Əli Əhmədov
Əli Cavad oğlu Əhmədov (27 yanvar 1953, Dərə, Basarkeçər rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini (2024-cü ildən), Milli Məclisin II, III və VII çağırış deputatı (2000–2010, 2024–h. h.), Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2024), Yeni Azərbaycan Partiyası sədrinin müavini və idarə heyətinin üzvü, fəlsəfə doktoru, professor.[1]
Əli Əhmədov | |
---|---|
Vəzifədədir | |
23 sentyabr 2024-cü ildən | |
Sədr | Sahibə Qafarova |
Vəzifədədir | |
23 sentyabr 2024-cü ildən | |
Seçki dairəsi | VII çağırış — 25 saylı Nizami ikinci |
24 noyabr 2000 – 29 noyabr 2010 | |
Seçki dairəsi | II çağırış — proporsional III çağırış — 19 saylı Nərimanov birinci |
Yeni Azərbaycan Partiyası sədrinin müavini | |
Vəzifədədir | |
2005-ci ildən | |
Sədr | İlham Əliyev |
22 oktyabr 2013 – 23 sentyabr 2024 | |
Baş nazir | Artur Rasizadə Novruz Məmmədov Əli Əsədov |
Yeni Azərbaycan Partiyasının icra katibi | |
1999 – 5 mart 2021 | |
8 sentyabr 1999 – 28 iyun 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 yanvar 1953 (71 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏli Cavad oğlu Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan SSR Basarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirmişdir. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.
1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləmişdir.
Siyasi fəaliyyəti
redaktə1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.[2]
Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədridir.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədridir.
Parlamentdə
redaktə2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib. O, yeni çağırış parlamentin ilk iclasında Milli Məclis sədrinin birinci müavini seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.[3][4]
2024-cü ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının Azərbaycan tərəfdən həmsədri təyin olunub. O, bu vəzifədə Əli Hüseynlini əvəz edib.[5]
Partiya fəaliyyəti
redaktə1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında partiyanın İcra katibi seçilmişdir. Partiyanın 2005-ci ildə keçirilən III qurultayında,2013-cü ildə keçirilən V qurultayında və 2018-ci ildə keçirilən VI qurultayında YAP Sədrinin müavini və İcra katibi seçilmişdir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP Sədrinin müavini və İdarə Heyətinin üzvü seçilib.[6]
16 oktyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biridir.
Ailə həyatı
redaktəEvlidir, 2 övladı var.
Təltifləri
redaktə2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunmuşdur.[7]
2013-cü yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[8]
2023-cü yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Cavad oğlu Əhmədov "Şərəf" ordeni ilə təltif edilib.
İstinadlar
redaktə- ↑ "Partiyanın Sədr müavinləri". 2020-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
- ↑ "Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib". Report İnformasiya Agentliyi (az.). 2024-09-23. 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
- ↑ "Ə.C.Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
- ↑ "Azərbaycan və Rusiya parlamentlərarası əməkdaşlıq komissiyalarının həmsədrləri məlum olub". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.
- ↑ "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
- ↑ "Polşa prezidentinin Azərbaycanın hansı vəzifəli şəxslərini təltif etdiyi dəqiqləşdirildi". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-19.
- ↑ "Əli Əhmədov "Şöhrət" ordeni ilə təltif edilib". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.