Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

(Bakı aeroportu səhifəsindən yönləndirilmişdir)

Heydər Əliyev Beynəlxalq Aeroportu[1], Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və ya qısaca Bakı Hava Limanı[2][3]Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, AzərbaycanınQafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Xəritə

40°28′03″ şm. e. 50°02′48″ ş. u.HGYO


IATA: GYDICAO: UBBB
Məlumat
Hava limanı tipi İctimai
Ölkə Azərbaycan Azərbaycan
Yeri Bakı Bakı
Açılış tarixi 1933
Sahibkar Azərbaycan dövləti
Operator Hökumət
Qovşaq
Dəniz səviyyəsindən
hündürlüyü
3 m / 10 ft
Xəritə
GYD (Azərbaycan)
GYD
Aeroportun Azərbaycan xəritəsində yeri
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
16/34 12,000 4,000 Asfalt/Beton
17/35 9,600 3,200 Asfalt/Beton
Statistika (2018)
Sərnişinlər4,430,000
Ötən ilə nisbətən9,0%
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb. Bu haqda "Azneft" rəhbərliyinə xəbər verilmişdir. Həmin yerə gələn geoloqlar neft sahələri aşkar ediblər. Bununla da Xəzər dənizinin akvatoriyasında neft yataqlarının mənimsənilməsinə başlanılıb və indi dənizdən neft çıxarılması dünyanın aparıcı şirkətləri tərəfindən fəal inkişaf etdirilir. Azərbaycan hava məkanının aviatorların iş yeri olması haqqında, Respublikada mülki aviasiyanın inkişafı haqqında bizim tarixi arayışmız. 1923-cü ilin avqust ayında "Yunkers" təyyarəsində Bakı-Tbilisi-Bakı marşrutu ilə uçuş həyata keçirilmişdi. Mülki Aviasiya Şurası tərəfindən hazırlanan mülki aviasiyanın 3 illik inkişaf proqramı (1924–1926-cı illər) Azərbaycanın mülki aviasiyasının yaradılması və inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmin plan Respublikanın mülki aviasiyasının planlı şəkildə inkişafını, Bakı-Tbilisi-Bakı; Bakı-Pyatiqorsk-Bakı; Bakı-Hacıqabul-Yevlax-Bakı marşrutları ilə Qafqazda ilk hava traslarının yaradılmasını nəzərdə tuturdu. 1925-ci ildə Azərbaycan və Gürcüstan aviasiyasının birləşməsi baş verib. Bu da iki respublikanın iqtisadi əməkdaşlığına şərait yaradıb. 1925-ci ildə Keşlədə hava limanı tikilib və poçt, yük və sərnişin daşınmaları ilə məşğul olan "Hava stansiyası" yaradılıb. Hava limanları arasında təyyarələrin qalxması və enməsi barədə məlumat mübadiləsi teleqraf vasitəsilə həyata keçirilirdi. 1926-cı ildə Mineral sular-Qroznı-Mahaçqala-Bakı-Yevlax-Tbilisi müntəzəm hava trasları açılıb.

 
Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci terminalı

Müharibədən əvvəl Respublikada iqtisadiyyatın və sənayenin inkişafı mülki aviasiyanın inkişafına şərait yaradır (Bakıda (Binə) (1930–1933), Yevlaxda (1932), Hacıqabulda (Şəki) (1933) hava limanlarının inşasına başlanılır). Həmin dövrdə hava traslarının yeni naviqasiya avadanlığı ilə təchizatı da aparılırdı. 1933-cü il iyunun 25-də ilk dəfə olaraq Qafqaz dağlarından keçməklə Moskvaya uçuş həyata keçirilib və bununla da Moskvaya yol 1100 km qısalıb. 1933-cü ildə Bakı hava limanında rabitə kanalları ilə təmin etmək üçün Radioötürücü Mərkəz istismara verilib. Mərkəz hava limanının və HNİ-nin fəaliyyətini təmin edirdi. 1937-ci ildə Bakı-Moskva marşrutu ilə müntəzəm hava xətti açılıb. Onun vasitəsilə hər gün 15 sərnişin aparılırdı, bu da o vaxt üçün böyük nailiyyət idi. Moskvaya müntəzəm reyslərin icrası zamanı Moskva ilə birbaşa teleqraf kanalı açılmışdı və təyyarələrin uçuşu haqqında məlumatlar göndərilirdi. 1938-ci ildə Xalq Komisarları Şurasının Sərəncamı ilə Bakı hava limanı müstəqil təsərrüfat vahidinə ayrılmışdı. Bu da uçuşların müntəzəmliyinin, təhlükəsizliyinin və qənaətliliyinin artırılmasına imkan yaradıb. Eyni zamanda Bakı-Moskva; Bakı-Xarkov; Bakı-Rostov; Bakı-Qroznı aviasiya trasları şəbəkəsi genişlənib. Mülki aviasiya Azərbaycan xalq təsərrüfatının ayrılmaz hissəsinə çevrilib. Müharibə illərindən sonra Respublika hava nəqliyyatının dirçəlişi başlanıb. "Lİ-2" təyyarələrində sərnişinlər, poçt, həmçinin xalq təsərrüfatı üçün təcili yüklər daşınıb. Sülh dövrü səmasında ilk traslar Moskva, Aşqabad, Xarkov, respublika daxilində Yevlax, Gəncə (Kirovabad) və Hacıqabula açılmışdı. Moskvaya uçuş Bakı-Mahaçqala-Həştərxan-Stalinqrad (Volqoqrad)-Voronej-Moskva marşrutu ilə keçib. 1954-cü ilə qədər təyyarələrlə rabitə QD (qısadalğalı diapazon) ilə həyata keçirilirdi.

Bakı hava limanında quraşdırılan ilk lokasiya avadanlığı 1956-cı ildə işə salınan YRS (yer roadiosorğuçusu) olub. YRS istismara verildikdən sonra HNİ dispetçeri təyyarənin uzaqlığını və azimutunu, həmçinin onun dövlət mənsubiyyətini müəyyən etmək imkanını əldə edib. 1950-ci ilə qədər Bakı hava limanında təyyarələrin enməsinə nəzarət vizual keçirilirdi. 1950-ci ildən başlayaraq enməyə giriş üçün ötürücü radiostansiyalardan istifadə olunmağa başlayıb. 1955-ci ildə Azərbaycanın hava məkanına yeni çoxyerli İl-14 təyyarəsi qalxıb. Qısa müddət ərzində aviasiya mütəxəssisləri yeni aviasiya texnikasına yiyələniblər. Respublikanın mülki aviasiyasında yeni dövr 1959-cu ildə yeni İl-18 turbopərli təyyarəsinin Azərbaycana gətirilməsindən başlanıb. Hava traslarında çoxyerli rahat İl-18 təyyərəsinin uçuşlarının başlanması ilə əlaqədar mühəndis-texniki və dispetçer heyətinin ixtisasını tez bir zamanda yenidən qaldırmaq lazım idi. 60-cı illərin əvvəllərində QD diapazonunda rabitə kanallarına əlavə olaraq operativ şəkildəHNİ məntəqələri ilə teleqraf və telefon rabitə kanalları tətbiq olunmağa başlandı. Həmin vaxt, yeni pilotaj və naviqasiya avadanlığı ilə təchiz edilmiş yeni turbopərli texnikanın mənimsənilməsi dövründə, həmçinin uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün yüksək ixtisaslı mühəndislərin hazırlanması tələb olunurdu. Yeni nəsil təyyarələrin təhlükəsiz idarəolunması və enməsi üçün Bakı hava limanını yeni lokasiya və naviqasiya vasitələri ilə təchiz etmək lazım idi. Bu məqsədlə 1959-cu ildə dairəvi görünüşlü radiolokator P-20 ("Romaşka") istismara verilib. Bundan əlavə, ilk alətli enmə sistemi (ES-50) də istismara verilib. 60-cı illərdə ilk enmə radiolokatoru yaranır, 1962-ci ildə Bakı hava limanında 335 və 155 kurslu yeni QEZ (qalxma-enmə zolağı) istismar edilməyə başlanıb. Yeni QEZ ötürücü radiostansiyası və iki enmə sistemi "ES-75" ilə təchiz edilib. Yeni xəttin təchizi zamanı görünüşlü və enmə radiolokatoru "RSP-5" də istismara verilib. 1964-cü ildə təyyarəsürmə və enmənin yerüstü vasitələrinin inkişafında yeni mərhələ başlanır. Yeni enmə radiolokatoru "PRL-7", aerodrom radiolokatoru "DRL-7" istismara verilir. 1968-ci ildə "PRL-7" daha müasir və dəqiq "RP-2F" (Çexiya istehsalı "TECNA") radiolokatoru ilə əvəz edilir. Onun vasitəsilə HNİ dispetçeri enmə zamanı təyyarəyə daha dəqiq nəzarət edirdi. Azərbaycan mülki aviasiyasında sürətli texniki proqreslə bağlı problem uğurla həll olunmuşdur. 1967-ci ildə Bakı aviatorları İl-14-ü əvəz edən An-24 turbin təyyarələrini uğurla mənimsəyiblər. 70-ci illərdə respublikanın 11 rayonunda, o cümlədən Naxçıvanda, Beyləqanda, Zaqatalada Yak-40 reaktiv təyyarələrinin qəbulu üçün süni örtüklü qalxma-enmə zolağı tikilib. Bakı və Gəncə hava limanları müasir radio və işıq texnikası vasitələri ilə təchiz edlmişdir. Bu da uçuşların təhlükəsizliyinin və müntəzəmliyinin artırılmasına şərait yaradıb. Respublikanın hava traslarına həmin illər yeni Tu-134, Yak-40 reaktiv laynerləri çıxıb. 1976–1980-ci illərdə Azərbaycanda mülki aviasiyanın yüksək inkişaf templəri nəzərdə tutulurdu. Həmin məqsədlə Tu-154 magistral təyyarəsinin qəbulu üçün Bakı hava limanında qalxma-enmə zolağında yenidənqurma işləri aparılıb. Yeni müasir aerovağzal kompleksini 1984–1988-ci illərdə tikmək planlaşdırılırdı. Lakin kompleksin inşası dayandırılmışdı və yalnız xarici sərmayələrin cəlb edilməsi nəticəsində 1999-cu il oktyabrın 2-də tikinti başa çatıb və aerovoğzal kompleksinin açılışı keçirilib. Binanın 8 mərtəbəsində "Azəraeronaviqasiya" müəssisəsinin baş ofisi yerləşib.

90-cı illər Azərbaycan mülki aviasiyasının inkişafında möhtəşəm hallar baş verib. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqda mülki aviasiya yenidən beynəlxalq xarakterli olub. 1992-ci ildə Azərbaycan Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo konvensiyasına qoşulur, ICAO-nun üzvü olur. "Boeing-727", "Boeing-707" təyyarələrinin istismarına başlayır. "Boeing" təyyarələrinin uçuşlarını təmin etmək üçün İCAO standartlarına cavab verən radiolokasiya nəzarəti tələb olunur. Həmin məqsədlə "Azəraeronaviqasiya" müəssisəsi 1996-cı ildə İCAO tələblərinə cavab verən ikinci "Koren AS" radiolokatorunu alıb və istismara verib. Aerodrom zonasına radiolokasiya nəzarətinin təmin edilməsi üçün 1998-ci ilin yanvar ayında "İrtış" istismara verilib. 2004-cü ildə Binə hava limanının adı dəyişdirilərək mərhum prezident Heydər Əliyevin adına adlandırılmışdır.

 
Azərbaycan Hava Yollarına məxsus təyyarələr Heydər Əliyev Beynəlxalq Hava Limanında

Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal inşa edilib. Terminalın layihəsi və tikintisi isə mərkəzi ofisi Londonda yerləşən ARUP şirkətinə həvalə edib. Yeni terminal ümumi sahəsi isə 53 min kvadrat metrdir və ildə 3 milyon sərnişinə xidmət edə bilir. Eyni zamanda, 8 "hava körpüsü"nə malik terminal "Airbus A380" tipli təyyarələri qəbul edə bilir. Terminalın estetik görüşünü və konik fasada malik olması sərnişinlərin rahatlığı və uçuşqabağı stresin azaldılması üçün nəzərdə tutulub. Belə ki, terminalın böyük şüşə divarlarında içəri Günəş şüaları asanlıqla daxil olur. Terminalda ticarət və istirahət zonaları da var. Terminalın inşasına 2011-ci ildə başlanıb. Tikinti işlərinin 2013-cü ildə başa çatıb.[4]

2012-ci ildə mövcud terminalın döşəməsi və tavanı tamamilə yenilənib. Mövcud terminal beləcə, inşa edilən yeni terminalın arxitekturası ilə döşənib.[5]

2023-cü ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 310 mindən çox sərnişinə xidmət göstərərək rekorda imza atdı ki, bu da bütün əvvəlki illərin fevral göstəricilərini üstələyir.[6]

Hava Yolları

redaktə
 
Həydər Əliyev Beynəlxalq Hava Limanının planı


Statistika

redaktə
İllik sərnişin sayı[8][9][10]
2019 4,730,000 ↑7%
2018 4,430,000 ↑9%
2017 4,060,000 ↑23%
2016 3,260,000 12.8%
2015 2,585,525 14%
2014 2,966,725 ↑3.86%
2013 2,856,371 ↑4.64%
2012 2,729,611 ↑13%

Şəkillər

redaktə

İstinadlar

redaktə
  1. "Bakı – Heydər Əliyev Beynəxalq Aeroportu". 2013-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-12.
  2. "Bakı hava limanı gücləndirilmiş iş qrafikinə keçir". Azərtac. 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
  3. "Bakı hava limanı bu il rekord sayda sərnişinə xidmət göstərib". Apa.az (az.). 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
  4. Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal tikiləcək [ölü keçid]
  5. "Heydər Əliyev Beynəlxalq Aeroportunda yenidənqurma işləri başa çatıb". 2012-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-08.
  6. "Бакинский аэропорт установил рекорд по числу пассажиров" (rus). news.day.az. 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
  7. "Airlines directory". 2019-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-29.
  8. "Arxivlənmiş surət". 2019-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.
  9. "Arxivlənmiş surət". 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.
  10. "Arxivlənmiş surət" (PDF). 2018-09-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-11.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES