Bəhram bəy Nəbibəyov

Nəbibəyov Bəhram bəy Qasım bəy oğlu (6 dekabr 1884 — iyul 1930) — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet ordusunun zabiti, polkovnik, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri.

Bəhram bəy Nəbibəyov
Bəhram bəy Qasım bəy oğlu Nəbibəyov
Doğum tarixi
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (45 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat səbəbi edam
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı Aişə xanım Sultanova
Uşaqları Əsmər xanım və Aslan bəy
Atası Qasım bəy Nəbibəyov
Anası Əsmər xanım
Fəaliyyəti hərbçi
Mükafatları III dərəcəli Müqəddəs Stanislav ordeni

Həyatı

redaktə

Bəhram Nəbibəyov 1884-cü ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olmuşdu. İlk təhsilini Kutaisi Realnı məktəbində alıb. Sonra Peterburq Konstantin artilleriya məktəbinin tələbəsi olmuşdu. 1904-cü il 2 sentyabrda oranı birinci dərəcəli diplomla başa vurmuşdu. Elə həmin il Qafqazdakı iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. Bəhram bəy 1909-cu il 7 sentyabrda poruçik, 1912-ci il 31 avqustda isə ştabs-kapitan rütbəsinə layiq görülmüşdü.

 
Nəbibəyov qardaşları

Fəaliyyəti

redaktə

Bəhram Nəbibəyov 1904-cü ildən Rusiya ordusunun Qafqazdakı topçu briqadasında xidmətə başlamışdır. İkinci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdir. 1918-ci il 27 noyabrda Azərbaycan topçu briqadasına təyinat almış, sonra isə 2-ci topçu briqadasının 3-cü batareya komandiri vəzifəsində xidmət etmişdir. 1919-cu ilin noyabrında Şüvəlan-Türkan istiqamətində Bakının dənizdən müdafiəsinin təşkili onun rəhbərliyi ilə 3-cü topçu batareyasından və 5-ci Bakı piyada alayının bir bölüyündən təşkil edilmiş dəstəyə tapşırılmışdı. Denikin qüvvələrinin dənizdən ehtimal edilən təhlükəsinin qarşısını almaq üçün Şüvəlan-Türkan-Qala xətti üzrə dəniz sahili böyunca müdafıə mövqeləri tutmuşdu. 1920-ci ilin mart-aprel aylarında cümhuriyyət hərbi qüvvələrinin Qarabağda erməni-daşnak işğalçılarına qarşı apardığı əməliyyatlarda fəal iştirak etmişdir. Onun komandiri olduğu batareya 1920-ci il 8 apreldə Malıbəyli-Şuşakənd ətrafında gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. General Həbib bəy Səlimovun hərbi nazir Səməd bəy Mehmandarova göndərdiyi teleqramda B.Nəbibəyovun bu xidmətləri xüsusi qeyd olunmuşdu. Səməd bəy MehmandarovƏliağa Şıxlinski ilə yaxın dostluq əlaqələri olmuşdur. Azərbaycanı bolşeviklər işğal etdikdən - Aprel işğalından (1920) sonra bir müddət sovet ordusu sıralarında xidmət etmiş, ŞuşanınŞəkinin hərbi komissarı olmuşdur. Şəki Hərbi Komissarlığında işləyərkən - 1930-cu ildə Şəki-Zaqatala bölgəsində (Bideyiz dağı) sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanının rəhbərlərindən biri idi. Həmin ilin iyulunda üsyanın yatırılması üçün göndərilmiş çoxsaylı sovet hərbi qüvvələri ilə döyüşdə həlak olmuşdur.[1]

Atası - çar ordusunun ştabs-kapitanı Qasım bəy Hüseyn bəy oğlu Nəbibəyov Orta Asiyada uzun müddət hərbi tərcüməçi işləmiş, eyni zamanda Şəkidə ipək istehsalı ilə məşğul olan müəssisələrə malik olmuşdur. 1925-ci ildə 95 yaşında vəfat etmişdir.

Qardaşları - Kapitan Zahid bəy, kapitan Vahid bəy və polkovnik Hüseyn bəy çar Rusiyasında tanınmış hərbçilər olmuşlar. Zahid bəylə Vahid bəy inqilaba qədər dünyalarını dəyişmiş, Hüseyn bəy isə 1930-cu ildə - bolşeviklər tərəfindən Şəki üsyanı yatırıldıqdan sonra həbs edilmiş və sonrakı taleyi haqda heç bir məlumat yoxdur.

İstinadlar

redaktə
  1. Yaqublu, Nəsiman. Müsavat partiyasının tarixi (PDF) (az.). Bakı: Adiloğlu. 2012. 140. 2021-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-25.

Xarici keçidlər

redaktə
  NODES
ELIZA 1
mac 3
os 1