Alman çoban iti
Alman çoban iti — Almaniya köklü bir it irqidir. Böyük, atletik və güclü olması ilə yanaşı düzgün yetişdiriləndə bu iti ailə, qoruma, yaxud iş iti kimi istifadə etmək mümkündür. Alman çoban itləri iş sinfi (workline) və şou sinfi (showline) olmaqla iki sinfə ayrılır. İş sinfi olaraq çoxaldılan alman çoban itləri daha yüksək omba və daha uzun ayaqlara malikdirlər. Şou üçün çoxaldılan alman çoban itləri isə daha alçaq ombaya, əzələli bədənə və çox göstərişli bir kürkə sahib olurlar. Alman çoban itlərində ən çox rastlanan xəstəlik omba çıxığı (omba dispalizi) olaraq bilinən bir oynaq xəstəliyidir. Bundan əlavə alman çoban iti çox həssas bir mədəyə sahib olduğu üçün özəl bir dieta ilə və ya içində çox qarışıq şeylər olmayan, eyni zamanda itin allergiyasının olmadığı yeməklər ilə bəslənməlidir. Alman çoban itləri dünyada ən çox sevilən və ən çox seçilən it irqlərindəndir. Əsasən iş, ailə, qoruma və polis itləri olaraq istifadə edilir
Alman çoban iti | |||||
---|---|---|---|---|---|
ing. German Shepherd | |||||
| |||||
Mənşəyi | |||||
Ölkə | Almaniya | ||||
Dövr | XIX əsrin sonu | ||||
Xarakteristikaları | |||||
Boyu |
|
||||
Çəkisi |
|
||||
Ömrü | 9-13 il | ||||
BKF təsnifatı | |||||
Qrupu | 1 | ||||
Seksiyası | 1 | ||||
Nömrəsi | 166 | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Xüsusiyyətləri
redaktəAlman çoban itlərinin ideal boyu dişilərdə 57,5 sm, erkəklərdə isə 62,5 sm-dir. 2,5 sm-ə qədər qısa və ya hündür olması normal qarşılanır. Ağırlıq dişilərdə 22-32 kq, erkəklərdə 35-40 kq arasındadır. Üzü kobud xətlidir. Alın dördbucaq, burun uzun və enlidir. Burunun ucu qara olur. Çənəsi güclü olduğundan kəskin dişləməyə sahibdir. Gözləri orta böyüklükdə, qəhvəyidir. Ağıllı və özündən razı baxışları vardır. Qulaqları geniş, dik və bir-birinə paraleldir. Boynu uzundur və aşağı yuxarı tərpədərək qaçış zamanı sürətini tənzimləyir. Quyruğu uzun və tüklüdür.
Bu cins öz arasında 12 yerə ayrılır. Qısa tüklü, uzun tüklü, düşük bel, düz bel və s.
Alman çoban itlərinin müxtəlif rəngləri vardır. Əsasən qəhvəyi və qara əsl alman çoban iti kimi götürülsə də, nadir olaraq tamamilə qara, boz və ağ rəngdə olanlar da vardır. Əslində keçmişdə boz, qara və ağ rəngə olanlara daha çox rast gəlinirdi. Qəhvəyi-qara alman çoban iti laboratoriyalarda DNA-sı dəyişdirilərək çoxaldılmışdır. Bu itlərin əsl versiyası Almaniyada boz rəngdədir.
Quruluşu
redaktəAlman çoban itləri çox aktivdirlər, irq standartlarına görə olduqca özlərindən razı bir xarakterə sahibdirlər. Çox vəfalı və sahibinə çox bağlı itdir. Əgər sosiallaşdırılmasa, ətrafa qarşı saldırğanlaşa bilər.
Sağlamlığı
redaktəAlman çoban itlərinin ortalama ömrü 12 ildir.
3 həssas nöqtəsi vardır: omba, mədə və qulaqlar.
Omba çıxığı əsasən valideynlərindən keçir, əməliyyat ilə düzəlsə də, bu it artıq tam performans göstərə bilməz. Həzm sistemləri qısa və həssasdır. Quru yem ilə yanaşı, barf dietası (çiy ət) ilə bəsləyənlər də var. Qulaqların dikəlməməsi xoşagəlməz bir haldır. Əsasən genetikdir. Qulağı dikəlməyən alman çoban itləri yarışmalara alınmır və çoxaldılmağa icazə verilmir.
Azərbaycanda olmasa da, Avropa ölkələrində itlərin çoxaldılmasına icazə verilməsi üçün Schutzund və Körung imtahanlarından yaxşı bal yığması vacibdir. Dərnəklər 3-3-dən yaxın qan qohumluğu olduğu halda irq standartlarının pozulması halı ola bilər deyə çoxalmağa icazə vermirlər.
İstifadəsi
redaktəAlman çoban itləri bir çox işlərdə istifadə edilir. Əsasən polis iti olaraq istifadə edilir. Ona görə ki, kəskin burnu ilə partlayıcı, narkotik və cəsəd kimi şeyləri bir-birindən ayıra və yerini asanlıqla tapa bilir. Ayrıca, əsgərlər tərəfindən də çox istifadə edilir. Əsgərləri tələ və ya düşmənə qarşı xəbərdar edir. Bu itlər paraşüt və təyyarədən tullanma təlimi də ala bilir. Alman çoban itləri işlərini böyük bir diqqətlə görür və nə olur olsun, diqqətləri dağılmır. Məsələn, 2-ci dünya müharibəsi zamanı Stalingrad müharibəsində istifadə edilmişdir.
Şəkil qalereyası
redaktə-
Qara rəngli Alman Çoban iti
-
-
-
Alman çoban itləri sahibinə qəlbən bağlıdır
-
Alman çoban iti
-
Alman çoban iti
-
Alman çoban iti
-
On iki yaşlı bir Alman Çoban iti
-
Alman Çoban iti iki günlük balaları ilə
-
Çox gənc bir Alman Çoban iti
-
Çox gənc bir Alman Çoban iti
-
Doqquz həftəlik bir Alman Çoban iti
-
3 aylıq bir Alman Çoban iti
-
On dörd həftəlik Alman Çoban iti
-
İki Alman Çoban iti
-
Maks von Stephanitz (ilk Alman Çoban itiHorand von Grafrath ilə) - Alman Çoban it cinsinin qurucusu və ilk prezidenti Alman Çoban Köpək Cinsi Birliyinin (Der Verein für Deutsche Schäferhunde)
-
Alman çoban iti