Abdullah Bəttal (ərəb. عبدالله البطال‎; VIII əsr740, Afyonkarahisar) — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Bəttalın həyatı ilə bağlı tarixi faktlar azdır, kakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Bəttal Qazi kimi həm ərəb, həm də sonrakı dövrlərdə yaranmış türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir.

Abdullah Bəttal
ərəb. عبدالله البطَّال
Şəxsi məlumatlar
Digər adı Seyyid Bəttal Qazi
Doğum tarixi VIII əsr
Vəfat tarixi 740
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Vətəndaşlığı Əməvilər xilafəti
Hərbi fəaliyyəti
Mənsubiyyəti Əməvilər xilafəti
Xidmət illəri 717–740
Rütbəsi sərkərdə
Döyüşlər

Həyatı

redaktə
 
Bizans dövründəki AnadolununBizans-ərəb cəbhəsinin xəritəsi. təq. 740-cı il.

Abdullah Bəttalın mənşəyi və ya erkən həyatı barədə heç bir şey məlum deyil. Çox sonrakı illərə aid olan məlumatlar onun əslən Antakya və ya Şam şəhərindən olduğunu, həmçinin Əməvilər ailəsinin mövlası olduğunu iddia edir. Əlavə olaraq, ona Əbü Məhəmməd, Əbü Yəhya və ya Əbü Hüseyn kimi adətən tanındığı müxtəlif günyələr verilir.[1][2] Qəbilə mənsubiyyəti əvəzinə Əntəqi, yəni antioxiyalı nisbəsinin istifadəsi onun ərəb mənşəli olmaya biləcəyini göstərir. Buna görə də Abdullah adı onun islamı daha sonralarda qəbul etməsi ehtimalını daha gücləndirir. Çünki bu ad ərəb dilindən tərcümədə "Allahın qulu" mənasını verir və erkən islam dövründə tez-tez dini yeni qəbul edənlərə verilirdi.[2] Xalid Yəhya Blekinşip irəli sürür ki, o, Bizans salnaməçisi Övliya Feofan 727-ci ildə gerçəkləşmiş Nikeyanın mühasirəsində qeyd etdiyi "Əmr" adlı şəxs ola bilər. Bu səbəbdən də "Əmr"in onun gerçək, ya da ata adının olması[a] və "Abdullah"ın ona verilən fəxri ad olması güman edilir.[3]

XX əsrə aid ərəb mənbələrinə görə, Bəttal Məsləmə ibn Əbdülmalikin 717–718-ci illərdə baş tutan uğursuz Konstantinopolun uğursuz mühasirəsi zamanı onun yanında yer alır, lakin mühasirəni əhatə edən ərəb mənbələri yarı-əfsanəvi olduğu üçün bu mənbələrin həqiqəti əks etdirib etməməsini bilmək mümkün deyil.[1] Bəttalın adı YəqubiTəbəri kimi etibarlı tarixi mənbələrdə ilk dəfə 727-ci ildə ərəblərin Bizans Anadolusuna qarşı həyata keçirdiyi illik basqınlardan birində qeyd olunur. Bu yürüşə xəlifə Hişamın (hak. 723–743) oğlu Müaviyə ibn Hişam öndərlik edirdi. Bəttal öz avanqardı ilə Paflaqoniyadakı Qanqra şəhərinə (indiki Çanqırı) qədər irəliləyir. Əsas ordu Nikeyanın (indiki İznik) mühasirəsindən müvəffəqiyyətsiz şəkildə qayıtmazdan əvvəl[4] Bəttal oranı ələ keçirir və talan edir.[1] Blekinşip fərz edir ki, Bəttalın Qanqranı ələ keçirməsi Kaseriya Masaranın (indiki Kayseri) 726-cı ildə Məsləmə tərəfindən ələ keçirilməsi ilə birlikdə, dövrün Əməvi ordusunun Bizansa qarşı əldə etdiyi ən böyük uğurlardan biri idi.[5]

Bəttal 731-ci ildə tarixdə az bilinən başqa bir basqına öndərlik edir. Çox güman ki, basqın uğursuz nəticələnir və yalnız başqa bir ərəb sərkərdəsi olan Əbdül-Vəhhab ibn Buxtun döyüşdə həlak olması ilə xatırlanır.[1] Bəttal növbəti il – 732-ci ildə Müaviyə ibn Hişamla ilə birlikdə basqın təşkil edir, Frigiyada yerləşən Akroinon şəhərinə (indiki Afyonqarahisar) qədər irəliləyir. Konstantin adlı bir sərkərdə öndərliyi altında olan Bizans ordusu müsəlmanların qarşısını almağa cəhd edir, lakin Bəttal Konstantini məğlub edərək onu əsir götürür.[6][7] Bəttalın adının son dəfə qeyd olunduğu hadisə onun 740-cı ildə baş tutan yürüşdür. Bu yürüşdə Əməvilər xilafəti on minlərlə qoşunla Bizansa soxulur. Bəttal Malatya valisinin müavini Məlik ibn Şüeyblə birlikdə 20 min nəfərlik süvari qüvvəyə, Süleyman ibn Hişam isə arxadakı əsas qüvvəyə komandanlıq edir. Bəttal və Məlikin ordusu Akroinon şəhərinə qədər irəliləyir, fəqət Bizans imperatoru III Lev İsavr (hak. 717–741) öndərliyi altındakı Bizans ordusu onların yolunu kəsir və onları məğlub edir. Bu döyüşdə hər iki ərəb sərkərdəsi, eləcə də ərəb ordusunun üçdə ikisi həlak olur.[8]

Əfsanə

redaktə
 
Akroinon qalası. İndiki Afyonqarahisar, Türkiyə

Marius Kanard düşünür ki, hərbi karyerasının xüsusilə fərqlənməməsinə baxmayaraq, Abdullah Bəttal tez bir zamanda məşhur nağılların mövzusuna çevrilir və onun şöhrəti böyüyür. Beləliklə, o, X əsrdə ərəb-bizans müharibələrinin ən tanınmış simalarından birinə çevrilir. Məsudi öz "Qızıl çəmənliklər və cəvahir mədənləri" əsərində onu Bizans kilsələrində nümayiş etdirilən "şöhrətli müsəlmanlar"dan biri hesab edir.[9] Onun Konstantinopolun mühasirəsində iddia edilən iştirakı X–XII əsrlərdə İran tarixşünası BalamiƏndəlüs mistiki İbn Ərəbi tərəfindən əhatə edilmişdi. Bir sıra uydurma lətifə İbn Asakirin (1106–1175) dövründən etibarən Bəttalın qəbul edilmiş tarixi korpusunun bir hissəsi olur: Bizanslılar uşaqları qorxutmaq üçün onun adından istifadə etməsi; onun Amori şəhərinə carçı kimi daxil olub Bizansın planlarını öyrənməsi; onun qadın monastırında qalması və oranın rahibəsinin onu bizanslı əsgərlərdən qoruması, daha sonra onun rahibə ilə evlənməsi; onun döyüşdə öldürülməsi və imperator Levin onun dəfnində iştirakı.[1] Digər tərəfdən, İbn Asakirin həməsri Səməvəl ibn Yəhya Məğribi ilə başlayaraq bir sıra müsəlman salnaməçi Bəttalın həyatına əlavə edilmiş uydurma məlumatları sərt şəkildə tənqid edirdi. Xüsusən də İbn Kəsir bunu "sadəcə sadəlövh insanlar üçün uyğun olan zəif və qarışıq bir material" olaraq qəbul edirdi.[2]

Bəttalın uydurma həyatı iki romantikanın mövzusu olmuşdur. Onlar: ərəb dilindəki "Datülhimmə və Bəttalın nağılı" və Türkiyə epik ənənəsində yer alan Seyid Bəttal Qazidir.[1] Hər ikisinin də XII əsrdə ərsəyə gətirilməsi və ümumi ərəb ənənəsindən ilhamlanmasına baxmayaraq, iki arasında diqqətəlayiq fərqlər mövcuddur. Türkiyə ənənəsindəki nağıl türkfars mədəniyyətlərindən, xalq ənənəsindən fövqəltəbii elementlər, "Şahnamə" və "Əbü Müslim romantikası"ndan motivlər götürmüşdür.[10] Hər iki romantikada Bəttalın həyat dövrü IX əsrin ortalarını əhatə edir və onu Malatya ilə onun əmiri Ömər ibn Abdullah arasındakı epik dövranla əlaqələndirir, hansı ki, onun Malatya şəhəri və bölgəsi ilə yaxından əlaqəli olması ilə nəticələnir.[11] "Datülhimmə" romantikasında isə onun Əməvilər xilafətinin Bizans ilə olan müharibələrindəki rolu Banu Kilab qəbiləsindən olan Sasa tərəfindən mənimsənir. Bu nağıllarda Bəttal Odisseyin müsəlman analoqu kimi təqdim edilir.[12]

Anadolu türkləri Danişməndlilər Malatyanı 1102-ci ildə fəth etdikdən sonra Bəttalı mənimsəyir və o, öncül türk milli qəhrəmanlarından birinə çevrilir, erkən islam dövrünün cəbhə ruhunun və türklərin Anadolunu fəthninin simvolu olur. Onun həyatını əhatə edən "Bəttalnamə" üzərində SəlcuqOsmanlı imperiyaları dövrü boyunca yenidən işlənmiş, o, xalq nağıllarının əsas bir hissəsinə çevrilmişdir.[10][13] Beləliklə, XIV əsr coğrafiyaşünası Əbülfida qeyd edir ki, səlcuq türkləri ilə Nikeya imperiyası arasındakı sərhədi təşkil edən Dalaman çayı "Bəttal çayı" kimi tanınırdı.[14] Xüsusilə də ələvilər və bektaşilər olmaqla, onu seyid kimi qiymətləndirən bir kult yaranmışdır. Onun məqbərəsinin yerləşdiyi iddia edilən Seyidqazi qəsəbəsi XX əsrin əvvəllərinə qədər Mərkəzi Asiyadan belə ziyarətçi cəlb edən bir ziyarətgah olmuşdur.[10][15]

Qeydlər

redaktə
  1. Məsələn, Əmr ibn Abdullah və ya Abdullah ibn Əmr.

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 Kanar, 1960. səh. 1002–1003
  2. 1 2 3 Əsəmina, 2011
  3. Blekinşip, 1994. səh. 314 (qeyd 20)
  4. Blekinşip, 1994. səh. 120
  5. Blekinşip, 1994. səh. 120–121
  6. Blekinşip, 1994. səh. 162
  7. Lili, 1999. səh. 5–6
  8. Blekinşip, 1994. səh. 169–170
  9. Məsudi. səh. VIII, 74–75
  10. 1 2 3 Məlikov, 1960. səh. 1003–1004
  11. Dedes, 1996. səh. 9–14
  12. Kanar, 1961. səh. 158–173
  13. Dedes, 1996. səh. –16, 23–25
  14. Vittek, 1934. səh. 1–3, 7–8
  15. Dedes, 1996. səh. 16–22

Ədəbiyyat

redaktə
  • Əsəmina, Xəlil. al-Baṭṭāl, ʿAbdallāh // Flit, Keyt; Kramer, Qudrun; Matringe, Denis; Navas, Con; Rouson, Everett (redaktorlar ). Encyclopaedia of Islam (ingilis). THREE. Brill Online. 2011. ISSN 1873-9830.
  • Blenkinşip, Xalid Yəhya. The End of the Jihâd State: The Reign of Hishām ibn ʻAbd al-Malik and the Collapse of the Umayyads (ingilis). Nyu-York: State University of New York Press. 1994. ISBN 978-0-7914-1827-7.
  • Kanar, Marius. al-Baṭṭāl, ʿAbdallāh // Gibb, Hamilton Aleksandr Rosskin; Kramers, İohannes Hendrik; Levi-Provansal, Evarist; Şaxt, Yozef Frans; Luis, Bernard; Pellat, Şarl (redaktorlar ). Encyclopaedia of Islam (ingilis). I (New edition). Brill Online. 1960. 1002–1003.
  • Kanar, Marius. "Les principaux personnages du roman de chevalerie arabe Ḏāt al-Himma wa-l-baṭṭāl". Arabica (fransız). 8. 1961: 158–173. ISSN 0570-5398. JSTOR 4055170.
  • Dedes, Georgios. The Battalname, an Ottoman Turkish Frontier Epic Wondertale: Introduction, Turkish Transcription, English Translation and Commentary (PDF). Sources of Oriental Languages and Literatures (ingilis). Kembric: Harvard University, Department of Near Eastern languages and Literatures. 1996.
  • Məlikov, İ. al-Baṭṭāl, ʿAbdallāh // Gibb; Kramers, İohannes Hendrik; Levi-Provansal, Evarist; Şaxt, Yozef Frans; Luis, Bernard; Pellat, Şarl (redaktorlar ). Encyclopaedia of Islam (ingilis). THREE. Brill Online. 1960. 1003–1004.
  • Lili, Ralf-İohannes. Lüdviq, Klaudiya; Pratş, Tomas; Zilk, Bit (redaktorlar ). "Abdallāh al-Baṭṭāl (#15)". Prosopographie der mittelbyzantinischen Zeit (alman) (1. Abteilung (641–867), Band 1: Aaron (# 1) – Georgios (# 2182)). Berlin: De Gruyter. A1. 1999: 5–6. ISBN 978-3-11-015179-4.
  • Vittek, Pol. Das Fürstentum Mentesche. Studien zur Geschichte Westkleinasiens im 13.-15. Jahrhundert (alman). İstanbul: Zaman Kitaphanesi. 1934.
  NODES