Amerika Samoası
Amerikan Samoası (samoa Amerika Sāmoa, həmçinin Amelika Sāmoa və ya Sāmoa Amelika) — Sakit okeanın cənubunda yerləşən ada ölkəsidir. Paytaxtı Paqo Paqo şəhəridir. Ən böyük və inkişaf etmiş adası isə Tutuila adasıdır.
Amerika Samoası | |||||
---|---|---|---|---|---|
American Samoa | |||||
| |||||
Samoa, Let God Be First, Sāmoa, Muamua Le Atua, Samoa, Bydded i Dduw Ddod yn Gyntaf | |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Paqo Paqo | ||||
prezident | Co Bayden | ||||
qubernator | Lolo Matalasi Moliqa [3.I.2013 ~] | ||||
Sahəsi | Dünyada 214-cü | ||||
• Ümumi | 199 km² | ||||
• Su sahəsi (%) | 86,84 %[1] | ||||
Əhalisi | |||||
• Əhali | 55 min nəfər (206-cı) | ||||
• Siyahıyaalma (1.IV.2010) | 55 519 nəf. | ||||
• Sıxlıq | 275 nəf./km² | ||||
• Ümumi | 709.000.000 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 575 million dollar (214-cü) | ||||
• Adambaşına | 8 000 dollar (133-cü) | ||||
Valyuta | ABŞ dolları | ||||
İnternet domeni | .as | ||||
ISO kodu | AS | ||||
BOK kodu | ASA | ||||
Telefon kodu | +1684 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəAvropalılar buranı kəşf etməzdən əvvəl Manua Adaları yerli tayfalar tərəfindən idarə edilirdi. 1722-ci ildə hollandiyalı dənizçi Yakob Roqqeveen Manua Adalarını kəşf edir. 1768 və 1787-ci illərdə bu adalara səyahət etmiş fransalı səyyahlardan 11-i öldürüldü. Sonralar bu adalar qaçaq dənizçilər və məhkumlar üçün sığınacaq olur. London Missioner Cəmiyyətinin missionerləri 1830-cu ildə bu adalara gəldilər. Missionerlərin təsiri artdıqca Tatuila ve Manua adalarına gələn xristian missionerlərin sayı da artır.
1889-cu ildə ABŞ, İngiltərə və Almaniya Samoanın bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalar bu üç dövlətin protektoratına verilir.
İdman
redaktə11 aprel 2001-ci ildə Avstraliyaya 31–0 hesabı ilə məğlub olan Amerikan Samoasının Millî Futbol Komandası, dünya futbol tarixinə bir maçda ən çox qol yeyən komanda kimi daxil olmuşdur.
Siyasət
redaktəAmerikan Samoasının idarəetmə forması (icraedici, qanunverici və məhkəmə orqanları) ABŞ-nin idarə etmə sisteminə çox oxşardır. Hökumətin başçısı seçki ilə müəyyən edilir. 1977-ci ilə kimi başçı ABŞ-nin Daxili İşlər Nazirliyi tərəfindən təyin olunurdu. Qanunverici orqanı Senat və Nümayəndələr Palatasından ibarətdir. Senat 15 ərazi vahidindən dörd il müddətinə Samoa adətlərinə uyğun seçilən 18 deputatdan ibarətdir. Nümayəndələr Palatası seçki ilə seçilən 21 üzvdən ibarətdir. Swains Adası əhalisinin seçki hüququ yoxdur.
Şəkillər
redaktəİstinadlar
redaktə ABŞ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |