Bir dollarlıq əsginas (ABŞ)
Bir dollarlıq əsginas — 1876-cı ildə ABŞ-də fraksiya pul nişanlarının dayandırılmasından sonra Amerika Birləşmiş Ştatlarının kağız pul vahidinin ən aşağı dəyərli denominasiyası. Əsginasın ön tərəfində ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun portreti, arxa tərəfində isə Birləşmiş Ştatların Böyük möhürü təsvir edilmişdir. Bu günə qədər istehsal olunan bütün ABŞ pul vahidləri arasında ən qədim ümumi dizayna sahib olan bir dollarlıq əsginasın tərs dizaynı 1935-ci ildə, üz tərəfi isə 1963-cü ildə Federal Ehtiyat Əsginası olaraq ilk dəfə buraxılanda debüt etmişdir (əvvəllər bir dollarlıq əsginaslar Gümüş sertifikatlar idi). Dollar əsginasları 25% kətan və 75% pambıqdan hazırlanır ki, bu qarışım saxtalaşdırmağı çətinləşdirir.[1]
Bir dollarlıq əsginas | |
---|---|
Ölkə | |
Dəyər | 1 $ |
Eni | 0,16 m |
Uzunluğu | 0,066 m |
Ön tərəf | |
Arxa tərəf | |
Tarixi
redaktəİlk bir dollarlıq əsginas 1862-ci ildə, Prezident Avraam Linkolnun dövründə Xəzinədarlıq katibi Salmon Portlend Çeysin portreti ilə Birləşmiş Ştatlar Əsginası adı altında buraxılmışdır.[2] 1869-cu ildə ABŞ-nin bir dollarlıq əsginası mərkəzdə Corc Vaşinqtonun portreti və sol tərəfdə Kristofer Kolumbun yerləşdiyi vinyeti ilə yenidən işlənib istifadəyə verilmişdir.[3] 1886-cı ildə ABŞ pul vahidi üzərində ilk qadın Marta Vaşinqtonun şəkli olan bir dollarlıq gümüş sertifikat tədavülə buraxıldı.[4] 1923-cü ildə isə həm bir dollarlıq Birləşmiş Ştatlar əsginasları, həm də Gümüş sertifikat yenidən dizayn edilmişdir. Hər iki qeyddə eyni revers və haşiyə dizaynı ilə Corc Vaşinqtonun portreti yer almışdır.[5] 1928-ci ildə bütün pul vahidləri bu gün tanıdığımız ölçüyə dəyişdirildi və ilk bir dollarlıq əsginaslar 1928-ci il seriyası altında gümüş sertifikatlar şəklində buraxıldı. 1963-cü ildə isə bir dollarlıq Federal Ehtiyat Əsginası buraxılmışdır.[6]
Simvolika
redaktəbir dollarlıq əsginasın üz tərəfində mərkəzdə Corc Vaşinqtonun portreti, solda xəzinədarın imzası və Federal Ehtiyat Bankının möhürü, sağda isə katibin imzası və Xəzinədarlıq möhürü yer alır. Arxa tərəfində 1 rəqəminin ətrafında ABŞ-nin Böyük möhürü car. Əsginasın üzərindəki möhürün ortasında, vekseli verən bank müəyyənləşdirilir. Seriya nömrəsindəki rəqəmlərdən sonra gələn hərf, həmin seriya nömrəsinin neçə dəfə işlədiyini göstərir. Sol alt hissədə seriya nömrəsi, yuxarı sağ hissədə isə uyğun nömrə yerləşir.[7]
İstinadlar
redaktə- ↑ "The dollar bill dimensions and fun facts: believe it or not". Alliant Credit Union. July 8, 2022. İstifadə tarixi: 31 October 2022.
- ↑ "Salmon P. Chase". Tulane University. 2006-12-31 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Friedberg, Friedberg, (2005). səh. 57
- ↑ Friedberg, Friedberg, (2005). səh. 61
- ↑ Friedberg, Friedberg, (2005). səh. 59, 64
- ↑ "The History of the One Dollar Bill". Onedollarbill.org.
- ↑ "One Is the Loneliest Dollar Bill". National Journal. 28 January 2014.