Aleksandr fon Humboldt

Aleksandr Humbolt (alm. Friedrich Wilhelm Heinrich Alexander Freiherr von Humboldt‎; 14 sentyabr 1769[1][2][…], Berlin, Prussiya, Müqəddəs Roma imperiyası[4][5][…]6 may 1859[1][2][…], Berlin, Prussiya[5]) — alman alimi-ensiklopedisti, tədqiqatçısı, fizik, meteoroloq, coğrafiyaşünas, botanik, zooloq və səyyahı, digər alman alimi Vilhelm fon Humboldtun kiçik qardaşı, bitkilərin coğrafiyası təliminin banisi.

Aleksandr fon Humboldt
alm. Alexander von Humboldt
Doğum tarixi 14 sentyabr 1769(1769-09-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 may 1859(1859-05-06)[1][2][…] (89 yaşında)
Vəfat yeri
Elm sahələri Geobotanika, iqtisadi coğrafiya, coğrafiya, meteorologiya, botanika, zoologiya, fizika
İş yeri
Təhsili
Elmi rəhbəri Qeorq Kristof Lixtenberq[3]
Üzvlüyü
Mükafatları 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni Knight of the Order of St. Alexander Nevsky "III Karlos" ordeninin böyük xaçı Qara Qartal ordeni Pour le Mérite "Fəxri legion" ordeninin Böyük xaçı "Roza" imperator ordeni Merit Order of the Bavarian Crown Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni Grand Cross of the Order of the Dannebrog Grand Cross of the Order of Christ Civil Order of Saxony Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus I dərəcəli "Qırmızı qartal" ordeni Order of the White Falcon
"Kopli" medalı
İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

XVIII əsrin sonlarında kəşf olunmuş materiklərin sahəllərinin konturları kifayət qədər dəqiq verilmişdir. Naməlum qalan Antraktida, Şimali Amerikanın şimalı, Sakit və Atlantik okeanında bir sıra adalar idi. Materiklər sahil xətləri kifayət qədər dəqiq verilməsinə baxmayaraq onların daxili hissələri əsasən tədqiq olunmamış "ağ ləkələr" şəklində qalmaqda idi. Dünyanın ən uzun çayı olan Nilin mənbəyi Alp-Himalay və And-Kordilyer dağ sistemləri, Afrika, Cənubi Amerika, Hindistan, İndoneziyanın tropik meşələri, torpaq örtüyü, çayları, gölləri, həmçinin səhralar öyrənilməmiş qalırdı. Ölkələrdə mövcud olan vulkanlar, faydalı qazıntılar haqqında təsəvvürlər ibtidai ormada idi. Qarşıda duran bu məsələlərin öyrənilməsində alman alimi Aleksandr Humboltun özünəməxsus yeri olmşdur.

Humbolt 1769-cu ildə Almaniyada mülkədar ailəsində anadan olmuşdur. Qardaşı Vilhelmlə birlikdə yüksək səviyyədə təhsil almış hümbolt bitkilərlə çox maraqlandığından uşaqlıqdan yoldaşları tərəfindən zarafatla olsa da alim deyə çağrılırdı. Humbolt 18 yaşında Frankfurt, Berlin universitetlərində mühazirələr dinləmiş, daha sonra Freyberq akademiyasında təhsilini davam etdirməklə geniş biliyə malik olmuşdur. 1789-cu ildə ilk səyahətini Qərbi Almaniyadan başlayan alim, sonradan ekspedisiyasını Reyn çayı hövzəsində davam etdirməklə Reyn hövzəsinin bazaltları haqqında birinci elmi işini yazmışdır.

1799-cu ildə Humbolt dostu Bonplanla Cənubi və Mərkəzi Amerikada tədqiqat işləri aparmaq məqsədilə ispan hakimiyyətindən icazə alırlar (şəkil 10). Hər ikisi "Pisarro" gəmisində Kanar adalarına üzməklə Teyde vulkanına qalxırlar. Daha sonra Cənubi Amerikanın şimalına Venesuelaya üzməklə Karakas şəhəri ətrafında olmaqla ölkəyə məxsus savannaları tədqiq edirlər. Botanik dostu Bonplanla birlikdə bu ərazilərin yağıntılı dövrü ilə quraq dövrünün dəqiq təsvirini verməklə əmələgəlmə xüsusiyyətlərinin izahını verməyə çalışırlar. Orinoka çayında üzərkən bu çaydan bir qolun ayrılaraq Amazonun qolunu təşkil etdiyini, yəni çayın bufirkasiyasını müəyyən edirlər. Venesueladan Kubaya Üzən tədqiqatçılar Peruya doğru istiqamət götürürlər. Ekvadora səyahətdən sonra And dağlarında Kotopaxi (Tüstülənən Daş) və Çimboraso (Qarlı dağ) vulkanlarında tədqiqatlarını davam etdirirlər. Dağlarda bitki örtüyünün şaquli zonallıq üzrə dəyişməsini ilk dəfə olaraq Humbolt Cənubi Amerikada müşahidə etmişdir. Səyahətin davamı yenidən Kuba Meksika ölkələri olur. Nəhayət ABŞ-nin Delavar körfəzindən Avropaya qayıdırlar.

Humboltun 5 il çəkən birinci səyahətinin elmi əhəmiyyəti Amerikanın tədqiq olunmuş ərazilərinin təsviri, müxtəlif şəkillər, cədvəllər, xəritələrin çəkilməsi, şaquli zonallığın müəyyən edilməsi və s. olmuşdur. Ekspedisiyanın nəticələri 25 ildə 30 cilddə çap olunmuşdur. 1829-cu ildə rus hökumətinin dəvətilə Humbolt Rusiyaya gəlir. Dünya şöhrətli alimin artıq 60 yaşı tamam olmuşdur. Az əvvəl o, "Peterburq Elmlər Akademiyası"nın fəxri üzvü seçilmişdir. Humboltu Rusiyada əsasən Uralın zəngin faydalı qazıntıları maraqlandırırdı. Ona görə də marşrutu Peterburqdan, Moskva, Kazan, Mərkəzi Ural, Qərbi Sibir, Ob, Altay, Omsk, Cənubi Ural, Həştərxan, yenidən Moskva və Peterburq üzrə təşkil etməklə, 1829-cu ilin dekabrında vətəni Almaniyaya qayıdır. Ekspedisiya böyük ərazini əhatə etməklə qısa müddətli olduğundan nəticələri Amerikada aparılan tədqiqatlar qədər olmasa da, əldə olunmuş materiallara əsaslanaraq bir sıra məqalələr və iki kitabda toplanmış məlmatlar öz əksini tapmışdır. Sutkada cəmi beş satt yatmaqla kifayətlənən məşhur alman tədqiqatçısı müasir coğrafiyanın əsasını qoyan alimlərdən biri olmuşdur. Humbolt ilk dəfə meteoroloji stansiyalar şəbəkəsi yaratmış alimlərdən olmuş, izotermlərin verilməsini təklif etmişdir. Onun təklifi əsasında Peterburq yaxınlığında daimi meteoroloji müşahidə aparmaq və yer maqnetizmini öyrənmək məqsədilə ilk rəsədxana tikilmişdir. İlk dəfə olaraq Humbolt yer kürəsinin relyefini öyrənməklə dağ sistemlərinin orta hündürlüyünün hesablanma metodunu vermişdir.

Yer qabığının quruluşu haqqında "Plutonislərin"bütün dağ süxurlarının vulkan mənşəli olmaları fikrini müdafiə və inkişaf etdirilməsində fəal rol oynayan alim fiziki-coğrafiyanın, həmçinin ölkəşünaslığın elmi əsasını qoymuşdur. Təbiətdə baş verən təbii hadisələr arasındakı əlaqələrin və qanunauyğunluqların öyrənilməsi onun beş cildlik "Kosmos" əsərində öz əksini tapmışdır. Humboltun adı Mərkəzi Asiyada dağ silsiləsi, Şimali Amerikada çay, göl və körfəz, Qrenlandiyada buzlaq, Avstraliyada dağ, Cənubi Amerikanın qərbində cərəyan, mineral, bir neçə bitki növü, Ayda krater və s. ilə əbədiləşdirilmişdir.

Ədəbiyyat

redaktə

Alman dilində

redaktə
  • Conrad Müller (Hrsg.): Alexander von Humboldt und das Preußische Königshaus. Leipzig 1928
  • Gustav Biedermann: Die spekulative Idee in Humboldts Kosmos, ein Beitrag zur Vermittlung der Philosophie und die Naturforschung. 1949
  • Johannes Paul: Alexander von Humboldt. Ansichten der Natur. In: Abenteuerliche Lebensreise. Sieben biographische Essays. Wilhelm Köhler Verlag, Minden 1954, S. 141–205
  • Hanno Beck (Hrsg.): Gespräche Alexander von Humboldts. Berlin 1959
  • Hanno Beck. Alexander von Humboldt. 2 Bände. Wiesbaden 1959–1961
  • Adolf Meyer-Abich: Alexander von Humboldt. Rowohlt, Reinbek 1967
  • Heinrich Pfeiffer (Hrg.): Alexander von Humboldt. Werk und Weltgeltung. München 1969
  • Douglas Botting: Alexander von Humboldt — Biographie eines großen Forschungsreisenden. München 1974 (6. Auflage 2001), ISBN 3-7913-0085-7
  • Herbert Scurla: Alexander von Humboldt. Sein Leben und Wirken. 9. Auflage. Berlin 1980
  • Kurt-R. Biermann, Ilse Jahn, Fritz G. Lange (Bearb.): Alexander von Humboldt. Chronologische Übersicht über wichtige Daten seines Lebens. 2. Auflage. (= Beiträge zur Alexander-von-Humboldt-Forschung). Berlin 1983
  • Herbert Kessler (Hrsg.): Die Dioskuren. Probleme in Leben und Werk der Brüder Humboldt. Mannheim 1986
  • Werner Rübe: Alexander von Humboldt. Anatomie eines Ruhms. München 1988
  • Kurt Schleucher: Alexander von Humboldt. Berlin 1988
  • Kurt-Reinhard Biermann: Alexander von Humboldt. 4. Auflage. Leipzig 1990
  • Kurt-R. Biermann: Miscellanea Humboldtiana. (Beiträge zur Alexander-von-Humboldt-Forschung). Berlin 1990
  • Kurt-R. Biermann: Beglückende Ermunterung durch die akademische Gemeinschaft. Alexander von Humboldt als Mitglied der Berliner Akademie der Wissenschaften. (Beiträge zur Alexander-von-Humboldt-Forschung). Berlin 1991, ISBN 978-3-05-001957-4
  • Kurt-R. Biermann: Beglückende Ermunterung durch die akademische Gemeinschaft. Alexander von Humboldt als Mitglied der Berliner Akademie der Wissenschaften. Akademie Verlag Berlin, 1992, ISBN 978-3-05-001957-4
  • Alfred Dove: Humboldt, Friedrich Wilhelm Heinrich Alexander v.. In: Allgemeine Deutsche Biographie (ADB). Bd. 13, S. 358–383
  • Studia Fribergensia. Vorträge des Alexander-von-Humboldt-Kolloquiums in Freiberg 1991. (Beiträge zur Alexander-von-Humboldt-Forschung). Berlin 1994
  • Otto Krätz: Alexander von Humboldt — Wissenschaftler Weltbürger Revolutionär. Callwey, München 1997, ISBN 3-7667-1282-9
  • Frank Holl (Konzeption): Alexander von Humboldt. Netzwerke des Wissens. Katalog zur Ausstellung im Haus der Kulturen der Welt Berlin und in der Kunst- und Ausstellungshalle der Bundesrepublik Deutschland Bonn. Berlin und Bonn 1999
  • Detlef Haberland, Wolfgang Hinrichs, Clemens Menze (Hrsg.): Die Dioskuren II. Annäherungen an Leben und Werk der Brüder Humboldt. Mannheim 2000
  • Horst Fiedler, Ulrike Leitner: Alexander von Humboldts Schriften. Bibliographie der selbständig erschienenen Werke. (= Beiträge zur Alexander-von-Humboldt-Forschung; 20). Berlin 2000
  • Ottmar Ette: Weltbewußtsein. Alexander von Humboldt und das unvollendete Projekt einer anderen Moderne. Weilerswist 2002
  • Jürgen Hamel, Eberhard Knobloch, Herbert Pieper (Hrsg.): Alexander von Humboldt in Berlin. Sein Einfluß auf die Entwicklung der Wissenschaften. (= Algorismus. Studien zur Geschichte der Mathematik und der Naturwissenschaften; H. 41). Augsburg 2003
  • Petra Werner: Himmel und Erde. Alexander von Humboldt und sein Kosmos. (Beiträge zur Alexander-von-Humboldt-Forschung). Berlin 2004, ISBN 978-3-05-004025-7
  • Krzysztof Zielnica: Polonica bei Alexander von Humboldt. (Beiträge zur Alexander-von-Humboldt-Forschung). Berlin 2004, 445 S., 143 s.-w. Abb., ISBN 978-3-05-003867-4
  • Ulrike Leitner, Ingo Schwarz (Begr.): Alexander von Humboldts unselbständige Schriften — Verzeichnis. (Online-Ausgabe)

Rus dilində

redaktə
  • Энгельгардт М. А. Александр Гумбольдт, его жизнь, путешествия и научная деятельность. Биогр. очерк. — СПб.: Типография товарищества "Общественная польза", 1891
  • Сафонов В. А. Александр Гумбольдт. — М.: Мол. гвардия, 1959
  • Есаков В. А. Александр Гумбольдт в России. — М.: Издательство Академии наук СССР, 1960
  • Скурла Г. Александр Гумбольдт / сокр. пер. с нем. Г. Шевченко. — М.: Молодая гвардия (ЖЗЛ), 1985

Başqa dillərdə

redaktə
  • Botting D. Humboldt and the Cosmos. — L. : Joseph, 1973 (ing.)
  • Nicolaas A. Rupke: Alexander von Humboldt. A Metabiography. Lang, Frankfurt am Main u. a. 2005 (ing.), ISBN 3-631-53932-0
  • "Giganten". Humboldt — Ruf der grünen Hölle. Der wahre Entdecker. Größter Forschungsreisender der Neuzeit. Doku-Drama, 60 Min., Buch und Regie: Gero von Boehm, mit Matthias Habich als Alexander von Humboldt, Produktion: ZDF, Erstsendung: 8. April 2007, Inhaltsangabe des ZDF
  • Alexander von Humboldt — aus seinem Leben — aus seinem Werk. Dokumentation, BR Deutschland, 1969, Regie: Martin Schließler
  • Kosmos — Erinnerungen an Alexander von Humboldt. Dokumentarfilm, 41 Min., DDR, 1960, Buch und Regie: Karl Gass, Produktion: DEFA

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES
Project 1