Altıtaktlı mühərrik

Altıtaktlı mühərrik — Altıtaktlı mühərrikin ilk prototipi iki dünya müharibəsi arasındakı dövrdə hazırlanıb. Bu mühərrikləri bəzən "4 taktlı klapansız mühərrik" də adlandırırlar.

Bu mühərriklər haqqında elmi nəşrlərdə verilmiş məlumatlardan yalnız biri – 1926-cı ildə "Motociclismo" jurnalında çap olunmuş məqalə və çertyojlar indiyədək gəlib çatıb.

Valentino Karneluttiyə məxsus olan "Officine Meccaniche" şirkəti özünün hazırladığı 3 motosikleti bu mühərriklərlə komplektləşdirdi. Mühərriklərin həcmi 125 və 175 sm3 idi.

İş prinsipi

redaktə

Taktların kombinasiyası fərqli taktları icra edən detalların birgə işi nəticəsində hasil olur. Yanma kamerası ümumidir. Qarşı qarşıya yerləşmiş müxtəlif diametrli iki silindrdəki porşenlər üz-üzə hərəkət edir. Böyük porşenin gedişi kiçikdən təqribən 2 dəfə çoxdur. Birinci porşen 4, ikinci isə 2 taktlı rejim üzrə hərəkət edir.

Böyük porşen yuxarı ölü nöqtədən (YÖN) aşağıya doğru hərəkət etdikdə sorma baş verir. Bu zaman kiçik porşen əks istiqamətdə aşağı ölü nöqtədən (AÖN) yuxarı doğru yarıya qədər hərəkət edir. Porşenlər arasındakı böyük diametr fərqi nəticəsində çox böyük kompressiya hasil olur. Alışma zamanı böyük porşen geri itələndikdə, kiçik porşen YÖN-ə çatır və qaz çıxışını bağlayır. Yüksək təzyiq nəticəsində böyük porşen tam aşağı itələndikdə isə kiçik porşen AÖN-ə doğru yarım hərəkət edir və qaz çıxışı açılır. Proses dövri şəkildə təkrar olunur.

Üstünlük

redaktə

Sorma və xaricetmə taktlarının icra müddəti klassik daxili yanma mühərriklərindən (DYM) daha uzun olması sayəsində gözəl istilik dinamikası yaranır. Nəticədə klassik DYM-dən daha böyük dövrlər sayı və FİƏ əldə etmək mümkün olur.

Mühərrik geniş tətbiq tapmadığı üçün sözügedən məqalədə onun qüsurları barədə heç nə deyilmir.

Valentino Karnelutti bu mühərriki 1928-ci ildə patentləşdirir. 90-cı illərin sonunda isə polyak mühəndis Andrey Feliks bu mühərriki bir qədər də təkmilləşdirir və detalların sayını azaltmağa nail olur. Onun mühərrikində isə porşenlərin sayı çoxdur.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  NODES
mac 1
os 2