonra Şuşada bərpa işlərini "Hayastan" ümumerməni fondu, qondarma "Dağlıq Qarabağ hökuməti" və erməni xeyriyyəçiləri maliyyələşdirir. Qarabağ müharibəsindən sonra, Şuşada tarixi abidələrin bərpası adı altında abidələrin erməniləşdirilməsi və saxtalaşdırılması prosesi gedir.[34][35][36]

XXI əsr

redaktə
 
Şuşa şəhərinin meydanı. 2014-cü il

Ermənistan hakimiyyəti Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün 2000-ci ildə İrəvan şəhərində "Şuşi" Mədəniyyət Fondu və "Şuşi" nəşriyyat evini yaradıb. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin mədəni irsinin tədqiq edilməsi, şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, "arxiv sənədlərinin" tədqiqi və təbliği nəzərdə tutulur. Fond yaradıldıqdan dərhal sonra özünün Şuşa şəhərini dünya ermənilərinin dini və mədəniyyət mərkəzləri kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü. Belə ki, bu layihə çərçivəsində təmir, bərpa və quruculuq işlərinin həyata keçirilməsi 5 mərhələdə həyata keçirilməsini nəzərdə tuturlar. Birinci mərhələdə yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının, qədim hamamın bərpası, eyni zamanda bu abidələrin bərpasından sonra içərisində və ətrafında bütün zəruri rahatlıqlarla təmin edilməsi, maraqlı əyləncələrin təşkili turistlərin Şuşaya cəlb edilməsində müstəsna rol oynamalıdır. Adsız Qala divarları üzərinə isə "Jraberd divarı" adlı lövhələr yapışdırılmalıdır. İkinci mərhələdə, O. Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması, karvansara, bazar və bir neçə yaşayış evini təmir etmək, XİX əsrdə inşa edilmiş Şuşa bilik cəmiyyətinin binasını Eren Tarumyanın evi adlandıraraq burada bütün Ermənistanın və "Artsaxkertin" patriarxının konfranslarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.[37]

Üçüncü mərhələdə yeni stadionun və yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilir. Bu erməni məktəbində Şuşaya turist kimi gəlmiş diaspora üzvlərinin övladlarına erməni dili dərsi tədris ediləcək. XİX əsrin əvvəllərində inşa edilmiş Şuşa real məktəbi təmir edilərək, onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına müasir xəstəxana binasının tikilməsi planlaşdırılır.[37]

Dördüncü mərhələdə İsa bulağındaCıdır düzündə istirahət evləri və əyləncə yerlərinin inşa edilməsi nəzərdə tutulur. Beşinci mərhələdə Gəncəsər monastırı və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyi təşkil etmək, burada dinin kök salması üçün dini məktəblərin də təşkil edilməsi vacib hesab edilir. Bütün bunlardan başqa Ermənistan hökuməti yaratdığı fondların vasitəsilə, Şuşada digər tarixi binaların və küçələrin bərpası ilə bərabər yeni turist mərkəzləri də inşa edəcək. Yuxarıda göstərilənlərlə yanaşı Şuşanın tarixi və mədəni varisliyini genişləndirilməsi üçün nəzərdə tutulan layihələrə üstünlük veriləcək. Öz fəaliyyətini daha da intensivləşdirmək və genişləndirmək üçün Ermənistan hökuməti aşağıdakı layihələrin də maliyələşdirilməsini də öz planlarına daxil edib:[37]

  • Qalanın və onu əhatə edən bütün ərazilərin xəritələrinin və fotoşəkillərinin çəkilməsi
  • Evlərin və binaların arxitektura quruluşunun sxemlərinin çəkilməsi və ölçülərinin götürülməsi
  • Memarlıq abidələrinin layihələşdirilməsi; Şuşa şəhərinin bərpası üçün beş mərhələdə nəzərdə tutulan layihələrin hamısını beynəlxalq səviyyədə tenderlərə çıxarılması
  • Şuşanın Arxiv fondunu yaradılması
  • Aşkar edilmiş qəbirlərin və digər arxeoloji tədqiqatların nəticələrinin nəşr etdirilməsi
  • Litoqraf varisliyinin tədqiqi
  • Qalada və onun ətrafında mağara tədqiqatının aparılması
  • Şuşa şəhərində Milli Erməni Muzey fondunun yaradılması
  • İran abidələrinin tədqiqi və nəşri (Burada Azərbaycan məscidləri və türbələri nəzərdə tutulur).

Ermənistan hökuməti bu Konsepsiyanın reallaşmasına 2004-cü ildən başlanıb. Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilib. Son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb, bu evləri bərpa üçün hazırlanmasını təmin ediblər. Ermənistanın Marif və Elm Nazirliyində, daha sonra Nazirlər Kabinetində bu Konsepsiya və layihələrə baxılaraq bəyənilib, hökumət tərəfindən Şuşanın bərpasının reallaşması üçün bu layihələrə Ermənistanın dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılması nəzərdə tutulub. Şuşada bərpa işlərinin aparılmasına rəhbərlik Bakur Karapetyan adlı Ermənistan vətəndaşına həvalə edilib.[37]

2011-ci ildən başlayaraq Dağlıq Qarabağdakı separatçı rejimi xarici turistləri Şuşaya cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motelhostellər istifadəyə verib.[38][39]

2020-ci illər

redaktə
  Əsas məqalə: Şuşanın azad edilməsi
 
Bakıda Şuşanın işğaldan azad olunmasını qeyd edən Azərbaycan xalqı. 2020-ci il

8 noyabr 2020-ci ildə Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[40]

27 sentyabr 2022-ci ildə İlham ƏliyevMehriban Əliyeva şəhərə səfər ediblər.[41]

2023-cü ildə Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" olacaq. Şəhər Mədəniyyət Nazirləri Daimi Şurasının (TÜRKSOY) 40-cı iclasına ev sahibliyi edəcək.[42]

Coğrafiya

redaktə

Relyef və geologiya

redaktə

Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr). Keçəldağ aşırımı da rayon ərazisindədir. Rayonda əsasən, Yura və Təbaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var.[43] Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur.[4] Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır.[4] 1992-ci ildə Şuşa şəhərindən cənubda dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, uzunluğu 114 m, əhəng daşları Triton əsrinə aid olan "Xan mağarası" ermənilər tərəfindən dağıdılıb.[12]

Şəhərdə Şuşa vələsixarıbülbülə rast gəlmək olar.[44] Şuşanın rəmzi sayılan xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər var.[45]

Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim isti və soyuq iqlim tiplərinə aiddir.[43] Orta temperatur yanvarda −4C-dən −1C-ə qədər, iyulda isə nisbətən 16–19 °C, illik yağıntının miqdarı 700–800 mm olur.[43]

  Əsas məqalə: Şuşanın əhalisi

Demoqrafiya və etnik tərkib

redaktə
 
1932-ci ildə Şuşanın qadın klubunda azərbaycanlı qadınlar

1823-cü ilə aid statistik məlumatına görə, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isə xristian (alban mənşəli) ailələri təşkil edirdi.[12]

2000-ci ilin yazında Şuşada üç min nəfərdən az insan yaşayırdı. Bunların əksəriyyətini Azərbaycandan qaçqın düşmüş ermənilər təşkil edirdi.[6]

İl Azərbaycanlılar % Ermənilər % Digər % Cəmi
1885[46]. 16000 60 14000 40 30000
1886[47] 11,595 43.3 15,188 56.7 23 0.1 26,806
1897[48] 10,778 41.6 14,420 55.7 683 2.6 25,581
1904 11,083 43.2 14,495 56.5 25,656
1916[49] 19,121 43.6 23,396 53.3 1,352 3.1 43.869
1926[47] 4,900 96.4 93 1.8 111 2.2 5,104
1939[50] 3,701 68.2 1,476 27.2 247 4.5 5,424
1959[51] 4,453 72.8 1,428 23.3 236 3.9 6,117
1970[52] 6,974 80.2 1,540 17.7 179 2.1 8,693
1979[53] 9,216 85.5 1,409 13.1 159 1.5 10,784
1989[54] 14,738 98 15,039
2005[55] 3,105 100 3,105
2009[56] 3,900 100 3,900
2015[57] 4,446 100 4,446
 
Aşağı Gövhər ağa məscidi

XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Şuşa şəhərində memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Şəhərin tanınmış məscidlərindən Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi və digərlərini qeyd etmək olar.[58]

Xristian dini abidələrindən Qazançı kilsəsi, Yaşıl kilsə və sovet dövründə sökülmüş rus pravoslav Qala kilsəsini qeyd etmək olar.

İnzibati bölgü

redaktə

Şuşada "Bazarbaşı" deyilən yerdən Şeytanbazara qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırdı.[59] Rastabazarın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan il boyu quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi.[59] Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi.[59]

Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı.[59] Şəhərin əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi.[59]

İqtisadiyyat

redaktə

XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmış, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı.[59] Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektardı (1986). Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlardır. Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41%-ə dənli və dənli–paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6%-ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə də məşğul olunurdu. 5,2 min qara-mal, 15,2 min davar vardı (1986). Quşçuluqla da məşğul olunurdu.[12]

Qarabağ müharibəsindən əvvəl Şuşada şərq musiqi alətləri fabrikiki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, məişət xidməti kombinatı, rayon istehlak cəmiyyəti, kurort ticarəti idarəsi, Bakı "Radioqurma" istehsalat birliyinin 1 №-li istehsalatı, Qarabağ ipək kombinatının 3 №-li toxuculuq sexi, elektrik şəbəkəsi, rayon maddi-texniki təchizat bazası, abidələri bərpa idarəsi, Şuşa tikinti birliyi, təsərrüfatlar arası tikinti idarəsi, təmir tikinti idarəsi, təsərrüfatlar arası təmir tikinti müəssisəsi, yol istismar idarəsi və s. var idi.[12]

 
Cıdır düzü. 2005-ci il

Şuşanın ən tanınmış turistik məkanı Cıdır düzüdür. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib.[12]

Şuşanın gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu istirahət yerinə "Şəmilin bağı" da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.[12]

Heydər Əliyevin Şuşa şəhərinə qayğısı

redaktə

Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969–1982 illərdə bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi.

Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi.

1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu xəttinin istifadəyə verildiyi gün Şuşa şəhərinə də baş çəkən Heydər Əliyev şəhərdə aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş vermişdi. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.

Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980–1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında H. Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Səfər zamanı Heydər Əliyev Şuşada "Poeziya evi"ni açaraq, Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, Ulu Öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi.

1982-ci il iyulun 29-dan — avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu.[60]

  Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”
 

Memarlıq

redaktə
 
Zöhrabbəyovun evi

Şuşa şəhərinin memarlığını və memarlıq abidələrini tədqiq edən Elturan Avalov şəhərin memarlıq-planlaşdırma inkişafını üç mərhələyə bölür. Birinci mərhələ Şuşa şəhərinin əsasının qoyulması dövründən (1753–1754) başlayır. Həmin dövrdə Şuşa qalası, qala daxili qəsrlər və xan sarayları inşa edilmiş, şərq sektorunun aşağı hissəsinin inşasına başlanılmış və 9 Aşağı məhəllə formalaşdırılmışdır. İkinci mərhələ İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1759–1806) əhatə edir. Bu dövrdə şərq sektorunun yuxarı hissəsi inşa edilmiş və 8 Yuxarı məhəllə formalaşdırılmışdır. Üçüncü mərhələ Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra (1805) şəhərin intensiv genişləndirilməsi ilə əlamətdardır. Bu dövrdə şəhərin qərb və yuxarı hissələri inşa edilmiş və həmin ərazilərdə 12 məhəllə formalaşdırılıb.[61]

Şuşanın Qarabağ müharibəsində işğalından əvvəl şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin əksəri XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən bəzədilmişdir. 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar.[62]

Mədəniyyət

redaktə

Şuşada XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur.[63] Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi və bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.[9] 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.[64]

Kütləvi informasiya vasitələri

redaktə

"Şuşa" qəzeti fəaliyyətinə 1932-ci ildə başlamışdır. Həmin dövrdə qəzet Azərbaycan KP Şuşa Rayon XDS İcraiyyə Komitəsinin orqanı olaraq "Kolxoz bayrağı" adı altında nəşr olunmuş, 1969-cu ildən isə "Şuşa" qəzeti adlanmışdır. Qəzet hal-hazırda Bakı şəhərində çap edilir..[65]

Musiqi səhnəsi

redaktə
  Əsas məqalələr: Məclisi-fəramuşanMəclisi-üns
 
1878-ci ildə Sadıqcanın ansamblı

Muğam məclisləri XIX əsrin ikinci yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə müxtəlif şəxslər – görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri – mesenatlar, eləcə də zadəganlar tərəfindən öz saraylarında və kübar salonlarında təşkil olunardı.[66] Bunlar bəzən "musiqi dərnəyi" və ya "musiqi salonu" da adlandırılırdı.[66]

Şuşada "Nəvvabın məclisi", Şamaxıda "Mahmud ağanın dərnəyi", Bakıda isə "Məşədi Məlik Mənsurovun salonu" qeyd olunurdu. Bütün bu musiqi məclisləri əsl musiqi məktəbinə, sənətkarlıq məktəbinə çevrilmişdi. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə və hətta kəndlərdə yayılır, buradakı musiqisevərlər tərəfindən də xüsusi muğam məclisləri təşkil olunurdu.[66][67]

Kor Xəlifənin məktəbi 1883-cü ildən 1893-cü ilə qədər Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi idi. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən "Kor Xəlifə" ləqəbli Molla Əli Qarabaği tərəfindən açılmışdır. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilir, klassik musiqi əhali arasında geniş tətbiq olunur, şagirdlər kamil musiqişünas, ədəbiyyatçı kimi yetişirdilər. Məktəbdə tez-tez poeziya və muğam müsabiqələri də təşkil edilir, daha çox istedadı olan gənclər üzə çıxardılır, onları həvəsləndirmək üçün mükafat verilirdi. Onillik fəaliyyəti dövründə Kor Xəlifənin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınmışdı. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində mühüm rol oynamışdı.[68]

Ədəbi məclis olan Məclisi Fəramuşan — 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş və 1910-cu ilədək fəaliyyət göstərmişdir. Mir Möhsün Nəvvab, Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Baxış bəy Səbur və b. şairlər məclisin fəal iştirakçıları idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər.[69] "Məclisi-fəramuşan" Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində mühüm rol oynamışdır.[68]

Ədəbi-musiqili məclis olan Məclisi-üns — 1864-cü ildə Şuşada, şair Hacı Abbas Agahın evində təşkil olunmuş, Xurşudbanu Natəvanın rəhbərliyi ilə 1897-ci ilədək fəaliyyət göstərmişdir. X. Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov-Qarabaği, Məmo bəy Məmai, M. S. Piran və b. şairlər məclisin fəal iştirakçıları idilər. Məclisə Qarabağ xanəndələri də dəvət olunur və şairlərin qəzəlləri əsasında muğamlar ifa edirdilər.[70]

 
1912-ci ildə Polşanın Varşava şəhərində Şuşa xanəndələri

Tədris ocağı kimi "muğam məktəbi" ilk dəfə XIX əsrin ortalarında Xarrat Qulu tərəfindən yaradılmışdır. XIX əsrin ortalarında fəaliyyət göstərən bu məktəb əsasən dini məqsədlərə xidmət etmişdir. Xarrat Qulu dini mərasimlərdə (məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi olan gəncləri öz məktəbinə cəlb edir, onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi, lakin inkar olunmaz bir faktdır ki, bu məktəb sonradan muğam tədris edən musiqi məktəblərinin təşkilində nümunə olmuşdur.[71]

Xarrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan həmin məktəbin yetirmələridir.[71]

Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla İbrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi. Şuşa məktəblərində də poeziyanın və musiqinin sirrləri yeniyetmələrə gənc yaşlarından öyrədilirdi. Ona görə də muğamı və şeiri Qarabağın sənətkarları, xüsusən də xanəndələri və instrumental muğam ifaçıları hələ uşaq yaşlarından dərindən bilirdilər.[72]

XIX əsrin axırlarında Şuşada Molla İbrahim adlı bir şəxs musiqi məktəbi yaratmışdır. Bu məktəbdə özündən əvvəl fəaliyyət göstərən musiqi məktəbləri kimi dini xarakterli idi. Bura yalnız gözəl səsli, poeziyaya xüsusi həvəsi olan istedadlı gənclər seçilib götürülürdü. Məktəbdə gənclərə klassik muğamlardan dərs keçilir, fars, ərəb dilləri, dini mərasimlər öyrədilir, Hafiz Şirazi, Nizami Gəncəvi, Sədi Şirazi, Ömər Xəyyam, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi Şərq şairlərinin qəzəlləri tədris olunurdu. Qarabağın bir çox musiqi xadimləri, muğam ustaları, o cümlədən, Bahadur Mehralı oğlu, Bülbül və başqa sənətkarlar musiqi təhsilini Molla İbrahimin musiqi məktəbində almışlar. Məktəb təxminən 1920-ci illərinə qədər fəaliyyətini davam etdirmişdir.[68]

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi.[73] Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.[5][74] XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. 1930-cu ilin əvvəllərində Şuşada ilk musiqi texnikumu təşkil olunur. 1948-ci ildən həmin texnikum uşaq musiqi məktəbi kimi fəaliyyət gustərməyə başlayır.[5]

1989-cu ildən 1991-ci ilə qədər Cıdır düzündə "Xarı-bülbül" mahnı festivalı keçirilib.[12] 2021-ci ildə festival 30 ildən sonra may ayının 12-də yenidən Şuşada keçirilib.[75]

Kino səhnəsi

redaktə

Şuşada çəkilən məşhur kinolardan "Koroğlu", "Gilan qızı", "Hacı Qara", "Oxuyur Şövkət Ələkbərova" və digərlərini qeyd etmək olar.

Kitabxanalar

redaktə

1897-ci ilin fevralında Şuşada ilk şəhər kitabxanası yaradılmışdır. Təməli Mir Möhsün Nəvvab tərəfindən qoyulan ilk kitabxana-qiraətxananın çoxlu sayda ziyalı üzvləri olub. Mir Möhsün Nəvvab özünün daş mətbəəsində Şuşa şairlərinin şerlərini çap etdirmişdir. Kitabxananın yaradılmasında hərbçi Mehdiqulu xan Vəfa və həkim Kərim bəy Mehmandarovun böyük xidmətləri vardır. SSRİ dövründə M. M. Nəvvabın yaratdığı kitabxananı oğlu Miriş Ağa işlətmişdir. Daha sonralar Şuşa şəhərində 2 kitabxana fəaliyyət göstərmişdir. Bunlar şəhər və uşaq kitabxanası olmuşdur. Mədəniyyət Nazirinin əmri ilə 1977-ci ilin may ayında kitabxananın fəaliyyəti genişləndirilərək Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir. 1992-ci il may ayının 8-də 200 min nüsxədən artıq kitab fondu olan Şuşa şəhər Mərkəzi kitabxanası Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir.[76]

1848-ci ildən başlayaraq mütərəqqi rus teatrlarının təsiri sayəsində Şuşada ziyalılar arasında teatr tamaşaları nümayiş etdirilib. Şuşada XIX əsrin birinci yarısında müasir teatr tamaşalarının meydana gəlməsi bilavasitə Tbilisi mədəni mühitinin təsiri ilə bağlı idi. 1848-ci ildə Şuşada iki böyük tamaşa mərkəzi-teatr və sirk mövcud idi. 1870-ci illərdə isə bu sahəyə diqqət daha da gücləndi. 1882-ci ildən etibarən Şuşada teatr tamaşaları müntəzəm şəkil alır, nisbətən mütəşəkkil xarakter daşıyır. 1870–80-ci illərdə Şuşada teatra məxsus bir bina olmadığından tamaşalar kazarmada oynanılmışdır, lakin əsasən tamaşalar Cümşüd bəy Məlikhəqnəzərovun mülkündə teatr üçün əlverişli bir yerdə göstərilirdi. 1871-ci ildən isə Şuşadakı köhnə klub binası yenidən təmir edilib, istifadəyə verilmiş, burada yerli həvəskarlar tamaşalar göstərmişlər. 1890-cı ildən başlayaraq, Şuşada teatra həvəs göstərən müəllim-ziyalıların sayı azalır. Onların içərisindən səhnə əsəri yazmağa həvəs göstərənlər meydana çıxır. 1890-cı ilin aprel ayının 22-də Şuşa realnı məktəbində keçirilmiş musiqi şəhərciyi güclü təsirə malik olmuşdur. Burada müəllim aktyorların köməyi ilə uşaqlar Azərbaycan, fransız, alman dillərində hekayə, təmsil, şeir söyləmiş, xorda oxumuş, musiqi nömrələri ifa etmişlər. 1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın həvəskar artistləri-gənc müəllimlər 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin tamaşasını göstərmiş, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə vermişlər. 1896-cı ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin ilk tamaşası olmuşdur.[77]

1904-cü il avqust ayının 22-də Şuşada göstərilən "Otello" tamaşası daha böyük müvəffəqiyyət qazanmış, tamaşanın sorağı Azərbaycandan kənarda da əks-sədaya səbəb olmuşdur. Tamaşanın quruluşunu əsərin mütərcimi və baş rolun ifaçısı Haşım bəy Vəzirov hazırlamışdı.[77]

Təhsil

redaktə
 
Şuşa Real məktəbi

1830-cu ildə isə Şuşada ilk mətbəə fəaliyyətə başlamışdır.[78] 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli real məktəbin əsası qoyuldu. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edildi. Onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi. 1886-cı ildə məktəbə 7.500 manat vəsait xərclənmişdi. Şuşa real məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Buna görə də, Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmişdir.[79]

2015-ci ildə Şuşa şəhərində Ermənistan Dövlət Aqrar Universitetinin Qarabağ filialının açılış mərasimi keçirilib.[80] 2016-cı ildə Şuşa Texnoloji Universitetinin tələbələri üçün nəzərdə tutulan yataqxana kompleksi inşa edilib.[81]

2013-cü ildə Ermənistanın futbol federasiyası Şuşada stadion inşa edib.[82]

Nəqliyyat

redaktə

1923-cü ildə Ağdam-Şuşa magistral avtomobil yolu Əsgəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salındı.[83] Rayonun ərazisindən 77 km uzunluğunda III dərəcəli, 34 km uzunluğunda IV dərəcəli yollar keçir.[84]

Tanınmış sakinləri

redaktə

Şəhərin tanınmış sakinlərdən şair Mirzə Rəhim Fəna, heykəltaraş Münəvvər Rzayeva, jurnalist Haşım bəy Vəzirov, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, futbol hakimi Eldar Əzimzadə, bəstəkar Süleyman Ələsgərov, dövlət xadimi İskəndər Əliyev, həkim Azad Əmirov, tarzən Məşədi Cəmil Əmirov, mühəndis Teymur bəy Aslanov, Sovet İttifaqı Qəhrəmanı və Azərbaycanın Daxili İşlər Naziri Xəlil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərov, müğənni Sürəyya xanım Qacar, hərbçi Azad bəy Vəzirov, dramaturq Süleyman Sani Axundov, İnqilab Aslanov Vasif Quliyev (publisist) digərlərini qeyd etmək olar.

 
İnqilab Aslanov - Astronom, professor.

Qardaş şəhərləri

redaktə

Qalereya

redaktə

Qeydlər

redaktə
  1. Rəsmin adı: Tombeau tatar. Tatar deyildikdə azərbaycanlılar nəzərdə tutulur.[18]

İstinadlar

redaktə
  1. "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 7 may 2021. 7 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. 1 2 3 4 "Şuşa". www.virtualkarabakh.az. 2018-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  4. 1 2 3 4 5 "Şuşanın ermənilər tərəfindən işğalından 25 il keçir". 1news.az. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  5. 1 2 3 "Şuşa musiqi təhsili". www.musigi-dunya.az. 2013-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2017.
  6. 1 2 3 4 5 6 7 de Vaal, Tomas. Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. Bakı. 2008. 342. ISBN 978-9952-25-086-2. (#accessdate_missing_url)
  7. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  8. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında". 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
  9. 1 2 3 4 "Şuşa şəhərinin işğalı". shusha.az. 2019-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2017.
  10. 1 2 "Şuşa tarixi haqqında Şuşasız…Yazı". karabakhinfo.com. 2017-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2017.
  11. 1 2 Gerblər və Emblemlər (PDF). 2021-02-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 oktyabr 2017.
  12. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "Şuşanın tarixi barədə bildiyimiz və bilmədiyimiz məlumatlar". www.faktxeber.com. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  13. 1 2 3 "Şuşa şəhərinin tarixi". shusha.az. 2017-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2017.
  14.  (rus.) Great Soviet Encyclopedia, "Nagorno-Karabakh Autonomous Oblast", 3rd edition, Moscow, 1970 Arxivləşdirilib 2007-08-08 at the Wayback Machine
  15.  (rus.) Abbas-gulu Aga Bakikhanov. Golestan-i Iram Arxivləşdirilib 2007-02-20 at the Wayback Machine
  16. Michael Axworthy. Iran: Empire of the Mind: A History from Zoroaster to the Present Day Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine Penguin UK, 6 nov. 2008 ISBN 0141903414
  17. 1 2 3 4 5 6 "Şuşa şəhərinin təşəkkül mərhələləri və əhalisi". shusha.az. 2017-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2017.
  18. А. К. Лебедев. Василий Васильевич Верещагин: Жизнь и творчество. 1842–1904. Искусство, 1972. Стр. 42
  19. Basile Vereschaguine. Voyage dans les provinces du Caucase. — Le Tour du Monde. — Leipzig, 1869. — С. 309.
  20. 1 2 [George Keppel, "Personal Narrative of a Joumey" ("Səyahət haqqında şəxsi hekayə"), səh. 188-194]
  21. Villari, "Fire and Sword in the Caucasus ("Qafqazda od və qılınc"), səh. 199.
  22. "Yarımçıq qalmış zəfər". sputnik.az. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  23. "Şuşa şəhərin inzibati-ərazi quruluşu və növüunda dəyişikliklər". shusha.az. İstifadə tarixi: 10 oktyabr 2017.[ölü keçid]
  24. "Şuşanın tarixi və memarlıq abidələri". shusha.az. 2017-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2017.
  25. Весеннее оживление в Нагорном Карабаxе. Kommersant (rus). 6 April 1992. 6 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2017.
  26. Carney, James. "Former Soviet Union Carnage in Karabakh". Time. 13 April 1992. 10 March 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2006.
  27. Melkonian, Markar. My Brother's Road, An American's Fateful Journey to Armenia. New York: I.B. Tauris. 2005. ISBN 1-85043-635-5.
  28. Rubin, Barry; Kemal Kirisci. Turkey in World Politics: An Emerging Multiregional Power. Boulder, Co: Lynne Rienner. 2001. səh. 175. ISBN 1-55587-954-3.
  29. Croissant, Michael P. The Armenia-Azerbaijan Conflict: Causes and Implications. Westport, Connecticut: Greenwood Publishing Group. 1998. ISBN 978-0-275-96241-8.
  30. 1 2 3 Mouradian, Khatchig. "Terror in Karabakh: Chechen Warlord Shamil Basayev's Tenure in Azerbaijan Arxivləşdirilib 2011-08-15 at the Wayback Machine." The Armenian Weekly.
  31. Yossef Bodansky. Chechen Jihad: Al Qaeda's Training Ground and the Next Wave of Terror (reprint). HarperCollins. 2008. səh. 36. ISBN 0-06-142977-5. İstifadə tarixi: 16 avqust 2016.
  32. "Cıdır düzündə qələbə paradı". musavat.com. 2017-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  33. "Terrorçular Şuşada "qələbə paradı"nı keçirə biləcəkmi?". avrasiya.net. İstifadə tarixi: 14 oktyabr 2017.[ölü keçid]
  34. "Ermənilər Şuşanın tarixi abidələrini kütləvi şəklidə saxtalaşdırır". musavat.com. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  35. "Elman Məmmədov: "Ermənilər Şuşa məscidini özününküləşdirmək istəyirlər"". news.day.az. 2016-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  36. "Diasporumuz beynəlxalq aləmə səslənir". www.anl.az. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  37. 1 2 3 4 ""Şuşanın mədəni irsinin erməniləşdirilməsi beynəlxalq qanunlara ziddir"". www.anl.az. 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  38. "Ermənilər Şuşada otel açdılar (FOTO)". modern.az. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  39. "Ermənilər Qarabağda otellər tikir – Fotolar". qafqazinfo.az. 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  40. AzərTAc. "Şuşa işğaldan azad edildi" (az.). AzərTAc. 08.11.2020. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-08.
  41. "Президент и первая леди Азербайджана совершили поездку в Шушу" (rus). az.sputniknews.ru. 2022-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-29.
  42. "В Шуше пройдет 40-е заседание Постоянного совета министров культуры ТЮРКСОЙ" (rus). news.day.az. 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.
  43. 1 2 3 "Şuşa rayonunun ərazisi və təbii sərvətləri, tarixi və memarlıq abidələri". shusha.az. 2019-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2017.
  44. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  45. "Xarıbülbül". portal.azertag.az. 2017-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  46. "Кавказский календарь на 1886 год, с. 125". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  47. 1 2  (rus.) НАСЕЛЕНИЕ НАГОРНОГО КАРАБАxА Arxivləşdirilib 2011-09-16 at the Wayback Machine
  48.  (rus.) г. Шуша Arxivləşdirilib 2011-06-04 at the Wayback Machine Первая всеобщая перепись населения Российской Империи 1897 г. Демоскоп Weekly
  49.  (rus.) Caucasian Calendar (Кавказский Календарь), 1917, p. 190
  50.  (rus.) ШУШИНСКИЙ РАЙОН (1939 г.) Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
  51.  (rus.) ШУШИНСКИЙ РАЙОН (1959 г.) Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
  52.  (rus.) ШУШИНСКИЙ РАЙОН (1970 г.) Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
  53.  (rus.) ШУШИНСКИЙ РАЙОН (1979 г.) Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
  54.  (rus.) Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзныx республик, иx территориальныx единиц, городскиx поселений и городскиx районов по полу Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine
  55. De facto and De Jure Population by Administrative Territorial Distribution and Sex Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine Census in NKR, 2005. THE NATIONAL STATISTICAL SERVICE OF NAGORNO-KARABAKH REPUBLIC
  56. "Statistical yearbook of NKR 2003–2009" (PDF). stat-nkr.am. National Statistical Service of Nagorno-Karabakh Republic. səh. 37. 2011-08-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-14.
  57. Sarukhanyan, Vahe. "Շուշին փորձում է կրկին կրթական կենտրոն դառնալ". Hetq (erməni). 2 June 2015. 15 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2017. ...քաղաքում գրանցված է 4.446 մարդ...
  58. "Qarabağdakı ibadət evləri: ermənilər indi orada donuz saxlayırlar". modern.az. 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2017.
  59. 1 2 3 4 5 6 "Şuşa tariximiz". novator.az. 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  60. "Ulu Öndər Heydər Əliyevin Şuşaya zəngin tarixi abidə kimi qayğısı" (az.). Qərbinfo.az. 16-05-2021. 23.02.2023 tarixində arxivləşdirilib.
  61. Авалов, 1977. səh. 38
  62. "Şuşanın tarixi və memarlıq abidələri". shusha.az. 2017-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2017.
  63. "Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları IV". www.musigi-dunya.az. www.musigi-dunya.az. 2020-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-19.
  64. "Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib". apa.az. apa.az. 12 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2021.
  65. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, İnzibati İşlər İdarəsi". (#cite_web_url); (#accessdate_missing_url)
  66. 1 2 3 "Muğam Məclisləri". mugam.musigi-dunya.az. mugam.musigi-dunya.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.
  67. Encyclopædia Britannica, "Azerbaijan": Cultural life Arxivləşdirilib 2021-02-06 at the Wayback Machine, Online Academic Edition, 2007.
  68. 1 2 3 "Şuşanın qədim musiqi məktəbləri". shusha.az. shusha.az. 31 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 may 2016.
  69. "Muğam Ensiklopediyası – Məclisi Fəramuşan". mugam.musigi-dunya.az. mugam.musigi-dunya.az. 28 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 January 2016.
  70. "Muğam Ensiklopediyası – Məclisi-Üns". mugam.musigi-dunya.az. mugam.musigi-dunya.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 January 2016.
  71. 1 2 "Xarrat Qulunun Məktəbi". mugam.musigi-dunya.az. mugam.musigi-dunya.az. 28 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.
  72. "Qarabağ Muğam Məktəbi". mugam.musigi-dunya.az. mugam.musigi-dunya.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.
  73. Mattew O'Brien. Uzeir Hajibeyov and His Role in the Development of Musical Life in Azerbaijan. – Routledge, 2004. – С. 211. – ISBN 0-415-30219-6, 9780415302197

    But later writers have preferred to emphasise the importance of Shusha, one of the leading centres of Azeri culture, as providing a 'creative cradle' for the young boy.

  74. "Dağlıq Qarabağ münaqişəsi". cls.az. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  75. "Şuşada "Xarı bülbül" festivalı başlayır – VİDEO". oxu.az. oxu.az. 12 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2021.
  76. "Kitabxana haqqında". shusha.cls.az. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2017.
  77. 1 2 "Qarabağda teatr haqqında". garabagh.net. 2014-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2017.
  78. "Azərbaycanda ilk mətbəə necə yarandı?". senet.az. 2019-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  79. "Böyük elm ocağı Şuşa Realnı Məktəbi". news.milli.az. 2018-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  80. "Ermənilər Şuşada universitet açır". ann.az. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  81. "Ermənilər Şuşada 250 yerlik yataqxana binası tikdi – VİDEO". azinforum.az. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  82. "Ermənilər Şuşada yeni stadion tikiblər". az.qaynarinfo.az. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  83. "Şuşa – strateji şəhər". 1905.az. 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  84. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, İnzibati-ərazi vahidləri" (PDF). files.preslib.az. 12 May 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 may 2022.
  85. "Gyöngyös city of Hungary fraternize with Azerbaijan's occupied town of Shusha" (ingilis). APA. 10 may 2013. 1 dekabr 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2017.
  86. "Kayseri, Azerbaycan'ın Şuşa ve Libya'nın Misurata kentleri ile kardeş şehir oldu" (türk). TRT Avaz. 12 aprel 2021. 30 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2022.
  87. "Erzurum ile Azerbaycan kenti Şuşa 'kardeş şehir' oldu". Yeşil Iğdır Gazetesi (türk). 2022-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2022.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  NODES
dada 1
dada 1
Done 1
News 5
Story 1