Alisa güzgü arxasında (film, 2016)

(Alisa xəyal güzgüsündə (film, 2016) səhifəsindən yönləndirilmişdir)

Alisa güzgü arxasında[6] — rejissor Ceyms Bobinin, ssenari müəllifi Lind Vulverton və prodüser Tim Börtonun fentezi, macəra janrında çəkdiyi amerikan filmi. Film Luis Kerrollun eyniadlı əsərinin personajlarının motivləri əsasında çəkilmişdir. "Alisa möcüzələr ölkəsində" filminin davamıdır.

Alisa güzgü arxasında
ing. Alice Through the Looking Glass
Janr Fentezi
Macəra filmi
Ailə filmi
Rejissor Ceyms Bobin (ing.)
Prodüserlər Tim Börton
Co Rot
Cennifer Todd
Syuzan Todd
Ssenari müəllifi Linda Vulverton (ing.)
Baş rollarda Mia Vasikovska (rus.)
Conni Depp
Helena Bonem Karter (rus.)
Enn Hetevey(rus.)
Saşa Baron Koen (rus.)
Operatorlar Styuart Draybörq (rus.)
Bəstəkarlar Denni Elfman (rus.)
Montajçı Endrü Vaysblum[d][1]
İstehsalçı Walt Disney Studios Motion Pictures (ing.)
Distribütor Walt Disney Studios Motion Pictures[d], Netflix, Disney+
İlk baxış tarixi 26 may 2016[2], 27 may 2016[3], 27 may 2016[4], 2 iyun 2016[5]
Müddət 113 dəq.
Yaş həddi 12+
Büdcə 170 mln. $
Gəlir 299 457 024 $
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 2016
Əvvəlki film Alisa möcüzələr ölkəsində (film, 2010)
Rəng rəngli
IMDb ID2567026
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas rolları Mia Vasikovska, Conni Depp, Helena Bonem Karter, Ene Hetevey və Saşa Baron Koen oynayıb. Filmin ABŞ-də premyerası 27 may 2016-cı ildə baş tutdu[7]. Film Alan Rikmanın xatirəsinə həsr olunmuşdur[8]. Kəpənək Absolemin səsləndirilməsi onun kinodakı son fəaliyyəti olmuşdur.

Məzmun

redaktə

Qəzəbli fırtına. Kapitanı Alice Kinqsli olan "Möcüzə" gəmisi quldurlardan uzaqlaşır. Alice hiylə ilə, düşmən gəmilərini quruya yan almağa məcbur edir və onları Londona istiqamət götürməyi əmr edir. Evə qayıtdıqdan sonra Alisa, katib Ceyms Harkortdan, Hamişin atası — lord Eskotun vəfat etdiyini eşidir. Hamiş əvvəllər Alisa ilə evlənmək istəyirdi. Həmin gecə onlar Hamiş gildə təşkil olunan böyük rəqs gecəsinə gəlirlər və Alisa öyrənir ki, onun anası Helen öz rəhmətlik əri Çarlzın şirkətinin 10%-ni evin kupçası ilə birlikdə satmışdır. Alisa, düşüncəsiz hərəkətinə görə anasını məzəmmət edir və həmişə öz gəmisində səyahət etmək arzusunda olduğunu söyləyir. Alisa köhnə dostu — keçmiş tırtıl və indi kəpənək Absolem ilə tanış olduğu evə qaçır. O güzgüdən keçərək, möcüzələr ölkəsinə düşür.

Səmadan yerə atılır və onun yolunu gözləyən doslarının və Ağ şahzadənin sarayına düşür. Onlar Alisaya Papaqçının meşədə gəzərkən ilk dəfə kağızdan hazırladığı papağı tapdığını söyləyirlər. Papaqçı bu papağı atası- Zanik Silindirə hədiyyə etmişdi və indiyəcən atasının onu tulladığını düşünürdü. İndi Tarrant Silindr, ailəsinin hələ də sağ olduğunu düşünərək, onları tapmaq istəyir.

Alisa onun yanına gedir və ailəsinin öldüyünü, onları geri qaytarmağın mümkün olmadığını deyir. Ancaq Papaqçı "Əsl Alisa mənə inanardı." söyləyir və onu qovur. Ağ Kraliça və Ağ Dovşan hansısa xronosfer və onunla keçmişə səyahətin mümkün olduğunu xatırladırlar. Mirana iddia edir ki, Papaqçının ailəsini ölümdən xilas etmək mümkün ola bilərdi. Köhnə bir saat vasitəsilə, Alisa başqa bir dünyaya keçir və Zamanın qalasında özünü tapır. İçəridə o, qəribə kiçik canlılarla və qalanın sahibiylə qarşılaşır.

Zaman nəinki ölkənin bütün sakinlərini izləyir, həm də kimin ömrünün bitdiyinə qərar verir. O, hər bir sakinin yaşadığı müddəti əks etdirən bağlı saatları "Mərhum vətəndaşların Yeraltı" salonundan asır. Zaman Alisanı görür və nə istədiyini soruşur. Alisa Papaqçını xilas etmək üçün xronosferi verməyi ondan xahiş edir, ancaq rədd cavabı alır. Xronosfer həm də, kiçik bacısından qisas almaq istəyən Qırmızı Kraliçaya da lazımdır. Qalanı tərk edərkən, Alisa xronosferi ələ keçirir və yola düşür. İrasibeta isə Zamana tapşırır ki, Alisaya çatsın və xronosferi ondan geri alsın.

Zaman okeanında səyahət edən Alisa, Mramorealski bacılarının tacqoyma gününə gəlib düşür və burada gənc Papaqçını görür. O mərasimdə, İrasibeta və onun böyük başına görə bütün zaldakıları güldürür. İrasibeta isə buna görə hamıdan öc alacağını söyləyir. Buna görə atası İrasibetanı, onu ölümündən sonra taxta çıxmaq hüququndan məhrum edir. Zanik Silindr oğlunun həmişə onu utandırdığını söyləyir və Tarrant küsüb gedir . Alisa onu dayandırmağa çalışır. Tarranta, ailəsini xilas etmək üçün heç bir iş görməsə onları itirəcəyini deyərək xəbərdarlıq edir. Ancaq buna baxmayaraq Tarrant çıxıb gedir.

Qalada Mirana Papaqçı ailəsindən üzr istəyir və axşam saat 6-da İrasibetanın yıxılıb saata çırpıldığı günü və o vaxtdan bəri bacılar arasında mübahisələrin yaşandığını xatırladır. Alisa İrasibetanın yıxılıb saata çırpılmasını dayandırmaq üçün həmin günə yola düşür. O, balaca Papaqçı ilə tanış olur və Papaqçı qıza şapka düzəltmək üçün evinə dəvət edir. Tarrantın hazırladığı kağız papaq atasının xoşuna gəlmir və atası onu tullayır. Alisa isə İrasibetanın görünməli olduğu yerə tələsir.

Bu vaxt qalada, Mirana anasının qadağan etməsinə baxmayaraq, şirin kökənin qalıqlarını götürür və onları yeyib bitirmək üçün otağa qaçır. Bir neçə kökə qırıntısı yerə düşür və Mirana onları bacısının yatağının altında süpürüb gizlədir. Mübahisə yaranır və Mirana günahını tamamilə rədd edir. İrasibeta isə cəzalandırıldığına görə evdən qaçır. Alisa onu ölümcül bir zərbədən xilas etməyə çalışır, amma İrasibeta sürüşərək yıxılır və başı abidəyə çırpılır, nəticədə İrasibetanın başı şişir.

Zaman Papaqçı, Sonya və Mart Dovşanından Alisanın harada olduğunu öyrənməyə çalışır, ancaq onlar Zamanla zarafat edib əylənirlər. Zaman qəzəblənərək, onları "çay içməyə bir dəqiqə qalmış " zaman anına həbs edir. Zaman Alisanı tapır və xronosferi ondan geri almaq istəyir, ancaq Alisa güzgüdən keçib psixiatrik xəstəxanada peyda olur və anası bunu yalnız Alisanın xeyir üçün etdiyini söyləyir. Alisa buradan da qaçaraq o dəhşətli günə gəlib düşür və Papaqçı ailəsinin hələ də sağ olduğunu anlayır. Sən demə İrasibeta onları əsir götürübmüş.

Alisa möcüzələr ölkəsinə gəldiyi günə qayıdır, ancaq Papaqçının ölümcül olduğunu görür və ona yaxınlarının hələ də sağ olduğunu və onları tapmağın mümkün olduğunu xəbər verir. Papaqçı yenidən həyata qayıdır və Alisa ilə birlikdə ailəsini tapmaq üçün Qırmızı Kraliçanın yanına gedir. Qəhrəmanlar Papaqçının ailəsinin kiçildilmiş ölçüdə olduğunu və qarışqalar üçün terrariumda saxlandıqlarını öyrənirlər. İrasibeta, Zamanı həbs edib, xronosferi Alisadan alır və bacısı Mirananı özü ilə, onun yalan söylədiyi həmin günə qayıtmaq niyyəti ilə aparır. Zaman İrasibetaya öz uşaqlıq prototipi ilə qarşılaşa bilməyəcəyini, hər şeyin məhv olacağını söyləyir.

Ancaq keçmişdə belə, yetkin Mirana həqiqəti deyə bilmir və İrasibeta prototipi ilə qarşılaşacağı otağa daxil olur. Hər şey donmağa başlayır. Papaqçı və Alice Ağ Kraliçanı götürərək zaman okeanında səyahət edirlər və Zamanın qalasına yollanırlar. Ətrafdakı hər şey donmağa başlayır və Zaman Alisanın xronosferi geri qaytarıb qoymasına kömək etməyə çalışır, ancaq Alisa da donur. Xronosfer ilə yuva arasındakı əlaqə bərpa olunur və hər şey normala qayıdır. Mirana İrasibetadan üzr istəyir və onlar nəhayət barışırlar.

Rollarda

redaktə

İstehsalı

redaktə
 
Filmin çəkilişləri zamanı Qloster şəhərinin doklarındakı gəmilərdən istifadə olunmuşdur (2014 avqust).

2012-ci il dekabr ayının 7-də "Variety" (rus.) qəzeti "Alisa möcüzələr ölkəsində" filminin ardının çəkilişi haqqında məlumat dərc etdi və Linda Vulverton növbəti filmin ssenaristi oldu[17]. Növbəti ilin 31 mayında Disney, Ceyms Bobinə (ing.) "Alice in Wonderland: Into the Looking Glass" (işçi adı) fiminə rejissorluq etmək təklifi göndərdi[18].

2013-cü ilin iyul ayında Conni Deppin Papaqçı rolunu davam etdirəcəyi açıqlandı[19]. Həmin ilin noyabrında Mia Vasikovskayanın Alisa rolu üçün müqavilə bağladığı barədə məlumatlar ortaya çıxdı[20].

Noyabrın 22-də serialın 27 may 2016-cı ildə yayımlanacağı və Ceyms Bobinin rejissor olacağı açıqlandı[20]. 21 yanvar 2014-cü ildə film "Alice in Wonderland: Through the Looking Glass" adlandırıldı[21]. 21 yanvar 2014-cü il Saşa Baron Koen filmin aktyor heyətinə qatıldı[22]. O, Zaman rolunu oynayacaqdı. 2014-cü ilin mart ayında Helena Bonem Karterin Qırmızı Kraliça rolunu davam etdirəcəyi təsdiqləndi[23]. 2014-cü ilin mayında Ris İvans filmin qəhrəmanları sırasına qatıldı. O, Dəli Papaqçının atası rolunu oynayacaqdı[24].

Çəkilişləri

redaktə

Filmin əsas çəkilişləri 4 avqust 2014-cü ildə "Shepperton Studios"da başladı[25].

Elə həmin ilin avqust ayında filmin çəkilişləri Qloster (rus.) şəhərinin doklarında(rus.) davam etdirildi — nəticədə 4 tarixi gəmi: "Kathleen and May", "Irene", "Excelsior" və "Earl of Pembroke" istifadə edildi. Sonuncu gəminin adı film üçün xüsusi olaraq "The Wonder" adıyla əvəz olundu[26][27][28][29][30]. Основные съёмки завершились 31 октября 2014 года[31]. Əsas çəkiliş 31 oktyabr 2014-cü ildə başa çatdı. Xüsusi effektlərin və filmin tərtibatı 26 yanvar 2015-ci ildə başa çatdı.

Premyerası

redaktə

Filmin premyerası 10 may 2016-cı ildə Londonda baş tutdu; Mayın 27-də film ABŞ-nin kinoteatrlarında nümayiş olundu. Film 18 oktyabr 2016-cı ildə DVD, Blu-ray və rəqəmsal formatda yayımlandı (Walt Disney Studios Home Entertainmentin(rus.) distribütorluğu vasitəsilə)[32][33].

Musiqisi

redaktə

Filmin musiqisi bəstəkar Denni Elfman (rus.) tərəfindən yazılmışdır və filmin buraxılış günü (27 may 2016) Walt Disney Records (rus.) etiketi ilə yayımlandı.

Musiqi siyahısı

redaktə

"Just Like Fire" istisna olmaqla bütün musiqilər Danny Elfman tərəfindən yazılmışdır.

Bütün musiqi
tərəfindən bəstələnmişdir

BaşlıqMüddət
1.""Alice""6:35
2."«Saving the Ship»"3:40
3."«Watching Time»"5:10
4."«Looking Glass»"3:30
5."«To the Rescue»"0:56
6."«Hatter House»"3:47
7."«The Red Queen»"2:29
8."«The Chronosphere»"4:15
9."«Warning Hightopps»"2:23
10."«Tea Time Forever»"1:45
11."«Oceans of Time»"1:15
12."«Hat Heartbreak»"2:27
13."«Asylum Escape»"4:06
14."«Hatter's Deathbed»"3:22
15."«Finding the Family»"2:04
16."«Time Is Up»"4:24
17."«World's End»"1:50
18."«Truth»"4:09
19."«Goodbye Alice»"2:13
20."«Kingsleigh & Kingsleigh»"1:19
21."«Seconds Song»"0:11
22."«Friends United»"1:06
23."«Time's Castle»"1:49
24."«The Seconds»"1:55
25."«Clock Shop»"0:50
26."«They're Alive»"2:23
27."«Story of Time»"3:03
28."«Just Like Fire» (Pink)"3:35
Ümumi müddət:76:53

Tənqidi

redaktə

Film kino tənqidçiləri tərəfindən əsasən mənfi rəy aldı. İcmal aqreqatoru Rotten Tomatoes, 215 rəy əsasında ortalama reytinqi 10-dan 4.6 olaraq 30% verdi. Metacritic, 100-dən 34% reytinqi olduğunu bildirdi.

İstinadlar

redaktə
  1. Alice Through the Looking Glass Press Kit (ing.). The Walt Disney Company.
  2. Kinopolis (alm.). 1905.
  3. Bahr L. 'Alice in Wonderland 2' and 'The Jungle Book' snag release dates (ing.). // Entertainment Weekly NYC: Meredith Corporation, 2013. ISSN 1049-0434; 2169-3188
  4. Base de datos de películas calificadas.
  5. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  6. "Alisa güzgü arxasında IMAX". Park Cinema. 2016-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2023.
  7. James Bobin. "Alice Through the Looking Glass". 2016-05-27. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
  8. Loughrey, Clarisse. "Alan Rickman movies: Late actor has two more films out this year". The Independent (ingilis). 14 January 2016. 14 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 "Alice in Wonderland 2 Cast Announced as Production Begins Today". Collider.com. August 4, 2014. March 30, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014.
  10. Rose, Jenn. "Who Plays The Young Hatter In 'Alice Through The Looking Glass'? The Kid Actor Is Adorable". June 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2016.
  11. "Curtis Brown". June 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2016.
  12. "Curtis Brown". June 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2016.
  13. "Kyle Hebert on Twitter". March 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2016.
  14. "Andrew Scott | United Agents". unitedagents.co.uk. 2015-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-11.
  15. "News: 'Alice in Wonderland : Through the Looking Glass'". Thisisfilm.com. 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2014.
  16. McGovern, Joe. "Meet the Seconds: See exclusive images of Time's critters from Alice Through the Looking Glass". Entertainment Weekly. April 22, 2016. May 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2016.
  17. Graser, Marc. "Disney mad for 'Alice in Wonderland' sequel". Variety. December 7, 2012. February 11, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2020.
  18. "James Bobin in Early Talks to Direct 'Alice in Wonderland' Sequel (EXCLUSIVE)". Variety. October 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2014.
  19. Bahr, Lindsay. "Johnny Depp Finalizing 'Alice In Wonderland 2′". Deadline Hollywood. July 12, 2013. July 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2013.
  20. 1 2 Finke, Nikki. "'Alice in Wonderland 2' and 'The Jungle Book' snag release dates". Entertainment Weekly. November 22, 2013. November 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2013.
  21. "Alice In Wonderland 2 Now Titled Through The Looking Glass, Sacha Baron Cohen In Talks". CinemaBlend.com. January 21, 2014. September 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014.
  22. "Sacha Baron Cohen Eyes 'Wonderland' Sequel 'Through the Looking Glass' (EXCLUSIVE)". Variety. January 21, 2014. September 19, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014.
  23. "Helena Bonham Carter's Red Queen Heads Through the Looking Glass". ComingSoon.net. March 12, 2014. October 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014.
  24. "Rhys Ifans to Join Johnny Depp in Disney's 'Alice in Wonderland' Sequel (Exclusive)". TheWrap. May 29, 2014. May 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014.
  25. "Disney's Alice in Wonderland: Through the Looking Glass Starts Filming!". ComingSoon.net. August 4, 2014. November 7, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014.
  26. "Ship to feature in new Johnny Depp film arrives in Gloucester Docks". Gloucester Citizen. August 12, 2014. 2014-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2014.
  27. "Gloucester Docks boaters unhappy with Hollywood movie filming". BBC. January 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2014.
  28. "Tall ships arrive in Gloucester Docks ahead of Hollywood movie filming". BBC. January 15, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2014.
  29. "Tall ship The Wonder arrives at Gloucester Docks for Alice in Wonderland sequel, Through the Looking Glass, starring Johnny Depp". SouthWest Business. November 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2014.
  30. "Gloucester Docks transformed for Alice film". BBC. November 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2014.
  31. "On the Set for 11/3/14: Keanu Reeves Starts Daughter of God, Magic Mike XXL & Ant-Man Wrap". ssninsider.com. 2014-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2014.
  32. AWN Staff Editor. "Disney's 'Alice Through the Looking Glass' Journeys Home October 18". Animation World Network. August 9, 2016. February 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2016. ([[:Category:|link]])[[Category:]]
  33. Tom Stockman. "ALICE THROUGH THE LOOKING GLASS on Digital HD, Blu-ray and Disney Movies Anywhere October 18th". We Are Movie Geeks. August 5, 2016. February 4, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2016.

Xarici keçidlər

redaktə
  NODES
HOME 2
iOS 4
mac 2
Note 1
os 20
twitter 1