Azərbaycan 1996 Yay Olimpiya Oyunlarında

Azərbaycan 1996 Yay Olimpiya Oyunlarında — 1996-cı ilin 18 iyul–4 avqust tarixlərində Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Atlanta Olimpiadasında 23 idmançı ilə 9 idman növündə təmsil olundu.[1]

Azərbaycan
1996 Yay Olimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Olimpiya Komitəsi
İdmançı sayı23 idmançı (9 idman növündə)
BayraqdarNazim Hüseynov (açılış mərasimi)
Medallar
Yer: 61




0 1 0 1
Yay Olimpiya Oyunları
19962000200420082012201620202024
Qış Olimpiya Oyunları
19941998200220062010201420182022
Digər əlaqəli oyunlar
SSRİ Sovet İttifaqı (1952—1988)
Beynəlxalq Olimpiya Komitəsi Birləşmiş Komanda (1992)

Azərbaycan Milli Olimpiya Komandası Atlanta Olimpiadasını 1 gümüş medalla başa vurdu. Komandanın heyətində yeganə medalı sərbəst güləş turnirində mübarizə aparan və turnirin final görüşündə məğlub olaraq gümüş medala sahib olan Namiq Abdullayev qazandı.

XXVI Yay Olimpiya Oyunlarında 1 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 61-ci pillədə, medalların sayına görə isə 64-cü pillədə qərarlaşdı.

1991-ci ildə Sovet İttifaqından ayrılan Azərbaycan dövlət müstəqilliyini elan elədi. 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Bu qurum 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçildi. 1996-cı ildə isə Azərbaycan Olimpiya Oyunlarında debüt elədi.

Medalçıların siyahısı

redaktə

Azərbaycan Milli Olimpiya Komandası XXVI Yay Olimpiya Oyunlarını bir gümüş medalla başa vurdu. Komandanın heyətində sərbəst güləşçi Namiq Abdullayev final görüşündə məğlub olaraq olimpiadanın gümüş medalına sahib oldu.

Medal
Medalçı
İdman növü
Yarış
Tarix
 
Namiq Abdullayev Güləş Kişilər, sərbəst, 52 kq 1 avqust

Komandanın heyəti

redaktə

Azərbaycan Atlanta Olimpiadasında 9 idman növü üzrə 23 idmançı ilə təmsil olundu.[1] Bu Azərbaycanın Olimpiya Oyunlarında debütü idi. Komandanın heyətində 23 idmançıdan üçü qadın idi.

Azərbaycan Milli Olimpiya Komandasının heyətində 23 idmançıdan 20-si olimpiadalarının debütantı idi, cəmi üçü isə bundan əvvəl Olimpiya Oyunlarında mübarizə aparmışdı. Stend atılığı turnirində çıxış edən Valeri Timoxin Sovet İttifaqı bayrağı altında 1988-ci il Seul Olimpiadasında, MDB bayrağı altında isə 1992-ci il Barselona Olimpiadasında mübarizə aparmışdı. Sərbəst güləşçi Məhəmmədsalam Hacıyev Barselona Olimpiadasını dördüncü pillədə başa vurmuşdu, cüdoçu Namiz Hüseynov isə həmin olimpiadanın qalibi olmuşdu.

Komandanın ən yaşı üzvü 38 yaşlı güllə atıcısı İradə Aşumova, ən gənc üzvü isə 17 yaşlı yunan-roma güləşçisi Tahir Zahidov idi.

Nəticələri

redaktə

Ağır atletika

redaktə
  • DNF — bitirmədi

Atlanta Olimpiadasında ağır atletlərin turnirləri 20–30 iyulda baş tutdu. Azərbaycanı bu turnirdə Asif Məlikov (-59 kq) və Tofiq Heydərov (-83 kq) təmsil elədi.[2][3][1]

Əvvəlcə iyulun 21-də Asif Məlikov mübarizə apardı.[4] Asif Məlikov birdən qaldırma mərhələsində birinci cəhdində 125.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi.[4] Onun növbəti cəhdi də uğursuz alındı.[4] Sonuncu cəhdində mütləq ştanqı qaldırmalı olan Asif Məlikov, bu səfər də onun öhdəsindən gələ bilmədi.[4] Bununla da Asif Məlikov birdən qaldırma mərhələsində nəticə göstərə bilmədiyi üçün Atlanta Olimpiadasında mübarizəsini başa vurdu.[4]

İyulun 26-da isə Tofiq Heydərov çıxış elədi.[5] Tofiq Heydərov birdən qaldırma mərhələsində birinci cəhdində 150.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi.[5] Növbəti cəhdində 160.0 kiloqramlıq ştanqı qaldırmağa çalışsa da, bu cəhdi uğursuz oldu.[5] Sonuncu cəhdində isə Tofiq Heydərov 162.5 kiloqramlıq ştanq sifariş verdi və bu səfər də ştanqın öhdəsindən gələ bilmədi.[5] Bununla da Tofiq Heydərov birdən qaldırmada 150.0 kq nəticə göstərdi.[5] Təkanla qaldırmada onun birinci sifarişi 180.0 kiloqramlıq ştanq oldu.[5] Həmin ştanqın öhdəsindən gələn Tofiq Heydərov, növbəti cəhdində 190.0 kiloqramlıq ştanq sifariş verdi.[5] Bu səfər onun cəhdi uğursuz oldu.[5] Sonuncu cəhdində də həmin ştanqın öhdəsindən gələ bilməyən Tofiq Heydərov, təkanla qaldırmada 180.0 kq nəticə göstərdi.[5] Bununla da Tofiq Heydərov ümumi nəticədə 330.0 kq nəticə göstərdi və 20 idmançı sırasında 11-ci pillənin sahibi oldu.[5]

İdmançı
Yarış
Birdən qaldırma
Təkanla qaldırma
Ümumi
Yer
1.
2.
3.
Nəticə
1.
2.
3.
Nəticə
Asif Məlikov -59 kq
125.0
125.0
125.0
N/A
DNF
Tofiq Heydərov -83 kq
150.0
160.0
162.5
150.0
180.0
190.0
190.0
180.0
330.0
11

Atıcılıq

redaktə
  • Q — növbəti mərhələyə adladı

Atlanta Olimpiadasında atıcılıq idman növü üzrə turnirlər 20–27 iyulda baş tutdu. Azərbaycanı bu turnirdə 1995-ci il Dünya Çempionatının gümüş medalçısı Valeri Timoxin və 1985-ci il Dünya və Avropa Çempionatlarının qalibi İradə Aşumova təmsil elədi.[6][7][1]

İyulun 21-də İradə Aşumova 10 metr məsafəyə hava tapançası ilə atəşaçma turnirinin təsnifat mərhələsində mübarizə apardı.[8] Birinci cəhdində 100 xaldan 95-ni toplamağı bacaran İradə Aşumova, növbəti cəhdində də 95 xal, üçüncü cəhdində 94 xal, dördüncü cəhdində isə 96 xal topladı.[8] Bununla da ümumi nəticədə İradə Aşumova 400 xaldan 380-ını topladı və turniri 10-cu pillədə başa vurdu.[8]

İyulun 26-da isə İradə Aşumova 25 metr məsafəyə tapança ilə atəşaçma turnirində çıxış elədi.[9] Birinci cəhdində 290 xal toplamağı bacaran İradə Aşumova, növbəti cəhdində 286 xal topladı.[9] Bununla da onun ümumi nəticəsi 576 xal oldu və İradə Aşumova turniri 37 idmançı sırasında 15-ci pillədə başa vurdu.[9]

İyulun 26-da stend atıcılığı turnirində Valeri Timoxin mübarizə apardı.[10] Təsnifat mərhələsinin nəticələrinə əsasən Valeri Timoxin 116 xalla 54 idmançı sırasında 38-ci pillənin sahibi oldu və olimpiada da mübarizəsini dayandırdı.[10]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Yer
Nəticə
Yer
Kişilər
Valeri Timoxin Stend
116
38
N/A
Qadınlar
İradə Aşumova 25 m., tapança
576
15
N/A
10 m., hava tapançası
380
10
N/A
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Atlanta Olimpiadasında bu idman növü üzrə turnirlər 20 iyul-4 avqustda baş tutdu. Azərbaycanı bu turnirdə İlham KərimovƏdalət Məmmədov təmsil elədi.[11][12][1]

−81 kq turnirində mübarizə aparan İlham Kərimov iyulun 24-də 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İsveç nümayəndəsi İsmael Kone ilə üz-üzə gəldi.[13] Həmin görüşdə rəqibinə 2:22 hesabı ilə məğlub olan İlham Kərimov turnirdə mübarizəsini dayandırdı və Atlanta Olimpiadasını 17-ci pillədə başa vurdu.[13]

+91 kq turnirində çıxış edən Ədalət Məmmədov isə iyulun 23-də 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çexiya nümayəndəsi Petr Horaçeh ilə üz-üzə gəldi.[14] Həmin görüşdə rəqibinə vaxtından əvvəl qalib gələn Ədalət Məmmədov turnirin 1/8 final mərhələsinə adladı.[14] Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Xose Blocus oldu.[14] Bu görüşdə də Ədalət Məmmədov rəqibinə vaxtından əvvəl qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.[14] Bu mərhələdə isə onun rəqibi Nigeriya nümayəndəsi Dunca Dohivari oldu.[14] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ədalət Məmmədov rəqibinə məğlub oldu və Atlanta Olimpiadasını beşinci pillədə başa vurdu.[14]

İdmançı
Yarış
1/16 final
1/8 final
1/4 final
1/2 final
Final
Yer
İlham Kərimov -81 kq
  Kone
Məğ. 2:22
N/A
17
Ədalət Məmmədov +91 kq
  Horaçeh
Qəl. RSC
  Blocus
Qəl. RSC
  Dohivari
Məğ. RSC
N/A
5
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Atlanta Olimpiadasında cüdo idman növü üzrə turnirlər 20–26 iyulda baş tutdu. Azərbaycanı bu turnirdə 1992-ci il Barselona Olimpiadasının qalibi Nazim HüseynovZülfiyyə Hüseynova təmsil elədi.[15][16][1]

İyulun 24-də çıxış edən Zülfiyyə Hüseynova 1/8 final mərhələsində İspaniya nümayəndəsi İzabel Fernandez ilə üz-üzə gəldi.[17] Həmin görüşdə Zülfiyyə Hüseynova rəqibinə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[17] Təsəlliverici qrupun birinci görüşündə Zülfiyyə Hüseynova Avstraliya nümayəndəsi Narelle Hila ipponla qalib gəldi.[17] Zülfiyyə Hüseynova növbəti görüşdə Macarıstan nümayəndəsi Mariya Pehliyə qalib gəlsə də, üçüncü görüşdə Belgium nümayəndəsi Mariya Lombaya məğlub oldu və olimpiada yeddinci pillədə başa vurdu.[17]

İyulun 26-da mübarizə aparan Nazim Hüseynov isə 1/16 final mərhələsində Argentina nümayəndəsi Xorxe Lencina ilə üz-üzə gəldi.[18] Həmin görüşdə Nazim Hüseynov rəqibinə ipponla qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[18] Bu mərhələdə onun rəqibi Mexico nümayəndəsi Rixardo Acuna oldu.[18] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində Nazim Hüseynov rəqibinə məğlub oldu və olimpiadanı 17-ci pillədə başa vurdu.[18]

İdmançı
Yarış
1/16 final
1/8 final
1/4 final
1/2 final
Təsəlliverici qrup
Final
Yer
1-ci görüş
2-ci görüş
3-cü görüş
Kişilər
Nazim Hüseynov -60 kq
  Lencina
Qəl.
  Acuna
Məğ.
N/A
17
Qadınlar
Zülfiyyə Hüseynova -56 kq
N/A
  Fernandez
Məğ.
N/A
  Hill
Qəl.
  Pehli
Qəl.
  Lomba
Məğ.
N/A
7

Güləş

redaktə
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Atlanta Olimpiadasında güləş idman növü üzrə turnirlər 20 iyul-2 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 yunan-roma güləşçisi və 4 sərbəst güləşçi təmsil elədi.[1]

Yunan-roma güləşi

redaktə

Atlanta Olimpiadasında yunan-roma güləşi üzrə turnir 30 iyul-2 avqustda baş tutdu. Azərbaycanı bu turnirdə Tahir Zahidov (-48 kq) və Vilayət Ağayev (-57 kq) təmsil elədi.[19][20]

İyulun 20-də mübarizə aparan Tahir Zahidov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə 1992-ci il Barselona Olimpiadasının qalibi olan Almaniya nümayəndəsi Oleq Kurçenxo ilə üz-üzə gəldi.[21] Həmin görüşdə rəqibinə 0:10 hesabı ilə məğlub olan Tahir Zahidov, mübarizəni təsəlliverici qrupda davam elədi.[21] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Yəmən nümayəndəsi Abdulla Al-İzani oldu.[21] Rəqibinə 11:0 hesabı ilə qalib gələn Tahir Zahidov, qrupun növbəti mərhələsinə adladı.[21] Bu mərhələdə isə onun rəqibi İtaliya nümayəndəsi Francesco Kostantino oldu.[21] Bu görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olan Tahir Zahidov, Atlanta Olimpiadasıı 14-cü pillədə başa vurdu.[21]

Həmin gün mübarizə aparan Vilayət Ağayev isə 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çin təmsilçisi Şenq Zetian ilə üz-üzə gəldi.[22] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vilayət Ağayev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[22] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Polşa nümayəndəsi Stanislav Pavlovxsi oldu.[22] Həmin görüşdə rəqibinə 4:3 hesabı ilə qalib gələn Vilayət Ağayev, növbəti mərhələyə adladı.[22] Bu mərhələdə onun rəqibi 1993-cü il Dünya Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Ağası Manuhyan oldu.[22] Bu görüşdə Vilayət Ağayev rəqibi üzərində inamlı qələbə qazandı (7:2) və təsəlliverici qrupun üçüncü mərhələsinə adladı.[22] Bu görüşdə onun rəqibi Kuba nümayəndəsi Luis Sarmiento oldu.[22] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vilayət Ağayev rəqibinə 0:1 hesabı ilə məğlub oldu və Atlanta Olimpiadasıı 10-cu pillədə başa vurdu.[22]

Sərbəst güləş

redaktə

İyulun 30-da dörd sərbəst güləşçi Atlanta Olimpiadasında mübarizə apardı. −57 Kq. turnirində çıxış edən Arif Abdullayev martda Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının bürünc medalçısı idi.[23][24] Arif Abdullayev olimpiadanın birinci görüşündə İran nümayəndəsi Məhəmməd Taleh oldu.[24] Həmin görüşdə Arif Abdullayev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[24] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Ukrayna nümayəndəsi Aslanbəy Fidarov oldu.[24] Həmin görüşdə Arif Abdullayev rəqibi üzərində 11:0 hesabı ilə inamlı qələbə qazandı və növbəti mərhələyə adladı.[24] Bu mərhələdə onun rəqibi bir zamanlar Azərbaycan yığmasında çıxış edən Moldova nümayəndəsi Nazim Əlicanov oldu.[24] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibinə 5:4 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı.[24] Bu mərhələdə isə onun rəqibi Türkiyə nümayəndəsi Harun Doğan oldu.[24] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibinə 1:2 hesabı ilə məğlub oldu və turnirdə medal uğrunda mübarizəsini dayandırdı.[24] Nəticədə Arif Abdullayev Atlanta Olimpiadasını onuncu pillədə başa vurdu.[24]

Sərbəst güləşilərin −68 Kq. turində Azərbaycanı Elşad Allahverdiyev təmsil elədi.[25][26] Turnirin birinci görüşündə Elşad Allahverdiyev Macarıstan nümayəndəsi Yanos Forins ilə üz-üzə gəldi.[26] Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 4:0 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı.[26] Bu mərhələdə isə onun rəqibi Cənubi Koreya nümayəndəsi Hvan San-O oldu.[26] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elşad Allahverdiyev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi.[26] Bu qrupda onun birinci rəqibi Estoniya güləşçisi Küllö Koiv oldu.[26] Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 1:5 hesabı ilə məğlub oldu və nəticədə Atlanta Olimpiadasını 14-cü pillədə başa vurdu.[26]

−82 Kq. turnirində çıxış edən Məhəmməd İbrahimov[27] olimpiadanın birinci görüşündə 1992-ci il Barselona Olimpiadasının finalçısı, Dünya Çempionatının qalibi Qazaxıstan nümayəndəsi Elmədi Cəbrayılov ilə üz-üzə gəldi.[28] Nəticədə Məhəmməd İbrahimov təcrübəli rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi.[28] Qrupda Məhəmməd İbrahimov əvvəl Belarus nümayəndəsi Alesandr Savonu 5:0, sonra isə Rumıniya nümayəndəsi Nicolae Gitanı 5:2 hesabları ilə məğlub elədi və qrupun üçüncü mərhələsinə adladı.[28] Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Avfandil Qoqolişvili oldu.[28] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmməd İbrahimov rəqibinə 6:4 hesabı ilə qalib gəldi növbəti mərhələyə adladı.[28] Bu mərhələdə isə onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Les Qutçes oldu.[28] Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Məhəmməd İbrahimov rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazanaraq qrupun beşinci mərhələsinə adladı.[28] Məhəmməd İbrahimov bu mərhələdə də qalib gəlsəydi, olimpiadanın bürünc medal uğrunda görüşünə vəsiqə qazanacaqdı.[28] Məhəmməd İbrahimovun bu mərhələdə rəqibi 1992-ci il Barselona Olimpiadasının bürünc medaçısı, Dünya Çempionatının qalibi İran nümayəndəsi Əmir Reza Xadem oldu.[28] Həmin görüşdə Məhəmməd İbrahimov rəqibinə 0:2 hesabı ilə məğlub oldu.[28] Ümumi nəticədə Məhəmməd İbrahimov olimpiadanı beşinci pillədə başa vurdu.[28]

İyulun 30-da son olaraq −100 Kq. turnirində çıxış edən Davud Məhəmmədov mübarizə apardı.[29][30] Davud Məhəmmədov olimpiadanın birinci görüşündə İran nümayəndəsi Abbas Cədidi ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:4 hesabı ilə məğlub olan Davud Məhəmmədov mübarizəsini təsəlliverici qrupda davam elədi. Qrupun birinci görüşündə Davud Məhəmmədov Albaniya nümayəndəsi Şelqin Troplini üzərində 10:0 hesabı ilə inamlı qələbə qazansa da, növbəti görüşdə Dünya və Avropa çempionu Almaniya nümayədəsi Aravat Sabeyeva 1:4 hesabı ilə məğlub oldu və olimpiadanı 11-ci pillədə başa vurdu.[30]

Avqustun 1-də Məhəmmədsalam HacıyevNamiq Abdullayev mübarizə apardı. Məhəmmədsalam Hacıyev[31] olimpiadanın birinci görüşündə 1992-ci il Barselona Olimpiadasının qalibi Cənubi Koreya nümayəndəsi Par Yan-Son ilə üz-üzə gəldi.[32] Nəticədə Məhəmmədsalam Hacıyev təcrübəli rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi.[32] Qrupda Məhəmmədsalam Hacıyev əvvəl Qazaxıstan nümayəndəsi Məhəmməd Kuruqliyevi 4:0, sonra isə Macarıstan nümayəndəsi Arpad Ritteri 4:2 hesabları ilə məğlub elədi və qrupun üçüncü mərhələsinə adladı.[32] Bu mərhələdə onun rəqibi Kuba nümayəndəsi Alberto Rodrigez oldu.[32] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmmədsalam Hacıyev rəqibinə 6:2 hesabı ilə qalib gəldi növbəti mərhələyə adladı.[32] Bu mərhələdə isə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Almaniya nümayəndəsi Alexander Leipold oldu.[32] Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Məhəmmədsalam Hacıyev rəqibi üzərində 0:2 hesabı ilə məğlub olaraq medal uğrunda mübarizəsini başa vurdu.[32] Ümumi nəticədə Məhəmmədsalam Hacıyev olimpiadanı 8-ci pillədə başa vurdu.[32]

Həmin gün mübarizə aparan sonuncu güləşçi Namiq Abdullayev oldu. Namiq Abdullayev 1994 və 1995-ci illərdə Avropa Çempionatının qalibi olmuşdu.[33] Atlanta Olimpiadasının birinci mərhələsində onun rəqibi ABŞ nümayəndəsi Lu Roselli oldu.[34] Həmin görüşdə Namiq Abdullayev rəqibi üzərində 7:0 hesabı ilə qələbə qazandı və növbəti mərhələyə adladı.[34] Bu mərhələdə onun rəqibi Yaponiya güləşçisi Hideo Sasayama oldu.[34] Bu görüşdə də Namiq Abdullayev rəqibi üzərində inamlı qələbə qazandı (11:0) və turnirin üçüncü mərhələsinə adladı.[34] Bu mərhələdə onun rəqibi Özbəkistan nümayəndəsi Ədhəm Açilov oldu və bu səfər də Namiq Abdullayev rəqibinə qalib gəldi (11:0).[34] Bununla da o, turnirin dördüncü mərhələsinə adladı.[34] Bu mərhələdə Namiq Abdullayevin rəqibi təcrübəli İran güləşçisi Qulmareza Məhəmmədi oldu.[34] Bununla belə Namiq Abdullayev son Dünya Çempionatının finalçısı olan Qulamreza Məhəmmədi üzərində 11:0 hesabı ilə inamlı qələbə və Atlanta Olimpiadasının final görüşünə vəsiqə qazandı.[34] Həlledici görüşdə isə onun rəqibi Bolqarıstan nümayəndəsi Valentin Yordanov idi.[34] 36 yaşlı Valentin Yordanov Dünya və Avropa Çempionatlarında yeddi dəfə qalib gələn təcrübəli və titullu güləşçi idi. 1994-cü il Dünya Çempionatının final görüşündə Namiq Abdullayev məhz Valentin Yordanova məğlub olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsi 2:2 hesabı ilə başa çatdı. Növbəti hissənin əvvəlində Valentin Yordanov rəqibindən daha bir bal aldı və hesab 3:2 oldu. Görüşün son saniyələrində isə Namiq Abdullayev rəqibinə fənd tətbiq elədi və hesab 3:3 oldu. Belə olan halda qızıl medalın taleyi əlavə vaxtda müəyyən olundu. Bu hissədə isə Valentin Yordanov rəqibindən bir bal aldı və final görüşündən qalib ayrıldı. Namiq Abdullayev isə XXVI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[34][35] Bu Azərbaycan idmanında tarixi gün idi. Bununla da Namiq Abdullayev Olimpiya Oyunlarında medala sahib olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.

İdmançı
Yarış
1/16 final
1/8 final
1/4 final
1/2 final
Təsəlliverici qrup
Final / BM
5-ci / 7-ci
Yer
1-ci oyun
2-ci oyun
3-cü oyun
4-cü oyun
5-ci oyun
Yunan-roma güləşi
Tahir Zahidov -48 kq
  Kuçerenxo
Məğ. 0:10
N/A
  Al-İzani
Qəl. 11:0
  Kostantino
Məğ. 0:5
N/A
14
Vilayət Ağayev -57 kq
  Zetian
Məğ. 4:5
N/A
  Pavlovsxi
Qəl. 4:3
  Manuhyan
Qəl. 7:2
  Sarmiento
Məğ. 0:1
N/A
N/A
10
Sərbəst güləş
Namiq Abdullayev -52 kq
  Rosselli
Qəl. 7:0
  Sasayama
Qəl. 11:0
  Açilov
Qəl. 11:0
  Məhəmmədi
Qəl. 10:0
N/A
  Yordanov
Məğ. 3:4
 
Arif Abdullayev -57 kq
  Talehi
Məğ. 1:4
N/A
  Fidarov
Qəl. 11:0
  Əlicanov
Qəl. 4:2
  Doğan
Məğ. 1:2
N/A
10
Elşad Allahverdiyev -68 kq
  Foriz
Qəl. 4:0
  San-O
Məğ. 4:5
N/A
  Koiv
Məğ. 1:5
N/A
14
Məhəmmədsalam Hacıyev -74 kq
  Yan-Son
Məğ. 1:4
N/A
  Kuruqliyev
Qəl. 4:0
  Ritter
Qəl. 4:2
  Rodriqez
Qəl. 6:2
  Leipold
Məğ. 0:2
N/A
  Peysov
Məğ. WO[a]
8
Məhəmməd İbrahimov -82 kq
  Cəbrayılov
Məğ. 1:4
N/A
  Savho
Qəl. 5:0
  Qita
Qəl. 5:2
  Qoqolişvili
Qəl. 6:4
  Qutçes
Qəl. 4:2
  Xadem
Məğ. 0:2
  Cəbrayılov
Qəl. WO[b]
5
Davud Məhəmmədov -100 kq
  Cədidi
Məğ. 0:4
N/A
  Troplini
Qəl. 10:0
  Sabeyev
Məğ. 1:4
N/A
11

Qılıncoynatma

redaktə
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Atlanta Olimpiadasında qılıncoynatma idman növü üzrə turnirlər 20–25 iyulda baş tutdu. Azərbaycanı bu turnirdə Elxan Məmmədov təmsil elədi.[36][1]

İyulun 21-də mübarizə aparan Elxan Məmmədov 1/16 final mərhələsində Ukrayna nümayəndəsi Vladimir Kalyujni ilə üz-üzə gəldi.[37] Həmin görüşdə Elxan Məmmədov rəqibinə 5:15 hesabı ilə məğlub oldu və Atlanta Olimpiadasını 40-cı pillədə başa vurdu.[37]

İdmançı
Yarış
1/16 final
1/8 final
1/4 final
1/2 final
Final / BM
Yer
Elxan Məmmədov Kişilər, sablya
  Kalyujni
Məğ. 5:15
N/A
40

Suya tullanma

redaktə
  • Q — növbəti mərhələyə adladı

Atlanta Olimpiadasında suya tullanma idman növü üzrə turnirlər 26 iyul-2 avqustda baş tutdu. Azərbaycanı bu turnirdə Emin Cəbrayılov təmsil elədi.[38][1]

Avqustun 1-də mübarizə aparan Emin Cəbrayılov təsnifat mərhələsində 294.92 xal nəticə göstərdi.[39] Bununla da Emin Cəbrayılov Atlanta Olimpiadasını 37 idmançı sırasında 27-ci pillədə başa vurdu.[39]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Yarım-final mərhələsi
Final
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
Emin Cəbrayılov Kişilər, 10 m., platforma
294.92
27
N/A

Üzgüçülük

redaktə
  • Q — növbəti mərhələyə adladı

Atlanta Olimpiadasında üzgüçülərin turnirləri 20–26 iyulda baş tutdu. Azərbaycanı bu turnirdə Emin Quliyev təmsil elədi.[40][1]

İyulun 25-də 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirində mübarizə aparan Emin Quliyev təsnifat mərhələsinin C qrupunda 25.22 saniyə nəticə göstərdi və qrupu 8 üzgüçü sırasında 7-ci pillədə başa vurdu.[41] Ümumi nəticədə isə Emin Quliyev Atlanta Olimpiadasında 65 idmançı sırasında 58-ci pillənin sahibi oldu.[41]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Yarım-final mərhələsi
Final
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
Emin Quliyev Kişilər, 50 m., sərbəst
25.22
7
N/A

Yüngül atletika

redaktə
  • Q — növbəti mərhələyə adladı

Atlanta Olimpiadasında yüngül atletlərin turnirləri 26 iyul–2 avqustda baş tutdu. Azərbaycanı bu turnirdə dörd idmançı təmsil elədi.[1]

İyulun 26-da 100 metr məsafəyə qaçış turnirində çıxış edən Arif AxundovElvira Cabbarova mübarizə apardı.[42][43] Kişilərin turnirində çıxış edən Arif Axundov təsnifat mərhələsinin G qrupunda mübarizə apardı və 11.11 saniyə nəticə göstərdi.[44] Bu nəticələrə əsasən Arif Axundov qrupu yeddincici pillədə başa vurdu və olimpiada da mübarizəsini dayandırdı.[44] Qadınların turnirində çıxış edən Elvira Cabbarova isə təsnifat mərhələsində 11.96 saniyə nəticə göstərdi və mərhələni 8-ci pillədə başa vurdu.[45] Bununla da Elvira Cabbarova olimpiada da mübarizəsini başa vurdu.[45]

Həmin gün həm də üçtəkanla tullanma turnirində çıxış edən Aleksey FatyanovVasif Əsədov mübarizə apardı.[46][47] Vasif Əsədov 16.22 metr nəticə göstərdi və təsnifat mərhələsini 27-ci pillədə başa vurdu.[48] Aleksey Fatyanov isə 6.14 metr nəticə göstərdi və təsnifat mərhələsini 31-ci pillədə başa vurdu.[48] Bununla da həm Əsədov, həm də Faytanov olimpiada da mübarizəsini başa vurdu.[48]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Nəticə
Yer
Nəticə
Yer
Kişilər
Arif Axundov 100 m.
11.11
7
N/A
Vasif Əsədov Üçtəkanla tullanma
16.22
27
N/A
Alexey Fatyanov
16.14
31
N/A
Qadınlar
Elvira Cabbarova 100 m.
11.96
8
N/A

Olimpiadanın nəticələri

redaktə

Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 198 dövlət arasında 61-ci pillənin, medalların sayına görə isə 64-cü pillənin sahibi oldu. Avropa Olimpiya Komitələrinə (EOC) üzv olan 48 dövlət arasında medalların həm əyarına, həm də sayına görə 32-ci pillənin sahibi olan Azərbaycan, postsovet dövlətləri arasında isə medalların həm əyarına, həm də sayına görə 8-ci pillədə qərarlaşdı.

Qeydlər

redaktə
  1. Görüş formal əhəmiyyətə sahib olduğuna görə Məhəmmədsalam Hacıyev görüşdən imtina elədi
  2. Görüş formal əhəmiyyətə sahib olduğuna görə Məhəmməd İbrahimovun rəqibi görüşdən imtina elədi

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 Olympedia.org. "Azerbaijan at the 1996 Summer Olympics". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Olympedia.org. "Asif MƏLİKOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. Olympedia.org. "Tofiq HEYDƏROV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. 1 2 3 4 5 Olympedia.org. "1996 Summer Olympics / Weightlifting / Bantamweight (59 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  5. 1 2 3 4 5 6 7 8 9 10 Olympedia.org. "1996 Summer Olympics / Weightlifting / Light-Heavyweight (83 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  6. Olympedia.org. "Valeri TİMOXİN". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  7. Olympedia.org. "İradə AŞUMOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  8. 1 2 3 Olympedia.org. "1996 Summer Olympics / Shooting / Air Pistol / 10 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  9. 1 2 3 Olympedia.org. "1996 Summer Olympics / Shooting / Sporting Pistol / 25 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  10. 1 2 Olympedia.org. "1996 Summer Olympics / Shooting / Sceet / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  11. Olympedia.org. "İlham KƏRİMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  12. Olympedia.org. "Ədalət MƏMMƏDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  13. 1 2 Olympedia.org. "1996 Summer Olympics / Boxing / Light-Heavyweight (81 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  14. 1 2 3 4 5 6 Olympedia.org. "1996 Summer Olympics / Boxing / Super-Heavyweight (+91 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  15. Olympedia.org. "Nazim HÜSEYNOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  16. Olympedia.org. "Zülfiyyə HÜSEYNOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  17. 1 2 3 4 Olympedia.org. "1996 Summer Olympics / Judo / Lightweight (56 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  18. 1 2 3 4 Olympedia.org. "1996 Summer Olympics / Judo / Extra-Lightweight (60 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  19. Olympedia.org. "Tahir ZAHİDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  20. Olympedia.org. "Vilayət AĞAYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  21. 1 2 3 4 5 6 Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Light-Flyweight (48 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  22. 1 2 3 4 5 6 7 8 Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Bantamweight (57 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  23. Olympedia.org. "Arif ABDULLAYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  24. 1 2 3 4 5 6 7 8 9 10 Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Bantamweight (57 Kilograms) / Freestyle / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  25. Olympedia.org. "Elşad ALLAHVERDİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  26. 1 2 3 4 5 6 7 Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Lightweight (68 Kilograms) / Freestyle / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  27. Olympedia.org. "Məhəmməd İBRAHİMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  28. 1 2 3 4 5 6 7 8 9 10 11 Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Middleweight (82 Kilograms) / Freestyle / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  29. Olympedia.org. "Davud MƏHƏMMƏDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  30. 1 2 Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Heavyweight (100 Kilograms) / Freestyle / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  31. Olympedia.org. "Məhəmmədsalam HACIYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  32. 1 2 3 4 5 6 7 8 Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Welterweight (74 Kilograms) / Freestyle / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  33. Olympedia.org. "Namiq ABDULLAYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  34. 1 2 3 4 5 6 7 8 9 10 International Wrestling Database. "1996 // Olympic Games // Seniors // Freestyle // 52 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  35. Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Flyweight (52 Kilograms) / Freestyle / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  36. Olympedia.org. "Elxan MƏMMƏDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  37. 1 2 Olympedia.org. "1996 Summer Olympics / Fencing / Sabre / Individual / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  38. Olympedia.org. "Emin CƏBRAYILOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  39. 1 2 Olympedia.org. "1996 Summer Olympics / Diving / Platform / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  40. Olympedia.org. "Emin QULİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  41. 1 2 Olympedia.org. "1996 Summer Olympics / Swimming / 50 metres / Freestyle / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  42. Olympedia.org. "Arif AXUNDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  43. Olympedia.org. "Elvira CABBAROVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  44. 1 2 Olympedia.org. "1996 Summer Olympics / Athletics / 100 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  45. 1 2 Olympedia.org. "1996 Summer Olympics / Athletics / 100 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  46. Olympedia.org. "Vasif ƏSƏDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  47. Olympedia.org. "Alexey FATYANOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  48. 1 2 3 Olympedia.org. "1996 Summer Olympics / Athletics / Triple Jump / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  NODES
games 1
games 1
Intern 1
mac 4
os 7