Baham adaları

eyni adlı adalarda yerləşən dövlət

Baham Adaları Birliyi (ing. Commonwealth of the Bahamas), Bahamalar (ing. Bahamas) — eyni adlı adalarda yerləşən dövlət. Sahəsi – 13,9 min km², əhalisi – 0,4 mln. nəfər (2005-ci il), paytaxtı – Nassau. Baham adaları Florida yarımadasından cənub-şərqdə geniş Baham arxipelağında yerləşir. Arxipelaq 650-dən artıq xırda adalardan ibarətdir.

Baham adaları
The Bahamas
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"İrəli, İrəli, Birlikdə irəli"
Himn: "March On, Bahamaland"
Tarixi
 • Böyük Britaniyadan müstəqillik 10.VII.1973
Rəsmi dilləri
Paytaxt Nassau-250 min nəfər (2011-ci il)
İdarəetmə forması Parlament demokratiyasıKonstitusiyalı monarxiya
Monarx III Çarlz
General-qubernator Kornelius Elvin Smit
Baş nazir Filip Devis
Sahəsi Dünyada 161-ci
 • Ümumi 13878 km²
 • Su sahəsi (%) 27%
Əhalisi
 • Əhali 365 min nəfər (177-ci)
 • Siyahıyaalma (2010) 353 658 nəf.
 • Sıxlıq 26 nəf./km²
 • Ümumi 11.527.600.000 $[1], 12.897.400.000 $[1]
ÜDM (AQP)
 • Ümumi 11 240 million dollar  (151-ci)
 • Adambaşına 31 900 dollar  (45-ci)
İnternet domeni .bs
ISO kodu BS
BOK kodu BAH
Telefon kodu +1242
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Baham Adaları

Adın etimologiyası

redaktə

Baham adaları adının haradan gəldiyi dəqiq məlum deyil. Adanın adının ispan dilindəki baja mar (cənub dənizi) və ya bu adanın aborigen sakinləri olan Lukayan xalqının dilindəki ba-ha-ma (geniş yüksək ərazi) sözündən yaranması ehtimalı mövcuddur.

Coğrafiya

redaktə

Baham adaları əsasən mərcan tipli əhəngdaşlarından ibarətdir. Baham — 700 adadan (onlardan 30-u məskunlaşıb) və 2000 mərcan töküntüdən ibarət olan arxipelaqdır. Düzənlik səthə malik olan adalarda karst relyef formaları geniş yayılmışdır. Ölkə 1973-cü ilin iyulun 10-dan müstəqil dövlətdir. Əksər adaların sahillərində narın qumlu, gözəl çimərliklər uzanır. İqlimi tropik rütubətli olub, may ayından oktyabr ayına kimi yağıntılı dövrüdür. Yanvarın orta temperaturu 20–23 °C, iyul 28 °C-dir. İyul ayından oktyabra kimi adalarda tez-tez güclü qasırğalar olur, yağıntının miqdarı 1100–1700 mm-dir. Çaylardan məhrum olan adalarda çoxlu duzlu-şor göllər vardır. Yağıntıların karst burulğanlarından keçərək yaratdığı yeraltı sular ada sakinləri üçün şirin su mənbəyidir.

Adaların bitki örtüyü nisbətən kasıbdır. Savannalar, həmişə yaşıl tikanlı kolluqlar, xeyli sahədə şam meşələri mövcuddur. Böyük adalarda — Androsda və Böyük Abakoda həmişəyaşıl meşələr qalmaqdadır.

Silahlı qüvvələr

redaktə

Baham adaları dövlətinin hər hansı ordusu və ya Hərbi Hava Qüvvələri mövcud deyil. Ölkənin silahlı qüvvələri Baham Adaları Kral Müdafiə Qüvvələri və Hərbi Dəniz Donanmasından ibarətdir. Müdafiə Aktına əsasən Baham Adaları Kral Müdafiə Qüvvələri ölkənin suverenliyini qorumaq, dəniz sərhədlərinə nəzarət etmək, təbii fəlakət dövründə yardım fəaliyyəti göstərməkdə məsuldur.

Xarici keçidlər

redaktə
  • Rəsmi saytı.
  • Baham adaları  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Baham adaları xəritədə Arxivləşdirilib 2010-12-22 at the Wayback Machine.
  • Ensiklopediya.
  1. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  2. http://chartsbin.com/view/edr.
  NODES
dada 1
dada 1
Done 1
see 2