Afrodisiyalı Aleksandr

(Aleksandr (Afrodisialı) səhifəsindən yönləndirilmişdir)

Afrodisialı Aleksandr (yun. Ἀλέξανδρος ὁ Ἀφροδισιεύς, II – III yüzilliklər) — Roma filosofu, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. Aristotelin əsərlərinə şərhlər yazanlardan biri olmuşdur. O, həm də Aristotelin təlimini başqa məktəblərin nümayəndələrinin tənqidlərindən müdafiə edirdi. Buna görə də sonralar ona "Şəhrçi" adını vermişdirlər.

Afrodisiyalı Aleksandr
q.yun. Ἀλέξανδρος ὁ Ἀφροδισιεύς
q.yun. Τίτος Αὐρήλιος Ἀλέξανδρος[1]
Doğum tarixi II əsr
Doğum yeri
Vəfat tarixi III əsr
Fəaliyyəti filosof
Fəaliyyət illəri 2. əsr–3. əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Aristotelin "İlk analitikasına" şərhlər, 1549

Fəaliyyəti

redaktə

Aleksandrın məqsədi Aristoteli tanıtmaq, onun əsərlərindəki ziddiyyətləri ortadan qaldırmaq olmuşdur. Məlumdur ki o, Aristotelin "Metafizika", "Meteorologiya", "Topika", "Ruh haqqında", "Göy haqqında" kimi əsərlərinə ətraflı şərhlər yazmışdır. Onun bir çox əsərləri zamanımıza ərəb tərcümələri vasitəsilə gəlib çatmışdır. Çünki orta əsrlərdə ərəbdilli filosoflar Aristotelin və onun şərhçilərinin irsi ilə çox maraqlanmış və bu ənənəni davam etdirmişdirlər.[3]

Aleksandr öz şərhlərini özünəməxsus şəkildə verirdi. O, Aristotelin kitabından hansısa bir sətri olduğu kimi verdikdən sonra, onun altında böyük həcmli şərhini yazmış və sonra başqa sətrə keçirdi. Beləliklə, bütün kitab şərh olunurdu.

Aleksandr Aristoteli peripatetik ənənəyə dayanaraq şərh edən sonuncu şərhçi olmuşdur. Ondan sonra peripatetik məktəbin ardıcılları platonçularla qarışmışdırlar.

Aristotelin şərhçisi kimi tanınmış Aleksandrın özünə məxsus fikirləri də olmuşdur. Məsələn, "Tale haqqında" (yun. Перὶἐἱμαρμένης, lat. De fato) əsərində o tale, azadlıq və təsadüf anlayışları haqqında düşünmüşdür. Aleksandr taleyin hər şeyi həll etməsini iddia edən stoaçılarla razılaşmırdı. Onun fikrincə tale qanunauyğunluqdur, ancaq zərurət deyildir. Bu qanunauyğunluğun içində təsadüfə də yer vardır. Belə olmasaydı, onda insan fəaliyyətinin heç bir mənası olmazdı. İnsanın hərəkət və davranışlarının səbəbi elə o özüdür, hər şeyi taleyin üzərinə atmaq olmaz.[4]

Aleksandrın "Ruh haqqında" (yun. Περὶ Ψυχῆς, lat. De Anima) əsəri bir çox hallarda Aristotelin fikirlərini təkrarlayır. Onun fikrincə, ruh bədənin ondan ayrılmaz formasıdır. Ruhun bitkisel, duyğusal və düşüncəvi funksiyaları vardır. Düşünən ruhun özəlliyi mülahizə və təhlil etməkdir. Bunun vasitəsilə insan fikir irəli sürür və ya elmi araşdırma aparır. Eyni zamanda, iki çür ruh vardır: "imkanlı" (potensial) və "fail" (aktual). Birincisi doğuşdan təbiət tərəfindən verilir; o yazılmamış vərəqə bənzərdir. İkincisi isə sonradan qazanılan, məhz bu düşüncənin əsasını təşkil edir.[4]

Bu əsərin ikinci hissəsində "Düşüncə haqqında" (yun. Περὶ νοῦ) adlanan bölüm vardır. Orada Aleksandr düşüncənin nə olması haqqında düşünür. Onun fikrincə insanda üç növ düşüncə vardır. Birincisi, doğuluşdan var olur və o ən ibtidaisidir; ikincisini insan öz fəaliyyəti nəticəsində əldə edir; üçüncüsü isə insana əlavə olaraq daxil edilir. Onun vasitəsilə də düşünmə qabiliyyəti yaranır.

Mənbə

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 156-157. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Həmçinin bax

redaktə
  1. http://clas-lgpn2.classics.ox.ac.uk/id/V5b-1561.
  2. Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. Александр Афродисийский // Античная философия: Энциклопедический словарь Arxivləşdirilib 2021-01-24 at the Wayback Machine / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция. 2008.
  4. 1 2 Солопова М. А. Александр Афродисийский и его трактат "О смешении" в контексте истории комментаторской традиции аристотелизма Arxivləşdirilib 2018-05-08 at the Wayback Machine. М.: Наука, 2002, s. 187-188.
  NODES