Azərbaycan Müvəqqəti İnqilab Komitəsi

(Azərbaycan SSR İnqilab Komitəsi səhifəsindən yönləndirilmişdir)

Azərbaycan SSR İnqilab KomitəsiAzərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi.

Azərbaycan SSR İnqilab Komitəsi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan SSR
Yaradılma tarixi 28 aprel 1920
Ləğv edilib 19 may 1921
Tabelik Azərbaycan Sovet Sosialist Respublikası
Baş qərargah Bakı şəhəri

1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, Dadaş Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, Viktor Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.

AK(b)P MK‐nın ilk azərbaycanlı rəhbəri olmuş Mirzə Hüseynov bu vəzifəyə seçildikdən sonra partiyanın sıralarının artması və təşkilatlarının sayının çoxalması sahəsində xeyli iş görməyə başladı. Mirzə Hüseynov bu dövrdə RK(b)P Qafqaz Ölkə Komitəsinin təşəbbüsü nəticəsində yaradılmış Hərbi inqilabi qərargahın sədri kimi başqa inqilabçılarla bərabər AXC hökumətini devirəcək XI Qızıl ordu komandanlığı ilə birlikdə ordu hissələrinin və Bakı fəhlələrinin birgə hərbi əməliyyatı planının tərtibində fəal iştirak etmişdir. 1920‐ci il aprelin 26‐da AK(b)P MK‐nın və Bakı Bürosunun birgə təcili iclası keçirilmiş və üsyana rəhbərlik etmək üçün Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradılmışdır. Onun tərkibinə Abid Alimov(Əlimanov), Dadaş Bünyadzadə, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Nəriman NərimanovHəmid Sultanovla birlikdə Mirzə Davud Hüseynov da daxil olmuşdur.

28 aprel 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulur. Azərbaycanda hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə keçdi. Həmin komitənin formalaşdırdığı yeni hökumət Azərbaycan SSR Xalq Komissarları Soveti (XKS) adlanırdı. Müvəqqəti İnqilab Komitəsi tərkibinə ancaq azərbaycanlılar daxil idilər.(XKS) Sədr Nəriman Nərimanov (28 aprel 1920–19 may 1921) idi.

Həmçinin bax

redaktə

Əlavə ədəbiyyat

redaktə
  • Азәрбајҹан Мүвәггәти Ингилаб Комитәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 163–164.
  NODES