Adi qəşəng durna

Adi qəşəng durna (lat. Anthropoides virgo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin qəşəng durna cinsinə aid heyvan növü.

Adi qəşəng durna
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Növ:
Adi qəşəng durna
Beynəlxalq elmi adı

Təsviri

redaktə

Ümumi rəngi göyümtül. Başının yanları, boğazı və boynunun ön hissəsi qaradır. Boynunun qara lələkləri döşünə sallanır. Gözlərinin arxasından bir topa ağ lələk boyununun yanlarına sallanır. Ayaqları qara, dimdiyi sarımtıldır. Diri kütləsi 2-3 kq-dır.

Yayılması

redaktə

Avropa, AsiyaAfrikada yayılıb. Afrikanın şimalında, Şimali Qafqazda, Qazaxıstanda, Sibibirin cənubunda yuvalayır, Şimali Qərbi Afrikada, Fələstin, İraq, Pakistan, Hindistanda, Birmada qışlayır. Azərbaycanda Kür-Araz ovalığındaAcınohur-Ceyrançöl alçaq dağlıq sahələrində rast gəlinir. Azərbaycan ərazisində miqrasiya edənlərin əksəriyyəti martın sonu aprelin əvvəlində köçü başa çatdırırlar. Yazda ilk dəstə 21 martda Samux rayonu ərazisində, 4 fərddən ibarət sonuncu qatar 22 mayda Şirvan milli parkında qeydə alındı. 2002-ci ilin may ayında 1 fərd Naxçıvan şəhəri ətrafında və Samux ərazisində müşahidə edilmişdir. Payızda kütləvi köç avqustun sonundan sentyabrın sonunadək davam edir. Avqustun 28-dən, sentyabrın 7-dək Samuxun Hacılar kəndi ətrafına quşun ümumi sayı 1060 fərd olan 12 qatar yenərək 3-7 gün orada qalmışdır. 2002-ci ildə 16 sentyabr -1 okyabr aralığında Qızılağac qoruğunun Kürdili sahəsində 21-93 fərddən ibarət cənuba uçan qatarlar qeydə alınmışdır. Kürsəngi gölü ətrafında istirahət edən və hər biri 500 fərddən ibarət 2 ən böyük qatar 2006-cı ildə qeydə alınmışdır.

Həyat tərzi

redaktə

Digər durnalardan fərqli bataqlıq sahələrdə deyil, ot örtüyü hündür olmayan-çöllərdə, yarımsəhralarda məskunlaşır. Eyni zamanda çaylara, göllərə yaxın əkin sahələrində də qidalanır və yuvalayır. Monoqam quşdur. Qışda və miqrasiya vaxtında taxıl, və yabanı. bitkilərin toxumları, eyni zamanda cücülərlə və xırda heyvanları ovlayırlar. Əsasən səhər və axşam saatlarında yemlənir.

Dünyada sayı 230 - 280 min fərd təşkil edir. 2005-2010-cu illərdə yaz-payız köçündə Azərbaycan ərazisində 4 minə yaxın fərd qeydə alınmışdır. 13. 10. 1958-ci ildə Qızılağac Dövlət Təbiət Qoruğunda ötüb keçərkən 84, 1961-1964-cü illərdə Ağgöldə 400, 16. 11. 2000-ci ildə Ceyrançöl-nohur alçaq dağlığında 2 fərdi qeydə alınıb. Azərbaycan ərazisində yazda miqrasiya edən durnanın sayı 2005-ci ildə 70; 2007-ci ildə 347; 2008-ci ildə 963; 2009-cu ildə 1018; 20010-cu ildə 864 fərd təşkil etmişdir. Payız köçündə isə 2005-ci ildə 1013; 2006-cı ildə 2060; 2007-ci ildə 2102; 2008-ci ildə 3012; 2009-cu ildə 3211; 2010-cu ildə 2087 fərd qeydə alınmışdır.

Azalma səbəbləri

redaktə

Yuvalama yerlərində xam torpaqların şumlanıb əkilməsi, kənd təsərrüfatı işləri zamanı yuvaların dağıdılması, yeyilən dənlərdən kütləvi zəhərlənmə, intensiv mal-qara otarılması, çoban itləri tərəfindən olan narahatlıq və brakonyerlik.

Qorunması üçün qəbul edilmiş tədbirlər

redaktə

Ovlanması qadağandır. Qızılağac, Körçay, Turyançay və Samur Dövlət Təbiət Qoruqları, Şirvan və Ağgöl Milli Parkların olması miqrasiyasına müsbət təsir edir. CİTES, Bonn, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

redaktə

Yemlənmək, geçələmək və istirahət üçün daimi istifadə etdikləri sahələr yerli ekoloji təşkilat və bələdiyələr tərəfindən nəzarətə götürülməli, əhali arasında təbliğat işi aparılmalıdır.

İstinadlar

redaktə
  1. HBW and BirdLife Taxonomic Checklist v2. / red. BirdLife International 2017.
  2. eBird Taxonomy v2018. EBird, 2018.

Həmçinin bax

redaktə
  NODES
Idea 1
idea 1
INTERN 1