Almaz Həsən qızı Hüseynova (d. 24 avqust 1959, Xaçmaz rayonu, Azərbaycan) — folklorşünas, filologiya elmləri doktoru (2014), professor (2019)[1]

Almaz Hüseynova
Almaz Həsən qızı Hüseynova
Doğum tarixi (65 yaş)
Doğum yeri Xaçmaz rayonu
Vətəndaşlığı Azərbaycan
Milliyyəti türk
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yerləri Bakı Qızlar Universiteti, AMEA Folklor İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti
Üzvlüyü

Azərbaycan Jurnalistlər Birliyi (Bakı, Azərbaycan)

Beynəlxalq Epos Araşdırmaları Cəmiyyəti / International Society for Epic Studies (Pekin, Çin)

Həyatı

redaktə

Almaz Həsənqızı 1959-cu il avqustun 24-də Azərbaycan Respublikası Xaçmaz rayonunda anadan olmuşdur. Naxçıvan Muxtar Respulikası Ordubad şəhər M. Sidqi adına orta məktəbi bitirmişdir (1966–1976). Orta məktəbdə oxuduğu illərdə, eyni zamanda, Ordubad şəhər musiqi məktəbində (fortepiano üzrə) təhsil almışdır (1966–1973). Daha sonra ali təhsil almaq üçün Azərbaycan Dövlət Universitetinə daxil olan Almaz xanım, 1981-ci ildə universitetinin filologiya fakültəsini bitirmişdir.[2]

O, əmək fəaliyyətinə təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq kəndində dil-ədəbiyyat müəllimi (1981–1982) kimi başlamışdır. Sonra da Xalq Maarifi muzeyində elmi işçi (1983–1991), Qızlar Kollecində (1991–1998), Bakı Qızlar Universitetində müəllim (1998–2014), Azərbaycan MEA Folklor İnstitutunda (2014) aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

Almaz Hüseynova 2002-ci ildə "Azərbaycan mühacirət folklorşünaslığında dastançılıq məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. BQU-da müəllim, baş müəllim, dosent işləmişdir (2013–2014). 2013-cü ildə "Azərbaycan mühacirət folklorşünaslığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda Bakı Qızlar Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasında professor (2019) və AMEA Folklor İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.

Ailəsi

redaktə

Ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti

redaktə

Almaz Həsənqızı beş monoqrafiya, üç dərs vəsaiti, bir fənn proqramı, 2 tərtibat, 1 türkcədən çevirmə kitablarının, Azərbaycan, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna, İsveç, İran, Hindistan, Çin, Türkmənistan, Qazaxıstan, Koreya və b. ölkələrdə nəşr edilən 160-dan çox elmi məqalənin müəllifidir.

Kitabları

redaktə
  • Azərbaycan mühacirət folklorşünaslığında dastançılıq məsələləri (monoqrafiya), Bakı: Azərnəşr, 2002, 124 s.
  • İki dastan (monoqrafiya), Bakı: Azərnəşr, 2006, 120 s.
  • Aşıq yaradıcılığı mühacirət folklorşünaslığında (monoqrafiya), Bakı: Azərnəşr, 2011, 156 s.
  • Azərbaycan mərasimləri mühacirət folklorşünaslığında (monoqrafiya), Bakı: Azərnəşr, 2011, 156 s.
  • Mühacirətdə folklor janrlarının tədqiqi (dərs vəsaiti), Bakı: "Elm və təhsil", 2012, 212 s.
  • Azərbaycan mühacirət folklorşünaslığı (filoloji təhsilin bakalavr pilləsi üçün proqram), Bakı: "Elm və təhsil", 2012, 20 s.
  • Folklorşünaslığa giriş (dərs vəsaiti), Bakı: "Elm və təhsil", 2015, 260 s.
  • Azərbaycan mühacirət folklorşünaslığı (monoqrafiya), Bakı: "Elm və təhsil", 2016, 448 s.
  • Müasir Azərbaycan ədəbi dilindən praktikum (dərs vəsaiti), Bakı, "Nurlar", 2018, 232 s.


Tərtib etdiyi kitablar

  • Əhməd bəy Ağaoğlu. İran və inqilabı (türkcədən çevirmə), Bakı: Azərnəşr, 2009, 152
  • Mühacirətdə folklor araşdırmaları, I kitab (tərtibat və tərcümə), Bakı: Elm və təhsil, 2015, 252 s.
  • Əhməd Cəfəroğlu. Doğu ellərimiz ağızlarından toplamalar (Qars, Ərzurum, Çoruh elləri ağızları) (çevirmə), Bakı: Elm və təhsil, 2018, 312 s.
  • Türkmən məhəbbət dastanları (Türkmən dilindən çevrimə və yayına hazırlama). Bakı: Azərnəşr, 2022, 239 s.
  • Türkmən məhəbbət dastanları (Türkmən dilindən çevrimə və yayına hazırlama). İkinci nəşri, Bakı: Azərnəşr, 2022, 239 s.

Mükafatları

redaktə

1987-ci ildə Azərbaycan SSR Təhsil nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Hüseynova Almaz Həsən qızı". 2019-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-28.
  2. "Almaz Hüseynova". 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-28.
  NODES
INTERN 1