Bərgüşad (Ucar)

Ucar rayonunda kənd

BərgüşadAzərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.

Bərgüşad
40°24′11″ şm. e. 47°50′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ucar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 6017 (2009) nəfər
Bərgüşad xəritədə
Bərgüşad
Bərgüşad
Bu məqalə Ucarın Bərgüşad kəndi haqqındadır. Bərgüşad çayı üçün Bərgüşad (çay) səhifəsinə baxın.

Bərgüşad Ucar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. 1917-ci ildə Cavanşir qəzasının Şirvanlı inzibati ərazi vahidində, 1933-cu ildə Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində də Bərgüşat adlı yaşayış məntəqələri qeydə alınmışdır. Tədqiqatçılar bu oykonimi "bərgülərin kəndi" kimi izah edərək, etnotoponim hesab edirlər. Ukraynanın Vannitski vilayətində BərŞad adlı Şəhər və rayonun olması faktı da məlumdur[1].

Etimologiyası

redaktə

Bərgüşad toponimi hələ tamamilə öyrəlilməmişdir. Kürddilli[2] Bərgüşad tayfasına mənsub addır. Bu tayfa öz adını Bərgüşad zonasından almışdır. Bərgüşad toponiminin arealı genişdir. Məsələn; Bərgüşad sıra dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi və s. yer adları vardır.

Orta əsrlərdə Bərgüşad indiki Araz çayına tökülən Əkəri çayı ilə Bərgüşad çayı arasındakı ərazini əhatə etmiş, burada vaxtıilə Bərgüşad adlı kənd olmuş, sonralar onlar köçəri maldarlığın inkişafı ilə əlaqədar olaraq Kür-Araz ovalağına, o cümlədən, Ucar rayonuna gəlib çıxmışlar.

Bərgüşad sözü ədəbiyyata XV əsrdən məlumdur. XVI əsrə aid mənbələrdə göstərilir ki, Bərgüşad tayfa adı olmaqla Qızılbaş tayfalarındandır. Səfəvilər dövründə Bərgüşad Qızılbaş tayfalarının tərkibinə daxil olmuşdur. Bir sıra alimlərə görə taponimin birinci kompanentini təşkil edən Bərgü sözü qədim türk mənşəli "barq" tayfasının adıdır.

Monqol hökmdarı Çingiz xanın oğlu Çucinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı Bərgü tayfasının da torpaqlarının tutulması məlumdur. İran səlnaməçisi Fəxrəddin Mübarək Şah XII əsrdə 58 türk tayfası arasında Bərgü tayfasının da adını çəkib. Fəzilullah Rəşidəddin XIII əsrdə bu etnonimini "bərgüt" (Bərgülər kimi qeydə almışdır).

Tədqiqatçıların fikrincə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki Şad (şat) sözü olan yaşayış məntəqəsi adları geniş yayılmışdır. Oykonim "bərgülərin kəndi" mənasını bildirir. Həm də Bərgüşadın tərkibindəki "şad" sözü "sevinc, şadlıq, məskən, çeviç" və s. mənalarını da verir.

Ucar rayonundakı indiki Bərgüşad kəndi də bu tayfanın maldarlıqla məşğul olmaq, qışlamaq, yeni otlaq sahələrinə yiyələnmək məqsədilə buraya köçüb gələrək, oturaq həyat tərzinə keçərək məskunlaşması nəticəsində əmələ gəldiyin ehtimal edilir. Bərgüşad qədim və böyük kənddir. Burada yaşayanlar vaxtıilə Göyçay qəzasına gəlib-getmək üçün indiki Bərgüşad dəmiryolu stansiyası ərazisindən yol salmışlar. İndi də bu yol Bərgüşad yolu adlanır.

1883-cü ildə Bərgüşad dəmiryolu stansiyası tikilib istifadəyə verilərkən Bərgüşad dəmiryolu stansiyası bu kəndin adı ilə adlandırılmışdır. Hazırda respublikamızın Qubadlı rayonunda kəndKiçik Qafqazda Bərgüşad çayı və Bərgüşad adına dağ vardır. Bərgüşad toponimi dörd coğrafi obyektin: çay, dağ, kənd, dəmiryolu stansiyası adının tərkibində iştirak etmişdir.

Keçmişdə İrəvan xanlığının Sərdarabad mahalında da Bərgüşad adlı kəndin olması göstərilir.[mənbə göstərin]

1917-ci ildə Cavanşir qəzasının Şirvanlı kəndinin inzibati ərazi vahidində, 1933-cü ildə Bərdə rayonunun eyni adlı inzibati ərazi vahidində də Bərgüşad adlı yaşayış məntəqələri qeydə alınmışdır. Tədqiqatçılar bu oykonimi Bərgü tayfa adı ilə bağlı olduğunu və "bərgülərin kəndi" kimi izah edərək, etnotoponim hesab edirlər. Qeyd etmək lazımdır ki, QubadlıZəngilan rayonları ərazisində sıra dağlar və adını bu dağlardan almış Bərgüşad çayının olması bəllidir. Ukraynanın Vannitski vilayətində Bərşad adlı şəhər və rayonun olması faktı da məlumdur.[3]

Adının tarixi

redaktə

Hazırda Bərgusad bugünkü Ucar şəhərinə aid kənd ərazi vahididir. Adı tarixi baxımdan qədim türk adları qrupuna daxildir. Hətta bu kənd haqqında dillərdə bir çox əhvalatlar da dolaşmaqdadır. Azərbaycanın ərazisinin fərqli yerlərində rast gəlinən Bərgüşad toponimini, demək olar, hələ alimlər tam öyrənməyib. Bərgüşad sözü ədəbiyyata XV əsrdən məlumdur. Əsas versiyalara görə, Bərgüşad türk tayfasına mənsub bir addır. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda indiki Naxçıvan ərazisində Bərgüşad adlı türkdilli tayfanın adı ç əkilir. XVI əsrə aid mənbələrdə isə göstərilir ki, Bərgüşad sözü Qızılbaş tayfalarının adından alınmışdır və Bərgüşad zonası ilə bağlıdır. Orta əsrlərdə Bərgüşad indiki Araz çayına tökülən Həkəri çayı ilə Bərgüşad çayı arasındakı ərazini əhatə etmiş, burada vaxtilə Bərgüşad adlı kənd olmuş, sonralar onlar köçəri maldarlığın inkişafı ilə əlaqədar olaraq Kür-Araz ovalağına, o cümlədən, Ucar rayonuna gedib çıxmışlar. 1917-ci ildə Cavanşir qəzasının Şirvanlı kəndinin inzibati ərazi vahidində, 1933-cü ildə Bərdə rayonunun eyni adlı inzibati ərazi vahidində də Bərgüşad adlı yaşayış məntəqələri qeydə alınmışdır. Ukraynanın Vannitski vilayətində Bərşad adlı şəhər və rayonun olması faktı da məlumdur. Bir çox tədqiqatçılara görə, sözün birinci komponentini təşkil edən “bərgü” sözü qədim türk mənşəli “barq” tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı “bərgü” tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. Iran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında “bərgü” tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi “bərküt” (bərgülər) kimi qeydə almışdır. Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki şad/şat sözü isə bir növ cəmlik bildirir. Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri “bərgülərin dağı”, “bərgülərin çayı”, “bərgülərin çökəyi” mənasındadır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir. Bərgüşad toponimi çox geniş coğrafi areala sahibdir. Qeyd etdiyimiz kimi, respublikamızın bir çox bölgələrində bu maraqlı toponimlə bağlı adlara təsadüf etmək mümkündür. Şübhəsiz, daha ətraflı və əsaslı araşdırmalar aparıldığı halda, bu adların bağlılığı və ortaq nöqtələrinin haradan qaynaqlandığı barədə daha dəqiq məlumat vermək xeyli asanlaşacaq. Bir zamanlar Ucar rayonuna köçmüşlər.

Əhalisi, statistik məlumatlar, ərazisi

redaktə

Maraqlı tarixi olan Ucar rayonunun Bərgüşad kəndi rayondan 25–30 km cənub-şərqdə və Bərgüşad dəmir yolu stansiyasından 10 km aralı Şirvan düzündə - aran ərazisində yerləşir.

Bərgüşad kəndinin əhalisi 5843 nəfər olmaqla, 1305 ailədən ibarətdir (2005-ci il). Kəndin sahəsi 5052 ha-dır. Kənd əhalisi pambıqçılıq, taxılçılıq, baramaçılıq, bağçılıq, tərəvəz-bostançılıq və heyvandarlıqla məşğuldur. Bu, rayonda ən böyük kənd olmaqla, 3 ümumtəhsil məktəbi, mədəniyyət evi, kitabxana, uşaq bağçası, xəstəxana, rabitə qovşağı, çörək zavodu, çoxlu ictimai iaşə obyektləri olan yaşayış məntəqəsidir. Bərgüşad kəndi rayonda ən qədim kəndlərdən biri sayılır.

Mədəniyyəti

redaktə

Kənddə 2 orta, 1 əsas məktəb, 1 uşaq bağçası, 1 mədəniyyət evi, 1 klub, 2 kitabxana, 1 xəstəxana, 200 nömrə tutumlu 1 Avtomat Telefon Stansiyası fəaliyyət göstərir.

Bərgüşadda aparılmış ilk arxeoloji qazıntılar burada hələ eradan əvvəl yaşayış yerləri olduğunu sübut edir.Qaratəpə,Qıztəpə və Adsız təpə eradan əvvəl II əsrə – eramızın ilk əsrlərinə aid küp qəbirlər tapılmışdır. Bərgüşadda tapılmış açıq-qırmızı gil qablar,həmçinin tunc, Dəmir, gümüş və s.-dən hazırlanmış bəzək şeyləri burada e.ə və eramızın başlanğıcında dulusçuluq və sənətkarlığın inkişafını göstərir.

Tarixi yerləri, Maddi-mədəni irsi

redaktə

Bu maraqlı keçmişi olan kənddə indi də respublika əhəmiyyətli arxeoloji qazıntılar aparılır. Bu qazıntı işləri bölgənin uzaq tarixinin dərindən öyrənilməsi üçün zəngin material təqdim etməklə bərabər, qədim zamanlarda bura köçüb gəlmiş əhalinin keçmişinə də işıq salır. Bərgüşad kəndində aparılmış ilk arxeoloji qazıntılar burada hələ eramızdan əvvəl yaşayış yerləri olduğunu sübut edir. Burada Qaratəpə, Qızıltəpə və digər adsız təpədə e.ə. II əsrə, b.e.ilk əsrlərinə aid küp qəbirlər aşkar edilmişdir. Bu qəbirlər küpün böyüklüyü ilə (hündürlüyü 2 m-dək), ölünün küpdə arxası üstə qoyulmasına və istiqamətinə görə Azərbaycan ərazisindəki başqa küp qəbirlərdən əsaslı şəkildə fərqlənir.

Coğrafiyası və iqlimi

redaktə

Bərgüşad kəndi rayon mərkəzindən cənub-şərqdə yerləşir. Sahəsi 5052 hektardır.

Ərazisi, əhalisi, məşğuliyyəti

redaktə

Ucar rayonundakı indiki Bərgüşad kəndi adını qeyd etdiyimiz bu tayfanın maldarlıqla məşğul olmaq, qışlamaq, yeni otlaq sahələrinə yiyələnmək məqsədilə buraya köçüb gəlmiş əhalisindən təşkil olunmuşdur. Kənd burada insanların oturaq həyat tərzinə keçərək məskunlaşma nəticəsində əmələ gəlmiş bir yaşayış məntəqəsi kimi formalaşmışdır. Bərgüşad qədim və böyük kənddir. Burada yaşayanlar vaxtilə Göyçay qəzası ilə əlaqə saxlamaq üçün indiki Bərgüşad dəmir yolu stansiyası ərazisindən yol salaraq bu yolla gedib-gəlmişlər. Indi də bu yol Bərgüşad yolu adlanır. Odur ki, 1883-cü ildə Bərgüşad dəmir yolu stansiyası tikilib istifadəyə verilərkən Bərgüşad dəmir yolu stansiyası bu kəndin adı ilə adlandırılmış və indi də bu ad qalmaqdadır. Hazırda əhalinin bura köçüb gəldiyi ehtimal olunan respublikamızın Qubadlı rayonunda, Kiçik Qafqazda Bərgüşad çayı və Bərgüşad dağı var. Məlumdur ki, belə gözəl yerdə, dağın ətəyində, çayın kənarında insan yaşamasaydı, o yerlərə də tayfa adı verilməzdi. Deməli, həmin ərazidə Bərgüşad çayı və Bərgüşad dağının ətəyində vaxtilə Bərgüşad adlı kənd də olmuşdur. İndi həmin kənd orada yoxdur. Göstərildiyi kimi, onlar vaxtilə köçəri maldarlığın inkişafı ilə qışlaq sahələrinə yiyələnmək məqsədilə Kür-Araz ovalağına, digər yerlərə gəlmiş və bir daha öz yerlərinə getməyərək birdəfəlik burada oturaq həyatı keçirərək məskunlaşmışlar.

Əhalisi

redaktə

Kənd əhalisi etnik tərkibinə görə azərbaycanlılardan ibarətdir.

Əhalisi 5899 nəfərdir.

2009-cu ildə isə kəndin əhalisi 6017-ə çatmışdır.[4][5] Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli bərgüşad tayfasına olmuşdur.[5]

Məşhur və tarixi şəxsiyyətləri, şairləri

redaktə

Bərgüşad kəndindən bir çox tarixi şəxsiyyətlər çıxmışdır. Onlardan ən məşhuru saray şairi Həbibidir (1470-1520). Şairin məşhurlaşmasının çox maraqlı bir tarixi var. Kiçik yaşlarında quzu otaran Həbibi təsadüfi bir hadisə nəticəsində Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gəlib çıxmışdır. Ona burada bir şair kimi yetişmək imkanı yaranmışdır. Ağqoyunluların süqutundan sonra şair Səfəvilərin sarayında da hörmətlə qarşılanmış, Şah İsmayıl Xətainin sarayında "Məlik üş-şüəra" rütbəsi qazanmışdır. Çaldıran vuruşmasından sonra ömrünü Türkiyədə keçirmişdir. Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur. Həbibinin ahəngdar poetik dili, bədii üslubu, şeirlərindəki sadəlik və əlvanlıq ona Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mövqe qazandırmışdır. Şairin əsərləri tam halda günümüzə gəlib çıxmayıb. Həbibinin 50-yə yaxın şeiri kitab halında 1980-ci ildə çap etdirilmişdir.

İqtisadiyyatı

redaktə

Kənd əhalisi pambıqçılıq, taxılçılıq, baramaçılıq, bağçılıqheyvandarlıqla məşğuldur.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 129.
  2. Гейбуллаев, Гиясаддин Аскер оглы. Топонимия Азербайджана (rus). Баку: Элм. 1986. səh. 101–102.
  3. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh.92.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  5. 1 2 Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана. С. 102
  NODES