Şuşa rayonu

Azərbaycanda rayon
Bu məqalə Şuşa rayonu haqqındadır. Şuşa şəhəri üçün Şuşa səhifəsinə baxın.

Şuşa rayonuAzərbaycan Respublikasında inzibati–ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016-cı il tarixinə görə 32,8 min nəfərdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılmışdır. Şuşa şəhəri İkinci Qarabağ müharibəsində 8 noyabr 2020-ci ildə və 9 noyabr 2020-ci ildə isə Daşaltı kəndi düşməndən azad edilmişdir.[3]

Rayon
Şuşa

39°45′ şm. e. 46°45′ ş. u.HGYO


Ölkə
Daxildir Qarabağ
İnzibati mərkəz Şuşa
Xüsusi nümayəndə Aydın Kərimov
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi 310[1] km²
Saat qurşağı
Əhalisi
Əhalisi 34 200[2] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-SUS
Telefon kodu +994 26
Poçt indeksi 5800
Avtomobil nömrəsi 58
Rəsmi sayt
Şuşa xəritədə
Şuşa xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 25 mart 2023-cü il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində ZamanpəyəsiAllahqulular kəndləri, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları'ndan sonra Turşsu qəsəbəsi, Ağbulaq, Armudlu, Aşağı Quşçular, Bayat, Böyük Qaladərəsi, Cəmillər, Çaykənd, Dükanlar, Əmillər, Göytala, Həsənabad, Həsənqulular, Xanalı, Xanlıqpəyə, Xəlfəli, Xudaverdilər, İmamqulular, İmanlar, Kiçik Qaladərəsi, Qarabulaq, Qaybalı, Laçınlar, Malıbəyli, Məmişlər, Mirzələr, Nağılar, Nəbilər, Onverst, Paşalar, Salatınkənd, Sarıbaba, Səfixanlar, Şırlan, Şuşulu, Turabxan, Yuxarı Quşçular, Zarıslı, Xan bağı kəndləri Azərbaycanın suverenliyinə keçmişdir.

Coğrafi mövqeyi

redaktə

Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən −1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı 700–800 mm-dir. Ərazisindən Qarqarçay axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və s. aiddirlər.[4]

Relyefi

redaktə

Səthi dağlıqdır (Qarabağ silsiləsi). Rayonun şərq hissəsi Keçəldağ aşırımı ilə hüdudlanır.

Geoloji quruluşu

redaktə

YuraTəbaşir çöküntüləri.

Hidrologiyası

redaktə

Mineral sular (Turşsu), bulaqlarla (İsa bulağı) zəngindir. Əsas çayları Qarqarçayın qolları olan Zarıslı, Xəlfəli çaylarıdır.

Landşaftları və bioloji müxtəlifliyi

redaktə

Meşələrdə şərq fıstığı , ibcriya palıdıqafqaz vələsi üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları bitir. Burada şabalıd ağacları palıd — vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri — fındıq , murdarça , alça , göyəm , gərməşov, yemişan , əzgil , itburnu və s. bitir. Meşələrdə həmçinin vələs, ağcaqayın , gilas , göyrüşpalıd növləri yayılmışdır.[5]

Geoloji təbiət abidələri

redaktə

Daşaltı kəndində karst mağaraları. Şuşada Şahnəzər mağarası. Şuşa şəhəri yaxınlığında Daşaltı kanyonu. Böyük Kirs dağı, Keçəldağ aşrımı, Üçmıx dağı

Arxeoloji abidələri

redaktə

Şuşa Şahnəzər mağarasının uzunluğu 125 m, eni 20 m, hündürlüyü 10 in-dir. Mağaradan Paleolitə aid ikikobud daş çapacaq, Mezolitə aid mikroiit bıçaqlar, m.ə. V — IV minilliyə aid Eneolit gil qablar, Tunc, Dəmir Dövrləri və orta əsrlərə aid saxsı məmulat qalıqları, müsəlman qəbri tapılmışdır.

Tarixi-mədəni abidələri

redaktə

Daşaltı kəndində müdafiə qalası, İbrahimxəlil xanın tikdirdiyi sığınacaq evi (XVIII əsr), tövlə, hamam qalıqları. Şuşada Gövhər-ağa məscidi (1884), Aşağı Gövhör-ağa məscidi (1875).

İqlimi

redaktə

Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti, bəzən isə soyuq iqlim şəraitinə malikdir. Burada yanvar ayında orta temperatur 4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16–19 dərəcə, illik yağıntı isə 700–800 mm olur.[4][6]

Torpaqları

redaktə

Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür.

Qoruqları

redaktə

Daşaltı Dövlət Təbiət Yasaqlığı, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu

Şuşanın ticarət mərkəzi

redaktə

Bazarbaşı (Şuşa), Rastabazar

Körpüləri

redaktə

Şahlıq körpüsü, Təzə məhəllə məhəlləsi

Əhalisi

redaktə

AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonun (de-yuri olaraq) 31.499 nəfər əhalisi var.[7]

Etnik tərkibi

redaktə







 

Şuşa rayonunun etnik tərkibi (2009-cu il[8])   azərbaycanlılar (95,8 %)  ermənilər (4,0 %)  türk (0,1 %)  qalanları (0,1 %)

Etnik
qrup
1939-cu il[9][10] 1959-cu il[11] 1970-ci il[12] 1979-cu il[13] 1989-cu il 1999-cu il[14] 2009-cu il[8]
Əhali % Əhali % Əhali % Əhali % Əhali % Əhali % Əhali %
azərbaycanlı 6 306 58.29% 6 564 61.77% 9 890 72.38% 12 955 80.87% 18 679 91.68% 23 135 95.05% 27 364 95.81%
erməni 4 177 38.61% 3 794 35.70% 3 577 26.18% 2 881 17.98% 1 430 7.02% 1 140 4.68% 1 140 3.99%
türk 41 0.14%
ləzgi 17 0.16% 1 0.01% 4 0.01%
rus 256 2.37% 198 1.86% 142 1.04% 114 0.71% 16 0.07% 4 0.01%
kürd 4 0.04% 33 0.14% 3 0.01%
tatar 4 0.04% 5 0.02% 2 0.01%
ukraynalı 20 0.18% 7 0.05% 11 0.07% 9 0.04%
digər 35 0.32% 70 0.66% 48 0.35% 58 0.36% 265 1.30% 1 0.01% 2 0.01%
cəmi 10 819 100% 10 626 100% 13 664 100% 16 019 100% 20 374 100% 24 340 100% 28 560 100%

Şuşada doğulanlar

redaktə

Bax: Şuşada doğulanlar

Rayon komitə sədrləri və icra başçıları

redaktə

Tarixi abidələri

redaktə

Dini-tarixi abidələri

redaktə
  1. Hacı Yusifli məscidi (XVIII)
  2. "Çöl Qala" məscidi (XVIII əsr)
  3. Xoca Mərcanlı məscidi (XVIII əsr)
  4. Quyuqluq məscidi (XVIII əsr)
  5. Seyidli məscidi (XVIII əsr)
  6. Məscid (XVIII əsr)
  7. Mərdinli məscidi (XIX əsr)
  8. Aşağı Gövhər Ağa məscidi (1874–1875)
  9. Culfalar məscidi (XIX əsr)
  10. Yuxarı Gövhər Ağa məscidi (XIX əsr)
  11. Mamay məscidi (XIX əsr)
  12. Köçərli məscidi (XIX əsr)
  13. Malıbəyli məscidi
  14. Alban kilsəsi
  15. Qaybalı məscidi
  16. Şırlan məscidi
  17. Rus kilsəsi

Tarixi memarlıq abidələri

redaktə
  1. Qala divarı (uzunluğu 8 kilometr)
  2. Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd)
  3. Qədim üslubda salınmış 17 məhəllə
  4. 17 məscid
  5. 17 bulaq
  6. 17 hamam
  7. Turşsu Qalereyası
  8. Karvansara (4 ədəd)
  9. Gəncə qapısı
  10. Rasta bazar
  11. Torpaq meydan
  12. Üzeyir Hacıbəyovun heykəli
  13. Cıdır düzü
  14. Malıbəylidə Qızlar məktəbi
  15. Un dəyirmanı
  16. "Həzrət Əli" kahası
  17. "Qızıl qaya"
  18. Bəhmən Mirzə Qacarın hərəmxanası
  19. Bəhmən Mirzə Qacarın tikdirdiyi "Bab" hamamı
  20. Şeytan bazar
  21. Əfsanəvi Leyli qalası
  22. Çuxur məhəllədə 2 minarəli "Şəfa ocağı"
  23. "Həzrət Abbas Şəfa ocağı"
  24. Molla Pənah Vaqifin poeziya evi
  25. Molla Pənah Vaqifin məqbərəsi
  26. Molla Pənah Vaqifin müəllimlik etdiyi bina
  27. Molla Pənah Vaqifin evi
  28. Xan qızı Xurşudbanu Natəvanın sarayı
  29. Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi "Qarama"
  30. Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi həbsxana binası
  31. Qasım bəy Zakirin yaşadığı ev
  32. Qasım bəy Zakirin qəbirüstü abidəsi
  33. Azərbaycanda ilk "realnı uçiliş"in binası
  34. Yaşıl aptek
  35. Mədəniyyət evi
  36. Külli miqdarda gümüş və mis qablar
  37. İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscidini həyətində)
  38. Qarabağ xanlığının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
  39. Tarixin yaddaşı olan Daş kitabələr
  40. Azərbaycanda ilk realnı məktəbin binası
  41. Malıbəylidə "Qızlar məktəbi"
  42. Küllü miqdarda gümüş və mis qablar
  43. Ağaböyük xanımın bürcü

Karvansaralar

redaktə
  1. İkimərtəbəli karvansara (1888–1889-cu illər)
  2. Zarıslıda Korun karvansarası
  3. Hacı Məhərrəm karvansarası
  4. Hacı Əmiraslan bəyin karvansarası
  5. Uğurlu bəyin karvansarası
  6. Mir Səyyaf oğlunun karvansarası
  7. Murad bəyin karvansarası
  8. Hacı Hüseynin karvansarası
  9. Gövhər Ağanın karvansarası
  10. Hacı Abbas bəyin karvansarası
  11. Cavad ağanın karvansarası
  12. Xanlıq Muxtarın karvansarası

Qəsrlər

redaktə
  1. Ağabəyim Ağanın qəsri
  2. Sadıqcanın qəsri

Qalalar

redaktə
  1. "Pənahabad" Şuşa qalası (1750–1757-ci illər)
  2. Leyli qayası
  3. Bayat qalası (1748-ci il)
  4. Şahbulaq qalası

Büstlər

redaktə
  1. Bülbülün büstü
  2. Üzeyir Hacıbəyovun büstü
  3. Hüsü Hacıyevin büstü
  4. Molla Pənah Vaqifin büstü
  5. Xan qızı Xurşud Banu Natəvanın büstü

Kompleklər

redaktə
  1. İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi
  2. Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
  3. "Dəlik-daş" pilləkən kompleksi
  4. Qarabağ xanlığının divan kompleksi
  5. Qacarların məqbərə kompleksi
  6. Bəhmən Mirzə Qacarın saray kompleksi
  7. Mir Möhsün Nəvvabın abidə kompleksi
  8. Mehmandarovun ev kompleksi
  9. Qarabağ xanlığının Divan kompleksi
  10. Dəlik-daş pilləkən kompleksi
  11. Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi

Muzeylər

redaktə
  1. Üzeyir Hacıbəyovun ev-muzeyi
  2. Bülbülün ev-muzeyi
  3. Xalça muzeyi
  4. Tarix-diyarşünaslıq muzeyi
  5. Qarabağ dövlət tarixi muzeyi
  6. Rəsm qalereyası

İmarətlər

redaktə
  1. Məhəmməd Həsən Ağanın imarəti
  2. Səməd bəy Mehmandarovun Şuşadakı mülkü
  3. Hacı Şükürün imarəti
  4. Məmməd Həsən Ağanın imarəti

Mülklər

redaktə
  1. Qarabağ qazisinin mülkü
  2. Qədimovların mülkü
  3. Qarabaş Qazisinin mülkü
  4. Mir Möhsün Nəvvabın mülkü
  5. Nəcəfqulu ağanın mülkü
  6. İbrahim xanın mülkü
  7. Hacı Bəşirin mülkü
  8. Cabbar Qaryağdı oğlunun mülkü
  9. Mirzə Hüseynin mülkü
  10. Mirəlibəyin mülkü
  11. Seyid Məcidin mülkü
  12. Hacı Qulamın mülkü
  13. Nəcəfqulu Ağanın mülkü
  14. Kəlba Şirinin mülkü
  15. Öpənnik Qara Zeynalın mülkü
  16. Fərzalı bəyin mülkü
  17. Allahverənli Kəlba Şirinin mülkü
  18. Nəcəf bəy Vəzirovun mülkü
  19. Firudin bəy Köçərlinin mülkü
  20. Süleyman Sani Axundovun mülkü
  21. Məşədi Qəhrəmanın mülkü
  22. Quyruq məhəlləsində Sadıq bəyin mülkü
  23. Yusif Vəzir Çəmənzəmənlinin mülkü
  24. Mir Həsən Vəzirovun mülkü
  25. Qaraşovların mülkü
  26. Hüseyn Qayıbovun mülkü
  27. Məşədi Şirinin mülkü
  28. Gəraf Əsgərovun mülkü
  29. Ağamirovların mülkü
  30. Hüsü Hacıyevin mülkü
  31. Hacı Dadaşın mülkü
  32. Hacı Quluların mülkü

Malikanələr

redaktə
  1. Qulam Şahın malikanəsi
  2. Əsəd bəyin malikanəsi - Şuşa şəhərində, Voroşilov küçəsində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi.
  3. Mamay bəyin malikanəsi - XVIII əsrə aid tarix-memarlıq abidəsi.
  1. Çuxur məhəllədə Kal Həsənin evi
  2. Təzə məhəllədə Xayatlılar Mehdinin evi
  3. Çuxur məhəllədə Kürd uşağının evi
  4. Quyruq məhəlləsində Məşədi Teymurun evi
  5. Ağa-Əbdürrəhim ağanın evi
  6. Uluq bəyin evi
  7. Zöhrabbəyovların evi
  8. Cəlal bəyin evi
  9. Kəlba Hüseynin evi
  10. İsmayıl bəyin evi
  11. Əbdülrəhim bəy Haqverdiyevin evi

Bağlar

redaktə
  1. Kəlba Şəhriyarın bağı
  2. Şəmilin bağı
  3. Hacıyevlərin armud bağı
  4. Mirfəseh bağı

Körpülər

redaktə
  1. Şahlıq körpüsü
  2. Təzə məhəllədə körpü

Qəbristanlıqlar

redaktə
  1. Mirzə Həsən qəbiristanlığı
  2. Mirfəseh qəbiristanlığı

Bulaqlar

redaktə
  1. Meydan bulağı
  2. İsa bulağı
  3. Saxsı bulaq
  4. Ovdan bulağı
  5. Şor bulaq
  6. Səkili bulağı
  7. Qotur bulağı

Hamamlar

redaktə
  1. Hacı Salehin hamamı
  2. Uğurlu bəyin hamamı
  3. Xeyransa xanımın hamamı
  4. Ağa Mirzə Əli Qazinin hamamı
  5. Şahbaz bəyin hamamı
  6. Hacı Əbdürrrəhimin hamamı
  7. Rüstəm bəyin hamamı[15]

Mənbə

redaktə
  • Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). "Azərbaycan" cildi (50 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Məsul katib: akademik T. M. Nağıyev. 2007. səh. 872. ISBN 978-9952-441-01-7.
  • "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. İnzibati-ərazi vahidləri" (PDF). https://files.preslib.az. İstifadə tarixi: 25 may 2022.

İstinadlar

redaktə
  1. "İnzibati-ərazi vahidləri" (PDF). files.preslib.az. 6 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 may 2022.
  2. "Demoqrafiya". /www.stat.gov.az. 7 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2022.
  3. "Şuşanın gözəlliyinə gözəllik gətirən flora və faunası". www.azerbaijan-news.az. İstifadə tarixi: 21 may 2022.
  4. 1 2 "Şuşanın flora və faunası". portal.azertag.az. 6 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2022.
  5. Abutalıbov M. H., Hacıyev V. C. Azərbaycanın bitki örtüyü. Bakı; İşıq, 1976
  6. "Şuşanın gözəlliyinə gözəllik gətirən flora və faunası". /www.azerbaijan-news.az. İstifadə tarixi: 21 may 2022.
  7. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: Şuşa rayonu Arxivləşdirilib 2015-09-11 at the Wayback Machine (yenilənmə: 1 yanvar, 2014-cü il) — yoxlanılıb: 28.12.2014
  8. 1 2 Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
  9. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1939-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine — yoxlanılıb: 08.03.2015
  10. Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР. Азербайджанский ССР >> Шушинский Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine // Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, Д.Д. 966–1001 ("Национальный состав населения по СССР, республикам, областям, районам"), Д.Д. 256–427 (табл. 26 "Национальный состав населения районов, районных центров, городов и крупных сельских населенных пунктов")
  11. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1959-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
  12. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1970-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
  13. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1979-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
  14. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2015-06-27 at Archive.today
  15. "Şuşa hamamları". azertag.az. İstifadə tarixi: 27 may 2022.

Xarici keçidlər

redaktə
  NODES