Ədalətmücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası.

Ədalət ilahəsi

Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər.

Ümumi məlumat

redaktə

Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir.

İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi. Sosial təcrübədə bu anlam mənfi məna daşıyırdı. Belə ki, ümumi normanın pozulmasına görə cəza tələbi irəli sürülürdü, bunun praktiki ifadəsi isə qəbilə intiqamı institutu idi. Ədalətin insanların ayrı-ayrı nemətlərə yiyələnməsini də ehtiva edən daha mürəkkəb və müsbət mənası fərdin qəbilədən ayrılması dövründə meydana gəlmişdi. İlkin olaraq o, əsas etibarilə, həyat vasitələrindən istifadədə və hüquqlarda bütün insanların bərabərliyi mənasını daşıyırdı. Xüsusi mülkiyyətin və ictimai bərabərsizliyin meydana gəlməsi ilə Ədaləti bərabərlikdən fərqləndirməyə başlamış, bu anlayışa insanlar arasında onların dəyərliliyinə uyğun gələn mövqe fərqlərini də daxil etmişdilər.

Aristotel Ədalət anlayışını – geniş və dar mənalarda işlətmişdir. Ümumi, geniş mənada Ədalət ictimai həyatın məntiqiliyidir; onu insanlar arasında sosial baxımdan bütün nizamlanmış münasibətlərin əxlaqi meyarı, ictimai işlərdə son əxlaqi-istinadedici instansiya kimi müəyyənləşdirmək mümkündür. O, sosial sahəyə proyeksiya olunmuş mənəviyyata uyğun gəlir. Xüsusi, dar mənada Ədalət insanların birgə yaşayışının mənfəət və məşəqqətlərinin bölüşdürülməsində əxlaqi cəhətdən sanksiyalaşdırılmış uyğunluq, cəmiyyətdə və dövlətdə münaqişədə olan maraqların və fəaliyyətlərinin qarşılıqlı tarazlaşdirmasının kooperasiyası üsulunun özünün təkmillik dərəcəsidir.

Ədalət nəzəriyyəsində bir-birinə qarşılıqlı ehtiyacları olan və bu mənada öz aralarında bərabər olan fərdlər birgəyaşayış aspektində nəzərdən keçirilirlər. Fərdlər birlikdə cəmiyyəti təşkil etdiklərinə, icmalar halında yaşadıqlarına görə də müəyyən ümumiliyə malikdirlər. Məhz bu fundamental cəhət Ədalətin başlanğıcıdır.

Aristotelin formulə etdiyi "digərinə münasibətdə Ədalətlilik bərabərliyin özüdür (to ision)" müddəası Ədalətin əxlaqi-hüquqi əsasıdır. Etik cəhətdən Ədalət xoşbəxt olmaq imkanında və bunun üçün zəruri (hər kəs üçün özünə lazım olan) nemətlərin əldə olunmasında bərabərlik rolunu oynayır. Ona görə, hər hansı bitkin Ədalət konsepsiyası bütün fərdlər üçün eyni dərəcədə əlçatan olan təməl dəyərlərə əsaslanır, hər bir sosial Ədalət təcrübəsi isə bütün vətəndaşlar üçün bərabər dərəcədə əlçatan olan və tarixən konkret xarakter daşıyan maddi və mənəvi nemətlər məcmusunu nəzərdə tutur. Hüquqi aspektdə Ədalət formal bərabərlik, tələblərin, qanunların, qaydaların, normaların miqyasının eyniliyidir. Öz aralarında hüquq subyektləri qismində bərabərləşdirilən şəxslərə çevrilmiş fərdlər və onların hərəkətləri bu meyarlarla "ölçülür". Ədalət əxlaqda və hüquqda bərabərlik demək olsa da, əhəmiyyətli dərəcədə fərqlənir. Əxlaqi (etik) Ədalət sonsuzluqların bərabərliyidir, insanların hər biri öz iddialarında və səylərində yeganə, əvəzedilməz, tükənməz olduqlarına görə bərabərdirlər. Hüquqi Ə. vahidlərin bərabərliyidir, o, riyazi bərabərlik qanunlarına tamamilə uyğun gəlir. Müəyyən mənada yalnız onu bərabərlik hesab etmək mümkündür, çünki insanlar burada məhz hüquq subyektləri kimi bərabərdirlər.

İnsanlar sosial məkanın "həmtəsisçiləri" qismində bərabərdirlər, lakin təsis aktının özü təsis edilən sosial məkan strukturunu (əmək bölgüsü, idarəetmə orqanlarının ayrılması və s.) yaradan mövqelərin və məşğuliyyətlərin qeyri-bərabərliyinin legitimləşdirilməsindən ibarətdir. Problem bərabərliyin və qeyri-bərabərliyin uyğunlaşdırılması və birləşdirilməsindən ibarətdir. Onun çətin həll olunması Ədalət uğrunda mübarizə şüarı altında baş verən bütün ictimai iğtişaşların əsas mənbəyidir.

Ədalətin hələ Aristotel tərəfindən fərqləndirilmiş və sonrakı bütün Ədalət nəzəriyyələrinin əsasına çevrilən iki növü (forması) var: bölüşdürücü, yaxud distributiv və bərabərləşdirici, yaxud retributiv.

Bölüşdürücü Ədalət şəxslərin dəyərliliyi nəzərə alınmaqla, onların ümumi işə töhfələrindən, cəmiyyət miqyasında "xüsusi çəkiləri"ndən asılı olaraq nemətlərin və buna müvafiq vəzifələrin bölüşdürülməsidir. Burada şəxslərin keyfiyyəti nəzərə alınır. Bölüşdürücü Ədalətin normaları cəmiyyət tərəfindən, əsasən, onun obyektiv qanunları ilə müəyyənləşsə də, özündə subyektivlik, xalqların, nəsillərin, şəxsiyyətlərin mental xüsusiyyətlərinin və iradi qətiyyətinin aşkar izlərini daşıyır. Bölüşdürücü Ədalətin tarixən formalaşmış üç əsas prinsipi var: hər kəsə – eyni şeyi (hamlıya bərabər miqdarda), hər kəsə – xidmətlərinə görə, hər kəsə – tələbatına görə. Hazırda "hər kəsə xidmətlərinə görə" prinsipi müasir cəmiyyətlərdə əsas olaraq qəbul edilir. Digər prinsiplər də mühümdür, lakin onların tətbiq sahələri nisbətən dardır; məs., baza dəyərləri olan nemətlərin (insan hüquqlarının) bölüşdürülməsi "ümumi bərabərlik" prinsipi ilə həyata keçirilir, uşaqların sayından asılı olaraq sosial yardımın, yaxud vergi imtiyazlarının ayrılması isə "hər kəsə tələbatına görə" prinsipinə uyğun gəlir.

Bərabərləşdirici Ədalətdə şəxslərin dəyərliliyi diqqətə alınmır. Burada söhbət ictimai münasibətlərin Aristotel tərəfindən ixtiyari və qeyri-ixtiyari mübadilə kimi adlandırılmış iki tipindən – əşyaların mübadiləsindən və cəzalardan gedir. Əşyaların mübadiləsi onların həqiqi dəyərlərinə uyğun həyata keçirildiyi halda Ədalətli hesab edilir. Bərabərləşdirici Ədalətin məkanı, əsasən, bazardır: burada alıcının kimliyi deyil, onun nə qədər hesab ödədiyi mühümdür. Cəzalarda Ədalətli qiymətləndirmə cinayət nəticəsində vurulmuş zərərə adekvat olan ölçünü tapmaqla, cəzanın qaçılmazlığı – cinayətin kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq cəzanın verilməsidir. Bölüşdürücü Ədalət, əsasən, məişət səviyyəsində (subyektiv ifadə olunmuş aspektdə), bərabərləşdirici Ədalət isə işgüzar (obyektləşdirilmiş) aspektdə ictimai münasibətlərin əxlaqi-tənzimləyici əsaslarını yaradır. Konkret cəmiyyətlər, adətən, Ədalətin bu və ya digər formasına (məs., feodal və sosialist cəmiyyətləri bölüşdürücü, burjua cəmiyyətləri isə bərabərləşdirici Ədalətə) üstünlük versələr də, onların hər birində hər iki forma təmsil olunur.

Ədalət Allahın sifətlərindən biri olduğu halda, Əhli-beyt (ə) məktəbi tərəfindən dinin əsasları olan (Üsuliddinin) ikinci əsası kimi sayılmışdır. Yəni bu məsələ Allahın birliyi, Nübüvvət və s. əsasların kənarında yerləşdirilmişdir.

Dini termində , ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, "hər kəsin haqqını özünə vermək" və "hər şeyi öz yerinə qoymaq" kimi mə'nalara malikdir.

Allah təala heç vaxt zülmkarlıq etməz və hətta qarışqanın da belə haqqını tapdalamaz və ona zülm etməz.

İlahi ədaləti iki hissəyə bölmək olar:

  • Təkvini ədalət;
  • Təşrii ədalət;

Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır. Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir.

Allah təalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı üçün ağıl və Qur'an ayələri, həmçinin rəvayətlərdən istifadə olunur.

Ağılın hökmünə əsasən kainatın xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah təalanın sifətlərindən biri sayılan "hikmət"-in mə'nası olmayacaqdır.

Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-taala isə bütün bunlardan pak və münəzzəhdir.

Ədl sözünün mənası

redaktə

Lüğəti mənası

redaktə

Ədl dogru olmaq, düzgün davranmaq, ədalətlə hökm etmək və s. mənalar bildirən məsdərdir. Ayrıca doğruluq və ədalət anlamları ilə isim olaraq istifadə olunduğu kimi, çox adil mənasında sifət kimi də işlənir.

Termin mənası

redaktə

Ədl Allahın doxsan doqquz adını sayan Əsmai-husnə hədisində yer alır. Ədl Allahın adlarından biri olaraq istifadə olunanda mübaliğə bildirən bir sifət olub "çox ədalətli, əsla zülm etməyən, haqdan başqasını söyləməyən və etməyən" anlamına gəlir. İslam alimləri ədl sifətini "Allahın hər varlığa layiq olduğu imkan və qabiliyyətləri bəxş etməsi" mənasını verən comərdlik sözləri ilə izah etmişlər. İbn Teymiyyə də bundan yararlanaraq ədlə Allahın yaratdıqlarına nemət verməsi mənasını verir. Qəzzali Allahın ədalətinin nə mənaya gəldiyini bilmədən onun adil olduğunu anlamağın, feillərini, yaradıb idarə etdiyi kainatı tanımadan da ədalətini başa düşməyin mümkün olmadığını söyləyir və kainatın tanınması məsələsində çoxlu nümunələr verir. Bütün müsəlman alimlər Allahın adil olduğu məsələsində bir fikirdədirlər. Ancaq ədl sifətinin şərhində Mötəzilə alimləri ilə başqa islam alimləri arasında fərqli fikirlər meydana gəlmişdir[1]. "Ədalət" hər şeyi lazım olduğu kimi etməkdir, yəni nə çox, nə də az olmamalıdır. Bu haqda Hz. Əli (ə) belə buyurur: "Ədalət hər şeyi öz yerində qərar verməkdir".

Ədalətin digər mənaları

redaktə

Bu sözün leksik mənası hər yerdə, qalaktikamızda, insanın vücudunda, bitkilər və digər canlı aləmlərdə kökmranlıq edir. Bu mənanı Hz. Peyğəmbərin buyurduğu "bil-ədli qamətis-sələvatu vəl-ərd" (yəni yer və göy ədalət əsasında bərpa olunmuşdur) hədisindən hədisindən də bilmək olar. Əgər yer kürəsi cazibə qüvvəsini itirsə, yer öz tarazlığını saxlaya bilməz və çox böyük fəlakət baş verər.

Ədalətin digər mənası isə "camaatın hüququna riayət etməkdir". Allahın ədalətinin mənası budur ki, O haqq tapdalamır, birinin haqqını başqasına vermir və insanlar arasında ayrı-seçkilik salmır. O, hər cəhətdən adildir[2].

Allahın sifəti olaraq

redaktə

Ədalət kamal və feil sifətlərindəndir. Allahın bütün işləri ədalət əsasında yerinə yetirilir. Yaradan heç vaxt zülm etməz. "Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun sababını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!" (Nisa- 40). Ən gözəl tərif də "Nəhcül-bəlağa"da qeyd olunub. İmam Əli (ə) ədalətin fəziləti haqqında belə buyurub: "Ədalət hər bir şeyi öz yerində qərar verməkdir". Allahın ədalətinin sübutu üçün bir çox dəlil var:

Quran ayələri

redaktə

Uca Allah bir çox ayədə ədalətə əməl etməyi və zülmdən çəkinməyi buyurub: "(Ya Rəsulum) Allahı zalımların etdikləri əməllərdən, əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar" (İbrahim- 42). "Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar" (Nəhl- 90). "Ey iman gətirənlər! Ədalətdən möhkəm yapışan Allah şahidi olun" (Nisa- 135).

Əqli dəlil

redaktə

Başqalarına zülm edən, onların hüququna əhəmiyyət verməyən insan ya etdiyi işin pisliyini anlamır, ya da məzlumlardan aldıqlarına ehtiyaclıdır. Öz ehtiyaclarını ödəmək üçün insanların qazancını qəsb edir, onların haqqına girir, amma uca Allaha bu xüsusiyyətləri aid etmək olmaz. O öz işlərini elm və hikmətli şəkildə yerinə yetirir. Allah çox səxavətlidir. Başqalarına kamal sitətləri bəxş etməklə nə isə itirməz ki, mənfəət verməkdə də paxıl olsun. Mütləq qüdrət sahibidir. Zülm bütün ağıl sahibləri üçün qəbahətli bir iş olduguna görə mərhəmətli Allah zülm etməz[3].

Yaradılışda ədalət

redaktə

Uca Allah öz feyzini heç kimdən əsirgəmir və (ciddi bir səbəb olmadan) ayrı-seçkiliyə yol vermir. Bu sözün aydın olması üçün aşağıdakı məsələlərə diqqət edək: Varlıq aləmini iki qismə bölmək olar: mücərrəd və maddi aləm

Mücərrəd aləm

redaktə

Mücərrəd aləm hərəkət və təkamül etməyən varlıqlardan ibarətdir. Allah onlara əldə edə biləcəkləri bütün xüsusiyyətləri, elmi əvvəlcədən verib. Cism deyillər, güzə görünməzlər və məhv olmazlar. Allaha itaətsizlik etmirlər. Bu görünməyən varlıqlar şəriət dilində mələklər, dünyanın işini idarə edənlər, ruzi bölənlər, kürsü, lövh və s. Adlar ilə tanınmışlar. Bu kimi adlardan belə başa düşülür ki, aləmlərin yaradıcısı olan Allahla məxluqlar arasında gözə görünməz vasitələr var. Daha aydın desək, yaranış sistemi xüsusi bir nizam-intizamla təşkil olunub, idarə olunur. Mələklər Allahın göstərişlərinin icraçısıdırlar və əmrindən çıxmırlar. Hər birinin xüsusi məqamı və vəzifəsi vardır: "Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun müəyyən bir məqamı olmasın" (Səffat- 164).

Maddi aləm

redaktə

Bu varlıqlar isə mücərrəd olanların əksinə olaraq maddə və surətdən ibarətdir. Onlar maddi cəhətlərdən dəyişir və irəliləyərək, hərəkət edərək təkamülə doğru gedir. Maddənin surətləri dəyişir, amma maddənin özü qalır. Maddi dünya çox genişdir və bəşərin onlardan tam, dəqiq məlumatı yoxdur. İnsanların bilikləri müxtəlif bitkilər, heyvanlar, su, hava kimi yerdə olan varlıqlar barəsindəli və müəyyən qədər Günəş, bəzi ulduzlar, planetlər haqqındakı biliklə məhdudlaşır, lakin insanı heyran edən qalaktikalar, ulduzlar haqqında tam məlumatımız yoxdur. İnsana qarşı da Allah ədələtsizlik etməz və hər kəsə qaldıra bildiyi yükü verər. Bu Qurani Kərimdə də keçir. Hər insanda yetərli dərəcədə iradə vardır. "Allah kimsəyə gücünün yetdiyindən artığını təklif etməz" (Bəqərə- 286).

Dinin əsas prinsipi kimi

redaktə

Cəfəri məzhəbinə görə dinin əsaslarından biri də ədalətdir. Ədl (ədalət) məzhəbin əqidə prinsipinə görə Allahın kamal sifətlərindən biridir və ona iman etmək zəruridir. Qurani-Kərimdə dinin əsaslarından olan bu prinsip dəfələrlə bildirilmişdir. Allahın hər cür zülmdən uzaq olduğu önə çəkilmişdir.

Ədalət İslam dininin təməl əsaslarından biridir və bir şeyi yerinə qoymaq, hamıya layiq olduğunu vermək mənalarına gəlir. Həm də haqqı yerinə yetirmək, haqsızıqdan çəkinmək deməkdir. Ədalətsiz yerlərdə fitnə artar, zalımların sayı çoxalar, haqsızlıq və əxlaqsızlıq yayılar.

Allah Qurani-Kərimin Hucurat surəsinin 9-cu ayəsində belə buyurur: "Hər işinizdə ədalətlə-insafla hərəkət edin. Allah adil olanları sevir". Muhamməd Əsəd "ədaətli olun" ifadəsini belə açıqlayır: "Bu məcazi olaraq insanlar arasındakı bütün müamilələrə işarə edir, yoxsa yalnız ticari alış-verişə işarə etmir". Sülüyman Ateş isə bu ayəni belə açıqlayır: "Mutəffifin surəsində ölçü və çəkiyə hiylə qatanların xüsrana uğrayacaqları bildirilir. Allah ölçü və çəkiyə hiylə qatan bir milləti həlah etmişdir. Bu məsələdə mühüm olan insanın ölçü və çəkini tam yerinə yetirməyə çalışmasıdır".

Ədalətlə bağlı olaraq Allah Nisa surəsinin 58-ci ayəsində buyurur: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. İnsanlar arasında ədalətə uyğun hökmlər verməyə gəldikdə Uca Allah bu vəzifəni bütün insanları əhatə edəcək şəkildə yayğın və geniş tutur. İslamın istədiyi ədalət sadəcə müsəlmanlar arasında və ya müsəlmanlar xaricində kitab əhlini də çətir altına alaraq digər insanları əhatə xaricində qoyacaq məhdud bir ədalət deyil. İslama görə hər insanın sırf insan olmasına görə ədalət təbii haqqıdır. İnsanlar arasında ədalətli olarkən mömin-kafir, dost-düşmən və ya ağdərili-qaradərili ayrı-seçkiliyi edilməz. Həmin surənin 135-ci ayəsində belə deyilir: "Ey iman gətirənlər!(Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan, Allah üçün şahidlik edən kəslər olun! (Barəsində şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxınndır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib-büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!. Maidə surəsinin 8-ci ayəsində isə belə buyrulur: "Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməklə) sabitqədəm və ədalətli şahidlər olun! Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır". Dinimiz düşmən millətlərə qarşı müsəlmanların ədalətlə hərəkət etmələrini əmr edir. Buna görə ədalət həyatın hər sahəsində keçərli olan bir qanundur.[4]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Bekir Topaloğlu. DİA. I. 387–388.
  2. Adilə Tahirova. Kəlam tarixi və məsələləri. Bakı. 2016. 245–272.
  3. İbrahim Əmini. Nişanələrlə Allahı tanımaq. Bakı. 2013. 121–136.
  4. Hacı Fuad Nurullah. Azərbaycanda İslam və onun etiqad əsasları. 138–144.

Xarici keçidlər

redaktə
  NODES