1907-ci il panikası

1907-ci il həyəcanıABŞ-nin bank sektorunda 1907-ci ilin oktyabr ayının ortalarında baş verən maliyyə böhranı.[1] Baş vermiş maliyyə böhranı nəticəsində ABŞ-nin Nyu York birjasında səhmlər ötən ilin zirvə dövrü ilə müqayisədə 50% azalma nümayiş etdirdi.[2] 1907-ci ilin sonunda böhran nəticəsində bir çox bank, maliyyə qurumu və siğorta şirkəti iflas etdi. Maliyyə bazarında iqtisadi durğunluq nəticəsində inamın azalması, tələb və təklifdəki balansın pozulması nəticəsində bazarda dalğalanma yaşandı.

Bu dövrdə yaşanan maliyyə böhranının nəticəsində pul və maliyyə axışının daha sistemli şəkildə tənzimlənməsi zərurəti meydana çıxdı. Bununla yanaşı dövrün ABŞ prezidenti Teodor Ruzvelt böhranın yaranmasının səbəblərindən biri olan inhisarçılığa qarşı da mübarizənin aparılması üçün təkliflərin hazırlanmasını təsdiqlədi. Proseslər ABŞ Federal Ehtiyat Sisteminin yaranması ilə başa çatdı.[3][4]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "AMERICAN BANKS "IN THE JUNGLE"" Arxivləşdirilib 2019-08-21 at the Wayback Machine. The Advertiser. Adelaide. March 16, 1933. p. 8. Retrieved November 22, 2012 – via National Library of Australia.
  2. Yale M. Braunstein, "The Role of Information Failures in the Financial Meltdown" Archived December 22, 2009, at the Wayback Machine, School of Information, UC Berkeley, Summer 2009
  3. "Born of a Panic: Forming the Fed System". 2014-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  4. Tucker, Abigail (October 9, 2008). "The Financial Panic of 1907: Running from History" Arxivləşdirilib 2022-05-01 at the Wayback Machine. Smithsonian Magazine. Retrieved September 27, 2017.
  NODES