Əbu Übeydə ibn Cərrah

Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah (ərəb. أبو عبيدة عامر بن عبدالله بن الجراح‎; 583, Məkkə639[1], Emmaus[d]) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, xəlifə Ömərin hakimiyyəti dövründə Raşidi ordusuna öndərlik etmişdir və Ömərin xilafətə davamçı seçdikləri adamlardan biri idi.[3]

Əbu Übeydə ibn Cərrah
ərəb. أبو عبيدة بن الجراح
bayraq
Levant valisi
bayraq2
634 – 638
MonarxÖmər
Əvvəlkivəzifə yaradıldı
SonrakıI Muaviyə
Şəxsi məlumatlar
Doğum tarixi 583
Doğum yeri
Vəfat tarixi 639[1]
Vəfat yeri
Vəfat səbəbi taun[2]
Dəfn yeri
  • Əbu Übeydə ibn Cərrahın türbəsi[d]
Milliyyəti ərəb
Fəaliyyəti siyasətçi, hərbi lider[d]
Atası Abdullah ibn Cərrah
Dini sünni islam
Hərbi xidmət
Xidmət illəri 624–638
Mənsubiyyəti Raşidi xilafət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Tam adı Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah ibn Hilal ibn Üheyb ibn Dəbba ibn Həris ibn Fihr ibn Məlik ibn Nədr Kuraşi Fixri təqribən 581-ci ildə Məkkədə anadan olmuşdur. Tacir olan Əbu Übeydə Banu Həris ibn Fihr qəbiləsinin Kuraşi qolundan idi. O, İslamı qəbul etməzdən əvvəl Kuraşilər arasında, o cümlədən Məkkə şəhərində tanınırdı. Əbu Übeydə İslam peyğəmbəri Məhəmmədin Məkkədə yaşadığı dövrdə, 611-ci ildə Əbu Bəkrdən sonra İslam dinini qəbul edir. Məhəmmədin digər səhabələri ilə Həbəşistana köçməli olan Əbu Übeydə Məkkəyə qayıtdıqdan sonra Mədinəyə gedir. O, Mədinə olan dövrdə gənc İslam Dövlətinin yaranmasına və möhkəmlənməsinə kömək etdi. Əbu Übeydə Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında gedən bütün döyüşlərdə iştirak edir. O, Bədr döyüşündə bütpərəstlərin tərəfində müsəlmanlara qarşı vuruşan atasını öldürür. Quranda bu hadisə belə təsvir olunub:

  (Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.
Quran. Mucadələ (58-ci) surəsi, 22-ci ayə.[4]
 

Əbu Übeydə 625-ci ildə baş tutmuş Uhud döyüşündə iştirak etmişdir. Döyüşün ikinci mərhələsində Xalid ibn Vəlidin süvariləri müsəlmanlara arxadan hücum edir, onları pis vəziyyətə salır. Döyüşdə müsəlman əsgərlərin çoxu meydandan qaçır, Əbu Übeydə isə Məhəmmədi qoruyan azsaylı adamlardan biri olur.[5]

Əbu Übeydə Məhəmməd peyğəmbərin ölümündən sonra Əbu BəkrÖmər ilə muhacirlərə qoşulur. Səqifə Banu Səidədəki məclis Əbu Bəkri xəlifə seçir.[3]

Əbu Übeydə xilafətin SasanilərBizans imperiyası ilə olan müharibələrinin əvvəlindən cəbhədə vuruşur. O, 634–638-ci illərdə SuriyaFələstinin fəth edilməsində ərəb ordularına rəhbərlik edir. Yərmuq döyüşündə mərkəzdəki qüvvələrinin komandiri təyin edilir. Bu qələbədən sonra Təbəqət-Fəhl və Şam ələ keçirilir. Qüds, HomsLevantın digər şəhərləri də Əbu Übeydə tərəfindən fəth edilir.[3]

Əbu Übeydə ibn Cərrah 638-ci ildə o dövrdə Suriyanı bürüyən taun epidemiyası nəticəsində vəfat edir.[3]

Mənbə

redaktə

İstinadlar

redaktə

Ədəbiyyat

redaktə
  • Arif oğlu Əlizadə, Aydın. Абу Убайда ибн аль-Джаррах // Исламский энциклопедический словарь (rus). Ansar. 2007.
  • Bağdadi, İbn Səd. Kitāb aṭ- Ṭabaqāt al-kabīr (ərəb). ISBN 9789775046871.
  • Athamina, Khalil Abū ʿUbayda b. al-Jarrāḥ // Encyclopaedia of Islam, THREE

Xarici keçidlər

redaktə
  NODES
Done 1