Aqrippa (yun. Ἀγρίππας) — Qədim Roma dövrünün filosofu, skeptisizmin təmsilmisi, Enesidemusun ardıcıllarından bir. O, təxminən m. I yüzillikdə yaşamışdır. Diogenes Laertiusa görə Aqrippa Enesidemusun 10 troposuna daha beşini əlavə etmişdir[1].

Aqrippa
Doğum tarixi I əsr
Vəfat tarixi I əsr
Fəaliyyəti filosof
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Troposlar

redaktə
  1. Hər hansı bir şey haqqında ziddiyyətli fikirlər irəli sürülür. Buna görə də, onlar haqqında qəti bir fikir söyləməkdən çəkinmək lazımdır.
  2. Sübutlar silsiləsi sonsuzluğa qədər davam edir. Deməli, hansısa fikri əsaslandırmaq üçün gətirilən sübutun özü də sübut edilməlidir. Sonra bu yeni sübut başqası ilə isbatlanmalıdır. Bu silsilə də sonsuzluğa qədər sürəcəkdir.
  3. Hər şey nisbidir. İnsana şeylərin mahiyyəti deyil, onun duyğuları daxilində onların görsəntiləri (təzahürləri) açılır. Ona görə də onların əsl təbiətinin nə olduğu haqqında fikir yürütməkdən çəkinmək lazımdır.
  4. Hər bir həqiqət kimi iddia edilən şey əslində fərziyyədir (hipotez). Bu kimi fərziyyələr nəyinsə barəsində nəticə çıxartmaq üçün kifayət etmir.
  5. Sübutlar bir-birini sübuta yetirməlidir. Bu da o deməkdir ki, hansısa iddianı sübut etmək üçün irəli sürülmüş sübutu da qarşılıqlı olaraq həmin iddia ilə sübut etmək lazımdır. Onda belə nəticəyə gəlinir ki, onlardan heç biri başqasını sübut etmək üçün yetərli deyildir. Buna görə də, hər hansı iddiadan çəkinmək lazımdır.[2]

Mənbə

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 127-128. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 127-128. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • Агриппа // Античная философия: Энциклопедический словарь. — М.: Прогресс-Традиция. П. П. Гайденко, М. А. Солопова, С. В. Месяц, А. В. Серегин, А. А. Столяров, Ю. А. Шичалин. 2008.
  • Секст Эмпирик. Три книги Пирроновых положений / Перевод Н. В. Брюлловой-Шаскольской // Секст Эмпирик. Сочинения в двух томах. Том 2. М.: Мысль, 1976.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 412.
  2. Секст Эмпирик. Три книги Пирроновых положений Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод Н. В. Брюлловой-Шаскольской // Секст Эмпирик. Сочинения в двух томах. Том 2. М.: Мысль, 1976, 239-240.
  NODES