Anozoqnoziya (a… + yun. νόσoς– xəstəlik + γνωσις – tanımaq) – geniş mənada öz xəstəliyini, anatomik və ya funksional qüsurunu bilməmək; aqnoziyanın bir forması. Çox vaxt hər hansı bir orqanın fəaliyyətinin başa düşülməyən pozğunluğu kimi (iflic, karlıq, korluq və s.) meydana çıxır. Bəzən anazoqnoziyalı xəstə bədənin zədələnmiş hissəsinin, iflic olmuş ətraf şöbəsinin başqa şəxsə məxsus olması haqqında özgəlik hissi keçirir. Anozoqnoziya psixopatologiyada da müşahidə edilir. «Anozoqnoziya» termini J.Babinski tərəfindən təklif edilmişdir (1914).[1]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 522. ISBN 978-9952-441-02-4.
  NODES