Ammonius Sakkas
Ammónius Sákkas (yunanca Ἀμμώνιος Σακκᾶς, latınca Ammonius Saccas; 175—242, İsgəndəriyyə) — yunan filosofu, Plotinin və Origenin müəllimi. Neoplatonizmin yaradıcısı sayılır.
Ammonius Sakkas | |
---|---|
q.yun. Ἀμμώνιος Σακκάς[1] | |
Doğum tarixi | 175 |
Doğum yeri |
|
Vəfat tarixi | ən tezi 240 və ən geci 245[2] |
Vəfat yeri | |
Dövr | Roma imperiyası |
Əsas maraqları | fəlsəfə |
Həyatı və fəlsəfəsi
redaktəO, xristian ailəsində tərbiyə almışdır. Sonra isə Xristianlıqdan imtina etmiş, antik fəlsəfi irsi əsasında öz fəlsəfəsini irəli sürmüşdür. Ancaq, Ammoniusdan heç bir yazılı ədəbiyyatın qalmadığına görə onun fəlsəfi fikirlərini bərpa etmək çox çətin olmuşdur.
Ammoniusun bir sıra tanınmış öyrənciləri olmuşdur. Onların arasında Plotin və tanınmış xristian ilahiyyatçısı Origen də olmuşdurlar[5].
Məlumdur ki, Ammonius bədən və ruh haqqında dualist fikirləri irəli sürmüşdür. Onun fikrincə bədəndə cisimsiz ruh vardır, o bədənin təbiətindən fərqlidir və maddə deyildir. Ruh yuxuda ya da insanın dərin düşüncələrə qapandığı zaman bədəndən müvəqqəti ayrıla bilər. Ammonius və onun öyrənciləri ilk dəfə “teosofiya” sözünü işlətməyə başlamış və bu anlayışı təlim halına gətirmişdirlər[6]. Bu təlimin vasitəsi ilə Ammonius bütün dinlər və inancları birləşdirmək istəmişdir.
Mənbə
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 255. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 255. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Armstrong, A., (1967), The Cambridge History of Later Greek and Early Medieval Philosophy, Cambridge University Press, pp. 196–200.
- Karamanolis, G., (2006), Plato and Aristotle in Agreement?: Platonists on Aristotle from Antiochus to Porphyry, Oxford University Press, pp. 191–215.
- Reale, G., (1990), A History of Ancient Philosophy IV: The Schools of the Imperial Age, SUNY Press, pp. 297–303.
- Асмус В. Ф. Античная философия. — M: Высшая школа, 1998.
Xarici bağlantılar
redaktə- Porphyry, Against the Christians (2004). Fragments.
- The Reaction to the Bible in Paganism Arxivləşdirilib 2007-01-05 at the Wayback Machine
- Origen - Internet Encyclopedia of Philosophy
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Bibliothèque nationale de France Record #13614267m // BnF catalogue général (fr.). Paris: BnF.
- ↑ Ammonius Saccas (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 1. P. 864.
- ↑ http://journals.cambridge.org/article_S007543581300083X.
- ↑ Аммоний (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. Iа. С. 658.
- ↑ Plotinus. The Ethical Treatises, being the Treatises of the First Ennead, with Porphry’s Life of Plotinus, and the Preller-Ritter Extracts forming a Conspectus of the Plotinian System / Translated by Stephen Mackenna. Boston: Charles T. Branford, 1918, p. 3.
- ↑ Теософия // Краткий философский словарь. М.: ТК Велби, Издательство Проспект, 2004.