Ampermetr — dövrə hissəsində cərəyan şiddətini ölçən cihaz. İş prinsipi maqnit sahəsinin cərəyanlı çərçivəyə göstərdiyi yönəldici təsirə əsaslanır.[1] Ampermetr dövrəyə ardıcıl birləşdirilir.[2]

Ampermetrin sxemlərdə şərti işarəsi

İlkin ampermetrlərin iş prinsipi Yerin maqnit sahəsindən asılı idi.[3]

Növləri

redaktə

Maqnit-elektrik ampermetrlər

redaktə

Maqnit-elektrik ölçmə mexanizmini ampermetr kimi birbaşa dövrəyə qoşduqda nisbətən kiçik cərəyanları ölçmək olur. Çərçivə dolağının nazik naqilini və spiral yayları 20-30 mA-dən artıq cərəyanla yükləmək olmaz ona görə də maqnit-elektrik ölçmə mexanizmindən mikro və milliampermetr kimi istifadə olunur.[4]

Elektromaqnit ampermetrlər

redaktə

Elektromaqnit ampermetrlərdə sarğacın sarğılar sayı cərəyanın nominal qiymətində hərəkət edən hissəsinin tam yerdəyişməsini təmin etmək üçün seçilir. Elektromaqnit ampermetrlər stasionar və qeyri-stasionar hazırlanır. Birincicilər müəyyən birhədli, ikincilər isə çoxhədli olub, ölçmə mexanizminin sarğacı bir neçə seksiyalı hazırlanır. Elektromaqnit ampermetrlərin ölçmə həddi cərəyan transformatorlarının köməyi ilə genişləndirilir.[5]

Elektrodinamik ampermetrlər

redaktə

Tərpənməz və hərəkət edən sarğaclar paralel birləşdiriləndə 0.5 Amperə qədər cərəyanları ölçmək mümkündür. 0.5 A-dan böyük cərəyanları ölçmək üçün tərpənməz və hərəkət edən sarğaclar paralel birləşdirilir.[6]

Müqavimətin ölçülməsi

redaktə

Ampermetrə paralel şunt qoşmaqla müqaviməti də ölçmək olar.[7]

İstinadlar

redaktə
  1. A. M. Süleymanov, M. A. Musayev, K. M. Sultanov, N. A. Əhmədov, E. M. Həsənov, M. M. Babayev, M. B. Hüseynli, R. R. Abdurrəzzaqov, A. M. Allahverdiyev, Q. M. Əhmədov, M. A. Abdullayev. TQDK - Fizika, 2008, səhifə 450
  2. A. M. Süleymanov, M. A. Musayev, K. M. Sultanov, N. A. Əhmədov, E. M. Həsənov, M. M. Babayev, M. B. Hüseynli, R. R. Abdurrəzzaqov, A. M. Allahverdiyev, Q. M. Əhmədov, M. A. Abdullayev. TQDK - Fizika, 2008, səhifə 222
  3. L. A. Geddes, Looking back: how measuring electric current has improved through the ages, IEEE Potentials, fevral-mart 1996, səhifə 40-42
  4. T. M. Əliyev, R. M. Mirsəlimov, T.Ə. Həsənov, Elektrik ölçmələri, Maarif nəşriyyatı 1986, səhifə 66
  5. T. M. Əliyev, R. M. Mirsəlimov, T.Ə. Həsənov, Elektrik ölçmələri, Maarif nəşriyyatı 1986, səhifə 78
  6. T. M. Əliyev, R. M. Mirsəlimov, T.Ə. Həsənov, Elektrik ölçmələri, Maarif nəşriyyatı 1986, səhifə 80
  7. A. M. Süleymanov, M. A. Musayev, K. M. Sultanov, N. A. Əhmədov, E. M. Həsənov, M. M. Babayev, M. B. Hüseynli, R. R. Abdurrəzzaqov, A. M. Allahverdiyev, Q. M. Əhmədov, M. A. Abdullayev. TQDK - Fizika, 2008, səhifə 233
  NODES